HZ. MEHDİNİN (Ə.S.) HİCRİ 1400-CÜ İLDƏ ZÜHUR EDƏCƏYİ AÇIQ-AŞKAR BİLDİRİLMİŞDİR
ucgen

HZ. MEHDİNİN (Ə.S.) HİCRİ 1400-CÜ İLDƏ ZÜHUR EDƏCƏYİ AÇIQ-AŞKAR BİLDİRİLMİŞDİR

1588
1. Bədiüzzaman Hz. Mehdinin (ə.s.) Hicri 1400-cü illərdə vəzifə yerinə yetirəcəyini, "GƏLƏCƏKİ DÜNYƏVİYYƏDƏ (dünyanın gələcəyində) 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ…" bildirir. (Sözler, s. 318)1
 
2. Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən bir hədisdə "İnsanlar 1400-cü ildə Hz. Mehdinin (ə.s.) yanında toplanacaqlar" ifadəsilə Hz. Mehdinin (ə.s.) Hicri 1400-cü ildə zühur edəcəyi xəbər verilmişdir. (Risaletül Huruc-ül Mehdi, s. 108)2
 
3. Bədiüzzaman Hz. Mehdinin (ə.s.) "ONDAN BIR ƏSR SONRA" gələcəyini "…BUNDAN BİR ƏSR SONRA ZULÜMATI DAĞIDACAQ ŞƏXSLƏR İSƏ HƏZRƏTİ MEHDİNİN (Ə.S.) ŞAGİRDLƏRİ (TƏLƏBƏLƏRİ) OLA BİLƏR" xəbərini vermişdir. (Şualar, s. 605)3
 
4. Bədiüzzaman Hz. Mehdinin (ə.s.) gözlənildiyini və ondan bir əsr sonra gələcək bir şəxs olduğunu "…HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS…" ifadəsilə bildirmişdir. (Kastamonu Lahikası, s. 57)4
 
5. Hər 100 ildən bir Allahın bir mücəddid, yəni dini canlandırıb yeniləyən birini göndərməsi və Hicri 1400-cü il mücəddidinin Hz. Mehdi (ə.s.) olduğu Sünen-i Əbu Davudda "Həqiqətən Əziz və Cəlil olan Allah HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərir" (Sünen-i Ebu Davud, 5/100) şəklində,Məktubati Rəbbanidə "HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ bu ümmətin üləması arasından BİR MÜCƏDDİD GƏLƏCƏK və şəriəti canlandıracaq". (Mektubat-ı Rabbani, 1/520) ifadəsi ilə və Ustad Səid Nursinin Barla Lahikasında ""HƏR YÜZ İLDƏN BİR CƏNAB HAQQ BİR MÜCƏDDİDİ DİN (DİNİ YENİLƏYƏN) GÖNDƏRİR..." (Barla Lahikası, s. 119) kimi açıqca ifadə edilmişdir. 5
 
6.    Böyük İslam alimi İmam Rəbbani Hz. Mehdinin (ə.s.) Peyğəmbərimizdən (s.ə.v) 1000 il sonra Hicri 2000-ci ildə gələcəyini "Quran hökmlərinin qüvvətləndirilməsi, milləti yeniləməsi bu İKİNCİ MİNDƏDİR. … Hz. İsanın (ə.s.) HZ. MEHDİNİN (Ə.S.) BU MİNDƏ YARANMALARIDIR" (Mektubat-ı Rabbani, c.1, s. 611), və "… ARADAN MİN İL KEÇDİKDƏN SONRA, HZ. MEHDİNİN (Ə.S.) GƏLİŞİ DƏ BUNUN ÜÇÜNDÜR…" (Mektubat-ı Rabbani,  c. 1, s. 440)6 şərhləri ilə ifadə etmişdir.
 
7.    Ustad Hicri 1327-ci ildə Şamda Əməvi Məscidində verdiyi xütbəsində isə "YETMİŞ BİRDƏ FƏCRİ SADİQ (dan yerinin ağarması, Günəş doğulmadan əvvəlki qırmızılıq, səhər vaxtı) BAŞLADI və ya başlayacaq. Əgər bu fəcri-qazib (səhərə qarşı üfüqdə yayılmağa başlayan birinci qırmızılıq) da olsa, OTUZ-QIRX İL SONRA FƏCRİ-SADİQ (fəcri-qazibdən sonra yayılmağa başlayan ikinci işıqlanma) ÇIXACAQ." (Hutbe-i Şamiye, s. 23) 7 ifadəsi ilə Hicri 1400-cü ilə işarə etmiş və Fəcri Sadiqin çıxacağı tarixi vermişdir.
 
 
Bədiüzzamana görə fəcri sadiqin çıxacağı illər:
 
1371 + 30 = 1401 = 1981
1371 + 40 = 1411 = 1991
 
 
Bədiüzzamanın bu izahına görə Haqqın qarşısında batili təmsil edən düşüncə olan ateizmin və materialist fəlsəfənin dağıdılmağa başlamasının 1981-1991-ci illərdə fikrən susdurulub devrilməsinin  isə 2001-ci ildə olacağına işarə etmişdir.
 
_______________________________
 
ƏDƏBİYYAT:
 
 
1 GƏLƏCƏKDƏKİ DÜNYƏVİYYƏDƏ (dünyanın gələcəyində) 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ əsrlərində karib (yaxın) zənn etmişlər. (Sözler, s. 318)
 
2 İnsanlar 1400-cü ildə Hz. Mehdinin (ə.s.) yanında toplanacaqlar. (Risaletül Huruc-ül Mehdi, s. 108)
 
3 İndi xatirə gəldi ki, əgər şəddəli "lamlar" və "mimlər" iki sayılsa BUNDAN BİR ƏSR SONRA ZULÜMATI DAĞIDACAQ ŞƏXSLƏR İSƏ HƏZRƏTİ MEHDİNİN (Ə.S.) ŞAGİRDLƏRİ (TƏLƏBƏLƏRİ) OLA BİLƏR (Şualar, s. 605)
 
4 Bu zamanda elə fövqəladə hakim cərəyanlar var ki, hər şeyi öz hesabına aldığı üçün, faraza HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS də bu zamanda gəlsə. ..(Kastamonu Lahikası, s. 57)
 
5 Əbu Hüreyrənin rəvayətinə görə Rəsulallah (s.ə.v.) belə buyurmuşdur: Həqiqətən Əziz və Cəlil olan Allah HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərir. (Sünen-i Ebu Davud, 5/100)
 
HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ bu ümmətin üləması arasından BİR MÜCƏDDİD GƏLƏCƏK və şəriəti canlandıracaq (canlandıracaq). (Mektubat-ı Rabbani, 1/520)
 
Əsəhabələri Kutubu Sittədən İmam əl-Hakimin “Müstədrək”ində və Əbu Davudun “Sünəni”ndə Beyhakinın "Şuabı İman"da təhric buyurdular (meydana çıxardılar): "HƏR YÜZ İLDƏ BİR CƏNABI HAQQ BİR MÜCƏDDİDİ DİN (DİNİ YENİLƏYƏN) GÖNDƏRİR..." (Barla Lahikası, s. 119)
 
6 Quran hökmlərinin qüvvətləndirilməsi, milləti yeniləməsi bu İKİNCİ MİNDƏDİR. Bu iddianın doğruluğuna ədalətli şahid: Hz. İsanın (ə.s.) HZ. MEHDİNİN (Ə.S.) BU MİNDƏ YARANMALARIDIR. (Mektubat-ı Rabbani, c. 1, s. 611)
 
Rəsulallahın (s.ə.v) ümməti arasından çıxanlar çox kamildirlər. Yəni Rəsulallahın (s.ə.v) irtihalindən (vəfatı) min il keçdikdən sonra istəsə az olsunlar. ARADAN MİN İL KEÇDİKDƏN SONRA, HZ. MEHDİNİN (Ə.S.) GƏLİŞİ DƏ BUNUN ÜÇÜNDÜR. Onun mübarək qədəmimi (gəlişini) Hatəm-ür-rüsul Rəsulallah (s.ə.v.) müjdələmişdir. Hz. İsa (ə.s) da aradan min il keçdikdən sonra nüzul edəcək (enəcək). (Mektubat-ı Rabbani, c. 1, s. 440)
 
7 YETMİŞ BİRDƏ FƏCRİ-SADİQ (dan yerinin ağarması, Günəş doğulmadan əvvəlki qırmızılıq, səhər vaxtı) BAŞLADI və ya başlayacaq. Əgər bu fəcri-qazib (səhərə qarşı üfüqdə yayılmağa başlayan birinci qırmızılıq) da olsa, OTUZ-QIRX İL SONRA FƏCRİ- SADİQ (fəcri qazibdən sonra yayılmağa başlayan ikinci işıqlanma) ÇIXACAQ. (Hutbe-i Şamiye, s. 23)

PAYLAŞIN
logo
logo
logo
logo
logo