DUA OLMADIĞINDA İNSANIN AĞLI GEDƏR. DUAYA ÇOX ƏHƏMİYYƏT VERMƏK LAZIMDIR
Dua, bir dəfəlik uzun şəkildə deyil, qısa dualar da çox gözəldir. Amma duanı heç unutmamaq lazımdır. Dua çox vacib bir mövzudur. Duanın xüsusi bir sirri vardır. Dua olmadığında insanın ağlı gedər, Allah əsirgəsin. Ağlına zəiflik gələr. Dua çox vacibdir, yəni insan dua ilə ayaqda dayanar. Allah duanı vəsilə edər. Duaya çox əhəmiyyət vermək lazımdır.
"DİNDƏ MƏCBURİYYƏT YOXDUR." BU, ALLAHIN HÖKMÜDÜR. BU AYƏ EYNİ ZAMANDA DÜNYƏVİLİYİN ƏN GÖZƏL XÜLASƏSİDİR
Şeytandan Allaha sığınıram. Bəqərə surəsi 256-ci ayə: " Lâ ikrâhe fîd dîn" Dində məcburiyyət yoxdur. "La ik". Baxın! Quranda görürsünüzmü? Ayə dünyəvilik (laik) ilə başlayır. "lâ ikrâhe fîd dîn" Dində məcburiyyət yoxdur. Bu ayə onsuz da dünyəviliyin qısa xülasəsidir. Biz Quranda dünyəviliyin olduğunu deyirik, söz olaraq da var. Ayə dünyəvi sözüylə başlayır. Dünyəviliyi xülasəylə desəniz, ən mükəmməl xülasəsi budur. Dində məcburiyyət olmaması, hər kəsin azad olması. İstəyən xristian olar, istəyən müsəlman olar, istəyən də dinsiz olar.