A9 TV, 10 iyul 2015
(Növbəti həftə başlayacaq koalisiya danışıqları haqqında danışan cənab Davudoğlu: -"Əsas üstünlüyü CHP və MHP-yə verəcəyik. İlk turda 3 partiya ilə görüş reallaşacaq" -dedi.)
HDP ilə ikisi birləşdikdə olar, yəni elə mi? Allah qorusun; yəni çox böyük fəlakət olar. CHP-AK Partiya koalisiyasında da bir həyəcan olmaz, hər şey köhnə tas köhnə hamam olar, Allahualəm. MHP bilmirəm belə bir mövzuya girər mi? Çünki riskli bir şeydə müvəffəqiyyətli olması lazımdır. AK Partiyaya nə qədər söz keçirə bilərlər. Çünki PKK-nın qanunla hüquqla yox edilməsi şərtdir. Yəni belə bir çirk, belə bir bataqlıq təmizlənməlidir. Ak Partiyanın heyətindən kimsə buna rəy verər mi? Baxaq tale nəyi göstərəcək.
(Hörmətli Davudoğlu koalisiya görüşmələrində əsas üstünlüyü CHP və MHP-yə verəcəkləri ilə bağlı sözlərinə reaksiya HDP Qrup sədr müavini İdris Balukendən gəldi. Baluken Baş nazirin bu ifadəsinin siyasi nəzakətə sığmadığını ifadə etdi.)
Bunların Türkiyənin yaşadığı sarsıntıdan xəbərləri yoxdur. Bunlar sanki uçur. Bölünmə təhlükəsi nə demək bilirsənmi? Şəxslərin fərd-fərd ölümü deməkdir, ailələrin yox olması deməkdir, İslamın yox olması deməkdir, İslam Birliyinin mümkünsüz hala gəlməsi deməkdir. HDP-nin PKK təzyiqi altında olduğunu hər kəs bilir. Yəni nəzakət sərhədləri içərsində millət; amma ağlasığmaz bir sarsıntı yaşanır.
Pulla İslam təbliğ edilməz, haramdır
Pulla İslam təbliğ edilməz, haramdır. Müsəlman üçün çirkin və nalayiq bir davranışdır.
"Allah ayədə “sizdən mükafat istəməyənlərə tabe olun” -deyir."
Ayənin hökmü çox açıqdır, onlarla ayə var. İslamın təbliğində pul istənilməz.
(ABŞ İŞİD-ə qarşı mübarizədə İncirlik Hərbi Hava Bazasını hücum məqsədi ilə istifadə edəcək. Bazaya Hellfire raketi daşıyan iki Predator yerləşdirəcək.)
Yox, o təyyarələri vurmaq lazımdır elə bir şey varsa. Türkiyə onsuz da belə bir pisliyi, əxlaqsızlığı qəbul etməz. Təklifə bax! PYD-nin irəliləməsi və rahatlığı üçün. Demişdim "Belə bir əxlaqsız təklif edəcəklər". PKK-nın bölgədə güclənməsi üçün Türkiyəyə müsəlmanları öldürün deyirlər. "Aerodromlarını da ona görə istifadə edəcəyik" deyir, "və PKK-nı bölgədə gücləndirəcəyik" deyir. Amerika Dərin Dövlətinin ağlı çaşıb. Əxlaqsızlıqdan əl çəksinlər. Bəlalarını da axtarmasınlar. Türkiyəni guya küncə sıxışdırmağa çalışırlar. Türkiyə elə bir vəziyyətdə NATO-dan çıxar. Şanxayla qrup olar və Amerika da bəlasını tapar. Yəni bütün bölgə Şanxayın nəzarəti altına keçər. Amerika dərin dövlətinin azğınlığına son verilməlidir. Əxlaqsızlığı, tərbiyəsizliyi buraxsınlar. O təyyarələri PKK-ya qarşı kəşfiyyat məqsədilə istifadə edə bilərlər. Yaxud onların insan olmayan müəssisələri varsa oranı havaya uçura bilərlər. Adam ölməyəcək şəkildə edə bilirlərsə. Amma İŞİD-ə qarşı bir hərəkət etsələr bu çox böyük bir səhv olar. Amerika öz edam əmrini vermiş olar. Amerika yer üzündən silinər. Ağlını başına alsın və dünya silinər. Qiyamət qopar.
(İstanbulda PKK-ya qarşı təşkil edilən əməliyyatda 32 adam saxlanıldı.)
O bizə kifayət etməz. Minlərlə PKK-lı saxlanılmalı və həbs edilməlidir. Hədlərini çox aşmışlar. Polis nəzarəti yox, o yox, bu yox. Belə olmaz. Bu mikroblar tez bir vaxtda təmizlənməlidir.
(“Sabah” qəzetinin xəbərinə görə PKK 5 min uşağı qaçırdı. PKK-nın qarşıdurmalarda itirdiyi tərəfdar itkisini Şərq və Cənub-Şərq bölgələrində yaşayan uşaqları qaçıraraq təmin etdiyi ifadə edildi.)
Məhz bu fəlakətin dayanması üçün Türk ordusu, Türk polisi müdaxilə etməlidir. Yoxsa PKK Kürd qardaşlarımızı yox etməyə qərarlıdır. Bunlar firon qövmü kimidirlər. Özləri də edam edirlər, orada da qarşıdurmaya soxub edam etdirirlər. Buna ordumuz, polisimiz icazə verməsin. Bir də bu Amerikalı səfehlərlə danışıqlar açıq-açıq ictimaiyyətə bildirilsin ki, bunların nə qədər səfeh olduğu bilinsin. Xüsusilə, Amerikanın dərin dövlət səfehlərini, psixopatlarını şəkili ilə, adıyla yayınlamaq lazımdır.
Mühafizə sayını iki dəfə artıraq, mühafizəçilərə keyfiyyətli silahlar verək
İnkişaf etmiş, son texnologiyayla təkmilləşdirilmiş silahlar var. Uzun məsafədən hədəfə ala bilən. 1500 metrə qədər hədəfə alan silah əsgərə də, polisə də, mühafizəçiyə də verilməsin. Çünki PKK-daki silahlar ən az 1500-2000 metr mənzillidir. Əsgərdəkilər 600-700 metr mənzillidir. Ağlasığmazdır. Bir də barıt keyfiyyəti çox əhəmiyyətlidir. Təbii ki, Allah istifadə etdirtməsin. Mərmi sıxılmasını heç bir şəkildə istəmirik. Amma qarşısını almaq baxımından lazımlıdır.
("Bir qadına aşiq olmaq romantizm ola bilərmi, haramdırmı?" Tamaşaçı sualına cavab olaraq)
Allahın təcəllisi olaraq, Allaha aşiq olaraq olar. Aşiq olursan, amma gedib canını sıxmaq mənasında olmaz. Ona hörmət göstərərsən, nəzakət göstərərsən, qoruyarsan. Namusuna, iffətinə zərər gəlməməsi üçün diqqət göstərərsən. İnciməməsi üçün diqqət göstərərsən. Bir çiçək necə qorunar elə qoruyursansa aşiq ol. Gözəl.
Qadın səndən iman istəyər, ağıl istəyər, təqva istəyər, gözəl əxlaq istəyər, ehtiras istəyər. Allah eşqiylə İslama, Qurana həsr olunmuş bir xidmət istəyər. Vəfa istəyər. Hz. Süleyman (ə.s)-ın ayağına gətirmişdi Səba məleykəsini Allah. Allah hz. Süleyman (ə.s) üçün bir hovuz yaratdı. Elə bir hovuz ki, baxan dərin bir su zənn edər. Amma əslində şüşədir. Səba məleykəsini çağırtdı, təkdirlər. Səba məleykəsi son dərəcə qəşəng, baxımlı, gözəl bir xanım. "Gəl hovuza gir" —dedi hz Süleyman (ə.s). Zarafat edir. Qadın da "Biz onsuz da iman etmişdik" deyir. Oradakı sevgini, eşqi anlamırlar. Hz. Süleyman (ə.s.) o qadını qoruyur, o nəfs təmizliyi ilə, nəfs keyfiyyətiylə, nəfs xitabəti ilə, nəfs gözəlliyi ilə, coşğulu və dəli Allah eşqiylə o qadına yaxınlaşanda qadın da ona aşiq olur. Bundan söhbət gedir. Aşiq olunca da könlü açılır, eşqi Allaha olduğu üçün Allahı sevir. Bu səfər "mən Allaha iman etdim" deyir. Bundan söhbət gedir. Aşiq olan qadın Allaha aşiq olar və iman edər. Qadın sevgisi onsuz da imandandır, peyğəmbər söyləyir. İmanı olan qadınları sevər.
Abdulhəmid Xanın ən böyük səhvi, darvinizmi Osmanlıya qoymasıdır. Darvinizm məhv etdi Osmanlını. Hələ də var, davam edir, yenə fəlakət doğuran bir vəziyyətdir. Allah mehdiyyət vəsiləsiylə Türkiyəni qoruyur. İnşaAllah.
(Ali Bulaç Yalçın Akdoğanın agent olduğunu eyham etdi. Yalçın Akdoğan isə bu iddialara sərt cavab verdi.)
Yalçın ataya söz yox. Yalçın ata yaxşıdır. Yalçın Akdoğan nur tələbəsi, əfəndi, dürüst biridir. Xəbərçilik kimi pis işlərə girməz, etməz onu.
Yalçın Akdoğan o dövrdə -dindarlara ən ağır təzyiq olduğu dövrdə Hərbi Akademiyalarında dərs deyib. MİT mənsubu da ola bilər, dövlətin əhəmiyyətli vəzifə verdiyi bir adam də ola bilər. Cinayət deyil ki, bunlar, gözəl bir şeydir. Hərbi akademiya bizimdir o, bizə aiddir. Dindarlara ağır təzyiq edilsin deyəcək biri də deyil, özü dindardır onsuz da.
PKK Kandildən sökülüb atılmaldır
PKK o dağlıq bölgədən sökülüb atılmalıdır, Kandildən. Ayədə deyir "İki dağın arası bərabər səviyyəyə gəlincə" deyir. Nə etməli? Düzənliyə çevirməli. O dağları aşağı endirmək lazımdır. 15 dəqiqədə filan həll olar. Ərazini tamamilə boşaltmaq lazımdır. Amma yer-göy bir-birinə qarışar təbii ki. Həqiqətən, zəlzələ meydana gələr elə bir hadisədə, 5,5-6 bal şiddətində zəlzələ meydana gələ bilər. Toz duman çəkildikdə düzənlik görəcəksən. MaşaAllah, Konya düzənliyi kimi! PKK-nın da ən xoşlanmadığı şey düzənlik. Onsuz da söyləyir "biz düzənlikdə heç nə edə bilmərik" deyir. Məsələ də, üsul da budur.
(İŞİD Sina hücumunun ardınca Qahirə, Qizanı hədəf göstərdi. Terror təşkilatının hədəfləri içində artıq Böyük Sfinks və Piramidalar da var.)
Əslində, onun içində nələr var deyə mənə də maraqlıdır. İŞİD belə etsin; bombalayıb dağıdarsa içindəki tarixi sənədləri əldə edə bilmərik. Çox incəliklə daşlar tək-tək qaldırılmalıdır. Hamısını bir-bir endirilməlidir. Otaqların hamısına girib və bütün sənədlərə baxmaq lazımdır. Sonra da yenidən eyni şəkildə orijinal formada tənzimləmək olar. Böyük Sfinksə də mütləq girilməlidir, içində otaqlar var onun. Bir də çox qədimdir, Misir tarixindən daha çox qədimdir. 3 min, 4 min, 5 min illik deyil, daha çox qədimdir. Oralara da girilməlidir. Oradakı sənədlər tapılmalıdır. Onsuz da mənim idealım odur. Amma İŞİD gedib bombalayarsa, darmadağın edərsə onda o sənədləri əldə edə bilmərik. Ona görə belə bir hadisə qətiyyən yaratmasın. Onu Mehdi (ə.s)-a buraxsınlar, Mehdi (ə.s) onu nəzakətlə açar, baxar nə varsa içində bütün sənədləri əldə edər. Çünki hz. İbrahim (ə.s) dövrünə aid sənədlər var, hz. Nuh (ə.s) dövrünə aid sənədlər var, hamısı məhv olar. Çox əvvəlki peyğəmbərlərə aid sənədlər var, dünyanın sirləri var; Böyük Sfinksdə xüsusilə.
(Siirtdə qaçaqçılıq şübhəsiylə saxlamaq istənilən bir avtomobildən atəş açılaraq polis məmuru Bünyamin Torgutu şəhid edən adamla eyni maşında ölü olan digər adamın PKK-lı olduğu aşkar edildi.)
PKK-dan PKK vəhşiliyini soruşduğumuzda, biz etmirik, jandarma edir, jandarma kəşfiyyatı edir deyir. Çox əxlaqsızdır bunlar. Böhtan, oyun, saymazlıq, yalançılıq, saxtakarlıq hamısı var. Bu da sübutu, yenə cinayət. Polisi şəhid edənlərin PKK olduğu yenə ortaya çıxdı. O da mı JİTEM-ə mənsubydu?
İsrail əleyhdarlığı uğursuzluq gətirər
Amerika Cənub-şərqdə niyə kommunist bir dövlət istəyir? İsrailə yaxın bir dövlət istəyir. Türkiyə İsrailə yaxın olsa Amerika bunu etməz. Amerika ilə müttəfiq ol, dost ol. İsraillə müttəfiq ol, dost ol. İsraillilər gözəl insandırlar. Xaxamlar çox nəzakətli, sevgi dolu insandırlar. Lazımsız təbliğatla bir qəzəb formalaşdırılır. Nur kimi insandırlar. Çox dindardırlar, Allahdan çox qorxurlar, Allahı çox sevirlər. Onlara qarşı çox ayıb edirlər. Əsassız bir nifrət var. Cinayət işləyən ayrı ona nə deyirsənsə de, amma məzlum adamdan nə istəyirsən? İsrail əleyhdarlığı uğursuzluq gətirər. Yanlış hərəkət edilir. Mühafizəkar Ortodoksların rəyini alacağıq deyə belə bir şey etmək çox böyük səhv olar.
Cerablus vurulurmuş. Vuranların əli ayağı qırılsın! Allah həlak etsin! Allah ağıllarını alsın. Allah müsəlman öldürənləri sürüm-sürüm süründürsün.