2014-cü ildə dünya siyasətində bir çox dəyişikliklər oldu. Ən mühüm dəyişikliklərdən biri isə Ukrayna böhranından sonra Aİ və ABŞ-ın Rusiya əleyhinə qurduğu ittifaq idi. Putinə görə bu, yeni strategiya deyil, 25 illik "təcrid etmə" və "Qərbə tərəf itələmə" siyasətinin bir nəticəsi idi. Ukrayna olmasaydı belə, Rusiyanı təcrid etmək üçün başqa bir bəhanə tapılacaqdı. Belə ki, Qorbaçov da bu məsələyə diqqət çəkmiş və "Yeni bir soyuq müharibəyə başlanıldı, dialoqlar vasitəsi ilə bu vəziyyət nəzarət altında saxlanılmalıdır" şəklində xəbərdarlıq etmişdi. Çünki xüsusilə iqtisadi baxımdan inteqrasiya olmuş müasir dünyada baş verəcək yeni bir soyuq müharibə ehtimalı təkcə tərəfləri deyil, eyni zamanda bir çox ölkəni da ciddi maraqlandırır.
4000-dən çox insanın həyatını itirdiyi Ukrayna böhranından sonra konkret sanksiyalara çevrilən təcrid etmə siyasəti, G20 sammitində qəzəbli qarşılandı. Sammitin başladığı ilk gün İngiltərə baş naziri David Kameron "Rusiyanın kiçik ölkələri hədələdiyini və Rusiyaya qarşı sanksiyaların artacağını" vurğuladı. Obama isə Rusiyanın bu mövqeyini Ebola təhlükəsi ilə eyni qiymətləndirdi. İki hərbi gəminin müşayiəti altında gələrək sammitdə iştirak edən Putin istədiyi mesaji verdikdən sonra isə oranı erkən tərk etdi. Amma nə iqtisadi sanksiyalar, nə də Rusiyanın G8-dəki üzvlüyünün müvəqqəti olaraq dayandırılması Ukrayna siyasətində heç bir dəyişiklik yaratmadı. Putinin bu qərarlı davranışı isə ölkəsinin 80/100 faiz bölgəsində məşhurluğunu daha da artırmışdı.
Halbuki Putin hakimiyyətə gəldiyi andan etibarən Aİ və ABŞ -la siyasi, iqtisadi və hərbi inteqrasiya istiqamətində ciddi addımlar atdi. Əfqanıstan, İran, İraq, Fələstin, Liviya böhranları zamanı öz maraqlarına çox da uyğun olmadığı halda, Aİ və ABŞ-ın tərəfində oldu. Putinin tək istəyi Avropaya açılan qapı və həmçinin himayədarı olaraq baxdığı Ukrayna, Krım, Gürcüstan, Belarusiya, Moldova kimi ölkələrlə tarixən davam edən əlaqələrini davam etdirə bilmək idi. Qərbin onun bu tələbinə hörmət etməsini və bu ölkələri Rusiyadan uzaqlaşdırmaq siyasətini dayandırmasını istəyirdi. Amma Qərb Putinin bu tələbini nəzərə almadı. Bu ölkələri öz tabeçiliyi altına keçirtmək və Rusiyanın həmin ölkələr üzərində olan təsirini azaltmaq üçün bir yarış başlatdı. Ukrayna böhranı da bu yarışın son məqamı idi.
Bu təcrid etmə siyasəti təkcə Rusiyaya deyil, eləcə də Aİ ölkələrinə çox böyük zərərlər verəcək. Çünki həm enerji dəhlizləri üzərindəki hakimiyyəti, həm də Yaxın Şərq, Uzaq Şərq və Türkiyə ilə yaxın əlaqələri Rusiyanı dünya siyasətində əvəzolunmaz ölkələrdən edir. Bumu tam olaraq dərk edən ölkə isə əlbəttə ki, Türkiyədir. Məhz buna görə də Putinin dekabr ayında Türkiyəyə səfəri Türkiyə və Rusiya ilə yanaşı, Aİ və ABŞ, eləcə də digər qonşu ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir.
Münaqişələrin, müharibələrin eyni zamanda da enerji dəhlizlərinin kəsişmə nöqtəsində olanTürkiyə və Rusiyanın əlaqələrini məqsədyönlü şəkildə inkişaf etdirməsində qərarlı olduqları Putinin 10 nazir ilə birlikdə Türkiyəyə gəlməsindən də çox aydın olurdu. Putin enerji, ticarət keçidləri və texnologiyada transfer məsələləri kimi bir çox önəmli məsələlərin müzakirəsi üçün Türkiyəyə gəlmişdi.
Aİ-ABŞ və Rusiya arasında baş verən münaqişə səbəbindən Türkiyə diqqət mərkəzindədir. Çünki Avropanın böhrandan çıxması və enerjidə, ticarət keçidlərində, bazar bütövlüyündə Rusiyaya möhtac olmaması üçün Türkiyədən başqa çıxış yolu yoxdur. Qərb tərəfdən təcrid edilən Rusiya da Türkiyənin bu məsələdə mühüm rol oynadığını dərk edir.
Suriya, Qarabağ, Krım məsələləri kimi bir çox mövzuda fikir ayrılıqları olmasına baxmayaraq, tarixən davam edən yaxın münasibətin yaratdığı hörmətcil və səmimi yaxınlaşma Türkiyə və Rusiya əlaqələrində özünü göstərir. İki tərəf də bu fikir ayrılıqlarının isti münasibətlərinə zərər verməsinə imkan vermir. Hər iki ölkə də başqa yol tapmaq üçün çalışır, dialoqları dayandırmamağa isə xüsusilə diqqət yetirirlər. Bu anlayış Ankaranın Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmasını rədd etməyə də təsir göstərdi. Rusiyanın xəbər agentliyində açıqlama verən baş nazir müavini Yalçın Akdoğan da buna xüsusi diqqət yetirmiş və "Bizim Rusiya ilə çox ciddi əlaqələrimiz var və bu da tarixən davam edən bir əlaqədir. Bir çox fərqli sahələrdə ciddi əməkdaşlığımız var. Doğrusu kimsənin xatirinə görə də bundan imtina etmərik. Türkiyə öz milli mənafeyini, öz xalqının mənafeyini düşünərək hərəkət etməlidir." deyərək açıqlama vermişdir.
Putinin səfərindən əvvəl iki ölkə arasındakı ticarət əlaqələri son illərdə daha da möhkəmlənmişdi. Yaxın Şərqdə baş verən problemlərə görə Türkiyənin, Ukrayna böhranına görə isə Rusiyanın ticarət bazarlarının daralması iki ölkənin ticarətlə bağlı əməkdaşlıq etməsinə imkan vermişdi. Aİ və ABŞ-ın qoyduğu sanksiyalardan sonra Rusiya da bir çox şeyin Aİ-dan alınmasını dayandırdı və Türkiyəyə yönəldi. Görüşlərdə iki ölkə arasındakı 35 milyard dollarlıq ticarət dövriyyəsinin maneələr aradan qaldırılaraq 2020-ci ildə 100 milyard dollara qədər qaldırılmasına yol açmaq üçün çalışılacaq. İki ölkə sadəcə enerji və təbii qaz deyil, həmçinin nüvə enerjisi sahəsində də əməkdaşlıq etməyə qərar verdilər. Rusiya hazırda Türkiyənin neft idxal etdiyi ölkələr arasında 4-cü sırada dayanır və həmçinin təbii qaz ehtiyacının 60/100 -nı qarşılayır. 2005-ci ildə üzərində işlənməyə başlanılan "Mavi Axın" layihəsi isə iki ölkə arasındakı ən böyük layihələrdən idi.
İki ölkə arasındakı əsas mövzu isə Krım mövzusudur. Krım məsələsində iki ölkə arasında nə qədər gərginliklər olsa da, hər iki ölkə bunların həll edilə biləcək məsələlər olduğunu bildirir. İki tərəf də Krım məsələsinə gərginliyi azaldacaq bir üsulla yanaşır. Siyasi müşahidəçilər isə Krımın Rusiyaya birləşdirilməsindən sonra yarımadada krımlı tatarlar üçün rahatlıq yaradan qanunların qəbul edilməsinə, Krım Ukraynaya aid olduğu dövrdə isə bu cür rahatlığın olmamasına diqqət çəkirlər. Putinin Ramazan və Qurban bayramlarını Krımın rəsmi tətili elan etməsi, Stalinin dövründə ağır qırğına məruz qalmış tatarların ana vətənlərinə yenidən bağlanmaları üçün təxminən 250 milyon dollar həcmində vəsait ayrılması, gənc tatar siyasətçi Ruslan Balbekin Krım Muxtar Pespublikasının baş nazir müavini vəzifəsinə keçirilməsi, bölgədə məscid tikilməsinin sürətlə davam etdirilməsi, Ukraynanın Rusiya tərəfindən 18 ildir verilməyən torpaq sənədlərinin veriləcəyini bilməsi bölgəni və eyni zamanda Türkiyə hökumətini rahatlatdı.
Rusiyanın Krım məsələsinə bu cür yanaşması Türkiyəyə verdiyi əhəmiyyətin göstəricisi idi. Türkiyə də bunu görür və dünya siyasətində olan yeniliklərdən təsirlənməyərək Rusiya ilə olan güclü əlaqələrini qoruyacaq şəkildə addımlar atır. Bundan sonra isə Türkiyə NATO ilə Rusiya arasında vasitəçi rolu oynamalı və onları soyuq müharibə fikrindən daşındırmalıdır. Dünya ölkələri ilə inteqrasiya olmuş və onlara səmimi münasibət bəsləyən güclü bir Rusiya Yaxın Şərqdə baş verəcək problemlərin həllində də mühüm rol oynayacaqdır.
Adnan Oktarın Pravda'da yayımlanan məqaləsi:
http://english.pravda.ru/world/asia/01-12-2014/129168-turkey_russia-0/