(Budur) Allah`ın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bilmir. (Rum surəsi, 6)
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz... (Həcc surəsi, 47)
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir... (Nur surəsi, 55)
İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağlarına daxil edəcəyik. (Bu,) Allah`ın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allah`dan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)
Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, eşidəndir, görəndir. (Ənam surəsi, 115)
De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”. (Ali-İmran surəsi, 95)
Göy yarılacağı zaman; dağlar dağılacağı zaman; elçilərə vaxt təyin olunacağı zaman (deyiləcəkdir): “Verilmiş möhlət hansı günə qədərdir?” (Deyiləcəkdir): “Ayırd etmə gününədək!” Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi? (Qiyaməti) yalan sayanların o gün vay halına! (Mursəlat surəsi, 9-15)
Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən! (Ali-İmran surəsi, 194)