MÜNAFİQLƏR OĞURLUĞA ÇOX UYĞUNDUR. TÖVRATIN TƏHRİF EDİLƏN QİSİMLƏRİNDƏKİ OĞURLUĞU TƏŞVİQ EDƏN İZAHLAR O DÖVRÜN MÜNAFİQLƏRİ TƏRƏFİNDƏN ƏLAVƏ OLUNMUŞDUR
Münafiqdə manyaklıq tərzində həm pozğun bir ruh vardır. Həm də oğurluq ruhu vardır. Bu, bütün münafiqlərdə vardır, oğrudurlar. Münafiqlər Tövrata o dövrdə hakim olmağa çalışmışdılar. Peyğəmbərlərə düşmənlik inkişaf etmişdir. Məsələn, Tövratda hz. Süleyman (ə.s)-a demədikləri şey qalmır. O dövrdə Tövrat yazıçısı tarixçilər var. Münafiqlərin nəzarətinə keçmiş, onlardan qorxmuşlar. Onların söylədiyi hər cür çirkin böhtanı yazırlar. Peyğəmbərlərin bir çoxuna demədikləri şey qalmır
Məsələn, bax, Samiri Tövratda çox təsirli olmuş. O qədər şeytandır ki, Tövrata öz adını belə qoydurmur. Bax Tövratda deyir ki, Çıxış 3:22 “Lakin hər qadın öz qonşusundan və evində olan qonaqdan gümüş, qızıl və pal-paltar istəyəcək”. Bax oğurluğu öyrədir görürsənmi? Bax, “lakin hər qadın” qadınlara oğurluq öyrədir. “Öz qonşusundan”. Yəni evində qaldığı adamdan, yaxınından, “və evində olan qonaqdan” öz evinin içində olan qonaqdan, öz evində qalan adamdan “gümüş, qızıl və pal-paltar istəyəcək”. Paltarlar, qızıl və gümüş istəyəcək. “Oğullarınızı və qızlarınızı onlarla bəzəyəcəksiniz”. Onlarla, onlardan oğurladıqlarınızla bəzənəcəksiniz deyir. “Və Misirliləri qarət edəcəksiniz”. Oğurluq edəcəksiniz deyir. Haqq Kitabda oğurluq tövsiyə edilərmi qardaşım? “Misirliləri qarət edəcəksiniz” -deyir. İncildə heç bir şəkildə belə bir hökm yoxdur. Quranda heç bir şəkildə belə bir hökm yoxdur. Əksinə, Quran çox ağır bir günah olaraq ifadə edir, hətta “əllərini kəsin” deyir “oğurluq edənlərin”. Amma burada bax, oğurluq açıqca soyğun şəklində tövsiyə edilir. Onun üçün münafiqlər oğurluğa çox münasibdir. Tövratda da onların etdiyi bu anormallıq, bu günah ifadə edilmişdir. Amma sanki qanuni bir şeymiş kimi ifadə edilmişdir. Halbuki bu çirkin bir hökmdür. Məsələn bax, Tövrat, Levillər 19-da “oğurlamayacaqsınız” -deyir. Elə isə onu oraya kim qoydu? “Oğurlamayacaqsınız” -deyir. “Hiylə etməyəcəksiniz, bir-birinizə yalan danışmayacaqsınız”. Orada da oğurla deyirsən, oğurluqdan bəhs edirsən.
MÜNAFİQLƏR DƏHŞƏTLİ BİR TƏKƏBBÜR HİSSİ İÇİNDƏDİR. HAŞA ÖZLƏRİNİ ALLAHDAN BÖYÜK GÖRƏRLƏR
Münafiq müdhiş eqoist və təkəbbürlüdür, özünü Allahdan böyük görər. Məsələn bax Tövratda deyir ki; “İsrail”, “Allahla güləşdi” haşa “Allahı məğlub etdi” deyir. Bunu bir müsəlmanın söyləməsi mümkün deyil. O dövrün münafiqləri tarix yazıçılarına bunu zorla yazdırırlar. Eqoist olduğu üçün. Allahı məğlub edən olmaq istəyir. Qurana baxdığımızda şeytanın xüsusiyyəti nədir? Allahı məğlub edən olmaq. Münafiqlərə baxırıq həmişə Allahı haşa məğlub etmə əzmindədirlər. Axirətdə, cəhənnəmdə də eyni fikirdədirlər, yenə eyni arsızlıqdadırlar. Ona görə əvvəl peyğəmbəri məğlub etməyi qarşılarına məqsəd qoymuşlar. Sonra peyğəmbərin sevdiklərini məğlub etməyə çalışırlar. Məsələn peyğəmbərləri şəhid etmələrinin səbəbi o, məğlub etmə arzusundan qaynaqlanır. Peyğəmbərimizin əleyhində bu qədər danışmalarının səbəbi də yenə məğlub etmə arzusundan qaynaqlanır.
MÜNAFİQLƏR PEYĞƏMBƏRİMİZ DÖVRÜNDƏ “HAVA İSTİDİR” YA DA, “EVLƏRİMİZ AÇIQDIR” DEYƏRƏK HAŞA PEYĞƏMBƏRİMİZİN BUNLARI DÜŞÜNƏ BİLMƏDİYİNƏ EYHAM VURURDULAR. MÜNAFİQLƏR BU SÖZLƏRİYLƏ -ŞEYTANIN HAŞA ALLAHDAN DAHA YAXŞI BİLDİYİNİ İDDİA ETMƏSİ KİMİ- PEYĞƏMBƏRİMİZDƏN ÜSTÜN OLDUQLARINI İDDİA EDİRDİLƏR
Münafiq sanki şeytanın insan şəklinə gəlmiş halıdır. Çox diqqət yetirilməlidir. Yəni münafiqin müsəlmanla qarşılaşması, bir əqrəbin şahmat oynaması kimidir. Eyni əqrəb kimidir, nə vaxt sancacağı, nə vaxt hücum edəcəyi məlum olmaz. Münafiqə qarşı şahmat kimi çox diqqətli hərəkət etmək lazımdır. Məsələn, münafiq deyir ki “Evlərimiz açıqdır”. Nə demək istəyir? “Peyğəmbər bunu düşünə bilmir”. Peyğəmbər düşünə bilmir dediyində nə ağlına gəlir? Deyir ki bax, “Allah” deyir “bu qədər asan bir şeyi belə düşünə bilməyən bir insanı peyğəmbər olaraq bizə göndərib və qısası Allah səhv edib”. Haşa. Onu vurğulamaq istəyir və burada demək istəyir ki, “mən Allahdan daha böyük ağıla sahibəm, daha böyük vicdana sahibəm”. Şeytan nə deyir? “Mən sənə yaxınam” deyir. “Ən yaxın mənəm normalda” deyir. “Amma Sən bilmirsən” deyir Allaha, haşa, “Mən Səndən daha yaxşı bilirəm” deyir, “və Sənə bunu isbat edəcəyəm” deyir. Münafiqin də bu səyi isbat etmə səyidir. Münafiqdə özünün üstünlüyünü isbat etmə səyi ömür boyu bitməz. Yəni manyakdır. Qapıdan çıxarsa bacadan girər, yenə edər. Öz üstünlüyünü göstərmək, şeytanı ruhudur.
MÜNAFİQİN ÖZ RUHU ÖLÜDÜR, GÖZLƏRİNDƏKİ BOŞLUQDAN DA BU VƏZİYYƏT AYDIN OLAR
Şeytan bir elektron yığını kimi münafiqin daxilini, xaricini, hər yerini bürümüş olur. Ona hulul edir şeytan. Yəni bədənlənmiş bir şeytan halına gəlir. Öz ruhu ölər, orada yalnız şeytanın ruhu qalar. Onsuz da Allah onlar üçün “ölüdürlər” -deyir, “dediyinizi anlamazlar” -deyir. Onun üçün münafiq danışarkən sərxoş kimidir. Nə etdiyini bilməz, nə dediyini bilməz manyak kimidir. Münafiqlə danışarkən sanki bir dəliylə danışırsan. Şüuru bağlıdır, onsuz da gözlərindən aydın olar. Münafiqin gözləri axar, donuqlaşar, dəli görünüşü alar. Amma şeytan əlbəttə o bədəni istifadə edər, məsələn, bəzən onu ağladar, hədisdə keçir. Müdhiş bir ustalıqla şeytan bunu istifadə edər. Məsələn harada ağlayacaq, harada susacaq, harada çirkinləşəcək şeytan onun seçiminə buraxar, nəfsinə buraxar, o da onu edər.