İNCİLDƏ HZ. MEHDİYƏ (Ə.S) İŞARƏT EDƏN MƏLUMATLAR
ucgen

İNCİLDƏ HZ. MEHDİYƏ (Ə.S) İŞARƏT EDƏN MƏLUMATLAR

1281
Peyğəmbərimiz (s.ə.v.) axır zamanda zühur edəcək və Həzrəti İsanın (ə.s.) ikinci dəfə yer üzünə gəlməsi ilə birlikdə İslam əxlaqını yer üzünə hakim edəcək Həzrəti Mehdini (ə.s.) hədislərdə ətraflı şəkildə təsvir etmişdir. Bu hədislərdən bəzilərində HZ. MEHDİNİN (Ə.S.) bir adının da ASLAN olduğu, QIZIL MÖHÜRLÜ KİTABIN ÜZ QAPAĞINI AÇARAQ yüksək səslə bu kitabı insanlara oxuyacağı və Hz. İsanın (ə.s.) ikinci dəfə yer üzünə gəlişində ÜZƏRİNDƏ MÖHÜR OLAN BU KİTABLARLA İSLAM ƏXLAQINI TƏBLİĞ EDƏCƏ bildirilir.
 
İncilin bəzi hissələrində də, Peyğəmbərimizin (s.ə.v.) bildirdiyi xəbərlərə uyğun olan bir çox izahat var, işari mənada da bir çox şərh vardır. Bu hədislər və İncildə Həzrəti Mehdinin (ə.s.) zühuruna işarə edən keçidlər bu şəkildədir:
 
 
BİR ADI DA ‘ASLAN' OLAN HZ. MEHDİ (Ə.S.) QIZIL MÖHÜRLÜ KİTABIN ÜZ QAPAĞINI AÇARAQ YÜKSƏK SƏSLƏ BU KİTABI İNSANLARA OXUYACAQ
 
"MAVƏRƏNNƏHRdən BİR ADAM (HZ. MEHDİ (Ə.S.)) ÇIXAR, ONA ƏL-HƏRİS (ASLAN) deyilir...
 
(Ebu Davud, Mehdi 1, (2452)
Ravi: Hz. Hilal İbnu Amr (r.a.)
(Et-Tac, Ali Nâsıf el-Hüseynî, c. 5, s. 617)
(Sünen-i  Ebu Davud Terceme ve Şerhi, Şamil Yayınevi: 14/410)
 
** Həris aslan deməkdir.
 
 
İmam Sadiq deyir ki: Qaim (Hz. Mehdi (ə.s.)) müəyyən bir geyim geydiyində Peyğəmbərin (s.ə.v.) QIZIL MÖHÜRLƏ MÖHÜRLƏNİLMİŞ MƏKTUBUNUN (KİTABININ) MÖHÜRÜNÜ ÇIXARDARAQ (QAPAĞINI AÇARAQ), İNSANLARA YÜKSƏK SƏSLƏ OXUYACAQ.
 
Bihar'ül Envar, c. 52, s. 326
 
     
 
Peyğəmbərimiz (s.ə.v.) Həzrəti Mehdiyə (ə.s.) Aslan deyiləcəyini və Hz. Mehdinin (ə.s.) qızıl möhürlü kitabın qapağını açaraq bu kitabı insanlara izah edəcəyini ifadə etmişdir. Mövzu ilə əlaqədar olaraq İncildə yer tutan hissə isə bu şəkildədir:
 
...«Budur ,... ASLAN (HƏZRƏTİ MEHDİ (Ə.S.) Davudun kökündən (soyundan) olan qalib gəldi. TOMARI (KİTABI) və TOMARIN (KİTABLARIN) YEDDİ MÖHÜRÜNÜ O AÇACAQ.»
 
(Esinleme, 5:5)
 
 
İncildə Aslan adı ilə xatırlanan və Peyğəmbər soyundan gələcəyi ifadə edilən adamla hədislərdə adı Aslan olaraq keçən Həzrəti Mehdiyə (ə.s.) işarə edilir.
 
İncildə bir adı da Aslan olan Həzrəti Mehdinin (ə.s.) MÖHÜRLÜ KİTABLARIN ÜZ QAPAĞINI AÇACAĞINA və BU KİTABLARI İNSANLARA AÇIQLAYACAĞINA işarə edilir.
 
 
 
HƏZRƏTİ MEHDİNİN (Ə.S) AVTOMOBİLİNİN XÜSUSİYYƏTLƏ
 
Peyğəmbərimiz (s.ə.v.) Həzrəti Mehdi (ə.s.) ilə əlaqədar çox əsaslı təriflər edib. Bu əsaslı təriflərdən biri də Həzrəti Mehdinin (ə.s.) avtomobilinin rənginə İŞARƏ EDƏN BU HƏDİSDİR:
 
Əban ibn Təğlib belə deyir: İmam Cəfər Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim: "Mən Qaimi (Hz. Mehdini (ə.s.)) Kufənin Nəcəfində görən kimiyəm. ... SONRA (HZ. MEHDİ (Ə.S.)) QARA-AĞ RƏNGLİ İKİ GÖZÜNÜN ARASI İŞIQ KİMİ PARLAYAN BİR ATA MİNƏCƏK..."
 
   
 
Bu hədisdə AĞ AT OLARAQ bildirilən Həzrəti Mehdinin (ə.s.) AVTOMOBİLİDİR. Hz. Mehdinin (ə.s.) qara və açıq rəngli avtomobillər istifadə edəcəyi ifadə edilmişdir.
 
14 əsr əvvəl hədislərdə izah edilən bu vəziyyət İncildə də keçir. İncildə izah edilən aşağıdakı keçiddə Həzrəti İsanın (ə.s.), Həzrəti Mehdinin (ə.s.) açdığı möhürlü kitablardan birinin qapağını açdığı zaman Həzrəti Mehdi (ə.s.) ilə birlikdə olacağına və Həzrəti Mehdinin (ə.s.) AÇIQ RƏNGLİ BİR AVTOMOBİLİNİN olacağına işarə edilir:
 
Sonra Quzunun (Həzrəti İsanın (ə.s.)) yeddi möhürdən birini açdığını gördüm... Baxınca AĞ BİR AT gördüm. Bu ATA MİNMİŞ OLANIN ( Həzrəti Mehdi (ə.s.)) bir yayı vardı. Ona bir tac verildi və QALİB GƏLƏN BİRİ OLARAQ ZƏFƏR QAZANMAĞA ÇIXDI.
 
(Esinleme,6:1-2)
 
 
Üstəlik İncildəki bu keçiddə Həzrəti Mehdinin (ə.s.) QALİB GƏLƏCƏYinə, yəni İSLAM ƏXLAQINININ YER ÜZÜNDƏ HAKİM OLMASINA vəsilə olacağına da işarə edilir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo