A9 TV, 9 iyul 2015
(MHP sədri Dövlət Baxçalı Ak Partiya ilə koalisiyaya razılıq verdi və MHP qeyri-sabitlik yaşanmaması üçün fədakarlıq göstərəcək dedi. Baxçalı partiyamızın dəyişməz tələbləri bunlardır deyib, 4 maddədə açıqladı:
Sözləri boş deyil, əhəmiyyətlidir. Əslində rahatlıqla həyata keçiriləcək şeylərdir. Boş yerə millətə əzab çəkdirilir, boş yerə gərginlik yaşanır. İran PKK-nı yox edəcək gücə sahibdirsə, Türkiyə də bu gücə sahibdir? İran bir həmlədə yerinə oturtdu. Adamlar İranın qarşısında diz çökdü, it kimi də titrəyirlər. İrandan heç bir şəkildə torpaq tələb etmirlər, heç bir şəkildə. Türkiyəni son dərəcə uyğun gördü adamlar; hər cür tərbiyəsizlik, ədəbsizlik edirlər. İllərdən bəri də millətimiz hop oturub hop qalxır, çox narahatdır. Rahatlıqla həll ediləcək bir mövzu sanki çox çətinmiş kimi göstərildi. Bir qisim qorxaqlar da, həqiqətən, qorxdu, hürkdü. Onsuz da kölgəsindən qorxur adam. Yəni hər şeydən qorxur. PKK-dan qorxur, o da PKK-ya diz çökür. Gedib Kandildə adamlara yaltaqlıq edir, yalvarır.
(İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mansur Hakikatpur; "Türk ordusunun birbaşa Suriya döyüşünə girməsi və burada yaradılacaq bufer bölgə Türkiyədəki yeni Osmanlı nəzəriyyəçilərinin edəcəyi böyük bir səhv olar" deyə bildirmişdir.)
Təbii ki, Rusiya ilə danışmaq lazımdır. Əgər Rusiya qarşı çıxırsa, Çin qarşı çıxırsa Rusiya və Çinlə Türkiyənin döyüşməsi ağıllı bir hərəkət olmaz. Bir məntiqi də olmaz. Oradakı xalqı qorumaq kimi bir mövzu da olmaz. Əksinə batarlar. Rusiya ilə, Putinlə razılaşmalıdır Türkiyə. İran əhəmiyyətli deyil, İranın qənaəti Rusiya üçün əhəmiyyətli olmaz. Amma əsl olan orada Rusiyadır. Yəni Şanxay qrupunun ən əhəmiyyətli üzvü Rusiyadır. Orada Şanxayla bir döyüş var. Şanxay qrupu, yəni Suriya da Şanxay qrupunda, İran Şanxay qrupunda, Rusiya, Çin. Onlarla oradakı müsəlmanların bir döyüşü var. Xalqa bədbəxtçilik üz verməsin deyə ağlabatan vicdanın gərəyi olaraq orada onları qoruyacaq bir quruluş üçün ruslarla danışıb razı salına bilər deyə düşünürəm. Amma təbii ki, əsas mövzu, təhsil.
Bunların hall olacağı bir zəmin var; bu, sevgi və elmdir. Sevgi və elm bölgəyə girdisə mövzu bitər. Bölgəyə tank top soxmaqla nəticə alınmaz. Sevgi və elmi oraya aparmaq lazımdır. Amma belə mühafizəkar mollalarla filan olmaz.
(Prezident Ərdoğan Əhməd Davudoğlu ilə görüşdə hökuməti qurma tapşırığını verdi. 45 günlük müddət beləcə başlamış oldu. Hökumətin qurula bilməməsi vəziyyətində prezidentin yeni bir şəxsə tapşırıq verməsi nəzərdə tutulur)
Yalnız Milliyyətçi Hərəkət Partiyasının izah etdikləri zəhər kimi gəlir Ak Partiyaya. Yəni onu necə qəbul edəcəklər bilmirəm. Əslində dediklərinin böyük hissəsi doğrudur. Yanlış olan bir xüsus xatırlamıram. Hamısı doğru görünür. Amma təbii ki, Ak Partiya rəhbərləri onu başqa cür şərh edəcəklər böyük ehtimalla. O sözlərin doğruluğu üstündə dursun Ak Partiya. Çünki Türkiyənin səsi budur, Türkiyənin könlündə olan məlumat budur. PKK-dan nifrət edirik millət olaraq, getməsini istəyirik.
(Prezident Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında sərhəddə görülən tədbirlər, terrorla mübarizə, həll prosesi və hökumət qurma işləri müzakirə edildi.)
Cənub-şərqdə adamlar nəzarəti ələ almışlar. Bələdiyyələri də nəzarət altına aldılar geniş miqyasda. Küçələri nəzarət altına almışlar. Mardin, Siirt, Diyarbəkir küçələri gecələri PKK-nın dəhşəti ilə çalxalanır. Millət evində yata bilmir əsl bu təhlükə Türkiyənin içindəykən çöldəki təhlükəyə qarşı tədbir alırıq, hazırlıq görürük demək də vaxt itkisi olar. Edəcəksənsə dərhal müdaxilə etməlisən.
MHP- Ak Partiya dərhal hökumət qursun, CHP də dəstəkləsin. Bir əməliyyatla PKK həm Türkiyə daxilində, həm də kənarda yerlə bir edilsin. İstiqlal savaşında necə idi, eynisi. Yenidən bir İstiqlal savaşı yaşanmasına ehtiyac var. Yəni yenidən bir İstiqlal mübarizəsi verilməlidir.
(Prezident Ərdoğan səfirlərə verdiyi iftar dəvətində "Bizim terroristimiz yaxşı, sizinki pis deyə bir baxış tərzi ola bilməz. Türkiyənin hər cür terroristə qarşı rəftarı qərarlıdır. İŞİD silahlıları Türkiyədən keçir deyirlər biz hər cür tədbiri alırıq, amma gəldikləri ölkələr tədbir almırlar" dedi. )
Bizim sərhəddimiz çox uzundur. PKK da girir, qaçağı da girir, asan iş deyil ki. O öz ölkələrində də mümkün deyil, burada da mümkün deyil, Amerikada da mümkün deyil. Heç bir yerdə o mümkün deyil.
(Prezident Ərdoğan önümüzdəki günlərdə Çinə gedəcəyini və Uyğur Türklərinin sıxıntılarını gündəmə gətirəcəyini söylədi. Türkiyənin bu mövzu ilə yaxından maraqlandığını izah etdi.)
Tayyib hoca gedərsə yaxşı olar. Şəxsən yerində görər. Orada xalqla özü danışsın. Xüsusilə, heyət xalqın arasına girib gizlicə xalqı sorğu-sual edərsə daha dəqiq məlumat əldə edə bilərik. Göstəriş məqsədli adam gətirsələr bu olmaz. Xalqın arasına girərək mülki məmurlar məlumat əldə etsinlər.
Çin hökuməti həmişə xalqın içinə girərək belə hadisələrdə əhatəli məlumat versin. Xalqla müsahibə aparmaq lazımdır. Təhdid varmı, yoxmu? Əslində Çin bağlı qutudur. Klassik demokratik bir ölkə deyil. Edamların olması bunu deməyə onsuz da kifayət edir.
(Abdülkadir Selvi dünəndən etibarən Ankarada danışılan MHP dəstəkli Ak Partiyanın quracağı azlıq hökuməti düsturunu yazdı. Əgər Baxçalı Türkiyəni seçim hökumətinə məcbur buraxsa o hökumətdə MHP-li nazirlər ilə HDP-li nazirlər yan-yana fəaliyyət göstərəcəklər.)
Yox-yox elə şey olmaz. Azlıq hökuməti deyil, birbaşa hökumətə girsin. Daxili İşlər Nazirliyini alsın, başqa nazirlikləri də ala bilər. PKK-nı silsinlər birlikdə. Başqa cür olmaz. O çox ürküdücü olar, düşünmək belə istəmirəm.
(Türk Silahlı Qüvvələri Osmaniyə və Diyarbəkirdə PKK-lı terroristlərin əsgərlərə silahlı basqın etdiyini bildirdi. "Terroristlər heç bir itki olmadan cavab atəşi ilə susduruldu" deyildi.)
Amma mənəvi ziyan meydana gəlir. Çünki adam atəş açır əsgərə, xuliqanlıq edir, amma cinayətkar bilinmir. Adam da çıxıb gedir və ələ keçirilə bilmir. Ələ keçirilə bilmədikdə bu zəiflik olaraq qəbul edilir. Gedib üzərinə çöküb tutacaqsınız, atacaqsan həbsə.
(Tayland bu gün açıqlama verərək uyğur türklərinin Çinə geri göndərilməsi haqqında Türkiyə və Çin arasında bu mövzunun sanki diplomatik savaşa çevrildiyini, hər iki tərəfdə bu insanlar bizim ölkəmizin insanı dediklərini, Türkiyədə qohumları olan və Türkiyə ilə bağını isbat edənləri Türkiyəyə göndərdiklərini, qalanları isə məcburən Çinə geri qaytardıqlarını, amma Çindən bu insanlara yaxşı davranılacağına dair zəmanət alındığını ifadə etdi.)
Çinin uyğur türklərini bu qədər təşvişə salmasına nə ehtiyac var? Bu qədər təşvişə salması dəhşətə səbəb olur insanlarda və çaxnaşmaya səbəb olur. Buraxın yaxalarından normal yaşasınlar. Çin vətəndaşlarına necə hörmət duyursunuzsa, amerikalılara, fransızlara necə hörmət duyursunuzsa. Məsələn, amerikalılar orada kral kimi yaşayır. İngilislər orada kral kimidir. Burax uyğurlar da kral kimi olsun. Hansı amerikalıya Çin elə davrana bilər? Uyğur türklərinə davrandığı kimi hansı Amerikalıya davrana bilər? Əsla belə bir şey edə bilməzlər. Bu yaramazlığı buraxsın Çin. Uyğur türklərinə ingilislərə, amerikalılara, hollandiyalılara necə davranırsa eyni şəkildə davranacaq. Ölçü budur. Buradan anlasın. Vicdansızlığı buraxsınlar. Buradakı yoldaşlar da təşviş içindədirlər artıq, dəhşətə qapıldılar. Nə edəcəklərini da bilmədilər. Çarəsizliyin içində bu tip mitinqlər edirlər. Bunlar səhvdir, etməməlidirlər. Amma bu qədər təşvişə salmağın aləmi nədir bu insanları? Bu qədər dəhşətə salmağın aləmi nədir?
("Niyə CHP heç bir zaman hicablı vəkil çıxarmır?" sualına cavab)
Çıxarar canım. CHP daha yeni həqiqi mənada dindarlaşır. Amma təşviq edilməlidir. Sən dinsiz, imansız imici verərsənsə CHP daha pisə gedə bilər Allah əsirgəsin. Gözəl şeylər edirlər, dindar rəftar göstərirlər; "Saxta" deyirlər rəftarlarına, "oyun oynayırlar, saxta" deyirlər. Onda onları mənəvi cəhətdən sən çökdürmüş olarsan. "Gözəl gedirsiniz" də, "xeyirli gedirsiniz" də. Təşviq et daha yaxşı olsunlar. Təşviq etmək ibadətdir.
("Pulla təbliğ edənlər sözünüzdən kimləri nəzərdə tutduğunuzu anlaya bilmədim" Tamaşaçı məktubuna cavab olaraq)
Dini xidmət pul əvəzində edilməz. Radiolarda, televiziyalarda danışan bu hoca əfəndilər var ha, hamısı yüksək miqdarda pul alırlar. Həm də xeyli bir yüksək. Məsələn, müğənnilərin, sənətçilərin aldığı pullardan daha çox pul alırlar. Bazarlıq edirlər, bazarlığa razı olaraq kanallara çıxırlar. Yəni hansı kanal daha çox pul versə o kanala çıxırlar. Bu haramdır, olmaz. Quranda o qədər çox ayə var ki. Peyğəmbər əxlaqıdır. Oradan anlayın. Məsələn, Peyğəmbərə (s.ə.s) Allah deyir, "siz onlardan heç bir şey istəmirsiniz, siz onlardan pul istəmirsiniz, sizə gələn bu peyğəmbərlər, bu elçilər, sizdən heç bir pul istəmirlər. Sizdən ödəniş istəməyən bu kəslərə tabe olun" -deyir Allah ayədə. Çoxlu ayə var. Yasin surəsi, 21-də Allah "Sizdən mükafat istəməyənlərə tabe olun, onlar hidayət tapmış şəxslərdir" -deyir. Sizdən pul istəməyənlərə uyun deyir Allah. O birilərinə uymayın deyir, pul istəyirlərsə. Sən baş tacı edirsən.
(Şimali İraqda Bölgə Kürd Administrasiyasının Baş naziri Neçirvan Bərzani, PKK-nın İraq Kürdüstan Bölgəsindəki statusunun qonaqlıq olduğunu ifadə etdi. Türkiyə ilə olan problemlər həll edilincə burada qalanlar da ölkələrinə qayıdacaq.)
Çox acizcə danışır o da. Adam sənin bağrına gəlmiş. Sığınmaq istəyir. Nə qonağı? O səni qonaq olaraq görür. Belə sözlərin bir təsiri olmaz. Adamlar ağlasığmaz söyür buna. Çox təcavüzkar bir üslubdan istifadə edirlər. Darmadağın edəcəyik, öldürəcəyik, asacağıq, kəsəcəyik deyirlər. O da onlara qonaq deyir. Aydındır ki, bir qarşıdurmaya doğru gedəcəklər nəticədə. Hər ikisini də (Bərzani və qardaşı oğlu) Allah əsirgəsin çox rahat şəhid edə bilərlər. Bu qədər tələsik, rahat olmasına ehtiyac yoxdur. Türkiyənin köməkliyi ilə, çox yaxşı tədbir alsalar, yaxşı bir əməliyyatla PKK-nı bölgədən uzaqlaşdıra bilərlər. Yoxsa belə sözlə PKK-nın getməsi kimi bir mövzu olmaz. PKK yapışqan kimi daha da yapışar.
Osmanlının süqutunun əsl səbəbi darvinizmdir
Abdulhəmid bütün məktəblərdə darvinizmi tədris etdi. Darvinizm nə deyir bilirsənmi, Quran doğru söyləmir deyir. Tövrat deyə bir şey yox, Quran deyə bir şey yox, Müqəddəs deyə bir şey yox, haqq kitablar deyə bir şey yox, peyğəmbərlər deyə bir şey yoxdur deyir. Axirət deyə bir şey yox, cənnət cəhənnəm yoxdur deyir. Mələklər yoxdur deyir. Darvinizm bunu öyrədir. Kainat sularla örtülü idi, kimyəvi maddələr bir-birinə qarışdı, təsadüfən zülal meydana gəldi, onlar da bir-birinə yapışdı ilk hüceyrə meydana gəldi deyir. O da inkişaf etdi mikrob meydana gəldi deyir. Mikrobdan soxulcan meydana gəldi, amma tamamilə təsadüflərlə üst üstə. Soxulcan qurbağaya çevrildi, qurbağa primata çevrildi, primatda meymuna çevrildi, meymun da insana çevrildi deyirlər. Bu qədər. Heç biri doğru deyil. Bunu bütün dünyanın məktəbləri deyir, bütün İslam ölkələrinin hamısı; İran, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Türkiyə.