A9 TV, 6 iyul 2015
(İraqda İŞİD əleyhdarı koalisiyaya aid bir döyüş təyyarəsi səhvən paytaxt Bağdadın şərqində bir bölgəni bombaladı. Hadisədə ən az 12 nəfər həyatını itirərkən bir çox evə ziyan dəydi. 25 nəfərin yaralandığını açıqlayan aidiyyəti qurumlar ölənlər arasında 3 uşaq və 2 qadının da olduğunu söylədilər.)
Onlar şəhid hökmündədirlər. Allah rəhmət etsin. İmam zühur edənə qədər fitnə dayanmaz. Peyğəmbərimiz (s.ə.v) “Mənim sulbümden” –deyir. “Mənim övladlarımdan Məhəmməd Mehdi zühur edənə qədər hadisələr heç bir şəkildə dayanmaz. Biri bitdi deyərkən digəri başlayar” -deyir. “Onun gəlişi ilə bütün kainat fərahlıq və sükunət tapar” -deyir. “Döyüşlər sona çatar, çətinliklər sona çatar. Məzardakılar belə qibtə edərlər” -deyir. “Kaş ki, biz də hayy olaydıq bu gözəlliyi görəydik deyə” -deyir.
Sevgisizliyin, mərhəmətsizliyin ən çox olduğu dövr, axırzamandır. Hocaların axır zamanı örtbasdır etdiyi, dəccalı ört-basdır etdiyi, dəccaldan bəhs etmədiyi bir zamandır. Peyğəmbərimiz (s.ə.v) axırzamanda Mehdi (ə.s) gəldikdə “Dəccal və Mehdidən bəhs edilməz” -deyir. Bu an hocalar xor halında, “Mehdi (ə.s) çıxmayacaq. İsa gəlməyəcək”. Gəlməyəcəksə, bu təlaş nədir? Neçə kanalda birdən, 15-20 kanalda birdən, bəzən eyni anda dəlilər kimi eyni şeyi bir daha təkrar edirlər. Bu dəfə xalq da daha da maraqlanır, mehdiyyəti daha da araşdırırlar. Baxırlar ki, mehdiyyət bir həqiqətdir. Həm də inkarı mümkün olmayacaq şəkildə yüzlərlə dəlillə isbat edilmiş bir həqiqətdir.
Sevgi dünyadakı ən böyük nemətdir
Sevgi dünyadakı ən böyük nemətdir. Allah dünyanı sevgi üçün yaradır. Qulları sevgi üçün yaradır. Cənnəti sevgi üçün yaradır. Tək məqsəd sevgidir. Bütün bu bitkilərin, heyvanların, insanların, bütün məxluqatın, atomun, hər şeyin bu qədər düzgün və gözəl olmasının yenə məqsədi sevgidir. Sevgisizlik insanı qaraldar. Şeytan qadınlar və şeytan kişilərdə sevgisizlik çox güclü olur, hakim olur. Buna görə Allah bunların üzlərini qapqara qaraldır. Bunların ağızından nifrətdən başqa bir şey çıxmaz. Əgər şeytanı tanımaq istəyirsənsə, internetə get bax. Ağızından nifrət axırsa, şeytandır. Heç sevgidən bəhs etmirsə, şeytandır.
(Bütün hücumlara baxmayaraq, İŞİD-in Suriyada irəliləməsi dayandırıla bilmir.)
Hədislərdə hadisənin bu şəkildə olacağı ifadə edilir. Mən dedim, başa çıxa bilməzlər. Çünki qədər belədir. Sən qədərdə yaradılmış bir hadisəni geri çevirə bilməzsən. Həlli mehdiyyətdir. Mehdi (ə.s)-ı axtarsınlar, başqa həll tapa bilməzlər. Həlli İsa Məsihin nüzuludur; amma İsa Məsihi axtarmalarını tövsiyə etmirəm. Çünki tələbələrini çətin vəziyyətdə buraxarlar, başqa bir işə yaramaz. Amma Mehdi (ə.s)-ı axtara bilərlər.
(Yunanıstanda təşkil edilən referendumda xalqın 60%-i “Xeyr” səsi verdi. Bu qərarla Yunanıstan Avro Bölgəsindən çıxacaq, öz pul vahidinə qayıdacaq və tamamilə iflası qəbul etmiş olacaq, amma Avropa Birliyinə olan 320 milyon Avro borcunu ödəməyəcək.)
Olarmı, adamlar pullarını onlarda buraxmazlar, tamamilə alarlar. Yunanıstanı məhv edənə qədər də əl çəkməzlər. Yunanıstan daha da batar; çünki Yunanıstan bütün ağırlığını dinsizliyə və ateizmə verdi. Günlərini gün edən bir gənclik var. O gözəlim insanlar sanki insanlıqdan çıxdı. Əzirlər və daha da əzəcəklər.
Sevgisiz həyat zəhərdir
Mən insanların sevgiyə müqavimət göstərməsinə təəccüblənirəm. Sevgi dünyadakı ən zövqlü şeydir. Axirətdə də ən zövq alınan şeydir. Həyatın rəngi, işığıdır. İnsanın ruhu sevgiylə fərahlayar. İnsan sevgisizlikdən ölər, qovrular, məhv olar. Sevgisiz həyat zəhərdir. Təkidlə sevgisizliyi istəyirlər.
Darvinizm ilə dünya tarixində ilk dəfə dünyanın 99%-nə Allahı inkar etdirən bir sistem oturdu
Darvinizm də dünyanı əhatə edir. Alimlər, müəllimlər seyr edirlər. “Quranda var” -deyir. Dəccaliyyət Quranda olarmı? Allah dəccaliyyəti müdafiə edərmi? Dünya tarixində ilk dəfə dünyanın 99%-nə Allahı inkar etdirən bir sistem oturdu. Məhz buna dəccaliyyət deyilir. Peyğəmbərimiz (s.ə.v) dəccalı təsvir edərkən, dəccalın tək bir xüsusiyyəti var, “Allahı bütün dünyaya inkar etdirəcək” -deyir. Hazırda inkar etdirdi, insanlar Allahı inkar edir. Darvinizm vəsiləsiylə. Dəccal gəlib. O zaman Mehdiyyətin buna qarşı rəftar aldığını da görməlidir. Dəccal varsa, Mehdi susmaz. Onun elmlə, mədəniyyətlə başını əzər. Sən istər qəbul et, istər qəbul etmə. Dəccalın bir xüsusiyyəti vardır, Allahı inkar etdirməsidir. Mehdiyyət də dəccalın bu təxribatını ortadan qaldıran gücə deyilir.
Dəccalın silahı məlumatsızlıq zəminində inkişaf edər. Mərakeş, Tunis, Əlcəzair, Misir hamısı Darvinistdir.