A9 TV, 28 iyun 2015-ci il
(“Yeni Şafak” qəzeti Baş Qərargahın 18 min əsgərlə qatılacağı əməliyyata hazırlandığını yazdı.)
Ordunun etmək istədiyi, bufer zonamı qurmaq istəyir? Olar amma Suriyaya ağılla, nəzakətlə söyləsələr yaxşı olar. Rusiyaya söyləsinlər. İranı onsuz da maraqlandıran bir mövzu deyil o. İlk dəfə edilən bir şey deyil. Biz daha əvvəl İraqa da girirdik. Amma bufer zonanı mən illər əvvəl söylədim. Bu qədər uzadacaq bir şey yox idi. Çox məqbul bir şey orada bufer zona meydana gətirərsən, insanlar rahatlayar. Oraya çadır qurarsan və yaxud yığma evlər qurarsan. Müharibə bitdikdən sonra da adamların torpağıdır, onsuz da onlarındır. Buyurun nə edirsinizsə edin deyərsən.
(HDP tərəfindən Diyarbəkirdə qurulan düşərgədə yaşayan Ezidilər təzyiqlərdən bezdikləri üçün Türkiyədən ayrılmaq istədilər. Ancaq jandarma kirayəyə götürdükləri avtobusla getmələrinə icazə vermədi. Onlar da yolu bağladılar.)
HDP-nin düşərgələrinə gedirlərsə orada, təbii ki, əziyyət çəkə bilərlər. Oralar dağılıb gedir. Oraların xeyli təhlükəli, xeyli ürküdücü görünüşü var. HDP-nin düşərgələrində qeyri-insani şəraitdə yaşayır insanlar. Oraya getməməlidirlər. Ezidiləri bu düşərgələrdə kommunist stili yaşamağa məcbur etdilər. İntiharlar buna görə oldu Allahualəm. Daha əvvəl də Öcalanı dəstəkləmişdilər. HDP-lilərin, PKK-lıların təhdidləri artıq onlar üçün dözülməz oldu. Onlardan xilas olmaq istəmişlər demək ki. Amma Türk dövlətinə sığınmaları daha doğru olardı.
(İranın Ankara səfiri Əli Rıza Bikdeli Türkiyə ilə İranın birlikdə çalışmalı olduğunu vurğuladı.)
İran ağlı başında bir dövlətdır. Onlar Mehdi dəlisidir, Mehdiylə sanki ruhlarını birləşdirmiş insandırlar. Mehriban yaxınlaşıb məsələ həll edilə bilər. Xüsusilə İranla razılığa gəlmək çox əhəmiyyətlidir. İranla razılıqda Rusiya da çox rahatlayar. İranla biz dərhal dost olmalıyıq. Pasport, viza qalxmalıdır. İranla razılaşsalar onsuz da Suriya ilə çox rahat razılaşarlar. Amma Rusiya əlbəttə çox həyatidir. Ən başda Rusiya ilə razılaşmaq lazımdır.
(Ərtoğrul Özkök prezident Ərdoğanın “Əvəzi nə olursa olsun oraya dövlət qurdurmayacağıq” sözlərini tənqid etdi. “Bu il turizmimiz faciəvi vəziyyətdə bu işdən dolanışığını təmin edən 5 milyon insan əvəzini ödəyir. Və bütün dünyada dəhşət oyandıran İŞİD, Əfqanıstandan betər bir cəhənnəmi sərhədimizə gətirdi” -dedi)
Ərdoğanın etdiyi hərəkətdə bir qeyri-adilik yoxdur. Rusiya ilə danışar, İranla danışar, Suriya ilə danışar orada bir təhlükəsizlik dəhlizi meydana gətirər.
Türkiyəyə turistlər istədiyi kimi gəlirlər. İŞİD Türkiyədə heç bir hərəkət etmədi, etməz də ayrıca. Onlar o istiqamətdə elə nalayiqlik edəcək adam deyillər. Türkiyədə elə bir nalayiqlik etməzlər. İsraildə də etməzlər. Çünki onlar tarixin perspektivinə baxaraq hərəkət edən adamlardır. Amma hazırda Qurana görə hərəkət etmirlər. İslam aləminin 99%-i Qurana görə hərəkət etmir. Zamanı gələndə onlar da Qurana görə hərəkət edəcəklər. Mehdi (ə.s)-a tabe olacaqlar. Onsuz da özləri də söyləyir. Biz Mehdi (ə.s)-a tabe olacağıq deyirlər. Onlar da səhv edə biləcəklərini qəbul edirlər. Mehdi (ə.s)-a niyə tabe olsun doğru yolda olan adam? Bu səbəbdən hazırda ənənəçi Ortodoks əsərlərin təsirində qalaraq bu tərz hərəkətlər edirlər. Mehdi (ə.s)-la qarşılaşdıqlarında bu kökündən həll olub gedər. Dediyim hər mövzu çıxdığına görə bunun da doğru çıxacağını görəcəksiniz. Mən İŞİD-lə əlaqədar məlumatı 20 il əvvəl yazdım, qara bayraqlıların çıxacağını. Hadisələr eyni dediyimiz kimi inkişaf edir.
(Türkiyənin Suriyaya girəcəyi iddiası İŞİD-i hərəkətə keçirdi. Suriyalı müxaliflərə görə İŞİD Türkiyəyə istiqamətli xəndək qazmağa başladı.)
İŞİD-ə qarşı bir hərəkət Türkiyədə əsla ola bilməz. İŞİD-ə tək bir güllə atan qatildir. Bunu düşünən alçaqdır. Müsəlman öldürməyə hazırlanan alçaqdır, əxlaqsızdır, xaindir, namussuzdur. Müsəlmanı öldürmək əbədi cəhənnəm deməkdir. Belə bir alçaqlığı heç kim edə bilməz və əsla da icazə vermərik. Türk əsgəri belə bir pisliyə əsla bulaşmaz. İŞİD-in xəndək qazmasına filan da ehtiyac yoxdur, xəndəklik bir mövzu yoxdur. Amma o təhlükəsizlik zonasından əlbəttə İŞİD geri çəkilsin. O təhlükəsizlik zonası içində nə PKK-lı, nə YPG-li, nə də İŞİD-li ola bilər. Orada yalnız qaçıb gələn kəsləri, qardaşlarımızı biz orada saxlayacağıq. İŞİD-lə də onu nəzakətiylə danışmaq lazımdır.
Əsl Cənub-şərqi Anadoluda çox ağıllı hərəkət edilməlidir. Cənub-şərqdə hər yerə yerləşmiş vəziyyətdədirlər. Səmt-səmt əvvəla onların əllərindəki silahlar alınıb hamısının həbsə atılması lazımdır. Mardində, Siirtdə, Urfada belə bir iş görülməlidir.
(Amerikanın Ankara səfiri John Bass Suriya, İraq və Türkiyənin suverenliyini və ərzi bütövlüyünü dəstəklədiklərini ifadə etdi. Suriyada müstəqil bir Kürd dövləti ya da muxtariyyət verilmiş bir bölgə meydana gətirmək məqsədiylə əməkdaşlıq etmirik iddiasını irəli sürdü.)
Olarmı, əməkdaşlıq edirlər də, etməyəcəyik bundan sonra desinlər. Etmirik deyə bir şey yoxdur. Edirlər.
(Xəbər 7-in iddiasına görə Ak Partiyadan altmış millət vəkili taktika gərəyi üçüncü mərhələdə HDP-nin namizədi Dengir Mir Məmməd Firata səs verəcək. Beləcə son mərhələyə HDP və Ak Partiyanın namizədi qalacaq. Ak Partiya bu dəfə son mərhələdə öz namizədinə 258 səs verərək öz namizədini seçdirəcək. Çünki MHP, HDP-nin namizədini dəstəkləməyəcək. CHP Firatı dəstəkləsə belə kifayət etməyəcək.)
Nə gözəl üsuldur! Ən yaxşı namizəd Dəniz Baykaldır. Hər cəhətdən laiqdir. Çox şərəfli, namuslu, xeyli ağlı başında, igid bir çərkəz igididir. Gündə namazını qılır. Bütün ömürünü Türk siyasətinə vermişdir. Mənim uşaqlığımda belə Baykal xeyli fəal, zirək, siyasətdə diqqət çəkən bir insan idi. Həqiqətən də namuslu bir insandır. Diqqətli, sözünü bilən, mülayim, etidallı və məntiqli bir insandır. Dövlət tərbiyəsini mükəmməl almış bir insandır. Son dərəcə əfəndi bir insandır. Yaşı da çox yetkin bir insan. Məclisin ən yaşlısı. Onun haqqıdır. Heç uzatmağa ehtiyac yoxdur. Yaraşıqlı igiddir. Çox əfəndi bir insandır.
(ABŞ prezidenti Barak Obama, yoldaşı Mişel Obama, vitse-prezident Co Bayden (Joe Biden) və yoldaşı Cil Bayden (Jill Biden) doqquz nəfərin ölümüylə nəticələnən kilsə hücumunun təşkil edildiyi Cənubi Karolinanın Çarlston şəhərinə gedərək keşiş Klemente Pinkni (Clemente Pinckne)-nin cənazəsinə qatıldı və Obama sürpriz bir şəkildə Afrikalı Amerikalılar üçün simvolik mənası olan “Amazing Grace” ilahisini səsləndirdi.)
Onda da aşağı yuxarı hər şey var. Hər istiqamətə gedir. Gedir bir pozğunları dəstəkləyir. Sonra gedir başqa cür danışır. Belə olmaz. Klassik Amerikalı görünüşü yoxdur. Hara çəkirsən oraya gedir. Olarmı? Bir rəftar və şəxsiyyət olaraq Amerikan əxlaqını, Amerikan ənənəsini əks etdirməlidir. Son dərəcə rəngsiz. Tamam döyüşlərə qarşıdır, amma heç bir rəngi də yoxdur. Belə olmaz. Getmiş oranı buranı rəngarəng rəngləyir. Bu işmi? Amerikan xalqını degenerasiya edəcək bir qapı açdı. Amerikan xalqı degenerasiya olduqdan sonra Amerika deyə bir şey qalmaz. Amerikanı darmadağın edərlər. Amerika mühafizəkarlığı ilə, dindarlığı ilə indiyə qədər ayaqda qaldı. Amerikanın dindarlığını aldınsa Amerika bitər. Amerika məhv olar. Nə Obama qalar, heç bir şey qalmaz.
(Fransada bir fabrikdə yaşanan partlama, yenə fabrikdə başı kəsilmiş bir cəsəd tapılması, kəsik başın da girişdəki barmaqlıqlara asılmış olması ölkəni yenidən hərəkətə gətirdi. Baş nazir Manuel Valls bunun davamının ola biləcəyinə dair xəbərdarlıq etdi.)
Bunu qorxu bürüyüb. Belə işlərlə məşğul olacağına Quranın kafiliyini izah etsin. İslamın gözəlliyini izah etsinlər. Özləri edə bilmirsə bunu edə biləcək insanlara imkan yaratsınlar. Bu qorxub. Mütləq edəcəklər. Elə olmaz.
(“TRT Kürdi” telekanalının müdiri Mustafa Ekici twitter hesabına yazmış. 72 yaşında bir əminin təsbiti deyə. “Mahalımızda yaşı otuzdan aşağı olan gənclərdə ciddi bir kommunistləşmə görürəm. İlk dəfə Ramazan ayında bu qədər hörmətsizlik görürəm. HDP-nin seçkidə aldığı yüksək səslərlə dinə qarşı diqqətə çarpan bir laqeydlik və hörmətsizlik arasında əlaqə görürəm. Mahalımızda hətta kəndlərdə gənc insanlarımızda həm din, həm də ənənələrimizdə ciddi korlanmalar yaşanır. Bu Kürd cəmiyyətini pozacaq”. deyə danışmış.)
Doğru söyləyir. Qorxuya söykənən. Məsələn gənclər namaz qılmaqdan qorxur. Oruc tutmaqdan qorxur. PKK qorxusundan özlərini dinsiz kimi göstərirlər. O biriləri də ona həqiqətən inanır. İmanı zəif olan da həqiqətən dinsiz zənn edir. Uçqun kimi dinsiz görünüş yayılmağa başladı.
“TRT Kürdi”də baraban zurna ilə oynayırlar. Yerli film seyr etdirirlər. Allahın varlığını izah edin, Quran möcüzələrini izah edin, iman həqiqətləri izah edin. Darvinist, materialist sistemin etibarsızlığını izah edin. Siz edə bilmirsinizsə biz edək və ya biz sənədlərini göndərək siz izah edin.
(“İŞİD niyə Fələstini işğal edən İsrailə tək güllə atmır? Atmaz çünki müdiri İsraildir”. Tamaşaçının mailinə cavab olaraq)
Çox səhv bir diaqnozdur. İsrail ilə bir qarşıdurması olmayacaq, çünki, İsraildə xristianlar olacaq, yəhudilər olacaq, müsəlmanlar olacaq. Çünki Mehdi (ə.s) İsraildə İsa Məsihlə qarşılaşacaq. İŞİD bunu bildiyi üçün İsrailə istiqamətli bir fəaliyyəti olmaz. Əslində İŞİD-in də iştahı vardı hücum etməyə, mən hədisi söyləyincə dayandılar. İstanbulu Mehdi (ə.s) fəth edəcək mənəvi olaraq dedim. O zaman imtina etdilər.
(“Sözcü” qəzetindən Sayqı Öztürk, prezident Ərdoğanın Türkiyənin Suriya torpaqlarına girməsini çox istədiyini ifadə edərək “Analar ağlamasın deyə-deyə ölkəmizin cənub-şərqini sanki terror təşkilatı və tərəftarlarına təslim edənlər, əsgəri bölməsindən və birliyindən çıxa bilməz hala gətirənlər, sahə hakimiyyətinin terror təşkilatının əlinə keçməsini təmin edənlər ölkəmizi indi müharibəyə sürümək istəyirlər. Müharibə təbili çalınır” ifadələrini işlətdi.)
Yox! Suriya ilə razılaşsalar, İranla, Rusiya ilə razılaşsa, nə müharibəsi olacaq? Amma bax bir daha söyləyirəm İŞİD-ə güllə atan alçaqdır. Müsəlmana güllə atan alçaqdır. Müsəlmanı öldürən alçaqdır və əxlaqsızdır. Belə təklif edən ən alçaq, xaraktersiz adamlardır. Bu bilinsin. Belə bir əxlaqsızlığa fətva verənin də Allah bəlasını versin. Buna icazə vermərik. Buna fətva verəcək adamı da düşünə bilmirəm. Türk ordusuna belə bir əxlaqsız təkliflə gələnin üzünə tüpürərik. Türk ordusu belə şeylərlə həmsöhbət belə olmaz. Amma PKK həqiqətən Türk millətinin ən böyük düşmənidir. Mütləq hər görüldüyü yerdə əzilməlidir.
(Həsən Camal Suriyaya istiqamətli əməliyyat mövzusunda hörmətli Ərdoğanla, hörmətli Davudoğlu və Baş qərargahın qarşı-qarşıya gəldiyini iddia etdi.)
Elə qarşı-qarşıya gəlmək olmaz. Türk ordusu igidin xasıdır. Vurduğunu yıxar belə bir problemi olmaz. Kimsədən çəkinməz. Amma nəzakətən Suriyaya bildirilməlidir, razılaşmalıdır. Amma bunun üçün əvvəl Rusiya ilə, sonra Suriya, sonra da İranla görüşülməlidir. Bu qədər. Bunda mürəkkəb bir şey yoxdur.
(“İŞİD-dən qaçıb xilas olan qadınlar, İŞİD-in etdiyi insanlığa sığmayan hərəkətlərdən bəhs edirlər. Dinlə nə əlaqəsi var bunların?” tamaşaçı sualına cavab olaraq)
Əvvəla İŞİD-dən qaçıb xilas olan qadın olmaz, yəni orada qalar, elə bir şey olmaz. Bir qadına da onsuz da pis bir rəftar göstərilirsə, bu onsuz da dinlə imanla açıqlanacaq bir şey deyildir. Bu çox çirkin bir hərəkətdir. Biz onsuz da İŞİD doğru yolda gedir demədik. Mehdiyyət vəsiləsi ilə doğru yolu tapacaq. Onlar da biz doğru yoldayıq demirlər, onsuz da söyləyir adamlar biz Mehdini gözləyirik deyirlər, ona tabe olacağıq, o zaman mövzu həll olacaq deyirlər.
(Əhməd Hakan yazısında Dövlət Bağçalıya istiqamətli, “Əgər çözüm sürəci sizin dediyiniz kimi zəifləmə və xəyanət sürəcidirsə, niyə çıxıb da Ak partiya ilə HDP koalisiya qursun deyirsiniz? Məmləkətini sevən milliyyətçi bir lider öz baxımından ən pis ssenarini millətinə rəva görərmi?” -dedi.)
HDP ilə nə demək, bunu deyim ki, orada bir növ qürurlarını qırmaq üçün elə deyirlər. Hirsləndiyi üçün bu üslubu bir növ təhqir kimi görür. Mənası budur. Batırdınız daha da batırın da bir görək, mənasında deyir. Türk milləti vəziyyəti yaxşıca görsün.
(Çin zülmündən qaçmağa çalışarkən tutulan uyğurlar polis bölməsində öldürülür. Uyğur türkü bir qadın Türkiyədəki yoldaşına qovuşmaq üçün uşaqları ilə birlikdə sərhədə getmək istəyərkən nəzarətə alındı. 1 ay sorğulandı, ancaq sağlam girdiyi polis mərkəzindən cəsədi çıxdı. Uşaqların aqibətini isə kimsə bilmir.)
Çox gündəm etmək lazım, Çin elçisi ilə yenə görüşək, səfiri çağıraq. İctimaiyyətdə çox gündəm edilsə xeyli narahat olarlar. Keçən səfər çağırmışdıq gəlmişdilər.
(Bərzani Ərbildəki rəsmi iqamətgahında ABŞ Nümayəndələr Məclisi üzvləri və senatorlar ilə görüşdü. “Ekstremist qüvvələrin davamlı olaraq hərəkətdə olduğu bir coğrafi məkanda yerləşirik” ifadələrini işlədən Bərzani Peşmərgəyə verdiyi dəstəkdən ötrü Amerikaya təşəkkür etdi.)
Əsas Türkiyə dəstək versin. Milli Təhlükəsizlik Təşkilatı (Milli İstihbarat Təşkilatı) orada qurulsun. Dövlət quruluşu içində də qurulsunlar və xüsusi təyinatlılarımız ən az 50-60 adam mühafizə üçün vəzifələndirilsinlər, çox savab olar, çox faydalı olar. Tarixi bir şey olar, çox yaxşı olar.
Kürd qardaşlarımızı kommunist PKK-nın əlindən qurtaracağıq
Kürdlər mənim canımdır. Onlar mənim aslanlarımdır. Allahsız, Kitabsızların onlara müsəllət olmasına əsla icazə verməyəcəyik. Onlar imanlarını, inanclarını rahatca yaşayacaqlar. Oraları Paris kimi, London kimi edəcəyik. Dərin dövlət onları çox incitdi bilirik. Zamanı gələndə qanunla hüquqla hamısının hesabını soruşarıq. Biz də çox əziyyət çəkdik. Hər kəs əziyyət çəkdi; amma hər şeyin bir hesab kitab zamanı vardır. Heç fikir elemesinlər. Bu kommunist işğaldan da Cənub-şərqi Anadolunu tamamilə qurtaracağıq.
(“İŞİD-in müsəlman olduqlarına şahidlik edirsənmi?” mailinə cavab olaraq)
Edirəm. Xalis müsəlmandırlar. Əgər İŞİD-in müsəlman olduğunu qəbul etməzsək Səudiyyə Ərəbistanı da müsəlman deyil. Türkiyədəki müsəlmanların böyük hissəsini də qəbul etməməliyik. İranı da müsəlman qəbul etməməliyik. Hamısı müsəlmandır. Ənənəçi müsəlmanlar; yəni Quran müsəlmanı deyildirlər. Problem oradan çıxır. Quran müsəlmanı olduqlarında, səhabələr kimi olduqlarında dünya cənnətə dönəcək. Bu da İmam Məhəmməd Mehdi (ə.s) ilə mümkündür və Seyidina İsa Məsih İbni Məryəm, bu iki gözəl şəxsin birlikdəki fəaliyyətləriylə mümkün olacaq. Yəni Kəhf surəsində ifadə edilən o iki qrup.
Bölgədə hakim olan, tamamilə hər yerdə hakim olan Allahdır. Hizbullahdır hakim olan Allah hizbidir. Bütün müsəlmanlar hizbullahdır. Bir də hizbüşşeytan vardır. Hizbüşşeytana qarşı hazırda Allah hizbi mübarizə aparır. Amma hazırda mehdiyet kölgəsi altında edirlər. İŞİD-in çıxacağını Peyğəmbərimiz (s.ə.v) 1400 il əvvəldən bildirir. Eynisi. Təfərrüatıyla izah edir.
İŞİD-ə qarşı Amerikanın və İngiltərənin əsaslı rəftar ala bilməməsinin səbəbi də dərin dünya dövlətidir. Çünki dərin dünya dövləti baxdığı vaxt, tarixin perspektivinə baxdığı vaxt belə bir qrupun gələcəyini görürlər. CIA-in aidiyyəti qrumları bu mövzuları araşdıran yüksək dərəcəli Xaxamlar hamısı bilirlər ki, belə bir qrup çıxacaq və müvəffəqiyyətli olacaq. Bununla mübarizə etməyin bir mənası olmadığını bilirlər. Onlar vəzifəsini yerinə yetirəcək, Mehdi (ə.s) çıxana qədər bunu dayandıra bilməzsiniz.
(“Mehdi (ə.s) dövründə rəhbərlik paytaxtı İstanbul olacaq? Hz. İsa (ə.s) idarəçi yoxsa, dini öndər olacaq?” sualına cavab olaraq)
İstanbul həmişə dünyanın paytaxtıdır. Romadır İstanbul. Həmişə dünyanın Romasıdır. Roma olaraq qalacaq. Necə ki, Konstantiniyyə adını verdilər, necə ki, Roma adını verdilər. Bu Romalığı qiyamətə qədər dəyişməz. Dünyanın Roması İstanbuldur. Bunu biləcəksiniz. Romanın paytaxtı deyildimi? Həmişə elə qalacaq. İslam aləminin paytaxtı deyildimi? Mənəvi olaraq o ünvanlarını itirməz.
İsa (ə.s), Hz. Mehdi (ə.s)-ın vəziri olaraq gələcək, Peyğəmbərimiz (s.ə.v) elə söyləyir. Cənabı Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün İsa Məsihi göndərir. Oradan Mehdinin böyüklüyünü anlayın. Hatəmə vəlidir. Gəlmiş keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi səhabədən üstündür. Peyğəmbərimiz (s.ə.v) onun üçün “xəlifətullah” deyir. Digərləri üçün elə demir.
Çin, Hindistan hamısı müsəlman olacaq. Məcburiyyət olmadan. İsa Məsihi görən onsuz da qəbul edəcək.
İŞİD kürdlərə hücum etmir, PKK-ya hücum edir. İŞİD-dən hücum edənlər onsuz da kürddür. Yəni 99%-i kürddür, dindar kürdlər. Kürd kürdə niyə hücum etsin? PKK-ya hücum edirlər. Amma PKK namərdləri orada canlı qalxan olaraq mənim qardaşlarımı oraya gətirdi. Türkiyədən mənim analarımı canlı qalxan olaraq zorla apardılar, mövzu budur.