A9 TV, 30 iyun 2015
(“Sabah” qəzeti MİT-ə istinadən bir xəbər yayıb. İŞİD ilə Əsəd qüvvələrinin Azad Suriya Ordusuna qarşı ittifaq qurmasına görə Türkiyənin daha əvvəl təkcə Əsəd rejminə tətbiq etdiyi “Anqajman qaydaları” əhatəsinə terror təşkilatı İŞİD-in də aid edildiyini söyləyirlər. Buna görə İŞİD təhlükəsizliyə əsas təhdid olaraq qəbul edildi. Yəni İŞİD silahlıları sərhədimizə yaxınlaşdığı anda əsgər tərəfindən vurulacaq və ən kiçik bir təcavüzə də cavab veriləcək.)
Birincisi, bu, doğru xəbər deyil. İkincisi, amma PKK yanaşdığında sərbəst olacaq? PYD yanaşdığında sərbəst olacaq, bayraqlarını sancacaqlar, qarşımızda dişlərini ağardacaqlar. Burnumuzun dibinə olacaq. Onlar təhdid sayılmayacaq, müsəlman gənclər -səhv yolda olan, amma müsəlman gənclər- təhdid olacaq. Bu heç inandırıcı deyil. Adamların Əsədlə də heç bir şəkildə əlaqəsi yoxdur. Əsədin bütün sistemini yıxan onlardır. Nə əlaqəsi var? İŞİD ilə Əsəd bir-birinə ziddirlər. Gəlin, onların öz məntiqiylə baxdığımızı düşünək, birincisi, məzhəb ayrılığı var. Onların məntiqinə görə əlaqə qurmaları qeyri-mümkündür. İkincisi, Əsəd qüvvələri kommunist və solçudurlar; bunların elə bir şeyi yoxdur. Bunlar kommunistlərə qarşıdırlar. Bu səbəbdən bu heç inandırıcı deyil. Amma belə deyilə bilər, Amerika təlimat verər, deyər ki, “bunlar PKK-nı çökdürəcək, PYD-PKK heç bir şey qalmayacaq, İŞİD böyük bir təhlükədir. Türkiyə bu təhlükəni ortadan qaldırsın”. Amerika “PKK-nın güclənməsi üçün buna məcburuq” demiş ola bilər. Çünki Amerikan dərin dövləti sərxoş kimidir. Bu, PKK-nı qurtarma əməliyyatı ola bilər. Çünki İŞİD təhlükəsi deyə bir təhlükə yoxdur. Amma PKK bizim içimizdədir və adam “əgər hər hansı bir şəkildə tərpənsəniz, vətəndaş müharibəsi çıxarar, sizi yerlə bir edərik” -deyirlər. Sən bunlardan qorxacaqsan, sonra da gedib İŞİD-ə qoçuluq edəcəksən. Bunu Türk Milləti qəbul etməz. Türk ordusu da qəbul etməz, Türk polisi də qəbul etməz. Heç bir Türk vətəndaşı qəbul etməz. Yəni dinsiz olan Türk vətəndaşı belə qəbul etməz. Bu çox böyük bir namərdlik və əxlaqsızlıq olar. Bu səbəbdən bu tip xəbərlərə kimsə inanmasın. MİT belə bir yersizliyin içinə girməz.
İŞİD-in səhvi fiqh kitablarındakı Qurana uyğun olmayan hökmləri tətbiq etməsidir
İŞİD; Suriyadakı müsəlmanlar onsuz da İŞİD ağıldadırlar. İraqdakı müsəlmanların da az qala hamısı İŞİD ağıldadır. Çünki hamısı Kutub-i Sittəyə tabedir. İŞİD Kutub-i Sittənin xaricində bir şey etmir ki. Adamlar Kutub-i Sittədəki, Mültekadakı, İbni Abidindəki şərhləri bir-bir tətbiq edir, bu qədər. Doğrudurlarmı? Səhv yoldadırlar. Bu səhv Mehdiyyətlə aradan qaldırılacaq.
Mehmetciyi Müsəlman qanı tökməyə təşviq etmək əxlaqsızlıqdır
Mehmetciyin əlini Müsəlman qanına bulaşdırmağa cəhd edənlər bəlalarını taparlar. Mehmetciyi cinayətə öyrəşdirməyə çalışanlar, Müsəlman qanı tökdürməyə çalışanlar o zaman Türkiyədəki müsəlmanlara da əsgərlərdən istifadə etməyə çalışarlar. Əgər orada İŞİD müsəlmanının qanını tökməyə çalışsa, Türkiyə müsəlmanının da qanını tökməyə çalışacaq. Mehmetcikdən öz qardaşına qarşı istifadə etməyə çalışacaq. Öz müsəlmanlarına qarşı istifadə etməyə çalışacaq. Nurçulara qarşı istifadə edər, Süleymançılara qarşı istifadə edər, Nakşibəndilərə qarşı istifadə edər, hamısına qarşı istifadə edər. Mehmetcik belə bir əxlaqsızlığı, iyrəncliyi əsla qəbul etmədiyi kimi belə bir təklifi edənin də üzünə tüpürər. Belə bir şərəfsizliyi heç kim təklif etməyə çalışmasın.
Bizim bir düşmənimiz var: PKK. İŞİD bizim heç bir şəkildə düşmənimiz deyil. İŞİD PKK-nı vurunca Amerika dəhşətə qapıldı. “Aman aman” dedilər, “Haydı görək, Türkiyə, bunları bir çökdür. Bunlar PKK-ya dövlət qurdutmayacaq. Haydı görək, toplarınızı, tanklarınızı hazırlayın”. Qardaşım, bizim topumuz tankımız PKK üçün olar. İŞİD üçün olmaz. Bizi elə avam da zənn etməsinlər, biz dönən oyunları görürük. Kimsə axmaqlıq etməyə çalışmasın.
MİT dindar və vətənpərvər insanlardan ibarətdir, əsla müsəlman qırğınını qəbul etməz
MİT belə bir əxlaqsızlığın içinə girməz. Hamısı mömin, müttəqi insanlardır, hamısı vətənpərvər insanlardır. MİT niyə PKK durduğu halda, PKK ilə mübarizə varkən belə bir namərdliyi, belə bir şərəfsizliyi, müsəlman qırğınını, müsəlmanlarla müharibəni istəsin? Düzdür, cahil müsəlmandırlar, səhv yoldadırlar, əskikləri var. Mehdiyyət onları düzəldər. PKK dayanmadan adam kəsir, müsəlmanların başını daşla əzir. Onlar problem olmur İŞİD problem olur? Əgər sən igidsənsə, güclüsənsə, gedərsən PKK-nı əzərsən. Hamısını həbs edərsən, həbsə atarsan.
Türkiyə çəkindirici güc olaraq tank və raket sayını artırmalıdır
Türkiyənin tank sayını artırsınlar. Bizim ən az 20 min, 30 min tanka ehtiyacımız var, ən az. Çünki hər yerdə tanka ehtiyac olur. Tankla girərsən, bitdi, bura etibarlı bölgədir. Tankın içində sakit oturarsan. Oraya çadır qurular, bura yaxınlaşmayın deyərsiniz. Onsuz da kimsə də yaxınlaşmaz. PKK-nın olduğu bölgələri təmizləsinlər, hamısını həbs etsinlər. İŞİD bizim üçün təhlükə deyil.
Amma əsl raket. Uzun mənzilli raketlər, qısa mənzilli raketlər. Qurudan- quruya, qurudan- havaya. Xüsusilə, qurudan-havaya çox əhəmiyyətlidir, hava hücumundan müdafiə raketləri. Onsuz da mənim gördüyüm ən əhəmiyyətli silah hava hücumundan müdafiə raketləridir. Yəni təyyarəni yaxınlaşdırmayan, raketi yaxınlaşdırmayan raketlər. Bunlar çox çəkindirici olar. Çünki səndə elə raket olduğunu bilsə, adam yaxınlaşmaz. Amma baxar ki, hava hücumundan müdafiə sistemi yoxdur, adam dadanar. Diqqətli olunmalıdır.
(HDP-lilər Türkiyənin İŞİD-i dəstəkləyərək Kobanidə qırğın törətdiyini iddia edirlər.)
İŞİD bunların ağızını-burnunu qırdırdı, alçaq, rüsvay oldular, çox alçaldıldılar. Kobaniyə kimsə yaxınlaşa bilməz, biz buraların ağasıyıq, buranı fəth etdik, aldıq, deyirdilər. İŞİD ağızını-burnunu darmadağın edincə, istədiyi anda vuracağını göstərincə, alçaq, rüsvay olunca... Heç əlaqəsiz adamlara ağzı, burnu qanayaraq hücum edən bəzi tiplər var. Sənin ucbatından olan oldu, deyərək. Əsl döyənə heç nə etməz, əlaqəsiz, məzlum şəxslərə hücum edər. Bunlar da belədir. Türkiyənin uzaqdan-yaxından əlaqəsi yoxdur. Buna görə də bunu söyləmələri heç inandırıcı deyil. Amerika da inanmadı, dünya da inanmadı. Onlar inansın deyə təkidlə məcbur edirlər.
(Türkiyənin bu döyüş əsnasında Kobani xalqına və yaralılara etdiyi insani köməyi göstərən bir görüntü yayınlamışlar. İŞİD Kobaniyə hücum etdiyi andan etibarən sərhədə yaxınlaşan yaralı YPG-li silahlılar Türkiyə xəstəxanalarında müalicə edildi. Yalnız 3 gün içində İŞİD-dən qaçan 197 min Kobanili Türkiyəyə sığındı.)
197 min. Bax onlar bizim analarımız, bacılarımızdır. Onları bir daha buraxmasınlar. PKK qəsdən onları oraya apardı. Canlı qalxan kimi onlardan istifadə etdi. Amma Allah ayaqlarına doladı. İndi hamısı Türkiyəyə gəldi.
(Ən böyük çadır şəhər Kobanidən gələnlər üçün Suruçda istifadəyə verildi. Kobanililərə hər gün 60 min pay yemək paylandı. Hər gün təqribən 700 ton içməli suyu verildi. 35 min Kobanili vətəndaş Türkiyədə müalicə edildi. Mühasirə edildiyi gündən bu vaxta qədər Kobaniyə nizamlı olaraq minlərlə qida dolu maşın getdi. Yalnız son 5 ayda Kobaniyə1920 qida dolu yük maşını getdi.)
Qardaşım, bu yanlışdır. Yəni ağlasığmaz yanlış bir siyasətdir. Biz oradakı qardaşlarımızı götürüb Türkiyəyə gətirək, burada baxaq. Buradan oraya qida aparsan, PKK ondan istifadə edər, PYD istifadə edər. PKK-ya qida aparsan, istəmədən də etmiş olsan, bu bir cinayət olar. Amerika nə deyir, bilmirəm kim nə deyir, onlar bizi maraqlandırmaz. Biz öz ağılımıza görə hərəkət edərik. Oradakı bütün Kürd qardaşlarımızı gətirək. Uşaqları, analarımızı, bacılarımızı gətirək. Yalnız PKK-lı kommunistlər qalsın orada, Allahsız, kitabsızlar qalsın. Ondan sonrası Allah Kərimdir. Onsuz da Allah bəlalarını verər. Hər tutduğumuzu həbs edək. Həll budur.
(Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu Amerikalı həmkarı Kerriyə Türkiyənin Kürd koridoru mövzusundakı həssaslığını dəqiq bir dillə ifadə etdi. Çavuşoğlu, “Birlikdə etibarlı bölgə meydana gətirək, əgər olmazsa, biz başımızın çarəsinə baxarıq” -dedi)
Bu qədər. Çünki orada böyük bir zülm var, dünya seyr edir. Haradasa bütün bölgə xalqı gəlib bizə sığındılar. Deməli, dəhşətli bir zülm var. Görürsənmi, şirk necə qorxunc bir şeydir və Mehdi (ə.s)-ın çıxışı nə qədər əhəmiyyətlidir.
(“Zaman” qəzeti yazıçısı Abdulhəmid Bilici bir müddət əvvəl Cənab Ərdoğanın Bərzani ilə birlikdə türkülər söyləyib Kürd bölgəsini ən yaxın qonşusu elan etdiyini; ancaq hazırda Suriyanın şimalında bir dövlət qurulmasına icazə verməyəcəklərini söylədiyini ifadə etdi.)
O kommunist bir dövlətdir. Kommunist, Stalinist, Allahsız, kitabsız bir dövlətdir. Və Türkiyəni parçalamaq niyyətindədir. Türkiyənin İslam aləmi ilə və Türklük aləmi ilə əlaqəsini kəsmək üçün edilmiş namərd bir xəttdir. Orada bir alçaqlıq var. Bərzanidə elə bir şey yoxdur. Normal Kürd qardaşlarımızın yaratdığı bir dövlət təşkilatıdır. Fəxr edərik. Bu, bizi narahat edəcək bir şey deyil. Çirklə nuru ayıra bilmirmiş kimi danışıb. Olmadı.
(Səlahəddin Dəmirdaş, “Döyüş təyyarələrinin Şamı bombaladığına dair xəbərlər gəlir, lakin hələ təsdiq edə bilmədi. İnşaAllah, doğru deyil. Yenidən qarşıdurma vəziyyətinə keçilsə, bunun heç kimə faydası olmaz” -dedi.)
Bu tərz bir vurma deyil, yəni edilməli olan döyüş təyyarəsi ilə vurmaq deyil. PKK-nın olduğu yüz minlərlə ton qayadan meydana gəldiyi dağ silsilələri var. Bunların altına kimyəvi bir maddə yerləşdirəcəklər. Dağı aşağı endirəcəyik, dağ olmayacaq. Dağı düzənlik halına gətirəcəklər. Biz buranın öhdəsindən gələ bilmirik deyirlər. Öhdəsindən gəlinə bilməyəcək bir şey yoxdur. 15 gün əvvəldən adamlara söyləyərsən. Buranı nəzakətlə boşaldın, biz buranı düzənlik etməyə qərar verdik deyərsən. Dağlıq bölgəni düzənlik edəcəyik. Bu qədər. Sonra da o dağlıq bölgəni düzənlik edərsən. Bu tip bir bombardmanda o bölgədə 5.5-6.0 şiddətində zəlzələ olur. Ona görə xalqı da xəbərdar edərsən. Səhəri gün tezdən oyandıqda deyərlər ki, bura düzənlik olub. Havadan bombalamadan bir şey çıxmaz. Yalnız bir göz dağı verilmiş olar. O qədər. Mənim dediyim metod gözəl olar. Etsinlər, çox bəyənəcəklər.
(Səlahəddin Dəmirdaş Suriyaya Türk Ordusunun deyil HDP-nin getməli olduğunu söylədi. “Respublika başçısının tək başına bir ifadə, tək başına döyüş qərarı mənasına gələ biləcək bir siyasi mesajı vermiş olması təhlükəlidir” -dedi)
Yaxşı, gözəl, indi adamlar Marksist, Leninist, Stalinist və kommunist olaraq yetişdirilirlər. Bunların hamısı kommunistdir və Stalinist bir dövlət qurmaq istəyirlər. Türkiyəni Mersindən Qaradənizə qədər nəzarət altına almaq istəyirlər. İndi biz burada necə yaxşı niyyət axtaraq? Bəla gəlirəm deyir. Amma Səlahəddin müəllim, kaş ki sən olaydın, PKK olmasa biz səninlə razılaşarıq. Onsuz da sən bölünmək istəməzsən. Onsuz da belə bir mühasirə istəməzsən. Çünki İslam Birliyi bizim üçün əhəmiyyətli bir hədəfdir. Ölümcül bir hədəfdir. Əksi bizim üçün ölüm deməkdir. Mütləq İslam Birliyi olacaq. Həyat yollarımızı bağlasan, biz də bizim həyat yollarımızı bağlayanların həyat yollarını bağlayarıq. Bunu qanunla, hüquqla edərik. Manyaklık istəmirik. PKK baxımından söyləyirəm. Uzun müddət dedilər ki, çözüm sürəci gedir və bölgəyə PKK yerləşdi. Heç bir şey olmayacaq dedilər. Mardinə, Siirtə gedə bilmirik. Kitab paylaya bilmirik, danışa bilmirik, söhbət edə bilmirik. Ora əlimizdən çıxdı. İndi də ətrafımızı mühasirəyə aldılar. Heç bir şey olmayacaq deyirlər. Sıxıldıq, bezdik. Səlahəddin Dəmirdaşı oraya göndərsək, onsuz da adamlar sizə qulaq asmırlar. Silah PKK-da olduğu üçün güc də ondadır. Buna görə də adamların başa düşəcəyi hüquq dildən danışılmalıdır. Bu qədər açıqdır.
(PKK-nın təzyiqi nəticəsində Ağrıda Şərqi Bəyazıdda dörd kənddə, Patnosda isə doqquz kənddə bütün səslərin HDP-yə çıxdığı kimi seçki qutularından tək bir etibarsız səs də çıxmadı.)
Hökümət buradakı anormallığı artıq görsün. PKK-nı təmizləsin, hamısını yığıb həbs etsin. PKK-nın təmizlənməsi fərzdir. Əksi haram olar. Müsəlmanları bu bəlaya sövq edənlər bunun qarşısını almaqla mükəlləfdirlər. Fərd olaraq bunlarla gedib dalaşacaq halımız yoxdur. Bunu dövlət etməlidir.
(İŞİD-li biri, “İŞİD Türkiyə üçün bir təhdid deyil, çünki mücahidlər üç təkbirlə İstanbulu fəth edəcək” tamaşaçı mailinə cavab olaraq)
Məhz o hz. Mehdi (ə.s)-dır. Yəni mücahidlər deyil, orada səhv məlumatlandırma doğru olmaz. Hədisdə mücahidlər demir, Peyğəmbərimiz (s.ə.v) “İmam Məhəmməd Mehdi (ə.s), mənim övladımdır” -deyir , “İstanbulu mənən fəth edər” -deyir. Buna görə İŞİD İstanbula heç yaxınlaşmır, Türkiyəyə də yaxınlaşmır.
(Sisi, Mursi və İhvan liderlərinə verilən edam cəzalarıyla bağlı açıqlama verdi. Misir məhkəməsinin verdiyi cəzaların tətbiq olunacağını söyləyən Sisi, “Edam ya da cəza, bütün cəzalar ən qısa zamanda tətbiq olunacaq. Ən qısa zamanda cəzaları veriləcək, onları Misir məhkəməsinin ədalətinə buraxırıq” -dedi.)
Misirlə bir güclü əlaqə lazımdır. Yəni Türkiyə Misirə qarşı olan deyil, güclü əlaqə içində olan bir ölkə olsa, razılaşma imkanı daha yaxşı olar. Amma belə uzaqdan-uzağa əlaqə tamamilə qopduğu üçün heç bir söz dinləmə imkanları yoxdur. Bir də ənənəçi Ortodoks intiqamçı ruh deyil, mehriban bir üslubla yaxınlaşılmalıdır. Başqa cür olmaz.
(Yupiter və Venera 2 min ildən sonra bu gün, 0.3 dərəcə ilə üst-üstə gələrək tək ulduz kimi görünəcək. İki ulduz bir-birindən rəng və parlaqlıqlarıyla fərqlənəcək. 2 min 15 il əvvəl hz. İsanın doğulduğu gün tək bir ulduz kimi görünən Yupiter və Veneranın, Xristian mənbələrində qeyd olunan Beytullahim Ulduzunu meydana gətirdiyi iddia edilir.)
Eynisi olduğuna görə deməli Mehdiyyət ilə əlaqədar əsaslı bir irəliləyiş olacaq .
(İngiltərənin Baş Naziri David Kameron, aparıcının “İslam Dövləti” ifadəsini işlətməsinə qarşı, “BBC-nin bu təşkilata İslam Dövləti deməyi tərgitməyini istəyərdim, onlar İslam Dövləti deyil, qorxunc, barbar bir rejimdir. Ona görə “ISIL” (İŞİD-in ingiliscəsi) demək daha yaxşıdır” -dedi.)
Adamlar elə ad qoydusa elədir demək olmaz? O zaman niyə PKK niyə PKK deyir? İrlandiya da terror təşkilatları vardı, adı nədirsə odur.
(“Kədərlənmək insani bir duyğudur. Pişik, it belə kədərlənər” tamaşaçı mailinə cavab olaraq)
Pişik, it kədərlənər, onlar heyvandırlar, amma sən imanlısan, imanla kədərdən imtina edəcəksən, Allah onu Quranda qadağan etmişdir. Heç bir faydası yoxdur, insanı çökdürər. Yəni kədər həyatı bitirən bir zəhərdir. Bu zəhəri niyə istəyirsən? Məsələn; hz. İsrailin (ə.s) kədərdən gözləri kor oldu, bu bir zərərdir, kədərlənməsə, görəcək. Necə ki hz. Yusuf (ə.s)-ın köynəyinin qoxusunu hiss edincə, -köynəyi üzünə sürtdülər- qoxusunu hiss edincə xəstəliyi keçdi. Sevincdən. Sevinc bədən üçün qidadır, kədər xəstəlik səbəbidir. Kədəri necə müdafiə edirsən? Zəiflik göstərmək, kədərlənmək haramdır, qadağandır.
(Yunanıstanın Maliyyə Naziri bu gün IMF-ə ödəniş etməyəcəklərini açıqladı. Yunan dövlət televiziyasına danışan Tsipras “Yunanıstanın müflisləşməsinin əvəzi çox ağır olacaq, mən hər mövsümün baş naziri deyiləm” -dedi. Və istefa verəcəyinə işarə etdi.)
Bu vətəndaş iqtidara gəldiyində nə dedim? Yunanıstanı qısa müddətdə batırar və tez-tələsik də gedər dedim. Necə demişdimsə elə də oldu. Yunanıstanı batırdı, indi də getməyə hazırlaşır.