İNGİLİS DƏRİN DÖVLƏTİ EQOİST VƏ QƏDDAR BİR QURULUŞDUR. DÜNYƏVİ MƏNFƏƏT GÜDƏN BİR ÇOX ƏLALTISI VARDIR
İngilis dərin dövləti eqoist bir quruluşdur, qəddardır. Bunun əlbəttə əlaltıları vardır, simpatiya duyanları olur, xidmətçiləri olur, cəsusları olur. Bu adamlar dünyəvi mənfəət, vəzifə güdürlər. İndi adam ya axirəti, ya da dəccalı istəyər. Allah deyir ki, “Mən sizə həm dünyada, həm də axirətdə verəcəyəm”. Dəccal da deyir ki, “Mən sizə dünyada verəcəyəm, amma mənə cəsusluq edəcəksiniz, yaltaqlıq edəcəksiniz, əmrim altında olacaqsınız, mənə köməkçi olacaqsınız, dəstək olacaqsınız və yaxud köməkçi olanlara köməkçi olacaqsınız, xəbəriniz olmadan da xidmət etdirərəm” -deyir. Bax, insanlar daha yeni oyandılar ki, daha da oyanacaqlar. Hədisdə bildirildiyinə görə dəccal özü ilə bərabər olanlara “şorbadan bir dağ, soyumayan isti ət, axan bir çay, yamyaşıl bağçalardan yaranan meşə, tüstü və alov dağı mövcuddur” -deyir. Yəni bax, “döyüşlər olar, qan tökülər, amma sən gəlirsən İngiltərəyə yaşıllıqlar içində yaşayarsan, yeyib-içərsən, rahatlayarsan yaxud da Amerikaya, evanjeliklərin olduğu yerə göndərərəm orada da rahatlayarsan. Bizim Hindistanda, Pakistanda, Türkiyədə də tərəfdarlarımız var” -deyir.
Bizim öz təsbitimizə görə Türkiyədə İngilis dərin dövlətinin yüzlərlə tərəfdarı var. Açıq-aşkar fəaliyyət göstərirlər. İndi bu bilindiyi, açıqlandığı üçün bir təhər oldular. Yəni bunlara bir şeylər oldu, ortalıq qarışdı. Bu yersizliyi buraxacaqlar, zülmü buraxacaqlar. Suriya və İraqı müqəddəs torpaqlar olaraq görürlər. Orada yalnız Kitab əhlinin yaşamalı olduğuna inanırlar. Qardaşım, yenə get yaşa, sənə heç kim bir şey demir. Niyə adamları yox edirsən? Onlar da olsun, sən də ol. “Yox, orada heç bir adam olmayacaq” -deyirlər. “Boş ərazi olaraq istəyirik” -deyirlər. Həqiqətən xalqın yüzdə yetmiş-səksənini yox etdilər. İndi yüzdə yetmiş-səksən kimsə yoxdur. “Geri qalanı da yox edəcəyik” -deyirlər. Bütün dünyanın gözü qarşısında olur, adamlar da anlamır.
SİONİZMİN TEXNİKİ OLARAQ TƏTBİQ OLUNMASI MÜMKÜN DEYİL. İSRAİLİN DÜNYA HAKİMİYYƏTİNDƏN NƏZƏRDƏ TUTULAN İSRAİL SOYUNDAN OLAN MEHDİNİN DÜNYA HAKİMİYYƏTİDİR
Sionizmin, yəni bəzi insanların düşüncəsində inkişaf edən, xəyal edilən Sionizmin texniki olaraq tətbiq olunması mümkün deyil. Yəni bütün dünyaya hakimiyyət filan. İndi düşünün, başqa qruplar da olur çox kiçik, məsələn, Dürzilər dünyaya hakim olacaq desək, onsuz da bir ovuc bu adamlar hara dünyaya hakim olur? Məntiqi olmayan şeyi məcbur etməyin bir mənası yoxdur. Tövratda “İsrail dünyaya hakim olacaq” -deyir, “Bəni İsrail”. Yəni “İsrailin soyundan bir fidan çıxacaq və hər yerdə Allah xatırlanacaq” -deyir. Burada Mehdiyyət açıq-aşkar ifadə edilir. Mənim kitablarımda izah edilir. Yəni Sionizm deyil, bu hakimiyyət, İsrailin dünya hakimiyyəti. “İsrailin soyundan bir fidan çıxacaq bu dünyaya hakim olacaq”. Bu fidan hz. Mehdi (ə.s)-dır, Moşiyahdır. Hətta “Mənəvi olaraq İstanbulu da Yaquboğulları fəth edər” -deyir. Yaquboğulları dediyi İsrailoğulları, yəni hz. Mehdi (ə.s) və yenə musəvi soyundan olan bəzi tələbələriylə fəaliyyət göstərər və İstanbulu mənəvi olaraq alar, mənası budur.
İNGİLİS DƏRİN DÖVLƏTİ BİRBAŞA QƏTLİAM TÖRƏTMƏZ, BƏZİLƏRİNƏ ETDİRƏR
İngilis dərin dövlətiylə çox ağıllı mübarizə aparılmalıdır. Bir çox taktika tətbiq edə bilərlər. Birincisi diqqətlərini dağıda bilərlər. Deyərlər ki, “Amerika edir”, yaxud da cəbhəni yaya bilər. Yəni mübarizə ediləcək dərin dövlət quruluşunu yaya bilər. Məsələn, heç ümid etmədiyin yerlərə insanları göndərə bilər. Afrikaya hadisəni yaya bilər, başqa yerlərə yaya bilər və insanı boğmaq istəyə bilər belə. İngiltərə və Londonun üstündə dayanılmalıdır. Məsələn, İngilis dərin dövləti birbaşa qətliam törətməz, bəzilərinə etdirər. Məsələn, Cənubi Amerikada çox qətliam törətdi. Birbaşa etmir, bəzilərinə etdirir. Hətta silahı da bəzilərinə verdirir. “Sən bunlara silah ver” -deyir, adam verir. Bu mənada evanjeliklərə baş qoşmaq səhv olar.
TÜRKİYƏYƏ MÜASİR İSLAM ANLAYIŞI HAKİM OLMAZSA, BUNU BƏHANƏ EDƏRƏK TÜRKİYƏNİ YOX ETMƏK İSTƏYƏCƏKLƏR. MÜASİRLİK DÖVLƏT SİYASƏTİ OLMALIDIR
Müasir İslam anlayışının xaricində Türkiyəni qurtaracaq bir şey yoxdur. Yəni Türkiyə müasir bir ölkə olmazsa, batar söyləyim. Mütləq bir dövlət siyasəti olaraq bu edilməlidir. Müasir Türkiyə ən əhəmiyyətli mövzudur. Yoxsa, məsələn, mən baxıram gənclərdən mənə çox yazı yazan olur, müdhiş bir yəhudi nifrəti var və müdhiş bir qatı dinçilik hakimdir. Məsələn, musiqiyə şiddətlə qarşıdırlar. Axşama qədər diskodan çıxmayan gənclər mənə yazır, şiddətlə musiqiyə qarşıdır. Yəni qatı dinçiliyin qapısını açan odur. Məsələn adam blue jeanlə gəzir, ağızında saqqız filan, amma sabah bir gün İŞİD məntiqi inkişaf etsə, əl-Qaidə, Taliban məntiqi inkişaf etsə baxın açıqca söyləyim birbaşa o tərəfə rəftarını göstərər. Yəni birbaşa o məntiqin içinə girər. İki tərəfdən birini seçin desən, o tərəfi seçər. Çünki, orta yol yox desən, birini seçin desən o tərəfi seçər. Bu böyük bir təhlükədir. Musiqi olmayan bir İslam, belə bir müsəlmanlıq ayaqda qalmaz. Qadınların rahat geyinə bilmədiyi, oğlanlarına belə qadın rəftarı edilən bir İslam anlayışı batar, mümkün deyil. Bax, adamlar bunu illər içərisində əmək verərək əldə etmişlər.
ATATÜRK NİTQ SÖYLƏYƏNDƏ İNGİLİS DƏRİN DÖVLƏTİNİN OYUNLARINI TƏFƏRRÜATLI OLARAQ İZAH ETMİŞDİR
Rəhmətlik Atatürk nə yamanmış. Heyrətlənirəm. Bax, deyir ki, -İngilis dərin dövlətini nitq söyləyəndə izah edir- “Türklərlə kürdlər arasında bir qardaş döyüşünə səbəb olmaq üçün, kürdləri İngilis himayəsi altında müstəqil bir Kürdüstan qurma planına iştirak etmək üzrə təhrik etdilər. Bu təşəbbüslərini təsdiqləmək üçün böyük pulllar xərclədilər. Hər cür cəsusluq etdilər. Bax, hər cür casusluq. Bu surətlə Noel adlı bir ingilis zabiti, uzun bir zaman Diyarbəkirdə səylər göstərdi. Fəaliyyətlərində hər cür aldatma və saxtakarlıq etdi”. İngilis dərin dövləti işçilərində, baxın, aldatma və saxtakarlıq ana mövzu olur. İndi Atatürk, rəhmətliyin sözünü görürsünüzmü? İngilis dərin dövləti həmişə bununla müvəffəqiyyətli olmuşdur. Aldatma, saxtakarlıq, ikiüzlülük, gizlicə fitnə törətmək, pislik etmək, özünü sezdirməmək. Bunların üzündən anlamaq mümkün deyil. Heç bildirmədən məsələn, istəsə səndən tərəfmiş kimi də görünər, amma altdan-altdan it kimi İngilis dərin dövlətinə sədaqətini davam etdirir, heyrətləniləcək şeydir. Ən axırda ümumiyyətlə cinayətlə nəticələnir. İngilis dərin dövləti bunları yox edir. İntihar bəzəyi altında, o bəzəyi altında, bu bəzəyi altında yox edir. Amma it kimi bir sədaqət göstərirlər. Bu dəccalın bir cadusudur. Dəccalın insanlığa cadu edəcəyi hədislərdə də deyilir.
MÜSƏLMANLARIN ÇOXU ÖZLƏRİNİ ƏZƏN SİSTEMİN ARXASINDAKI ƏSL ÜNSÜRÜN İNGİLİS DƏRİN DÖVLƏTİ OLDUĞUNU BİLMİR, SƏHV YERƏ YÖNƏLİRLƏR
Məsələn, kommunist şüarlar atılır. “Qəhr olsun Amerika, go home Amerika”, İngiltərə ilə əlaqədar tək söz edilməz. Əsl idarə edən İngilis dərin dövləti olduğu halda dünyanın heç bir yerində eşidilməmişdir. Sol təşkilatlara İngilis dərin dövləti hakimdir, bütün terror təşkilatlarına hakimdir. Onlara yalnız Amerika leyhində şüar atdırar, İslam ölkələrində də İsrail və MOSSAD, Amerika başqa bir şey dedirtdirməz. Müsəlmanlar, özlərini acı şəkildə inlədən, məhv edənin İngilis dərin dövləti olduğunu bilmir. Heyrətləndiricidir ki, bilmir. Heç əlaqəsi olmayan bir hədəfə yönəlirlər. Əsl istiqamətləndirilən hədəflərə istiqamətlənirlər, orada çox böyük səhv edirlər. Məsələn, İraqın işğalını İngilis dərin dövləti təşkil etdi, Amerika etmiş kimi göründü. İşğal səbəbini ortaya qoyan İngilis dərin dövlətidir. 2010-cu ildə MI6-ın başçısı İran iki il sonra nüvə silah istehsal edəcək dedi, adamlar buna inandı, bir neçə şərh etdilər. Keçmiş baş nazirlərin xeyli bir hissəsi İngilis dərin dövlətinin əmrindədir. Onların şərhləriylə birləşdi, mövzu bağlandı, Amerika müdaxilə qərarı aldı. Amerika ordusunun hamısı əkinçilərin uşaqları, neftçilərin uşaqları, heyvan güdənlərin uşaqları, fağırdır onlar, bilmirlər. Gəldilər orada döyüşdülər və sonra ruhi xəstə oldular. İndi dayanmadan özlərini öldürürlər. İngilis dərin dövləti çox mərhəmətsiz, zalım bir təşkilatdır. Onları belə intihara təşviq edən də onlardır.