Axır zamanda hansı hadisələrin baş verəcəyi, hansı vəziyyətlərin meydana gələcəyi Peyğəmbərimizin (s.ə.v.) hədislərində heyrətamiz dəqiqliklə xəbər verilmiş və bu xəbərlərin hamısı bir-bir reallaşmışdır. Peyğəmbərimizin (s.ə.v.) 1400 il əvvəl təsvir etdiyi hadisələrin indiki dövrümüzdə reallaşması Allahın Peyğəmbərimizə (s.ə.v) lütf etdiyi bir möcüzədir. Hicri 1400-cü ildən etibarən son 30 il ərzində Peyğəmbərimizin (s.ə.v.) bildirdiyi 150-dən çox hadisənin hamısı reallaşmışdır. Daha dəqiq desək, Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsi Allahın lütfü ilə reallaşmışdır.
Peyğəmbərimizin (s.ə.v.) bu möcüzələrini qısa şəkildə yekunlaşdıraq: hicri 1400-cü ilin başlaması ilə Firatın suyu kəsilmiş, İran-İraq müharibəsi baş vermiş, Kəbəyə qanlı basqın olmuş, Ramazan ayında 15 günlük ara ilə Ay və Günəş tutulmuş, Əfqanıstan və İraq işğal edilmiş, Bağdad alovlarla əhatə edilmiş, Halley Kometası çıxmış, İraqın Küveyti işğalı əsnasında neft quyularının yandırılması ilə Şərqdən bir atəş görülmüş, 11 sentyabrda Amerikadakı əkiz qüllələrə edilən hücum nəticəsində hər yeri toz-duman bürümüş, Şam və Misir məlikləri öldürülmüş, Azərbaycan işğal edilmiş, digər ulduzların əksinə hərəkət edən iki quyruqlu Lulin kometası görünmüş və bu şəkildə yüzlərlə əlamət reallaşmışdır. Bütün bu yaşananlar axır zamanda olduğumuzun, bu əsrdə Hz. İsanın (ə.s) yenidən dünyaya gələcəyinin, Hz. Mehdinin (ə.s) çağında yaşadığımızın sübutudur.
Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsinin reallaşması bu qədər açıq və aydın ikən bəzi şəxslər bu vəziyyəti görməməzlikdən gəlir, çox müqəddəs və gözəl bir dövrdə yaşadığımızın fərqinə vara bilmirlər. Əslində bu da axır zamanın möcüzələrindən biridir və son dərəcə heyrətamiz vəziyyətdir. Ancaq heyrətamiz olan bir şey də var: bəzi şəxslər Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsinin reallaşmasına baxmayaraq, başqa möcüzələr də görmək istəməyirlər. 150 MÖCÜZƏNİN GÖZLƏRİNİN QARŞISINDA ARDICIL ŞƏKİLDƏ REALLAŞDIĞINI GÖRMƏYƏN VƏ GÖRMƏK İSTƏMƏYƏN ALLAHIN GÖSTƏRƏCƏYİ BAŞQA HEÇ BİR MÖCÜZƏNİ DƏ GÖRMƏYƏCƏK VƏ ANLAMAYACAQDIR. 1400 ildir ki, ilk dəfə Firatın suyunun kəsilməsini, 1400 ildə ilk dəfə Kəbədə qan axıdılmasını, 1400 ildə ilk dəfə Ramazanda Ay və Günəş tutulmalarını və bununla bərabər yüzdən çox hadisənin Hz. Mehdinin (ə.s) zühurunu müjdələdiyini heç bir məlumata əsaslanmadan inkar edən insanlara hansı məlumat, hansı dəlil, hansı möcüzə gətirilirsə-gətirilsin yenə də həqiqəti qəbul etməyəcəklər.
Məsələn, bəzi şəxslər hədislərdə xəbər verilən təşbehli məlumatları cahilcə şərh edərək Hz. Mehdi (ə.s) zühur etdiyi zaman onun başının üstündə insanların görəcəkləri şəkildə buludun üstündə mələklərin olacağını və Hz. Mehdiyə (ə.s) işarə edərək insanlara tanıdacağını söyləyirlər. Ancaq bu şəxslərin iddia etdikləri kimi bir mələk gəlsə və Hz. Mehdiyə (ə.s) işarə etsə belə, onlar yenə də Hz. Mehdinin (ə.s) zühur etdiyini qəbul etməyəcək, öz məntiqlərinə uyğun bir açıqlama, bir aydınlıq gətirəcəklər. Onu da qeyd etmək lazımdır ki, Hz. Mehdinin (ə.s) yanında mələklərin olacağı və bu mələklərin ona kömək edəcəkləri Peyğəmbərimizin (s.ə.v.) hədislərindən də aydın olur. Ancaq HZ. MEHDİNİN (ə.s) YANINDAKI MƏLƏKLƏRİN GÖRÜNMƏSİ YALNIZ MƏNƏVİ ALƏMDƏ REALLAŞAN VƏ DOLAYISI İLƏ YALNIZ MƏLƏKLƏRİN GÖRƏ BİLƏCƏYİ ŞƏKİLDƏ OLACAQ. (mövzu ilə əlaqədar ətraflı məlumat üçün baxın: http://us2.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/14225)
İnsanlara bir elçi gəldiyi zaman inkarlarında israr edənlərin möcüzə görmək istəmələri Quranda bildirilən bir həqiqətdir. Ayələrdə xəbər verildiyi kimi bu insanlar mələyin gəlməsini istəyirlər və ancaq bu zaman Peyğəmbərin haqq olduğuna inanacaqlarını söyləyirlər:
Onların: "Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?"– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır. (Hud Surəsi, 12)
Əgər doğru danışanlardansansa, nəyə görə (dediyinə şahidlik edə bilən) mələkləri bizə gətirmirsən?” Biz mələkləri ancaq haqqı (bərqərar etmək üçün) endiririk. O zaman kafirlərə möhlət verilməz. (Hicr Surəsi, 7-8)
Onlar: "Nə üçün ona mələk endirilməyib?"– dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi. (Ənam Surəsi, 8)
Ancaq Allah bu şəxslərin mələklər gəlsə belə inanmayacaqlarını xəbər verir:
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilmir. (Ənam Surəsi, 111)
Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: "Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik". (Ənam Surəsi, 158)
Hz. Mehdi (ə.s) dövründə də İslamın Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə uyğun yaşanması, dinin bidətlərdən, xurafatlardan təmizlənməsi, dinsizliyin aradan qaldırılması, İslam aləminin birləşdirilməsi, Quran əxlaqının yayılmasına qarşı bir sıra insanlar "ONUNLA BİRLİKDƏ BİR MƏLƏK GƏLMƏLİ DEYİLDİMİ?" deyəcəklər. Ancaq inanmaq üçün möcüzə gözləyən bu insanların unutduqları çox əhəmiyyətli bir həqiqət var: İNSANLAR YANLARINDA OLAN İKİ YAZAN MƏLƏYİ DÜNYA HƏYATINDA NECƏ GÖRƏ BİLMİRLƏRSƏ, PEYĞƏMBƏRİMİZƏ (S.Ə.V.) TEZ-TEZ VƏHY GƏTİRƏN CƏBRAYIL ƏLEYHİSSALAM İNSANLARA GÖRÜNMƏDƏN NECƏ GƏLİRDİSƏ, HZ. MEHDİNİN (ə.s) YANINDA OLAN CƏBRAYIL (ə.s), MİKAYIL (ə.s), İSRAFİL (ə.s) VƏ 46.000 DİGƏR KÖMƏKÇİ MƏLƏK DƏ O CÜR GÖRÜNMƏYƏCƏKLƏR.