A9 TV, 28 aprel 2015-ci il
(Əhməd Davudoğlu Rize mitinqində danışdı. Davudoğlu, Ərdoğanın və özünün ölümlə təhdid edildiyini açıqladı.)
Necə ölümlə təhdid edirlər mən anlamıram. Təhdid edəni dərhal tutsunlar. Baş naziri, respublika başçısını təhdid etmək nə deməkdir? Hər yerdə çox diqqətli olmaq lazımdır. Hər kəs diqqətli olmalıdır. Polislər çox ayıq-sayıq olmalıdır. Çünki onlar onsuz da narahat hərəkətlər edirlər, rəftarlarından filan aydın olur. Amma kimsə Tayyib hocama bir şey edə bilməz. Hörmətli Davudoğluna da bir şey edə bilməzlər. Lakin əlbəttə diqqətli olmaqda fayda var.
(Muşun Bulanıq mahalında, Van gölü Elektrik Paylama Anonim Şirkətinə (VEDAŞ) aid maşını qəsb edən silahlı iki PKK-lının 16 yaşındakı bir qızı qaçırdığı iddia edildi. Təhlükəsizlik gücləri bölgədə əməliyyat başlatdı.)
Bunlar mikrob sürüsü kimi hər gün bir pislik edirlər, hər gün bir dəlilik edirlər.
(ABŞ Baltimoredə nəzarətdəykən ölən zənci gəncin cənazə mərasimindən sonra qiyam çıxdı. 20 nəfərə yaxın polis yaralandı. 100 nəfərdən çox bina yandırıldı. 235 nəfər nəzarətə alındı. Bir həftə boyunca gecələri küçəyə çıxma qadağan edildi və hadisələri yatışdırmaq üçün Amerikan əsgəri küçəyə endi.)
Amerikaya demədimmi azmayın deyə? Daha yeni söylədim. Türkiyəyə qarşı çıxmağa qalxmayın Allah bəlanızı verər dedim. Bu onlara çox kiçik bir bəladır. Ağıllarını başlarına alsınlar. Bütün Amerika miqyasında qiyam olar. Amerika yerlə bir olar. Yəni daşı daş üstündə qalmaz. Türkiyəni parçalamağa çalışsa özü yox olar. Ağılını başına alacaq. Allahdan bəla olaraq gəlir. Amerika dərin dövləti -haşa- özünü Allahdan üstün görür. Siz yazıq varlıqlarsınız, siz nəsiniz? Ən qoçularınız ya ürəkdən ölür, ya xərçəngdən ölür. Yazıqsınız. Hara qoçuluq edirsiniz? Adamlar anlayırsa Allahdan onlara bir xəbərdarlıqdır. Ağıllarını başlarına alacaqlar.
(PKK-lıların kəndlərdə muxtarları təhdid etməyə başladıqları öyrənildi. “HDP-li namizədlər kənd işinə vaxt ayırmır. PKK-lılar kəndlərə gedib muxtarları təhdid edir. Bu təhdidlər gedərək sərtləşir. 7 iyunda bölgədə seçki təhlükəsizliyi deyə bir şey yoxdur” deyirlər.)
Bu vəziyyətdə seçki olmaz. Cənub-şərqdə seçkini ləğv etsinlər. Belə seçki olmaz. PKK-nın başını qanunla, hüquqla əzsinlər. Tayyib hoca sərt danışır, amma əməldə belə bir vəziyyət yoxdur. Əməldə dövlət PKK ilə həmsöhbət olur. Yəni masaya otururlar. Bu ürək ağrıdan bir şeydir. Yəni Türk tarixində, Osmanlı tarixində, Səlcuqlularda, heç bir tarixdə belə bir hadisə yoxdur. Dəhşət vericidir. Heyrət və ibrətlə izləyirik. Tayyib hoca deyir ki, onu edəcəyik, bunu edəcəyik, belə edərik. Tamam, gözəl, amma et görünsün yəni sözdə qalmamalıdır. Məsələn, bu vəziyyət çox dəhşətlidir. Adam açıqca təhdid edir, qoçuluq edir. Belə bir seçki olarmı? Bu vəziyyətdə adam nə etsin? Muxtara, “Səni öldürəcəyik” deyirlər. Adam məcbur olaraq gedib BDP-yə səs verir.
“İş adamlarından da pul istənirmiş. Xüsusilə Van, Haqqari, Şırnak kimi yerlərdə”.
Adam haydı vermirəm desin. Bu qədər xalqa zülm etdirməyin bir mənası yoxdur. PKK-nı dövlət məğlub etsin, hüquq çərçivəsində nə lazımdırsa etsin, başlarını əzsinlər. Yəni çətin bir şey deyil ki. Yerləri məlum, məkanları məlum. Götürüb hamısını həbsə atsınlar.
(HDP-yə qarşı çıxanlar da köç etməyə məcbur edilirlər. Bir çox ailə köçmüş vəziyyətdə və bir çoxu da köç üçün hazırlıq görür.)
Tayyib hoca bunu seyr etməsin, baş nazir bunu seyr etməsin. Bu çox böyük bir milli fəlakətdir. Görülməmiş bir fəlakətdir. Tayyib hoca həqiqətən sərt çıxışlar edir, amma əməl tam fərqlidir. Hamısını həbsə atsınlar. Hamısını həbs etsinlər. Belə anormallıq olmaz.
(Diyarbəkirin Silvan mahalında çayxanaya gələn üzləri maskalı iki YDG-H üzvü təxminən on dəqiqə siyasi təbliğat etdikdən sonra vətəndaşlardan ayağa qalxmalarını istədilər. Çayxanada olan Murad K-nın ayağa gec qalxdığını bəhanə edən terroristlər əllərindəki silahlarla atəş etdi. Açılan atəş nəticəsində Murad K. ayağından yaralandı. YDG-H üzvləri isə qaçaraq uzaqlaşdı.)
Bu çaqqallar orada dərhal necə tutulmur mən anlamıram. Hər yerdə vətəndaş polis olmalıdır. Bunları bu qədər şişirtməyin, bu qədər it kimi etməyin mənası nədir, mən anlamadım. Çökərsən altına alarsan, qandalı taxıb apararsan. Ağılasığmaz şişirtmişlər. Hər yerdən bir fəlakət xəbəri gəlir. Tayyib hoca da sərt çıxışlar edir, amma əməldə heç bir şey yoxdur. Belə olmaz. Əməldə istəyirik. Yəni konkret hadisə istəyirik, konkret nəticə.
İran bu gün Şamdakı PKK nöqtələrini vurdu. Yuna çevirdi. Səs varmı? Nə Avropanın səsi çıxır, nə də PKK-lılar çığırışır. Amma Türkiyə etmiş olsaydı belə bir şeyi yer yerindən oynayardı. PKK it kimi qorxduğu üçün İrandan, it kimi qorxduğu üçün nə olur belə demirlər. İran PKK mövqelərini yerlə bir etdi, kimsənin səsi çıxmır.
(Respublika başçısı Ərdoğan, Kiprdəki çıxışında, “Zəmanət verən ölkəyik. Respublika başçısı müzakirələri özbaşına aparacaq deyil” dedi. Şimali Kipr seçkiləriylə əlaqədar olaraq bu gün bəzi şərhçilər, Kipr xalqının artıq Türkiyənin öz ənsələrində boza bişirməsindən (çox əziyyət çəkdirməsindən) bezdiyini, şimal Kipr və Türkiyənin iki ayrı müstəqil dövlət olduğunu, Kiprlilərin həlli özləri Rum ilə meydana gətirmək istədiyini ifadə etdilər.)
Olarmı elə şey? İtib gedərlər Allah əsirgəsin. Çox uşaqsayağı bir ifadədir, xeyli təhlükəli olar. Onlar orada ayrı bir xalq, ayrı türk milləti var deyə qəbul etmirlər. Torpaqların da türklərə aid olduğunu qəbul etmirlər. Bu səbəbdən birbaşa gedib alarlar. İş çıxar, o zənn etdikləri kimi olmaz. Elə şirin bir yuxu olmaz. O tərz bir şirin dünya yoxdur. Tamam, rəftarlarıyla bəzi kəslər narahatçılıq vermiş ola bilərlər. Oraya gedib yersizlik etmiş ola bilərlər. Onları Kiprə buraxmasınlar. Gedib orada dava salırlar, qumar oynamağa filan gedirlər, spirtli içki içib rüsvayçılıq edirlər. Onları bəlkə də uzaq tutmaq istəyir.
(Ümumiyyətlə sol və Ak partiyaya qarşı olan dairələrdə hörmətli Ərdoğanın daha ilk gündən Kiprə qarşı ciddi təsir yaradan bir üslubdan istifadə etdiyini söyləyirlər. “Keçmiş Kipr səfiriylə bizim diləyimiz xalqın yüzdə altmışını səs verərək seçdiyi adama hörmətli Ərdoğanın da hörmət göstərməsidir və bu liderə qarşı hörmətdən salacaq, təhqir edəcək üslub istifadə etməməsidir” dedi.)
Tamam doğrur, amma o da riskli şərhlər edir. Elə bir danışıq Kipri təkliyə sala bilər. Türkiyəylə əməkdaşlıqda nə problem var? Ayrılıq yaradan bir üslubun təhlükəli olacağı açıqdır. Türkiyə dəstəyini çəksə həmin an oranı parçalayarlar. Dərhal ələ keçirərlər. Türkiyə zəmanətini çəksə Rum birbaşa girər. “Buralar bizimdir” deyərlər. “Siz çıxın” deyərlər. Bu qədər açıq. Onlara elə dinc bir həyatı yaşatmazlar. Daha əvvəl günorta edirdilər. EOKA lideri Grivas vardı. Makarios filan, xeyli iş çıxarırdılar. Grivasın şəkli olduqca xarab idi. Tam belə quldur idi. Makarios da nəfəs aldırmırdı.
(Əl Ərəbiyədə yayımlanan xəbərdə İranın Amerikan yük gəmisini nəzarətinə aldığı irəli sürüldü. Pentaqon mətbuat katibi İran hərbi qüvvələrinin Amerikan gəmisini deyil, Marşall adaları bayraqlı bir gəmini saxladığını söylədi. Gəmidən gələn kömək tələbi üzərinə də ABŞ-ın müşahidə etmək üzrə Hörmüz boğazına destroyer və təyyarə göndərdiyini açıqladı.)
Bax İran istədiyi kimi qoçuluq edir. Heç səslərini çıxara bilmirlər.
“İranın nəzarətinə aldığı gəmidə Amerikan vətəndaşı yoxmuş”.
Məsələn, Panama vətəndaşı olur, əhəmiyyətsiz olur. Macar olur əhəmiyyətsiz olur. Amerikan vətəndaşı olur çox əhəmiyyətli olur. Bütün insanlar bərabərdir, hamısı Allahın quludur. Bu nə deməkdir?
(Duran Kalkan, Ak partiya ilə Bərzaninin partiyası KDP arasında seçki ittifaqı edildiyini iddia edərək, “bir çox KDP-li Ak partiya siyahısından namizəd göstərildi” dedi.)
Bizim təmiz insanlarla qəsdi-qərəzliyimiz yoxdur. Bizim işimiz PKK; it, qurd, qatillər, alçaqlarladır. Onlarla biz ziddləşirik. Yoxsa məzlum, öz halında bir müsəlmanın məhəbbəti olar, sevgisi olar.
(Sarkisyan, “Biz indiki Türkiyə rəhbərliyini soyqırım etməklə günahlandırmırıq. Ancaq Türkiyə rəhbərliyi soyqırımı inkar edərək o tragediyaya cinayət ortağı olmuş olur. Onları kürəyindəki bu yükdən xilas olmağa dəvət edirik” dedi.)
Yox onlar boş işlərdir. Ondan bir şey çıxmaz. O dövrdə bir döyüş olmuş, hər kəs bir-birini öldürmüş, böyük bir qırğın olmuş. 30 milyon adam onsuz da şəhid edildi və yaxud öldürüldü. Amerika atom bombası atdı, bir şəhəri yox etdi. Sonra bir atom bombası daha atdı bir şəhəri daha yox etdi. Bütün insanlarını, pişiyini, itini, bitkisini, böcəyinə qədər Amerika yox etdi. Bu soyqırım deyilmi? Bu da soyqırımdır. Əlcəzairdə fransızlar milyonlarla müsəlmanı şəhid etdilər. Bu da bir soyqırımdır. Rusiyanın ucu bucağı yoxdur. Yəni kommunist sistemdə də, çarlıq dövründə də ağılasığmaz qırğınlar etdi. Şeyx Şamilin nəvələrindən başlayaq, orta Asiyadakı türklərə qədər hamısına ağılasığmaz bir soyqırım tətbiq etdi.
Ardahan mərkəzə bağlı Tunçoluq kəndində PKK səs vermələrinə açıq olaraq təzyiq altına almış. PKK-nın iddiası; “BDP-yə səs verəcəksiniz” deyirmiş. Bütün ətraf kəndlərdə, qəsəbələrdə də bu şəkildə deyir. Bir də açıq səs verməyə insanlar çətinlik çəkirmiş deyir. PKK görəcəyik deyirmiş. İstifadə etdiyiniz səsi də görəcəyik deyirlərmiş. PKK bölgədən qazınmadan mümkün deyil. Hər nə tədbir alınsada adamlar mütləq hadisəyə müdaxil olarlar. Silahın zarafatı olmaz. Adamlar psixopatdır. Adam öldürməyə alışmışlar. Bunlar qatil dəstəsidir. Yəni xalq çəkinər. Dövlətin təcili tədbir görməsi lazımdır.
(Kim Kardaşyan, “Türkiyənin soyqırımı qəbul etməsinin zamanı gəldi. Bu indi oradakı insanların günahı deyil. Yüz il əvvəl yaşandı. Türklər bu vəziyyəti qəbul etsə hər kəsin həyatına davam edə biləcəyinə inanıram. Keçmişlə üzləşməmək hörmətsizlik” deyə yazmış.)
O gözəl varlıq orada öldürülən müsəlman türkləri görsə içi parçalanardı. Mərhəmətsizcə... Sait babam izah edirdi, “Müsəlmanları çayın kənarına yığırdılar, tək bir gülləylə üçünü, dördünü birdən şəhid edirdilər” -deyir. Yəni müsəlmanlara çox gözü dönmüş bir qırğın tətbiq olundu. Onlardan heç bəhs etmir. Rusların etdiyi qırğınlar ayrı, onların etdiyi qırğınlar ayrı. Bu millət nə çəkdi. Türk milləti normalda çox izdihamlı olardı. Həmişə qırğınlarla əhalisi azaldı. Kardaşyan cavan bir qız, səmimi bir qız. Doğrular izah edilsə təsirlənər deyə düşünürəm. Ona yazı göndərək.