Keçən ilin iyun ayında Mosulun İŞİD tərəfindən ələ keçirilməsindən sonra İraq ordusu müqavimət göstərə bilməmiş və bölgədən geri çəkilmişdi. Ötən günlərdə ölkənin strateji baxımdan önəmli böyük şəhərlərindən Ramadidə də oxşar mənzərə var idi. İŞİD-in nəzarətinə keçən şəhərdən İraq ordusu geri çəkilmişdi. ABŞ-ın Baş qərargah rəisi general Dempseyin sözləri ilə «İraq ordusu şəhərdən çəkilməyi seçdi. İŞİD bunu etməyə onları məcbur etməməsinə baxmayaraq…»
Həmin ifadələr «İraq ordusunun bölgədən qaçması» olaraq şərh edilsə də, İraqdakı gərgin vəziyyəti daha da çətinləşdirəcək böyük miqyaslı qarşıdurmanın baş verməməsi doğru olandır. Lakin eyni zamanda İraqın hazırkı vəziyyətini dəyərləndirmək baxımından bizə əhəmiyyətli bilgilər verir. Bunun üçün ABŞ Müdafiə naziri Eşton Karterin həmin «geri çəkilmə» ilə bağlı fikirlərini dəyərləndirək.
Karter, Ramadinin İŞİD tərəfindən ələ keçirilməsini, “bu hal İraq ordusunun döyüşməyə iradəsinin olmadığını göstərir" deyə şərh etmişdi. Geri çəkilməni, «çox narahat verici» olaraq dəyərləndirmiş və bunları qeyd etmişd: «İraq ordusuna təlim keçə bilərik. Silah verə bilərik. Ancaq döyüşmək iradəsini biz verə bilmərik».
Karter, xüsusilə İraq məsələsi ilə bağlı analiz edir kimi görünsə də əslində bu sözlərlə Yaxın Şərqin bütününə hakim olan ABŞ siyasətini göstərirdi. Buşun nüvə silahı bəhanəsi ilə İraqa hərbi qüvvə yeritdiyi dövrlərdə aydın olan və radikal qruplaşmaların formalaşması ilə get-gedə müsəlmanı müsəlmana qırdırma siyasəti halına gətirilən Yaxın Şərq planı hazırda praktikada tətbiq olunur. İraq, Suriya, Yəmən, Liviya və Yaxın Şərqin digər bölgələrində müsəlmanlar bir-birinin qanını tökərkən, ABŞ dərin dövlətinin gözə almadığı İŞİD gözlənilməz şəkildə ortaya çıxdı. Bu səbəbdən də Karter İraq ordusunu təqsirləndirir. Çünki plana uyğun olaraq, bölünmüş Yaxın Şərqdə planlaşdırıldığı kimi müharibə müsəlmanlar arasında davam edərkən müharibədə qalib gələn nə Qərb, nə də Qərbin nəzarətindəki Yaxın Şərq rəhbərlikləridir.
Yaxın Şərq dəyərli və xristianlığın axırzaman gözləntilərinə görə əhəmiyyətli coğrafi bölgədir. Bu səbəbdən Qərb dərin güclərinin bu ərazi üzərində planlar qurması sürpriz deyil, artıq gizli də deyil. Ancaq Yaxın Şərqin içinə düşdüyü vəziyyətin bütün məsuliyyətini Qərbin boynuna atmaq da real görünmür. Yaxın Şərq illərlə birlikdə var olmuş fərqli irqlərin müsəlman olaraq birlikdə yaşadıqları diyardır. İttifaq halında olmalı olan bu müsəlmanlar isə bir-birləri ilə ixtilafı gücləndirmək üçün sanki yarışırlar. Bunu həyata keçirmək üçün demək olar ki, hər bəhanədən istifadə edirlər. Bunun provakatorları hər zaman qərbli dərin dövlətlər olmaq məcburiyyətində deyil. Bunun səbəbi bəzən neft, bəzən irq, bəzən də məzhəb ola bilər. Bu səbəbdən də Qərb silah istehsal edir, Yaxın Şərq isə durmadan silahlanır.
Məsələn, İran nüvə proqramı məsələsində əngəllərə tabe olduğu bir razılaşma imzalasa da, razılaşmaya uyğun olaraq ənənəvi silahlanmağı əngəlləyən məhdudiyyətdən xilas olacaq. Bu vəziyyətin silah bazarına yaxın dövrdə canlılıq gətirməsi planlaşdırılır. Bunun bölgəyə hərbi təyyarə satmaq xəyalları quran Fransa, Avropa, ABŞ, Rusiya üçün də önəmli xəbər olduğu danışılır. Belə ki, 2014-cü ilin məlumatlarına əsasən, dünya silah bazarında ABŞ-ın 28%, Rusiyanın isə 27% payı var. Razılaşmadan sonra Rusiyanın İrana 11-13 milyard dollarlıq silah satması proqnozlaşdırılır.1
Yaxın Şərqin geri qalanı da həmin silah satıcıları üçün önəmli bazardır. Bu bazarın sahəsini ən çox genişləndirən amillərin başında məzhəbçilik və irqçilik gəlir. Məsələn, Suriya sərhəddini və ən böyük şəhərlərini itirmiş İraqın sahib olduğu bölgələrdə şiə milislərini işə salaraq sünni həyat sahəsini sanki yox etməyə çalışmaq bütün dünya tərəfindən seyr edilir. Özləri də sünni olmasına baxmayaraq, sünni ərəblərə məsafəli davranan bəzi kürdlər də irqçilik edirlər. Eyni ərazidə müsəlman şiələr yaralanan dindaşları üçün müsəlman sünnilərin qanını qəbul etmir, şiələr sünni imamların, sünnilər isə şiə imamların arxasında namaz qılmır. Sanki qardaş və dindaş deyillər. Yaxın Şərq üzərində bölgəni ərəbləşdirmək, farslaşdırmaq, türləşdirmək sevdasına düşənlərin oyunları oynanır. Bütün bunların nəticəsində qardaş qardaşı vurmaq, müsəlman müsəlmanı qətl etmək üçün silahlanır.
Bu silahlanma yarışı elə qorxunc səviyyəyə çatıb ki, 2014-ci ildə ABŞ regiona 8.4 milyard dollarlıq silah sataraq bütün dövrün rekordlarını qırdı.
Bütün bunlar baş verərkən "təqsirkar Qərbdir" deyib işin içindən çıxmaq heç də səmimi görünmür. Bu edildiyi müddətcə, Yaxın Şərqdəki bəlaların nə sonu gələr, nə də bunlara həll yolu tapılar. Yaxın Şərq müsəlmanları bunu açıq şəkildə dilə gətirməlidirlər: "Təqsirkar, torpaqlarımızda qardaşlarımızın qanını axıdan, müsəlmanı müsəlmana düşmən halına gətirən, birlikdə inkişaf edib güclənə biləcəyimiz halda, müsəlmanları bir-birinə qarşı silahlandıran, «içinizdə müsəlmanları öldürmək üçün iradə yoxdur» deyənlərin yolunu açan müsəlmanlar arasındakı müxalifət və ixtilaf ruhudur". Müsəlmanlar bunu söyləyə bildildikdə, içinə düşdükləri ixtilafın Allah'ın istəmədiyi bir şey olduğunu fərq etdiklərində, "əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız) yer üzündə fitnə və böyük fəsad çıxar" (Ənfal surəsi, 73) ayəsinin təcəlli etdiyini görə bildiklərində Yaxın Şərqi əhatə edən qəzəb və qan bitəcək. Bəlalar və qiyamlar sona çatacaq, hiyləgər planlar təsirsiz qalacaq. Unudulmamalıdır ki, Yaxın Şərq silah imperiyalarının əmri ilə, kəşfiyyat qurumlarının rəhbərliyi ilə deyil, müsəlmanların birlik ola bilməməsi səbəbindən bu hala gəlmişdir. Bu Allah'ın bəyənmədiyi davranışdır. Peyğəmbərimizin (səv) bu dəyərli sözünü tətbiq və yayma vaxtı gəlib çatmışdır: "ittifaqda rəhmət, ixtilafda isə fəlakət var".
1.http://www.milliyet.com.tr/korfez-de-kriz-ve-silahlanma-yarisi/siyaset/ydetay/2061133/default.ht
Adnan Oktarın «Arab News & Pakistan Observer»də nəşr olunan məqaləsi:
http://www.arabnews.com/columns/news/754076
http://epaper.pakobserver.net/201505/31/comments-2.php