HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHI
Peyğəmbərimiz (s.ə.v) buyurur: “Hicaza (Səudiyyə Arabistana) adı heyvan adı olan bir adam hökm edəcək”. Kral Fəhd var bilirsiniz. Fəhd bin Əbdüləziz Səudiyyə Ərəbistanının Kralıdır. “Fəhd” sözünün mənası “bəbir, leoparddır”.
“Onu uzaqdan gördüyün zaman -bu adamı uzaqdan gördüyün zaman- gözündə çəplik olduğunu zənn edərsən. Ona yaxınlaşdığın zaman gözündə heç bir şey görə bilməzsən” -deyir. Adamın rəsmi var, həqiqətən gözləri uzaqdan çəp kimi görünür. Yaxından baxıldıqdaa çəp olmadığı aydın olur. Bu 1400 illik hədisdir.
Peyğəmbərimiz (s.ə.v): “Onun ölümünü mənə xəbər verin ki, məndə Mehdinin gəlişini sizə xəbər verim” -deyir. Yəni Mehdi (ə.s) onun zamanından sonra çıxacaq. Yəni bu adamın ölüm xəbəri gəldiyi vaxt Mehdi (ə.s)-ın da çıxacağını bilin deyir. “Fəhd” adlı bir adamın gəlməsi, Mehdi (ə.s)-in çıxış əlamətidir.
SEVGİ VƏ MƏHƏBBƏTİN ƏN GÖZƏL YAŞANDIĞI YER İSLAMDIR
Müsəlman müsəlmana aşiqdir, Allah eşqi ilə sevdiyi üçün sərhəd qoymaz. İnsan Allah sevgisinə heyrət edər? İnsana olan eşqə də heyrətlənilməz. Sevgisi davamlı artar. Mömin mən Allahı bu qədər sevirəm deyə bilməz, sonsuz sevməlidir. Sərhədsiz olduğu üçün o coşğu yaşanar. Məhdud olan şey insana çətin gələr. Allah niyə cənnətdə sonsuz həyat vəd edir? Məhdudiyyət qoymaq iztirab vericidir. Sonsuz olunca gözəldir. Müsəlmanın əvvəli var, sonu yoxdur. Allahın nə əvvəli, nə də sonu var. Şeytandan Allaha sığınıram. Hz. Musa (ə.s) üçün: “Qatımızdan ona bir sevgi bəxş etdik” (Məryəm surəsi, 13) deyir. Sevgidə sərhəd olmaz. Allah sevgisinə heyrətlənilmədiyinə görə, insandakı təcəlliyə də heyrətlənilməz.