HÖRMƏTLİ ADNAN OKTARIN YUSİF SURƏSİNDƏN AYƏ İZAHLARI
Yusif surəsi, 21-ci ayə
Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”- dedi. Beləliklə, Yusifu yer üzündə yerləşdirdik və ona sözlərin şərhindən (olan bir məlumatı) öyrətdik. Allah, əmrində qalib olandır. Lakin insanların çoxu bunu bilmir.
“Onu alan bir misirli”. Ayədə “Misir” olaraq keçir. Min-Mısra deyə keçir. “Arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”- dedi. “Beləliklə, Yusifi yer üzündə yerləşdirdik ...” Bu, mehdiyyətin hakimiyyətini izah edən bir ifadədir. “Ona sözlərin şərhindən (olan bir məlumatı) öyrətdik. Allah, əmrində qalib olandır”. Bu cümlənin əbcədi 2014-cü il tarixini verir. “Allah əmrində”. Demək ki, 2014-cü ildə Misirdə bəzi dəyişikliklər olacaq. “Allah, əmrində qalib olandır”. Vallahu Qalibin və Allahu Qalibin. Allah qalib olandır. 2014-cü ildə Allahın qalibiyyəti mövzusu bəhs olacaq inşaAllah, ümid edirik. “… ancaq insanların çoxu bilməzlər”.
Yusif surəsi, 22-ci ayə
“(Yusif) yetkin çağına çatdıqda Biz ona hökm və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”.
“Yetkin çağına çatdıqda, özünə hökm və elm verdik”. Yəni hökm etmə verdik. Mehdi (ə.s)-ın hökm etmə xüsusiyyəti var. “…və elm verdik”. Yəni ledün elmi də daxil olmaqla hər cür elm verdik.
“Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”.
Yusif surəsi, 23-cü ayə
Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”- dedi. O isə: “Allaha sığınıram! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”- dedi.
“Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb …” Əlbəttə ki, bu ayələrdə sözbəsöz bəzi şifrələr verir. Bağlı şifrələr məsələn, demək ki, Misirdə qapılar bağlanılacaq. Müsəlmanlara kömək gələn qapılar bağlanılacaq. Hal-hazırda Misirdə edilən budur. Bir çox yerin qapısı bağlanılır, bir çox tunel bağlanılır, müsəlmanların bir-birləriylə olan əlaqələri ortadan qaldırılır. Misir xüsusilə qapıları sıx bağlayır. Xarici aləmə də, müsəlmanlara da qapıları bağladı.
Yusif surəsi, 25-ci ayə
İkisi də qapıya tərəf qaçdılar və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”
“İkisi də qapıya tərəf qaçdılar”. Canım Yusif özünü qurtarmaq üçün qapıya tərəf qaçdı. “Qadın onun köynəyini arxadan cırdı”. Qadın da qüvvətli bir qadınmış. Köynəyi cırmaq; o dövrün köynəkləri kətandan, çox möhkəm parçadan olurdu, inşaAllah. Qadının şəhvətdən gözü dönübmüş. “İkisi də qapının yanında qadının əri ilə rastlaşdı”. Allah qarşılaşdırır. “(Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” Küfür əhlinin qadınlarının bir çoxu belədir, yalançı və çox təhlükəlidirlər. Çox mərhəmətsiz olurlar. Dərhal böhtan ata bilərlər. Bir çox ölkədə qanunların qadınların lehinə olduğu üçün bu məntiqlə bir çox qadın bir çox insanın başını bəlaya soxa bilir. Olmadığı halda var kimi göstərir, başını bəlaya soxur. “Qadın dedi ki: Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan ...” Baxın, dərhal həbsə atılmaqdan bəhs edir. Halbuki özü edir. “… və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” Sevgisi olmadığının, yalnız şəhvətin vəhşiliyi üstündə olduğu aydın olur. Sevgisi olan, sevdiyinə bunu edərmi?
Yusif surəsi, 26-cı ayə
(Yusif) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. (Qadının) ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
Masonluqda köynəyin bir qisimi sağ çiyini açılar. Bu, cırılmağı təmsil edir, ya yox bunu bilmirəm.
Yusif surəsi, 27-ci ayə
Yox əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır”.
Köynəyinin arxasında, hz. Yusif (ə.s)-ın kürəyində möhürü şərif vardır, inşaAllah. Ayə ona da işarə edir, inşaAllah.
Yusif surəsi, 28-ci ayə
Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.
“Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə ...” Burada hz. Yusif (ə.s)-ın kürəyinə də diqqət çəkilib. Mehdi (ə.s)-a da bir işarə var. Bilirsiniz ki, Mehdi (ə.s)-ın də kürəyində xal olacaq, inşaAllah. “Dedi: Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir”. Demək ki qadınların bir qisimində, xüsusilə də küfr içində yalan, oyun, tələ məşhurdur. Çünki hirsli, qısqanc, həsədcil olarlar. İntiqam almaq üçün hər cür dəliliyi edə bilər. Quran diqqətli olmağın lazım olduğuna işarə edir. “Bu sizin (qadın) hiylələrinizdəndir”. Hiylə qurduqda çox böyük hiylə qurarsınız. Sizə dəstək olanlar da olar, deyir.
Yusif surəsi, 29-cu ayə
“Yusif, sən bundan vaz keç! Sən də (ey arvad), günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”.
“Yusif, sən bundan vaz keç!” Yəni bu haqqda bir daha danışma. Qadını əri çox yetkin bir insanmış. Başqası, cahil insanlar olsa oradaca vurardı. Bax, o dövrün insanı çox yetkin, ağlı başında və hadisəyə müsəlmanca yaxınlaşır. Demək ki, vahşi bir rəftar deyil, müsəlmanca rəftar əsasdır. “Sən də (ey arvad), günahına görə bağışlanma dilə”. Qadının ağzını-burnunu əzmir. Çəkib vurmur. “Bağışlanma dilə” -deyir. “Çünki sən, günah işlətmisən”. Mühüm olan qisimi söyləyir. Amma cahiliyyə, müşrik xarakterində ya qadını otuz iki yerindən bıçaqlayır, ya doğrayır, ya ağzını-burnunu əzir, darmadağın edir. Buradakı bu açıq hadisəyə baxmayaraq, yalnız: “Sən, günah işlətmisən. Bir-birinizlə bir daha görüşməyin” -deyir. Mövzu bu qədər.