Allah qorxusu, şiddətli sevgidən qaynaqlanan bir qorxudur. Yəni bir insanın bombadan qorxması və yaxud bir şeydən qorxması kimi bir qorxu deyil. Allah qorxusu, aşiqi incitməz. Mən Allah aşiqiyəm, eşqlə sevdiyim Allahı incitmək istəmirəm. Onun inciməsi mənə əzab verər, Allahın inciməsi acı verər. Yəni Cəhənnəm qorxusu olmasa Allah qorxusu olmasa Dünyanın bütün nizamı pozular. Allah qorxusunda bir dərinlik vardır, eşq qorxusudur o. Başqa bir qorxudur.
Tövbə surəsi
9/52- De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik”.
Firon sarayında təhlükəsizlikdə olduğunu zənn edir. Allah ona bir şey etməyəcək zənn edir. Və yaxud bir yerə qaçınca xilas olacağını zənn edir. Halbuki Allah onu öldürməyə aparır oraya (dənizin kənarına). Orda qurtuluşa çatacağını zənn edir. Məsələn bir yerdə başına bəla gələcək zənn edir, qaçır, orada qurtuluşa çatacağını zənn edir. Halbuki Allah onu oraya boğmağa aparır. Hz. Xızır, Öz dənizində boğur.
9/55- Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.
Canları çıxarkən əlbəttə insanlar onu görməz. Can çıxması ayrı bir şeydir. Məsələn ölüm, klinik ölümdən on dəqiqə, on beş dəqiqə sonra ola bilər. On dəqiqə, on beş dəqiqə əvvəl də ola bilər və yaxud yarım saat əvvəl ola bilər. Adam ölmüşdür, xəbəri olmaz. Adam danışır, amma ölmüş. Allah canını almışdır çoxdan. İkinci şəxs danışar, yuxuda danışırmış kimi. İkinci şəxs; hipnozdaymış kimi danışar. Amma ölmüşdür.