A9 TV, 6 iyun 2015
(Misirdə çevriliş sonrası Sisi ilə ticari əlaqələrə sürətləndirən Qərb ölkələri və şirkətlər, Misirlə təxminən 138 milyard dollarlıq razılaşma imzaladı.)
Xeyirli-uğurlu olsun, inşaAllah, onları silah pulu etməzlər. Xalqa fayda vermək üçün xərcləyərlər.
(Koalisiyanın hərbi lideri Amerikalı general Con Allen İŞİD ilə mübarizənin bir nəsil və ya daha çox davam edə biləcəyini söylədi. Məğlub etməyi bacara bilmədikləri İŞİD-in qlobal təhdid yaratdığını söyləyən Allen mübarizənin uzun sürəcəyini də vurğuladı)
Hadisə İmam Mehdi ilə bitəcək. Bir nəsillik bir şey yoxdur. Onsuz da bir nəsil sonra qiyamət başlayır. Vaxt yoxdur. Adam öz başından danışır, baxsın hədislərə elə danışsın. İnşaAllah.
(Koalisiya güclərinin hava əməliyyatlarından sonra yaşadıqları bölgələri boşaltmaq məcburiyyətində qalan kürd, ərəb və türkmənləri heç gözlətmədən alan və düşərgələrdə yerləşdirən Türkiyə, Kilisin qarşı tərəfindəki Azez və dərinlərdəki bölgələrdən yarana biləcək böyük insan köçü üçün bütün hazırlıqlarını tamamladı)
İnsanlığın, sevginin mərkəzini Allah insanlara göstərir. Şəfqətin mərkəzi haraymış; dostluğun, yaxşılığın, gözəlliyin mərkəzi haraymış insanlar görürlər.
(Suriyadakı qarşıdurmalar səbəbiylə sərhədimizə gələn mühacir qardaşlarımıza əsgərlərimiz kömək etdilər. Suriyalıların Mehmetciyə "Allah razı olsun, Allah sizi hər cür bəladan qorusun'' şəklində dua etdikləri görüldü.)
MaşaAllah. Sevginin insanları, söhbətin insanları haradaymış Allah bütün insanlara, bütün dünyaya göstərir. Fransızlar başqa cür edir, italyanlar başqa cür edir, almanlar başqa cür edir. Deyilmi? "Buradan bir adam çıxacaq, bir insan gələcək" deyə dənizə belə nifrət gözüylə baxırlar. "Necə batırarıq, necə qovarıq?" onu düşünürlər, Türkiyə də "necə qurtararıq?" deyə düşünür.
("Ümmət 73 təriqətə bölünəcək, yetmiş iki həlak ediləcək bir təriqət qalacaq bunu açıqlayarsınızmı? Bir də sarıq və cübbəni açıqlayarsınızmı?" Tamaşaçı mailinə cavab olaraq)
Sarıq və cübbə çox gözəl görünür, çox gözəl yaraşır. Təriqətlər müsəlmana yaraşmaz. Təriqət olmayacaq.
Bir insan Allah yolunda olarsa, Allah ona bərəkət, bolluq, gözəllik verər
Mən onun canlı nümunəsiyəm; amma bax əziyyətini də qəbul edəcəksən. Həmişə nemətini deyil. Olmaz. Səbrini də qəbul edəcəksən, əziyyətini də qəbul edəcəksən. Biz səbrə də razı olduq, əziyyətə də razı olduq. Həmd olsun Allah nemətini əskik etmir. Yağış kimi nemət yağdırır, əlhəmdülillah. Məsələn; dünyanın ən gözəl insanları bir araya gəlir, dünyanın ən gözəl xasiyyətli insanları bir araya gəlir və Türkiyədə toplanırlar. O insanların içində yenə ən yaxşılarından bir qismi bizə gəlir, maşaAllah. Mən əziyyəti həmişə qəbul etdim. Necə? Sevərək və həyəcanla. Neməti də həmişə sevərək, həyəcanla qəbul etdim, Allaha həmd olsun.
(İraqda Amerika liderliyində İŞİD-ə hava hücumları edən təyyarələr səhvən İraq ordusu və polis güclərini vurdu. Çoxlu sayda ölü və yaralı olduğu bildirilir)
Bu bacarıqsızlığa bax. Bu anormallığa bax. Allah ayaqlarına dolayır. İnsanları bombalamaq, insanları öldürmək nəyə lazımdır. Sevgiylə yaxınlaşmağı anlaya bilmirlər. Halbuki İncil sevgiylə doludur. Bax keçən gün oxudum. Gördünüz, bax yalnız sevgidir. Siz necə xristiansınız? Siz necə dindarsınız? Mən anlamıram.
(Amerikada getdikcə artan müsəlman əleyhdarlığıyla mübarizə aparmaq üçün nifrət ovçuları adı altında bir araya gələn könüllü müsəlmanlar üzərlərində ayə və hədis nümunələrinin olduğu maşınlarla Amerika küçələrində insanlara İslamın sevgi və sülh dini olduğunu izah etmək üçün çalışırlar. Maşınlarda ən çox diqqət çəkən hədislərdən biri: "Sizin xeyirli olanınız qadınlarına yaxşı davranandır" yazır)
Bax əfsuslar olsun ki, ənənəpərəst ortodoks müsəlmanlığın çarxı altında əzilirlər. İndi işin doğrusunu Buxaridən, Müslimdən göstərsəm, özlərini itirərlər. Bunu buraxıb Qurana dönmək olmurmu? Sırf Quranla yaşasanız olmazmı? Bax necə əziyyət çəkirlər. Mehdiyyətə hər yerdə ehtiyac olduğu görülür. Hər yerdə mehdiyyət təcili ehtiyacdır.
(Los Angeles sahilində bir araya gələn musəvi və müsəlmanlar həmrəylik üçün ibadət etmişlər)
İndi yazıqdır, müsəlman uşaqlar, həqiqətən, yaxşı niyyətlidirlər, lakin onların elmi-hal kitablarına görə, hədis kitablarına görə o musəvilərlə birlikdə namaz qılması mümkün deyil. Oradakı ifadəyə görə onları boğmalıdırlar. "Daşlar, ağaclar xəbər verəcək" deyir. Qum yerdəki daş. Yəni ona xəbər verəcək. Öldürəcək, parça-parça edəcək. "Onları öldürməyi sizə ağac xəbər verəcək" deyir, "ağac". Daş sizə xəbər verəcək" deyir. "Öldür" deyəcək, "gedib öldürəcəksiniz" deyir. Bu, insanları manyaklığa təhrik edən bir üslubdur. Sabah bir gün bir manyak çıxsa desə ki, "daş mənə söylədi mən də getdim öldürdüm". Nə deyəcəksən? Hədisi göstərəcək. "Daşlar mənə xəbər verdi" deyəcək, gedib adamı boğacaq. Yazıqdır, günahdır, müsəlmanları məhv etdilər. Allah hz. Mehdi (ə.s)-ı zahir etsin, hz. İsa Məsih (ə.s)-ı zahir etsin. Bu çəkilən əziyyətə bax. O qədər lazımsızdır ki. Təəssüf, həqiqətən, sevmək istəyirlər; amma o fəlsəfəyə görə seviləcək kimi deyil. Yoxsa çox təmiz qəlbli, vicdanlıdırlar. Amma olmur. O fəlsəfə onları oraya gətirir.
(Vaşinqton Post qəzetinin topladığı məlumatlar Amerikan polisi tərəfindən vurularaq öldürülən kəslərin sayının rəsmi şərhdəkilərdən iki qat daha çox olduğuna işarə edir. Qəzetə görə bu ilin ilk beş ayında polis cəmi 385 adam öldürdü. Bu bir gündə ən az iki adamın öldürüldüyünü göstərir. Bu kəslər arasında qara dərililərin, xüsusilə də, silahsızların sayının daha çox olduğu deyilir.)
Belə şey necə ola bilər? Amerikan cəmiyyəti əvvəllər daha gözəl idi. Amerika cənnət kimi idi. Evlər gözəl, insanlar gözəl, hər kəs qəşəng geyinər, hər kəs tərtəmiz, hər kəs hörmətli idi. Bazar günləri kilsələr dolardı. Belə kök, əcaib, nalayiq, kriminal şəxslər; azğın dəli polislər, camaatı qanına qəltan edərək buraxan insanlar. Amerika çox qəribə olub. Allah üstlərindən bərəkəti qaldırdı. Amerika yenidən dindar olsun, belə olmaz. Dindar olsalar, onlara bir hüzur gələr. Dinsiz olduqlarında bərəkətsizlik və uğursuzluq gəlir. Mənim gördüyüm qədərilə dindarlar azalır. Dinsizlər daha çoxalır. Onlar, dindarlar Texasda toplaşıblar. Onlar da çox azdırlar.
Amerikalıların yenidən dindar olmasını təmin etmək çox əhəmiyyətli bir mövzudur
Amerikalıların dindar olmasını təmin etmək çox vacib bir mövzudur. Əvvəllər Amerika o qədər gözəl idi ki. Çox gözəl insanlar vardı. Paltarları, həyatları çox gözəl idi.
Əziyyəti və səbri qəbul etmədən yalnız nemət istəmək olmaz
Bunlar səbri və əziyyəti qəbul etmir, ancaq nemət istəyirlər. Olmaz elə bir şey. Elə nə cənnətə qovuşa bilərsən, nə Allahın razılığına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyil ki. Allah "Əgər Biz əyləncə istəsəydik, edərdik" deyir. "Şanımıza düşəni edərik" deyir. Əyləncə yeri cənnətdir. Burada elə bir şey yoxdur. Allahın ən bəyəndiyi də şəhid olmaqdır. Allah ən yüksək sevgini onda tapır. Amma ona niyyət edəcək. Elə təsadüfi deyil. "Şəhidlik istəyirəm, Ya Rəbbim Səndən" deyə səmimi, ürəkdən niyyət edəcək. Yeri gəldiyində, şəhid olduğunda, Allahın ən sevdiyi budur, ən yüksək sevgi budur. Çünki Allah üçün canını verir. Can əziz deyilmi? "Ya Rəbbim" deyir, "Mənə canımı sevdirdin, mən canımdan çox Səni sevirəm" deyir. "Canım Sənin olsun" deyir. "Mən də Səninəm" deyir. Mənası budur. Ona görə Allah şəhidləri ayrı bir məkanda tutur; yəni öldürmür. Ölümü dadmırlar. Onsuz da dadması şirin olar; amma Allah dadmağa qoymur. O şəhid aləmində sonradan canları alınır. Şəhidlərin hamsının canı toplu halda alınacaq. Əgər ona da onların fikrincə can alınma deyilirsə.... Bir addımda cənnətə keçirlər. Mövzu budur. Bu can alınma olmuş olur.
Allah həmişə Özünün çox sevilməsini istəyir
Məhəmməd surəsi, 21: "…Lakin iş, qətilik və dayanıqlılıq tələb etdiyi zaman, əgər Allaha sədaqət göstərsəydilər, şübhəsiz, onlar üçün daha xeyirli olardı."
Canını verəcək qədər sevilmək istəyir. Allah bunu görə bilmədiyində bundan narahat olur. İnsan üçün bu etibarlıdır, amma Allahın xətrinə dəymiş olursan, yəni inciyir. Elə anlayın.
(Çin əsgəri strategiya sənədi olan Ağ Kitabda Şərqi Türkistan uyğur xalqını strateji təhdid siyahısına alaraq, terrorist olaraq xarakterizə edilməsi uyğurlar tərəfindən reaksiyayla qarşılandı. Uyğur Xəbər Agentliyində nəşr olunan yazıda, "Uyğurlar tarixin heç bir dövründə terrorizmə qarışmamış, terrorist hərəkətlərə cürət etməmiş və şərait də yaratmamışdır. Bu qəbul edilə bilməz" deyildi.)
Müasir, aydın bir müsəlmanlıq anlayışı ilə ortaya çıxsalar. Bir yol göstərək, edərlər, etməzlər o ayrı məsələdir, amma bir yol göstərək. Çinlilər o qədər sözə qulaq asmayacaq tip deyildirlər. O qədər də vəhşi deyildirlər. Səfirləri çağırdım, konsulları çağırdım, danışdım. Adamlar kabili-xitab (xitab edilə bilən) adamdırlar; amma ənənəpərəst Ortodoks İslam anlayışından narahat olurlar. Haqlı olaraq narahat olurlar. Onlara zəmanət versələr, məncə müasir bir İslam anlayışını, sevə-sevə qəbul edərlər. Çin edamı ləğv etməlidir. Bu, çox qorxunc bir şeydir. Bu, bütün dünyada qaldırılmalı, qadağan edilməlidir.
(Diyarbəkirdə bir restorana avtomobildən pnevmatik tüfənglə təsadüfən atəş açıldı. Hadisə yerində restoranın qarşısında oturan üç adam yaralandı.)
O şəxs əlini-qolunu yelləyərək də qaçmışdır. Mən inana bilmirəm. Gözlərimə inana bilmirəm. Bu necə olur? Həm də avtomobillə. Böyük avtomobil. Nömrəli avtomobil. Bütün qəhvə görür, adamlar gedir. Burada polis, jandarma yoxdurmu? Mən anlamıram necə bir işdir. Saniyəsində tutulmalıdır. Yüz metr getmədən tutulmalıdır. Məsələn, o Fənərbaxça avtobusuna atəş etdilər. Nə oldu bilmirik. Adamın etdiyi cəzasız qaldı. Yenə Fənərbaxçaya bir daha hücum etdilər. O da elə qaldı. Bu işləri mən anlaya bilmirəm.
("Hocam, bu çəkdiyiniz əziyyətdən bir az bizə də versəydiniz, çox bəyənilərdi" mailinə cavab olaraq)
Sən mənim çəkdiyim əziyyəti yarım saat çəkmiş olsan, o Bakırköydən bir daha çıxa bilməzdin, orada qalardın. Bəlkə də, canını Allaha təslim edərdin. Oraya gələn həkim belə hadisənin dəhşətindən huşun itirirdi. Mən orada doqquz ay qaldım. Təcridxanada camaat 15 gün dözə bilmir. Doqquz ay fasiləsiz qaldım və çox da rahat idim. Yalnız namaz qılmaq çox çətin olurdu. Hətta dönə bilmirsən. Qibləyə dönə bilmirsən. Alnın divara dəyir. O qədər dar idi. Hücrə həbsi. Bu adam, əziyyətin nə olduğunu bilmir, ona görə danışır. İnsanlar dəlixanaya ziyarətə belə gedə bilmirlər. Qorxudan qapısından baxa bilmirlər. Həkimlər kitab yazıblar. "Vəzifəyə gələn həkim hadisənin şiddətindən qapıdan girdi, huşunu itirdi" deyir. Adamlar təbii ehtiyaclarını bilmir. Anadangəlmə lüt gəzirlər. Hər yer dəhşət içərisində idi. Qışqıran, bağıran. Üç yüz nəfər şüuru bağlı xəstədir. Başını divara vuranlar, əli-üzü qan içində olanlar. Oranın hamamlarını insanlar təsəvvür edə bilmirlər. Necə bir fəlakət olduğunu da bilmirlər. Bizə dəlixanada verdikləri otağı mən təsvir etmirəm. Rüsvayçılığın şiddətindən izah etmirəm. Dəhşətverici idi. Bir də mənə çölə çıxmaq da qadağan idi. Bütün xəstələr bağçaya çıxırdı, mənə qadağan idi. Yazısını gördünüz. O rəsmi yazıdır. "Heç bir şəkildə görüşə bilməz" deyir. "Bayıra telefonla da zəng edə bilməz" deyir. Doqquz ay elə qaldıq. 45 gün ayağımız zəncirlə yatağa bağlı olaraq qaldıq. Mən yalnız namaz qılmaqda çətinlik çəkdiyim üçün bir az zənciri uzatmalarını istədim, o qədər. Kefim yerində idi; imanla, Quranla. Doqquz dəfə sui-qəsdə məruz qaldıq. Amma o çox böyük möcüzədir. Doqquzunda da rahatca şəhid edə bilərdilər. O qədər uyğun idi ki. Heç birində müvəffəqiyyətli ola bilmədilər. Heyrətamizdir, yəni Allahın hikmətidir.
(Məşhur Bloomberg saytında yayılan xəbərə görə CFR-də, Səudiyyə Ərəbistanı və İsraildən olan səlahiyyətlilər arasında keçirilən yığıncaqda bölgədə Kürdüstan dövləti qurulmalı olduğundan danışıldı. Səudi general Enver Macit Eşki, Şahzadə Bengal İbn Sultan, İsrailin keçmiş Amerikan səfirlərindən Dore Qoldun iştirak etdiyi yığıncaqda İran, Türkiyə və İraq torpaqlarında əlaqədar bölgələr alınaraq, müstəqil bir kürd dövləti qurulması təqdim edilən maddələr arasında yer aldı.)
İndi İraq, yaxşı, İraqda bir kürd birliyi var, bacı-qardaşlarımız var. Onsuz da Məsud Bərzani maraqlanır. Məsud Bərzaninin mövqeyini sağlamlaşdıracaqlar. Bu qədər sadədir. Orada bir dövlət də yarada bilərlər. Məsud Bərzani də dövlət başçısı ola bilər. Amma Türkiyəyə əllərini uzatmağa cəhd etsələr, çiyinlərindən qırarıq. Kimsə bəlasını axtarmasın. Türkiyədə əsla. İstəyirlərsə, Amerikada uyğun yerlər var. Gəmiylə ora daşısınlar. Çox böyük boş torpaqlar var. Orada təşkilatlana bilərlər. İran onsuz da elə bir şeydən havalanar. Parça-parça edər. Türkiyə kimi də olmaz. İran çox sərt cavab verər. Bölgədə bir nəfər PKK-lı qalmaz. Bəlalarını axtarmasınlar.