A9 TV, 24 mart 2018
Şəhidimiz Muhsin Yazıcıoğlunu rəhmətlə və sevgiylə xatırlayırıq. Tam vəli əxlaqlı bir insan idi. Davamlı sevgini, dostluğu, qardaşlığı ön plana alardı
Allah-Allah nə qədər gözəl əxlaqlı bir insan. Bax, sevgidən mən bu qədər çox bəhs edən lider görmədim. Dövlətin bütün imkanları istifadə edilməlidir. Mövzu hələ müəmmalıdır, hələ bilinmir. Niyə etdikləri, necə olduğu bilinmir. Amma FETÖ-cuların etdiyi bilinir. Mənim anladığım hər halda Fəthullah Gülən həsəd etdi. Yanındakılar da həsəd etmiş ola bilər. Çünki o gələcəyə ümid edən bir insan idi. Gələcək üçün lider olması dəqiq gözüylə baxılan bir insan idi. Çünki həm dürüst, həm əfəndi, həm ağılı başında, yəni axtarılan bütün liderlik xüsusiyyətləri var. Və türk millətinin də əksəriyyətinin çox sevəcəyi xarakter idi. Hər halda liderliyini dəqiq olacağını gördülər. Amma liderlərə ümumiyyətlə çox diqqət göstərilmir. Hər liderə rahat yaxınlaşmaq olur, belə olmamalıdır. Məsələn, vertolyot, dövlət vertolyot həvalə etməlidir. Partiya lideri, yəni çox əhəmiyyətli bir şeydir. Partiyanın öz imkanlarıyla dəmir vertolyota minir. Dövlətin əlində zibil kimi vertolyot var. Təhlükəsiz vertolyotla aparılmalı idi. Təbii ki, artıq olmuş, qədər, amma qəzəbləndirici bir şeydir. Yəni tədbir görülməməsi qəzəbləndiricidir.
(“İnsan niyə yalan danışar?” tamaşaçı sualı)
Hər halda qarşı tərəfin sevgisini itirməmək üçün, qəzəblənməməsi üçün, etibarı sarsılmasın deyə və yaxud mənfəəti üçün müxtəlif səbəblərlə yalan danışar. Amma yalan çox çirkin şeydir. Amma zəruri vəziyyətdə yalan deyilə bilər, yaxşı niyyətlə deyilən yalanlar, ona yalan deyilməz, ona məsləhət deyilir. Həmişə söyləyirəm, məsələn, adam xəstədir, ağır xəstəliyi var, ona: “sənin sağalmaz xəstəliyin var” deyilməz. Təbii ki, doğru söyləməyəcəksən. Həqiqətən də mənəvi istiqamətdən güclə xilas ola bilər də. Allah vəsilə edə bilər. Və yaxud yol qəzalarında çox olur. “Atama nə oldu?” deyir. Məsələn, atası ölmüş, ona: “Atan xəstəxanadadır, yüngül yaralıdır. Çənəsi qırıldı danışa bilmir, sadəcə çənəsindən yaralanıb” deyərsən. Çünki o zaman: “Telefonla danışmaq istəyirəm” deyirlər, ona maneə törətmək üçün elə deyilə bilər və yaxud ona bənzər bir şey deyilə bilər. Və yaxud: “Həkimlər telefonla danışmasını istəmir”. Məsələn: “Üzündə qanama var” filan deyilə bilər. Amma onun xaricində yalan olmaz.
Məqsədsizlik insanın bütün həyat enerjisini əlindən alar. İnsana həyat enerjisi qazandıran Allah sevgisi, Allahın böyüklüyünü anlamaq və imandır
Normal halında insan çalışmamağa çox uyğundur. Məsələn, bax, bizim Sarmanın işi-gücü yoxdur, gecə-gündüz yatır. Heç bir işi yox, məqsədi də yox. Bir yerdə yemək tapsa yeyir sonra yatır. Gənc qızlarda o çox olur, cavanlarda da olur. Məsələn, gündə on beş, on altı, on yeddi saat yatır, səbəb? Sıxıldığı üçün. Boş, həyatının bir məqsədi, mənası yoxdur. İndi oyananda da: “Nə edim mən?” deyir. “Yemək yedim tamam. Bazara çıxım.” deyir. Bazarda qəzəbli, sərt üzlü adamlar var, kimsə kimsəyə baxmır. Bir yerdə alış-veriş etsə, alış-veriş etdiyi yerlərdə də insanlar ümumiyyətlə sevgisizlikdən qaynaqlanan soyuqluq içində olurlar. Bir də onsuz da tanımadığı insanlardır, o bunu tanımır, bu onu tanımır. Xoşbəxt olmağa evə geri dönmək istəyir, evə gedincə atası qəzet filan oxuyur, anası yemək bişirir, yenə sıxılır, otağına girib yenə yatmaq istəyir. Qalxsa yenə eyni şeylər olacaq, onun üçün yatım deyir, heç olmasa davamlı yatım deyir. Bir cür özünü keyitmiş olur. Amma insan Allahı fərq etdimi, böyüklüyünü bildimi, anladımı, o zaman beyni tam fərqli olar, artıq ona vaxt çatmaz, yəni o saniyələri istifadə edər, dəqiqələri istifadə edər, heç ona vaxt bəs etməz. Aradakı fərq çox böyük olar. Onun üçün bir şəxsin əgər şüuru açıqdırsa, ruh sahibidirsə dərhal Allahı bilməsi, dərhal Allahın böyüklüyünü bilməsi və bütün həyatını Allaha həsr etməsi lazımdır.
Din, islam insanı şizofren ruhdan xilas edər. Din olmadığında şeytan dövrəyə girər. Şeytan da insanı şizofren edər. Şeytanın təsirinə düşən insanlar filmlərdə filan da görərsiniz, xəyali şəkillər çəkilər, xəyali filmlərdə bu görülər. Şeytanın təsirinə düşdüyü üçün üzündə şizofren ifadə vardır. Bütün hərəkətləri şizofrendir. Bu səbəbdən gənc qızlarda da həyat məqsədi olmadığında, gənc oğlanlarda şizofren ruh inkişaf edir. Həyata küsmə, sevdiklərinə küsmə, içinə qapanma, intihar meyli, dinsizlik, iman əskikliyi, iman zəifliyi yaxud imansızlıq şeytanın insanın bədəninə girməsinə səbəb olur. Şeytan da şizofren olduğu üçün, yəni şizoid bünyəli olduğu üçün insanları o dəli ruhun içinə çəkər. Məsələn, bax, münafiqlərdə də şizofren ruh vardır, dəlidirlər. Məsələn, insanlara müsəllət olarlar, ətrafındakılara zərər verməyə çalışar, intiqam, kin ruhu vardır. Məsələn, ağılsız hərəkətlər edər. Özünə də zərər vermək, ətrafındakılara zərər vermək münafiqlərin bir xüsusiyyətidir, yəni məqsədsiz, şüursuz şəkildə bunu edər, dəli qərarlılıqla bunu edər. Amma mömin olan, müsəlman olan yalnız xeyr arxasınca qaçdığı üçün, islamın xeyrinə hərəkət etdiyi üçün həyatı çox dolu keçər. Amma hal-hazırda türk cəmiyyətinə ümumiyyətlə iman həqiqətləri izah edilmədiyi üçün, Quran möcüzələri izah edilmədiyi üçün, darvinist təhsil çox verildiyi üçün, yüksək dozada verildiyi üçün və ənənəçi ortodoks islam anlayışı onların izah etdiyi o cadulu dünya, o kabus kimi dünya ilə darvinist, materialist dünyanın qorxuncluğu birləşdiyində qorxunc yuxu meydana gəlir. O da gəncləri şizofren ruha doğru çəkir, yəni içinə bağlayır.
(Siz illərlə universitetlərdə terror təbliğatı edilməsinə icazə verilməməsi və terror təşkilatı tərəfdaşlarının tələbə olaraq qəbul edilməməsini izah etdiniz. Dövlət prezidenti Ərdoğan hal-hazırda bu mövzuya icazə verməyəcəklərinə dair üst-üstə açıqlamalar edir. Bugünkü çıxışını izləyə bilərik.)
Otuz dəfə söylədim, daha əvvəl də söylədim. ODTÜ-də uşaqlar deyir ki: “Hz. Məhəmmədi xatırlama proqramı hazırlayacağıq.” Vay siz necə edərsiniz? Baş, göz yararaq uşaqları darmadağın edirlər. Sonra? “Biz edərik. Kimsə də qarışa bilməz.” deyir. Elə şey olar? Sən orada Leninin, Marksın ad gününü qeyd edirsən çaqqal sənə kimsə bir şey demir, hz. Məhəmməd (s.ə.v)-ın ad gününü oradakı insanlar qeyd edir, danışır. Bir də bax, çubuqla girib uşaqları döyür. Desə ki, məsələn, biz etiraz edirik, qəbul etmirik, yenə bir dərəcə yaxşı deyirsə desin. Amma çubuqla, dəyənəklə gəlirsən çaqqal. Bir də orada uşaq məsələn, şirniyyat paylayır, sənə nə, paylasın, sən də payla. Paylayacaqsansa sən də payla. Başqa bir şey üçün də paylaya bilərsən. Məktəb məzuniyyətin üçün paylaya bilərsən, bilməm nə edə bilərsən. Niyə çubuqla hadisəyə girirsən? Daha əvvəl də elə AK partiyalı bir uşağı təhdid edirdilər, gördünüz. Bu təhdidə görə məktəbə gedə bilməyən şagirdlər var. Kommunist şagirdlərə görə məktəbə gedə bilmir. Mən bunu neçə ildən bəri söyləyirəm, Allaha şükür Tayyib hocam müdaxilə elədi.
Dünyaya ilk gəldiyimizdə insan ilk növbədə şüurlu analiz edə bilmir. Amma diqqətlə baxdığımızda hər şeyin beynimizin içində yaradıldığını və xaricdə maddənin yalnız kölgə varlıq olduğunu görürük
Dünyaya gəldiyimizdə əvvəlcə anlamırıq. Məsələn, mən uşaqlığımda çox anlamırdım. Yemək yeyərik, küçəyə çıxarıq, oyun oynayarıq. Yəni şüur qəribə olur. Mən dünyanı anlamamışdım. Nə maddəni anlayırdım, nə beynimin içində təsvirin olduğundan xəbərim yox idi. Ankarada hər kəs təqib içində idi. Məktəb bitirilər, universitetə gedilər, evlənilər. Yəni hər kəs mübarizə edər. Həyat mübarizəsi vardır. Mən belə bilirdim. Bir gün baxdım ki; maddə deyə bir şey yoxdur. Artıq yata bilmədim. Səhərə qədər yata bilmədim. Yox açıq-aşkar maddə yoxdur. Kölgə varlıq olaraq var, açıq-aşkar yoxdur. O zaman hər şey beynimizin içində yaradılır. Kompüter, televiziya filan. Necə ki, televiziya fabrikdə düzəldilir. baxdım ki, televiziyanı Allah yaratmış. Saatı Allah yaratmış. İndi Allahın varlığının dəlilini böcəkdə, quşda axtarmaq ayrı. Saata baxdığımızda onsuz da dəqiq aydın olur. Saata baxdımı bitdi, yəni ikinci ehtimal yoxdur. İman nə dərəcə olar? Yüzdə yüz, yüzdə yüz iman. Yəni elə ilməl-yaxın filan, Haqqəl-yaxın iman yaranar. Dəqiq, qəti, yəni öz varlığından əmin olduğun kimi əmin olursan. İkinci ehtimal yoxdur. Allahın varlığı dərhal görülür. Atomun quruluşuna baxırıq, saniyədə 100 min dövr edir. 100 min dövr və hansının haradan daha əvvəl keçəcəyi müəyyən deyil. Son anda qərar verir. Yəni dönərkən son anda qərar verirlər. Çox qəribə bir şeydir. Son anda qərar verir. Hər biri özü-özbaşına qərar verir. Özü-özünə qərar verdiyində 15 milyard ildən bəri bir dəfə də başqasına toqquşmuşdur? Yox, heç toqquşma yox. Toqquşma olsa kainat çökər. Düşündüm, yəni dedim indi bir elektronun içində bir aləm varsa, o zaman nə olmuş olur? Allahın böyüklüyü. Biz nələrlə məşğul oluruq dedim. Yox məktəb bitirmək, yox bilməm nə, bizim dərdimizə bax. Hadisənin böyüklüyünə bax, elə deyil? O zaman mən hadisənin böyüklüyünə kilidləndim. Hər kəs də belə olmalıdır.
(“Aydınlık” qəzetindən Yavuz Alogan, Sarayda təşkil edilən hakim-prokuror təyinat mərasimində hakim və prokurorların ölkə prezidenti Ərdoğanın çıxışını ayağa qalxaraq alqışlamasını belə tənqid etdi. Ölkə prezidentimizi tənzih edirik. “Sarayın mərasim salonunda ölkə prezidentini ayağa qalxaraq qarşılayan hakim və prokurorların fotoşəkilini görüncə gözümün önünə 1936-cı ildə Hitlerə beyət mərasimində toplu olaraq nazi salamı verən Berlin cəza məhkəməsi üzvlərinin fotoşəkili gəldi. Nazilərin hüquq rəhbəri mərasimdə belə söyləmişdi: “Nasional sosializm qarşısında hüququn müstəqilliyi yoxdur. Verəcəyiniz hər qərarda əvvəldən özünüzə mənim yerimdə diktator olsaydı necə qərar verərdi deyə sual verin” dedi. “Rəis dediyimiz adamın öz aləmində diktator kimi bir şey olmağa çalışdığı açıq-aşkar görülür” dedi.)
Amma belə bir dövrdə hüququn bu cür nəzarətsiz olması çox təhlükəli olar, yəni heç olmasa bu dövrdə yığcam olmalıdır. Bir manyak hakimi düşün, manyak bir prokuror Türkiyənin başını bəlaya sala bilər, çox rahat başını bəlaya soxa bilər. Çünki bir hakim Türkiyədə qərar ala bilir. Bütün Türkiyəni maraqlandıracaq şəkildə qərar ala bilir. Ölkə prezidentindən daha çox səlahiyyətlidir. Baş nazirdən daha çox səlahiyyətlidir. Məsələn, Türkiyədə bütün qəzetlərin hamısını yığdıra bilər. Bütün televiziya kanallarını bağlatdıra bilər. Məhkəmə qərar verər bağlatdırar hamısını. Yəni gözlənilməz şeylər edilə bilər, onun üçün ədliyyənin hal-hazırda yığcam olması, yəni milli ruhla hərəkət etməsi əsas şərtdir, elə deyim də anlayın. Məsələn, FETÖ, Ergenekon iddiasında gördünüz, yəni çox təhlükəli hərəkətlər etdi. İnsanları doldurdu həbsxanaya kimsə də bir şey deyə bilmədi, baxırdıq. Otuz il, qırx il həbsxananı adamlarla hamısını zabitlərlə, polislərlə filan Ergenekonla doldurdu. Baxdıq öz işlərinə gəlməyən adamları göndərmişlər, çox təhlükəli bir şeydir. Onun üçün ədliyyənin bu mərhələdə Türkiyənin mənəvi lideri deyək, yaxud əmri, yaxud əmr sahibi olan adama hörmətini göstərməsi Türkiyənin yığcam olması üçün yaxşıdır. Klassik siyasət mühiti kimi olmasa daha yaxşı olar. Məsələn, hakim qərar verir MİT TIR-ları dayandırılır, heç bir şey edilə bilmir, yəni nə edirsən et. Məsələn, MİT mənsubu adam jandarma əlində tüfənglə qışqıraraq deyir: “MİT işçisiyəm en aşağıya.” “MİT işçisiyəm, eşitmirsən?” deyir. Elə bir şeydə axan sular durar. Dövlətin mənfəəti əsas mövzudur, sən nə edirsən? Çox qəribə vəziyyətlər olmuşdu. Onun üçün yığcam hüquq anlayışı Türkiyəyə güvən gətirər, fərahlıq verər. Tayyib hocamın diktatorluqla əlaqəsi yoxdur, öz halında məzlum bir insandır, nə diktator olacaq, yəni diktator olub da nə edib? Bir az ifrat dərəcədə izah olmuş, yəni məntiqsiz, gərəksiz olmuş, yəni Tayyib hocama tətbiq olunacaq izahat deyil. O, hüququn sağlam olmasını istəyir, yəni başı xarab quruluşun heç bir yerdə olmasını istəmir. Bəzən hüquq içərisində olur. Adam FETÖ-çu olur və yaxud kommunist qrup olur, hakimlərin meydana gətirdiyi kommunist bir qrup. Məsələn, kommunist hakimlər internetdən təşkilatlanırlar. Məsələn, bir qərar verəcəyi vaxt oraya yazır fərz edək (Türkiyə üçün demirəm hər hansı bir ölkə üçün) digər hakimlər də bilir ona görə onun qərarını pozmurlar, internetdən təşkilatlanmış. Yaxud internetdən təşkilatlanan FETÖ-cülər ola bilər. Ona qarşı dövlətin birliyini və bütünlüyünü qorumaq üçün ölkə rəisinin öz ətrafında bir hörmətli bağlı hüquq anlayışını təşviq etməsi gözəl olar, yəni o hüququ pozmaz. Yığcam deyərkən, təbii ki, onsuz da hüquq yığcamdır, amma o istiqamətdə mənəvi gücləndirməyə ehtiyac var.
(“Mənəvi həyəcanın olması üçün nə etməliyik?” tamaşaçı sualı)
İman həyəcanı səssiz, sədasız həyəcandır, əslində ola bilər ki, səhv bilinir, yəni insanı çox narahat edən, çox həyəcanlandıran bir şey deyil. Sakit və ağılı başında, lakin davamlı ayıq-sayıq, hikmətli hərəkət edən, ən kəsə olaraq nəticə alan, küfrə qarşı davamlı hücum edən, yaxşıları qoruyan, Allahın mənfəətlərini çox yaxşı qoruyan ağıl hücumudur. Amma bu yetkin və ağılı başında rəftar özünü göstərər, yəni bəzi insanlar var məsələn, fərz edək Mehdi (ə.s)-i tapdığını düşünür, həqiqətən əli ayağına dolaşır, çox həyəcanlanır. Məsələn, gəlib ağlayır, coşğulu olur, huşunu itirmə halları, özündən keçmələr filan halları, o çox keçici olar. Bəzən on beş, iyirmi dəqiqə, bəzən yarım saat filan sürər, sonra axşama bitər. Elə bir İslam, din anlayışı olmaz. Sabit, qərarlı, kəsilməz, ölənə qədər davam edən mübarizə şəklidir bu, heç güzəştə getmədən, o tərz olar. Dərinlik və səmimiyyət içində, Allaha dərin eşqin sakit səssizliyi olar, onsuz da aşiqdə səs-küy olmaz. Sevən, ehtirasla qadına baxan bir insan müdhiş dərinlik içindədir. Sakit, dərin, çox ehtişamlı duyğu axışı içində olar, o da Allahdan qaynaqlanar.
(Sabahattin Önkibar AK partiya iqtidarının 2019-cu il seçkilərində 50%-i əldə edə bilməyəcəyini anladığı üçün Aydın Doğanın qəzetlərini satdırdığını qarşıya qoydu. Aydın Doğanın mediadan çəkilmək məcburiyyətində qalması bir şeyi təsdiqləyir. AK partiya, MHP bloku 50%-ə əsla çata bilmir. Yaxşı, bütün medianın tək səs olmasıyla bu nisbəti tapmaları mümkündür? Əmin deyiləm, ancaq təsiri ola bilər. Əgər əhali iqtisadi olaraq böhrana düşməsə səs verər. Olmayan cibi boşalmağa davam etsə ac insana heç bir dəyəri mənimsədə bilməzsiniz. Ancaq Aydın Doğanın mediadan çəkilməsi iqtidarın vəzifədə qalması üçün nələr edə biləcəyinin bir dəlilidir” dedi.)
Nə əlaqəsi var canım? Millət milli və mənəvi dəyərlərə əhəmiyyət verər, Türkiyənin birliyi, bütünlüyü, sabitliyi, bunlar maraqlandırar. Millət hal-hazırki vəziyyətə baxar, mətbuatın nə dediyinə baxmaz. Tayyib hocam nə edir? PKK-ya, kommunistlərə qarşı qəti qərarlıdır. İqtisadiyyat necədir? Sabit gözəldir. Mənəviyyata, mənəvi dəyərlərə əhəmiyyət verir? Gözəl. İslam ölkələriylə birləşmək üçün cəhd göstərir? Gözəl. Biz bunlara baxarıq. Bunlar tamamdırsa iş tamamdır, yoxsa “Hürriyet” dəstəkləmisən-dəstəkləməmisən heç bir şey fərq etməz, ona görə münasibət bəslənilir. Amma həqiqətən bir qorxu yayırlar bu doğrudur, yəni hər yerdə söyləyirlər, işdə filana əməliyyat ediləcək. Bir çox insan, camaatlar, təriqətlər məsələn, Mahmud hoca camaatı da, digər camaatlarda, yəni əməliyyat gözləməyən heç kim yoxdur. Zənginlər, malı-mülkü olanlar hər kəs əməliyyat qorxusu içərisindələr. Ola bilər ki, bunu qəsdən yayır, yəni ola bilər ki, xüsusilə edir, hökuməti çökdürmək məqsədiylə, buna da çox diqqət yetirmək lazımdır. Və insanların malını-mülkünü satdırmağa təşviq edirlər, mən bunu çox gördüm, eşitdim. “Aman mal-mülk saxlamayın, əl qoyarlar, ən qısa müddətdə satıb xilas olun, hətta xaricə qaçın.” Türkiyədə fitnə çıxarmaq üçün etdikləri bir şey budur, buna diqqət yetirmək lazımdır.
(“Yeni Akit”dən Latif Erdoğan, günümüzdə dində ictihad edilməməsi lazım olduğuna dair yazı yazdı. “Ölkə prezidentimiz Ərdoğanın yeniləməkdən məqsədi, müsəlmanların kitab və sünnəyə müraciətlə özlərini yeniləməkdir. Ancaq Bədiüzzaman həzrətləri, Ictihad risaləsində: “Ictihad qapısı açıqdır, lakin bu zamanda oraya girməyə altı maneə vardır” deyərək başlayır və çox məntiqi dəlillərlə, çox əhatə edici nümayəndələrlə məsələni izah edir. Günümüzdə də eyni maneələr varlığını davam etdirməkdədir və bu maneələr səbəbiylə də əhli sünnət ölçüləri içində qalmaq həssaslığı şərtiylə, açıq da olsa ictihad qapısından daxil oluna bilinmir” dedi.)
Yox-yox, Tayyib hocamın sözünü izah etməyə ehtiyac yoxdur. Çox aydın və dəqiqdir. Yeniləmək; hər cür uydurmanın çıxarılmasının qəbul edilməməsidir, yəni bir şəkildə İslama, Qurana bir çox əlavələr edilmiş deyir aydın şəkildə. Bax gəlişi var, onun gəlişindən aydın olur deyir ki, “Quran kifayətdir.” Bitdi. Arxasından deyir ki, “Qurana uyğun olan sünnəni qəbul edərik” bitdi. Geriyə uydurmalar qalır. Yeniləməkdə uydurmalar gedər, həqiqi olanlar qalar. Yəni o danışıqdan bunu anlamamaq mümkündür? Bax: “Quran kifayətdir. Qurana uyğun sünnəni qəbul edərik” deyir, Qurana uyğun hamısı qalır. “Qurana uyğun olmayan sünnəni qəbul etmərik” deyir, Bu nə deməkdir? Yeniləmək istəyəndə o uydurmaların hamısını təmizləyərsən. İlk uydurulmuş əlavələri necə qaldırdılar? Dedilər ki, Diyanət İşləri Müdirliyi onsuz da yenilədi. “Qadınların əleyhindəki bütün hökmlər etibarsızdır” dedi, bitdi. Bu bir yeniləmə idi, edildi. Mükəmməl yeniləmə, mövzu da oldu. Hal-hazırda qadınlar əleyhinə olan heç bir hədisi söyləyə bilməzlər, heç bir uydurma xurafatı açıqlaya bilməzlər. Yeniləmə edildiyi halda, tətbiq olduğu halda, bunu anlamazlıqdan gəlmənin bir mənası yoxdur. Çox dəqiq hadisədir.
(Diyanət İşləri Müdiri Əli Erbaş, dində məcburiyyət olmadığına dair belə çıxış etdi: “Biz, əsrlər boyu çox fərqli inancdan olan insanları bir arada yaşatmış, bir mədəniyyətin övladlarıyıq. Bəzən olmuş ki, bir məmləkət əhalisinin yarısı müsəlman, yarısı qeyri müsəlman olmuş. Əsrlər boyu belə yaşadığımız zamanlar olmuş. Müsəlman olmayanlar, o məmləkətlərdə hüzur içində yaşamışlar. Müsəlman, təbliğdən əsla imtina etməz, ancaq yalnız izah edər, zorbalıq, məcbur etməz. Din və məzhəb savaşları təşviq edilmək istənilir, ancaq biz müsəlmanları bu mövzuda xəbərdar etdik. Bizim insanımız bu oyunlara gəlməyəcək. Bu planları quranlar, öz qurduqları planlarda boğulacaq inşaAllah” dedi.)
“Dində məcburiyyət yoxdur.” Mükəmməl; bir inqilab daha. Mehdiyyət damğası daha, halal olsun. bax, əvvəlcə dedi ki, “Qadınlar əleyhindəki bütün hökmlər yalandır, etibarsızdır” mükəmməl. İkinci, “dində məcburiyyət yoxdur” Ənənəçi sistemin bütün izahlarını partladan bir izah. İstəyən xristian olar, istəyən dinsiz olar, istəyən də müsəlman olar. Kimsə kimsəni inancından ötrü məcbur edə bilməz və qınaya bilməz. Mükəmməl, şahanə. Demək ki, inqilab davam edəcək. Bu, mehdiyyətin şahlanmasıdır. Mükəmməl olmuş, ağzına, dilinə sağlıq.
(“Bəzi insanlar niyə Allahı unudur?” tamaşaçı sualı)
Anlıq unutmalar ola bilər. Ola bilər beş, on dəqiqə unudur, bəzən özünü itirər filan bir şey olar. Bir xəstəliyi olur məsələn, təcili bir şey olur. Yenə olmamalıdır, amma ola bilər. Bir şeyə dalar, bir yazı oxuyur yaxud şəkil çəkir. Bir əşyanı təmir edir, filan ağılı gedə bilər. Yəni gün boyu, həftələrcə Allahla əlaqəsi yoxdursa bu o adamın olmadığını göstərər. Ölüdür. İstədiyini etsin, bizi heç maraqlandırmaz. Allah onun üçün ölü olmağı murad etmiş. Ölüyə: “niyə ölüsən?” deyə bilmərik. Ölüyə: “Niyə ölüsən” deyilər? Ölüyə deyirsən ki, “niyə Allahı xatırlamırsan?” o da “mən ölüyəm” deyir. “Olarmı canım?” deyirsən. Ölüdür, öləndə elə olar.
(“Yeni Şafak”dan Aişə Böhürler cənab Ərdoğanın dini mövzularla əlaqədar izahının xüsusilə qadınlar baxımından çox mənalı olduğunu yazdı. “Siyasətçilərin seçici kütləsini meydana gətirənlərin həssaslıqlarını diqqətə alması təbii ki, əhəmiyyətlidir. Ancaq bu diqqətə alınacaq deyə də, qadınları alçaldan çıxışlara icazə verilməməlidir. Bu insanlar xüsusi çıxışlarında istədiklərini söyləsinlər. Amma bu verdikləri fətvaların dövlət siyasətində təsirli olmasını gözləyə bilməzlər. Bu müzakirələrdə tək izah ortaq məxrəc Diyanət olmalı fikirlərinə qatılmıram. Bu səbəblə cənab Ərdoğanın mövzuya müdaxil olması və açıqlaması qadınlar baxımından çox yaxşı oldu” dedi.)
Təbrik edirəm ürəkli, dəliqanlı qadınmışsan. Amma sənin kimi xanımların sayı çox olmalıdır, səsləri çıxmır. Tayyib hocamı tək buraxırlar. Bu olmur, belə olmaz. Digər xanımlardan da bunu xahiş edirəm. Tayyib hocama tam dəstək verin. Yüzlərlə bəyanat çıxsın. Yazarlar var, araşdırmaçılar var, sözü keçən insanlar var. Hamısı danışsın. Dəstəkləyin ki, Tayyib hocamın əli güclənsin. Bax, adamlar çıxdılar: “Sən hocasan niyə danışırsan?” filan dedilər. Tayyib hocam hələ “haşa” dedi. “Bəli, müəlliməm” desin. “Aliməm” desin. Hocasan, alimsən. “Sən, hocayam, aliməm deyənləri cibindən çıxararsan. Əlbəttə ki, alimsən. İmam, İmam Hatip məzunu imamsan. Qurana çox gözəl bələd insansan və Ulul əmrsən. Ulul əmrə itaət fərzdir. Allah nə deyir? “Güvən və ya qorxuya əsaslanan xəbər olduqda gedib ondan soruşarlar” deyir. Əlbəttə ki, soruşacaqlar. Sənin sözün bağlayıcı olar. Sənin sözün etibarsızdır nə deməkdir? Əlbəttə ki, danışacaqsan. Tayyib hocama xanımlar, bəylər dəstək olmalıdır. Bax səs çıxartmırlar, bu ayıbdır. Xeyr dəstək olmasalar nə olar, bir şey olmaz. Səlahiyyətlidir. Çünki biz yetmiş faizlə yenə başa gətirəcəyik. Amma xanımların dəstək olmasını gözləyirik. Xanımı təbrik edirəm. Çox yaxşı olmuş. Bəli, çox gözəl danışmısan, amma sənin kimi dindar, ağılı başında çoxlu xanım var. Yaxud dindar da olmaya bilər, hamısı danışsınlar.
Ağılın, Allaha bağlanmanın, cənnətin, hər şeyi açarı səmimiyyətdir. Allah yalnız səmimi olanların xilas olacağını bildirmişdir
Səmimiyyət əslində hər şeyin açarıdır. Allaha bağlanmağın, cənnətin, sevginin, ağılın açarı səmimiyyətdir. Onun üçün çox mənalıdır. Quranda Cənabı Allah heyrətlənəcək şəkildə deyir ki; “Ancaq səmimi olan qullarım xilas olar”. Çox əcaib deyil? Tək bir söz “səmimi, səmimi olan xilas olar” deyir. Bu qədər. Canımın içi bax, iki şeydə özünə xas vəziyyət vardır. Səmimiyyətdə vücud müdhiş fərahlar. Səmimiyyətdə dərhal məsələn, stress filan varsa gedər. Səmimiyyət olduğunda gərginlik varsa gedər. Başında sıxılma filan varsa dərhal gedər. Danışa bilmirsə danışar hala gələr. Cümlə qura bilmirsə gözəl cümlələr qurar. Ağılına bir şey gəlmirsə ağılına bir şeylər gələr. Məsələn, birinə bir şey dediyində necə ki, “Ağılıma bir şey gəlmir, danışacaq bir şey tapa bilmirəm” deyir. Bilirsən niyə? O anda səmimi deyil, onun üçün. Səmimi olsa yağış kimi gələr ağılına. Danışa bilməməsinin səbəbi səmimi ola bilməməsidir. Səmimiyyət çox hüzurla və rahatlıqla əldə edilən nemətdir. Lakin səmimiyyəti bir nemət olaraq çox yaxşı qiymətləndirmək lazımdır. Səmimiyyətlə Allahla dərhal əlaqə qurmaq lazımdır. Allahla əlaqədə çox faydalıdır, səmimiyyət ən faydalı olduğu istiqamətdir. Allahın böyüklüyünü anlamaqda çox faydalıdır. Həmişə Allah üçün işə yarayar, onsuz da səmimiyyət başqa bir şeyə yaramaz. Səmimiyyət sevgiyə, Allahla əlaqə qurmağa və Allahın böyüklüyünü anlamağa fayda təmin edər.
(“Zənn etmək Quranda necə təsvir edilir?” tamaşaçı sualı)
Allah: “Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar” deyir. İki cür izahı var, birincisi; din adına edilənlər var. Məsələn, istəyir zənnə qapıla və yalan danışa, onsuz da adam hədis uydurarkən zənn ilə söyləyir. “Zəndir” deyir və təxmin edir, “Hər halda söyləmişdir” deyir. Ona görə o etibar edilər bir vəziyyət deyil. Amma o birisi də mömin haqqında heç bir məlumatı yox ikən zənnə qapılaraq müsəlman haqqında pis danışar. Zənnə qapılaraq məsələn, mətbuat filan, hal-hazırda mətbuatda bir çox insan bunu edir. Zənn ilə bir insan haqqında mənfi danışır. Yəni onsuz da əsas dəlil zənn olur. Zənn etməsi kafi olur. Bu onun haqqında zənn ilə danışır, o bunun haqqında. Quran onu qadağan etmiş. Mənası budur. Hucurat surəsi, 12-ci ayədə Allah, “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır...” deyir. Yunis surəsi 36-cı ayədə, Allah, şeytandan Allaha sığınıram, “Onların əksəriyyəti ancaq zənnə qapılır...” Zənn, yəni onsuz da hədis zənn üzərinə olur. Uydurma zənnə inanır.