Cənab Adnan Oktarın 23 avqust 2015-ci ildəki söhbətindən əhəmiyyətli başlıqlar
ucgen

Cənab Adnan Oktarın 23 avqust 2015-ci ildəki söhbətindən əhəmiyyətli başlıqlar

2280

A9 TV, 23 avqust 2015

 

(Kulp-Muş quru yolu üzərində olan anbar təhlükəsizliyini təmin edən əsgəri dəstə vəzifə dəyişdirmək üçün geri dönərkən bombardmana məruz qaldı. Hücumda bir əsgərimiz şəhid oldu.)

Edənlər də qaçdı. Allah-Allah! Mənim bu işi ağlım kəsmir. Heç anlaya bilmirəm. Adam necə qaçar, qardaşım? Uşaqların əlində bilmirəm, neçənci ildən qalma  G3 tüfəng, nişan al. Belə olmaz. Silahların tamamilə dəyişilməsi lazımdır. Ya xaricdən gətirdək və yaxud Maşın Kimya yüksək texnologiya ilə silah düzəldilsin. Və yaxud patent haqqını alıb burada edək. Belə olmaz.

600 metr məsafədən hədəfə alan silahmı olar? 400 metr məsafədən hədəfə alan silahmı olar? PKK-nın əlindəki silahlar 1500 metr məsafədən hədəfə alan silahlardır. Hətta bir qismi 2000 metrdən.

 

("Demirtaşın PKK-ya silahı yerə qoyma çağırışını səmimi qəbul edirsinizmi?" sualına cavab olaraq)

Demirtaş və Demirtaş kimi Kürd qardaşlarımız içərisində səmimi, dəliqanlı gənclərimiz çoxdur. Məncə, səmimi gəncdir. Amma PKK bəlasından çəkinir; uşağı var, arvadı var. Adamlarla necə mübahisə etsin. Nəhəng bir mafiya dəstəsidirlər. Əlindən gəldiyi qədər bir şeylər deməyə çalışır. Avtonomluq da, dərin dövlət canlarını çox yandırdığı üçün, bir qismi onu istədi. Amma, əlbəttə ki, PKK birbaşa kommunist sistem istəyir, Stalinizm istəyir. Onsuz da ondan başqa ideologiyası olmadan bir hərəkət etməz. Məsələn, bu, Azad Suriya Ordusu var, heç bir fikri sistemi yoxdur, heç bir ideologiyası yoxdur. Hər yerə əsir. Kim çağırsa o tərəfə gedirlər.

 

Dövlət PKK-nın marksist-Stalinist ideologiyasına qarşı ideologiyayla cavab verməlidir

PKK ideologiyasından əsla əl çəkməz. Çünki ideologiyasından əl çəksə məhv çökər. İdeologiyasına dəstək olmaq üçün də məcbur olaraq güclü bir təhsil siyasəti izləyəcək. Ona görə çox güclü bir təhsil siyasəti izləyir. Çünki Marksist ideologiya birləşdiricidir və hərəkət gücü verər. Yəni bir təşkilatın axtardığı hər şeyi Marksizm öz içində yaradar, hər cür ehtiyacı ödəyər. Təşkilat, partiya, lider, liderin edəcəyi hərəkətlər, partiya quruluşu necə olacaq, istifadə ediləcək güc necə olacaq... Dünyada istifadə edilmiş praktikalar də var, Marksist praktikalar da var, onları tətbiq edərək hərəkət edir. Yoxsa: "Biz Marksisizmdən imtina etdik, kommunizmdən imtina etdik" desə, darmadağın olarlar. Onun üçün kommunizmdən möhkəm yapışırlar. Məsələn, İŞİD də ideologiyası olmasa, darmadağın olar. Amma dövlət adamların ideologiyası olduğu halda əks ideologiya ilə qarşısına çıxmır, əks ideologiya ilə çıxmır. Ona görə qarşı tərəf güclü olur. Dövlət məğlub edə bilmir. Qarşısına əks ideologiya ilə çıx. Darvinistdirsə, anti-Darvinist ol, Stanilistdirsə, anti-Stalinist ol. Məsələn, İdealist Hərəkət elədir: İdealist Hərəkət bir ideologiya hərəkətidir. Məsələn, adam peşə qurar, idealist əks peşə qurar; dərnək qursan, əks dərnək qurar; bir şüar varsa, əks şüar vardır. Məsələn, "Mao deyil Alparslan, Vyetnam deyil Türküstan". Bu bir idealist şüarıdır. Əks ideologiya çıxarmışdır, diqqət yetir.

 Dərin Dövlət Quruluşu kürd qardaşlarımıza ağlasığmaz zülmlər etdi

Dərin dövlət mənsubları qarda-qışda kürd gənclərini soyundurub yaş ağacla faciəvi şəkildə döyürdülər. Psixopatdırlar. Bax, Türkiyəni batırdılar. Əxlaqsızlar. Özləri də indi seyr edir. Bunlar içki aludəçisi, həb qəbul edən, qadın alvercisi, narkotik satıcısı, əxlaqsızdırlar. Kürd qardaşlarımızı kanalizasiyada qırtlağına qədər oturdurdular, günlərlə onun içində tuturdular. Günlərlə, ağlasığmaz zülm etdilər. Əl-ayaqlarını qırmalar, qolunu-qıçını qırmalar... Əxlaqsızlar. Biz milliyyətçiyik və s. deyirdilər. Haranın milliyyətçisisən? Sən satılmısan, əxlaqsız, Türkiyəni bölməyə çalışırsan. Kürd qardaşlarımızı əzə-əzə, qürurlarıyla oynaya-oynaya bir çoxunun tarazlığını pozdular. İndi də PKK bir tərəfdən əzir, bir tərəfdən bu dəstə, yeni yarananlar da ayrı bəladırlar. Təhsillə hamısı həll olar. Anti-Marksist, anti-Darvinist, anti-materialist təhsil və iman həqiqətlərini TRT-də rahat izah edə bilərlər. Quran möcüzələrini rahat izah edə bilərlər. Bir qadağan yoxdur ki.

Əsla Davutoğlunu dəyişdirməyə cəhd etməsinlər, çox səhv iş görərlər. Sevgi dolu, nəzakətli bir insandır. Bu, çox çirkin bir rəftar. Hər fağır, hər məzlum, hər gözəl xasiyyətliyə belə ediləcəksə, dişli adam da bir şeylər edə bilirsə, bu olmaz. Məzlum güclü olmalıdır.

 

(Səlahəddin Dəmirtaş son dövrdəki PKK əməliyyatlarının AK Partiyanın bir oyunu olduğunu söylədi.)

Yox canım, elə şey olarmı? Hal-hazırda bu hadisələr AK Partiyanın əleyhinədir; əsgər şəhid edilir. Yəni hal-hazırda heç bir uğur qazanılmamışdır . "700 adamı öldürdük" deyirlər, amma 7 adam belə yoxdur. Elə bir şey yoxdur. 700 adam haradadır? Olsa cənazələri gələr. Xeyr, kimsə öldürülsün demirəm, yəni maraqlısı deyilik, belə bir şeyi kimsə istəməz, yəni belə bir hadisə yoxdur. Əsgər şəhid edilir. Bu, AK Partiyanın lehinə bir şey deyil.

 (Şırnaqda şəhid olan Kapitan Əli Alkanın cənazəsində şəhidin böyük qardaşı Jandarma Podpolkovnik Məmməd Alkan, "Dünənə qədər həll deyənlər nə oldu ki, sonuna qədər döyüş deyir. Saraylarda otuz qoruma ilə gəzib, zirehli avtomobillərə minib, şəhid olmaq istəyirəm deyə bir şey yoxdur," deyə reaksiya verdi.)

Amma podpolkovnikə yaraşmamışdır. Sən cavan adamsan. Yetkin olacaqsan. Sən dövlət tərbiyəsi ilə böyümüsən. Sən oraya ölməyə və öldürməyə getmisən. Etdiyin peşənin adı Allah üçün, vətən üçün öldürmə və ölmə peşəsidir. Əsgər ölməyə və öldürməyə gedər. Sənətin xüsusiyyəti də budur, öldürməyi öyrədir. Adam necə öldürülər o öyrədilir. Topla, tüfənglə necə öldürülər, mina ilə adam necə öldürülər bunu öyrədirlər və əsgərə ölməyi qəbul edərək gedirlər. Podpolkovnikə yaraşmamışdır. Deməli, AK Partiya-nın əleyhdarıdır. Bu ola bilər, amma bütün Türkiyəyə sən bir görüntü verirsən. Podpolkovnikə yaraşmadı. Onu düzəltsin, desin ki "mən əsəbiləşdim, söylədim." Respublika başçısı getsin o zaman Şırnaqda qarşıdurmanın içinə girsin. Bunda bir məntiq varmı? Sən PKK-ya vəsait vermiş olursan. İllərdən bəri söyləyirik. Adamların başına minin dedik. Amma qan axsın istəmirik. Həbs olsun. Həbs etsinlər. Başqa cür Türkiyənin təslim olması deməkdir. Podpolkovnik bunumu istəyir? Həll müddəti demək təslim olmaq deməkdir. Nəticəsi budur. Cənub-Şərqin getməsi deməkdir. Əlbəttə ki, lazım olan ediləcək.

 

(Son zamanlarda Cənub-şərqdə bələdiyyələrin elan etdiyi avtonomluğu müdafiə edən Dəmirtaş bunları söylədi: "Xalqın öz rəhbərliyindən daha qanuni bir şey ola bilməz. Partiyamızın proqramının bir parçasıdır".)

Türkiyə, İsveçrə, Norveç kimi olsa, avtonomluğu onun istəməsinə ehtiyac yoxdur, biz özümüz istəyərik. El-el avtonom edərik. Hər yer avtonom olar. Amma bax burada kommunist, Stalinist, Allahsız-Kitabsız bir rejimdir, Şimali Koreya modelində qurulmaq istənilir. Yox belə bir şey desə mən onun əlindən öpəcəyəm. Belə bir şeyin olduğunu bilə-bilə sən bunu necə istəyirsən? Ölümü gözə al, bunu elə  söylə, qardaşım. "Mən kommunizmə qarşıyam" de. Demirtaş bunu söyləsin. Mən eşidim. "Stalinistlərə, kommunistlərə qarşıyam, terroristlərə qarşıyam. Terroristlərin burada hakim olmasını istəmirəm, Türkiyənin bölünməsini istəmirəm" desin. Deyə bilmir ki. PKK-nın kommunist, Stalinist olduğunu bilir. Orada Stalinist bir dövlət quracağını da bilir. Onunla sürətini ala bilməyəcəyini, Türkiyənin daha irəlilərinə dalacağını da bilir. Buna baxmayaraq belə optimist bir üslub olmaz. Gücü çatmır. Ona bir şey demirəm. Amma təhlükə çox açıqdır. Ondan başqa üslubu dürüstdür. Bir şey demirik.

Amma İslam Birliyinin qarşısını almaq üçün ABŞ hərəkətə keçdi. Açıqca söyləyim, İslam birliyinə deyil; PKK Mehdi (ə.s)-a qarşı yaradılmışdır. Bir dəccal hərəkəti olaraq Mehdiyyəti  dayandırmaq üçün yaradılmışdır ABŞ, İngiltərə və dərin dövlət tərəfindən yaradılmışdır. Tək məqsədi Mehdiyyəti dayandırmaqdır. Mehdi (ə.s) elmlə, ağılla sizin tozunuzu tüstünüzü bir-birinə qatar. Boş yerə çalışırlar. Hamısı məğlub olacaq. Mən buradayam. 2019-da görüşək. 2021-də görüşək.

 

Bölünmə təhlükəsi keçənə qədər hər PKK-lı həbs olunsun və buraxılmasın

Hər PKK-lı olan həbs olunsun və buraxmayın. Fitnə keçənə qədər buraxmayın. Ağıl vermək bizim həddimizə deyil. Azad etmə səbəbi təhlükənin qalxması olsun. Cəza hüququna "təhlükə davam etdiyi müddətcə həbs davam edər" deyə qanun maddəsi qoyulsun. "Türkiyənin bölünmə təhlükəsi davam etdiyi müddətcə, qiyam təhlükəsi davam etdiyi müddətcə" qanun maddəsi qoy. Yəni bir az genişlətmək lazımdır. Bir də terroristə qarşı vətəndaşın qoruması ilə bağlı qanun çıxarılsın.

 

Bir çox Peyğəmbər esir elmindən istifadə etmişdir

Allahın ruhu esir maddəsinin hər yerindədir. Hz. Xızır (ə.s) esirin sirrinə bələd bir insandır. Allahın diləməsiylə, esiri hər şəklə salar. Bir çox peyğəmbər esir elmini bilir. Hz. İsa (ə.s) bilər, Peyğəmbərimiz (s.ə.v) bilirdi. Hz. Musa (ə.s) bilir. Amma Peyğəmbərimiz (s.ə.v) o elmdən istifadə etmədi.

(Hud surəsi, 7) "Onun ərşi su üzərindəykən" Allahın ərşi su üzərindəykən. Məhz o su  esir maddəsidir. esir elmindən Allah üçün istifadə edilər. Çox zəruri vəziyyətdə peyğəmbərlər tərəfindən istifadə edilər . Məsələn, mələklər gəlirlər Hz. İbrahim (ə.s)-a "buranı biz yerlə-yeksan edəcəyik". Orada dövrəyə girən maddə yenə əsirdir. Oranı yerlə-yeksan edən maddə odur. Yəni əsir maddəsi maddənin molekul quruluşunu pozur. Atom bombası təsiri edir. Məsələn, kükürd yağdırır, normalda o qədər yerdə kükürd olmaz. Bir anda əsir kükürdə çevrilir.

Elm adamları esir maddəsini tapa bilmirlər, amma balıq kimi içində üzürlər. Hal-hazırda bütün kainat esirin içində üzür. Esir içini Allahın ağlının tamamilə əhatə etdiyi bir maddədir. Su kimi bir şeydir. Bütünlüklə enerji olan bir şeydir.

Edam cəzası olmaz. Onun heç bir faydası olmaz. Edam kini daha da artıran bir şey olar. Ağılla olar, elmlə, mədəniyyətlə olar. Sən adamın ideologiyasıyla mübahisə etməyib "səni asacağam" desən olmaz.

 

Bütün məsələ Allahı səmimi sevməkdir

Dünya sürətlə hazırlanır. Hər yer sürətlə hazırlanır. Allahı sevmək çox əhəmiyyətlidir. Ən həyati nöqtəni unudurlar. Ən başdan o mövzu olarsa, yəni o məsələ gözəlləşsə, hər şey gözəlləşər. Çoxlu səy göstərməklə əlaqəsi yoxdur. Bütün məsələ Allahı səmimi sevməkdir. Allahı sevirsənsə, çox etibardasan. Yəni  Allahı çox sevirsənsə, mütləq qalibsən. Bax iman edirsənsə demirəm. Sevirsənsə. Onsuz da sevmək üçün iman etmək lazımdır. Dərin sevgiylə sevmək. Amma qorxu necə olar? Allahı narazı salmaq istəməzsən. Sevirsənsə, cəhənnəmdə belə olsan, Allah göstərməsin (Allah elə bir şeyi etməkdən münəzzəhdir) cənnətdəymiş kimi olarsan. Allahı sevmirsənsə, cənnətdə belə cəhənnəmin içindəymiş kimi olarsan. Bütün məsələ Allahı sevməkdədir. Heç unutmamaq lazımdır. Sevimli, unudulmaz. Heç unutmayacaqsan. Yemək yeyərkən, duş qəbul edərkən, oturarkən, qalxarkən, küçədə, əsəbiləşdiyində həmişə ürəyi Allah sevgisiylə dolu olacaq.

 

İstanbul boğazını hz. Xızır (ə.s) açmışdır

Bilirsiniz, normalda tarixdə İstanbul boğazı deyə bir yer yox idi. Burada dəniz yox idi, boğaz yox idi. Tarixin ilk dövrlərində yox idi. Bura Mehdi (ə.s)-ın çıxışı üçün xüsusi olaraq bəzənmişdir. Bura sonradan açıldı. Onsuz da bu elmi olaraq izah edilir.

Övliya Çələbi İstanbul boğazını Xızır (ə.s)-ın açdığını söyləyir. Mehdi (ə.s)-a yer olsun deyə. Bağlıykən açılmışdır. Yəni Qaradənizlə Aralıq dənizinin birləşməsinə səbəb olan Xızır (ə.s)-dır. Hətta çox böyük hadisə baş vermişdir. Böyük sel basqınları olmuşdur.

Esir maddəsi istifadə edildiyində ağlasığmaz bir güc meydana gəlir. Əlbəttə ki, Allahın diləməsiylə. İnsan quru parçalarıyla belə məcun kimi oynayar.

 

Dəccal Babı-Lüd qapısında mənəvi olaraq öldürüləcək

(Maidə surəsi, 23) Allahdan qorxanlardan, Alahın nemət verdiyi iki kişi. Bu kəslərdən bir Mehdi (ə.s), biri İsa (ə.s)-dır. "Onların üzərinə qapıdan girin. O bağlı olan qapı Qüdsdəkidir.  Dəccal o qapıda öldürülür. Mənəvi olaraq öldürülür. Mehdi (ə.s) ilə İsa (ə.s)-ın birləşdiyi nöqtədir. Görüş nöqtəsidir. Bab-ı Lüd qapısı.

 

İsa (ə.s)-ın imanı çox qüvvətlidir

Ona halal olsun. O mövzunun sirrini tapmışdır. Fikri-zikri Allah sevgisindədir, onu heç pozmur. O sirr oradadır. Ağıllı bir insanın edəcəyi odur. Təfərrüatlara girmir. Sən Allahı sevirsənsə, sənin işlərin həmişə yolunda gedər. Əgər Allahı sevə bilmirsənsə, hər gün bəla yağar. Bacara bilməzsən. İsa (ə.s) ən doğrusunu edir.

 

Hədislərə görə hz. İsa (ə.s)-ın fiziki xüsusiyyətləri

Başını əydiyi zaman su damar, qaldırdığı zaman ondan inci kimi gümüş dənələri diyirlənər". Müslim, "fiten" 110; Tirmizi, "fiten" 59.

Başına su dəymədiyi halda, sanki saçlarından su axırmış kimidir"
( Əbu Davud, "melahim" 14; Əhməd ibn Hənbəl, II, 406, 437).
Başındakı suyun nə olduğunu sonra izah edərəm, inşaAllah. Peyğəmbər (s.ə.v)-in üstündə çox dayanır. Həyati bir mövzu olduğu üçün üstündə çox dayanmışdır. İsa Məsih incə bellidir. Mehdi (ə.s) başdan-başa genişdir.

Üzü duru və tərtəmizdir. (Nevevi II, 232; İbn Həcər VI, 484)

"Sanki hamamdan yeni çıxmış kimi al çöhrəlidir" (Buxari, "ənbiya" 24, 48; Müslim, "iman" 272.)

Üzü həm ciddi, həm canlıdır. Ağzı, burnu qüsursuz gözəllikdədir. Alnı düz və təmizdir. Kiçik və gözəl burunludur. Gözləri atəş kimi parlaqdır.

Üzü qırmızıya çalar, ağ rənglidir. (Taberani, Kəbir XXIV, 433)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr