İNKAR EDƏNLƏR DƏLİL TAPA BİLMƏDİKLƏRİ ÜÇÜN DEYİL, TƏKƏBBÜR HİSSİNDƏN ÖTRÜ İNKAR EDİR
Şeytandan Allaha sığınaram. “Bizimlə qarşılaşacaqlarını güman etməyənlər”, yəni axirəti yox sayanlar, olmaz deyənlər, “dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər”. (Furqan surəsi, 21) Yəni əsas mövzunun nə olduğunu Allah söyləyir. Təkəbbür hissi, məsələn, burada biz zənn edirik ki, adam dəlil tapa bilmədiyi üçün, fikrində toplaya bilmədiyi, ağlı kəsmədiyi üçün inkar edir. Halbuki, Allah səbəbin təkəbbür hissi olduğunu deyir. Yəni amansız bir təkəbbür hissi.
FİRON DÖVRÜNDƏ KOMMUNİST BİR SİSTEM OLDUĞU AYDIN OLUR
Şeytandan Allaha sığınaram. “Firon qövmünə qışqırıb dedi:” Qışqırmaq onsuz da bunların ümumi xüsusiyyətidir. “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi?” (Zuxruf surəsi, 51) Deməli xeyli bir dövlətləşdirmiş. Yəni xalqa aid bir mal-mülk buraxmamış. Dövlət malı ələ keçirmiş, oradan bir azğınlıq meydana gəlmiş. Yəni anladığım qədəriylə bir kommunist sistem var. Dövlətin bütün xalqın malını ələ keçirdiyi aydın olur. Baxın çaya da, o çaya da sahib çıxmış.
FİRON HEKAYƏSİNDƏN EQOİSTLİYƏ SƏBƏB OLAN ŞEYLƏR:
“Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?” Yəni yüksək deyiləmmi deyir. (Zuxruf surəsi, 52)
Məsələn. bax, gözəl danışa bilmək, yəni natiqlik, ağıllı, hikmətli danışmaq deyil. Amma natiqlik eqoistliyə, təkəbbürlənməyə səbəb olur. Məsələn, “sinif”, kübar cəmiyyətə mənsub olduğu üçün bu, o dövrün kübar cəmiyyətinə, onu da xalqdan gördüyü üçün özünü yüksək görür. Bunun bir təkəbbürlənmə səbəbi olduğunu ayədən anlayırıq. “Aciz” -deyir. Aciz necə olar? Maddi imkanı yoxdur, hərbi gücü yoxdur filan. Bunların onda bir təkəbbürlənmə hissinə səbəb olduğu aydın olur. Əlbəttə, daha da genişlədilə bilər. “sözünü belə aydın başa sala bilməyən”. Bir insanda əgər qüsur görsə, deməli, təkəbbürləri daha da artır.
“Nə üçün ona qızıl bilərziklər taxılmayıb”. Bax, mal və zənginliklə bir anda etibarının dəyişəcəyinə inanır. Amma bilərzik tərzində, belə külçə qızıl da qəbul etmir. Bəzəkli, istifadə edilə biləcək qızıl olaraq söyləyir. “və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?” (Zuxruf surəsi, 53) Əlbəttə, bu imanı üçündür, iman etmək üçündür. Bunu da etibarı üçün istəyir, “onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?” -deyir. Halbuki mələk o şəkildə görünməz. Xeyr insan şəklində gəlir, amma o, onu anlamaz. Onun mələk olaraq istədiyi qanadlı, insana bənzəməyən varlıqlardır.
“Firon öz xalqını alçaltdı,” İnsanları alçaltmaq. Məsələn, Amerikalıların, İngilislərin Pakistanda, Hindistanda əlaltıları var. Bunlar xalqı alçaldaraq, özlərini böyüdürlər. Onların, məsələn, inanclarını alçaldırlar, geyimini-keçimini alçaldır, yeməyini-içməyini alçaldır. Özünü daha klas görür.
ALLAH TƏKƏBBÜR HİSSİNƏ QAPILANLARIN DİNƏ YAXINLAŞMALARINA MANE OLUR
Şeytandan Allaha sığınaram. Allah “Haqsız olaraq” -deyir, “yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam”. (Əraf surəsi, 146) Təkəbbürlük göstərdiyində onsuz da Allah dərhal xəstələndirir. Deməli əsl təkəbbürlük hissi gəldiyində, Allah dinə yaxınlaşmalarına mane olur. Ağılını alır. Amma bir fərahlıq da olur, yəni bunlarda çox dəli bir qorxusuzluq duyğusu da olur. Məsələn, dövlət marixuananı qadağan etmiş, narkotiki qadağan etmiş. Qorxmur, manyak, yəni belə, açıqca narkotikdən istifadə edir. Çəkinmir. Yaxud sənədsiz silah qadağandır, amma belinə silah taxıb gəzir. Manyakdır, çəkinmir. Belə adamlar Allahdan qorxmamaqda daha çirkin bir qabiliyyətə sahib olurlar. Daha qorxusuz, çəkinməyən olurlar. Qorxmağı bilən insan Allahdan qorxur. Onlar daha müvazinətli, hər baxımdan uyğun olur.
İNSANLARIN XOŞLARINA GƏLƏCƏN BİR YERDƏ YAŞAMALARI DA BİR MÖCÜZƏDİR
Şeytandan Allaha sığınaram. Yunis surəsi, 93. “Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik”. Bax, gözəl bir yurda sakin etdik deyir Allah. Halbuki, hər yer insana gözəl gəlməz. Allah oranı onlara sevdirir. Bu da bir möcüzədir. Məsələn, bir yerə yerləşdirərsən, amma adam narahat olar. Gözəl də olsa, xoşuna getməyə bilər. Amma gözəl bir yurda sakin etdik deyir. Yəni Allah sevdirmiş.
İSRAİLOĞULLARI HZ. SÜLEYMAN (Ə.S)-IN İSRAİLİ ZƏNGİNLƏŞDİRMƏSİ VƏ YOLDAŞLARININ SAYI MÖVZUSUNDA İXTİLAFA DÜŞMÜŞLƏR
“və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir”. (Yunis surəsi, 93)
Hz. Musa (ə.s) ilə birgə Misirdən ayrılan İsrailoğullarının vəd edilmiş torpaqlara yerləşməsi və orada var-dövlət sahibi olması hz. Süleyman (ə.s) zamanında oldu, bilirsiniz. Bundan əvvəl İsrailoğulları arasında ayrılıqlar, ixtilaf yaşandı, lakin bu dövrdə səhrada köçəri halda idilər. İsrailoğulları hz. Süleyman (ə.s)-ın İsraili zənginləşdirməsi və yoldaşlarının sayı mövzusunda ixtilafa düşdülər. Bax, zənginləşdirmə və yoldaşlarının çox olması mövzusunda ixtilafa düşdülər. Bunu tənqid etdilər. “Bütpərəst qadınları götürüb gətirdi”. Halbuki, qadınlar müsəlman olur. Bax min yoldaşı var, qadınlarla çox maraqlanırmış kimi ravvinlər bir müxalifət vəziyyəti meydana gətirdilər. Hz. Süleyman (ə.s)-ın sağlığında da bu mövzuda ona qarşı gəldilər, bilirsiniz.
O zamanlar hz. Süleyman (ə.s)-ın ölümündən sonra 12 oymaqdan 10-u krallıqdan ayrıldı. Bu ayrılıqdan sonra iki qonşu dövlət arasında tez-tez döyüşlər və qarşıdurmalar yaşandı. Quranda təsvir edilən mövzu budur. Özlərinə elm gəlir, bundan sonra onsuz da hz. Süleyman (ə.s)-ın məbədi dağılır. Bax, 12 oymaqdan 10-u krallıqdan ayrılır. Çox böyük fitnə çıxmış.
ALLAH TÖVRATDA HZ. SÜLEYMAN (Ə.S)-I TƏRİFLƏYİR
Məsələn, Allah hz. Süleyman (ə.s)-dan çox razıdır. Ravvinlər razı deyil, amma Allah razıdır. Onlar Tövratda hz. Süleyman (ə.s)-a ağla sığmaz təhqirlər edirlər. Amma Allah tərifləyir. Məsələn, Tövratda: “Süleyman Rəbbin məbədini, sarayı, etməyi istədiyi bütün işlərini bitirincə Rəb daha əvvəl Givanda olduğu kimi, ona yenə görünərək belə dedi: Duanı və yalvarışını eşitdim. Adım daim orada anılsın deyə tikdiyin bu məbədi müqəddəs etdim”. Bax, Allah tərifləyir. “Gözlərim onun üstündə, ürəyim hər vaxt orada olacaq”.
HZ. SÜLEYMAN (Ə.S) HEKAYƏSİNDƏN ZƏNGİNLİYİN TƏBLİĞDƏKİ TƏSİRİ HAQQINDA İZAHLAR
Hz. Süleyman (ə.s)-ın zənginliyinin və yanındakı insanların keyfiyyətinin, zəngin paltarlar geymələrinin təbliğdə nə qədər təsirli olduğu da, Tövratda açıqlanır. Baxın. Krallar 10. “Süleymanın müdrikliyini, tikdirdiyi sarayı, süfrəsinin zənginliyini, vəzifəlilərinin oturub-duruşunu, xidmətçilərin xüsusi geyimləriylə göstərdiyi xidməti, səkiləri və Rəbbin məbədində təqdim etdiyi qurban kəsimlərini görən Səba kraliçası heyranlıq içində qaldı”. Təbliğdə üsulu görürsənmi? Hər kəs çox qəşəng geyinir, müdhiş bir zənginlik var, mebellər mükəmməl, saray mükəmməl. Təbliğə bir qadını çağırdığında qadın dərhal “iman etdim” -deyir. Çox təsirlənir. Hz. Süleyman (ə.s)-a “Ölkəmdə ikən etdiklərinlə, müdrikliyinlə əlaqədar eşitdiklərim doğruymuş” -deyir. “Amma gəlib öz gözlərimlə görənə qədər inanmamışdım. Bunların yarısı belə mənə izah edilmədi. Müdrikliyin də, zənginliyin də eşitdiklərimdən qat-qat çoxdur” -deyir. “Nə xoşbəxtdir adamların, nə xoşbəxtdir sənə xidmət edən vəzifəlilər. Çünki daim müdrikliyinə şahid olurlar”. Səba kraliçası deyir: “Səndən razı qalan, səni İsrail taxtına oturdan Tanrın Rəbbə təriflər olsun”. Paltarlar mükəmməl, əşyalar mükəmməl, əxlaq mükəmməl, nizam mükəmməl, oturub-durmaları mükəmməl, hər şeyləri mükəmməldir deyir. Binanın görünüşü, zənginlik, hər şey mükəmməldir deyir, hz. Süleyman (ə.s)-a.