A9 tv, 23 may 2015-ci il Xoş söhbətlər
Adnan Oktarın Kəhf surəsindən hz. Mehdi (ə.s) və tələbələri haqqında yeni şərhləri
Küfr mədəniyyətindən qopmaq insanın beynini təmizləyir və aydınladır.
Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərinizi tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 16)
Küfrdən qopmaq, küfr mədəniyyətindən qopmaq insanın beynini təmiz və aydın hala gətirər. Bir çox insan küfrdən tam qopa bilməz. Yarı müsəlmandır, yarı küfr içindədir. Küfrün mədəniyyətini yaşayar.
Küfrdən qopma çox əhəmiyyətlidir. Məsələn, İslamı izah edir, təbliğ edir, amma adam küfrlə yan-yana yaşayır. Ona etina edir. Onlar kimi yemək yeyir. Onlar kimi musiqi dinləmə vərdişi var. Onlar kimi danışır, yəni dil, üslub olaraq onlar kimi olar. Yəni hər şeyiylə onlara bənzəyir. Müsəlmanın musiqisi ayrıdır deyə bir şey yoxdur. Amma orada bir ruh, bir fəlsəfə var. Onu nəzərdə tuturam. Yoxsa təbii ki, hər şey yan-yanadır, yəni onların yediyindən sən də yeyərsən, amma oradakı bir ruh, fəlsəfə fərqliliyi var. İnanc fərqliliyi vardır. Ondan xilas olmaq üçün küfrdən xilas olmaq lazımdır. Yəni müsəlman küfrlə yan-yana olar. Yenə xilas ola bilər, amma o hər igidin işi deyildir. Ən yaxşısı, ayədə də deyir, "üz çevirin", üz çevirməkdir. Ayədə də o gənclər üz çevirmişlər. Mağaraya çəkilmələri, mağara dedikləri həyatdan qopmuş bir sistem olmadığı aydın olur. Çünki müvəffəqiyyət var. Mağarada müvəffəqiyyət olmaz. Yatan bir adamın necə müvəffəqiyyəti olsun? Yəni həyatın bir yuxu kimi olduğu oradan aydın olur və özlərini küfrdən təcrid etdikləri aydın olur. Amma müvəffəqiyyətli bir fəaliyyət aydın olur. Bax "işinizdə sizin üçün fayda hazırlasın." Təbii, ayənin sirrini tam bilmirik. Zahirən getdilər mağarada yatdılar kimi görünür. Amma batində necə olduğunu Allah bilir.
Mehdi tələbələri həyatın bütün sosial cəhətlərindən çəkilib özlərini tamamilə Allaha həsr edəcəklər
Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə addadığını... (Kəhf surəsi, 17)
Bizim bildiyimiz qaranlıq bir mağara olmadığı da aydın olur. Günəş içinə düşdüyünə görə, günəşlə təmasda olduqlarına görə açıq bir sistem var. Yenə bağlıdır, amma bağlı və açıqdır. Yəni həm bağlı, həm açıq. Xaricə bağlı, yəni insanlara bağlıdır, amma eyni zamanda günəşin də düşdüyü açıq bir sistemdir. Yəni mənim gördüyüm o zamanın bir Mehdi hərəkətidir. Xalqdan gizlənmişlər, xalqın həyat şəklindən təcrid olmuşlar. Öz aralarında xüsusi bir həyata çevirmişlər. Xalqdan ayrılmışlar. Yəni həyatın bütün sosial cəhətlərindən uzaqlaşmışlar. Elə görünür və özlərini yalnız Allaha həsr etmişlər. İslama, Qurana həsr etmişlər. Məsələn, elə bir şey insan gördümü dövrümüzdə, özünü Allaha həsr edən bir birlik görsə adam "oo" deyər bir çoxu, "havalanmışdır bunlar". "Bunlar ağlını itirmiş. Həyatın bütün sosial cəhətlərindən çəkilmişlər. Bunlar sanki ölü kimi" deyərlər.
Allah müvəffəqiyyəti, nuru, gözəlliyi, keyfiyyəti Mehdi tələbələrinə verəcək
Müsəlmana uyğun rəftardır, bunun doğru olduğunu görürük. Çünki müvəffəqiyyətləri Allah bunlara verir. Ağrını, iztirabı küfrə verir. Nuru, gözəlliyi, keyfiyyəti, yaxşılığı, zənginliyi yenə onlara verir. Çünki deyir ki, bax “...Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. ... (Kəhf surəsi, 19)” Deməli, murdar yeməklər də var. Murdar yeməyi orada küfr yeyir. Pulları da var, Allah onlara ehtiyaclarını aradan qaldıracaq şəkildə pul da vermiş. Kimsəyə möhtac deyildirlər. Onu anlayırıq. Pullarının bir hissəsini xərcləyib yemək almağa gedirlər. Amma təmiz yeməklər. Murdar yeməyi küfr yeyir. Halal olmayan yeməklər, çirkli yeməklər. Müsəlman təmiz olanı yeyir.
“... Onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən. (Kəhf surəsi, 17) Allahın qədərdə göstərdiyi gözəllikləri burada anlayırıq. Məsələn, müsəlmanlar bir evdədirsə evin kiçik otaqları olar, bir də salonu olar. Geniş yeri olar. Müsəlman kiçik otaqda toplanmır. Çünki sığmaz, rahat ola bilməz, hava ala bilməz. Nə edər? Geniş yerdə toplanar. Demək ki, mağaranın kiçik qisimləri də vardı. O bağlı yerin kiçik qisimləri də var. Ayrı-ayrı otaqlar var. Amma möminlər nə edirlər? O geniş, salon qismində bir yerdə dayanırlar. Mağaranın salon qismi deyək. Orada toplanırlar, orada söhbət edirlər, orada Allahı xatırlayırlar. Çünki işlərində bir müvəffəqiyyətdən bəhs edilir. Bir iş var, deməli, fəaliyyət var və eyni zamanda da yatırlar.
Allah həyatı bir yuxu halında yaradır
O dərin sirrə Quran işarə edir. İnsanlar yuxuda dünyada olduqlarını bilmir. Halbuki hamısı indi yuxudadırlar, yuxu görürlər. Bir qismi, məsələn filosoflar bu həqiqəti heyrətlə və dəhşət içində fərqinə varırlar. Məsələn, Eynşteyn bu mövzunu izah edir. "Elm adamları bu mövzunu dəhşət içində və heyrətlə anladılar" deyir. "Maddənin mövqeyini, zamanın və məkanın olmadığını, nisbi olduğunu dəhşət və qorxu içində anladılar" deyir. Bu vacib həqiqətə Quran diqqət çəkmiş olur.
“Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. ...”(Kəhf surəsi, 18)
Çox dəqiqdir. Oyanıq, necə? Gözü açıqdır. Gəzişir, yeyir, içir. Halbuki həyat bir yuxudur. Bir yuxu halındadır. Quran ona işarə edir. Amma, təbii, oradakı görünüşün nə olduğunu biz bilmirik. Allah orada simvolik izahatla bizə mehdiyyətin necə olacağını izah edir. Hz. İsa Məsih (ə.s)-ın tələbələrinin necə olacağını izah edir. Çünki küfrlə və dəccaliyyətlə mübarizə aparan Kəhf və Rəqim əhli, iki kiçik mömin qrupu var.
Kəhf surəsi onsuz da birbaşa mehdiyyəti izah edən bir surədir. Başdan sona qədər mehdiyyəti izah edir. Amma simvollarla, sirli izahatlarla izah edər. Yəni açıq-açıq, ictimai izahat olmaz. Yəni ağlı olan, dərinliyi olan, təfəkkür gücü olan oradakı sirləri, o simvolları dərk edər. Allahın diləməsiylə, Allahın ilham etməsiylə.
“ ...Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. ...”(Kəhf surəsi, 18)
Bax it də var mağarada. Bu it qollarını uzatmış yatır. Bu itin lazım olduğunda başqa bir vəzifəsi də olar. Onları mağaranın ağzında qorumaq vəzifəsi aldığı məlumdur. Bu yatmağın bizim bildiyimiz yatmaq olmadığını buradan anlayırıq. Çünki yuxusunda insan yeyər, içər, gəzər, danışar elə deyilmi? Hər şeyi edər, iti də vardır. Amma bu bir yuxudur. Allah orada həyatın bir yuxu olduğunu da izah etmiş olur.
İnsanların böyük hissəsi hz. Mehdi (ə.s)-ın və hz. İsa Məsih (ə.s)-ın tələbələrindən qaçacaq
“...Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. (Kəhf surəsi, 18)
Təbii, bu dəhşətverici bir görünüş mənasında deyil. Çünki bu insanlar mömin müttəqi insanlar. O görünüşün heybətidir. Məsələn, mehdiyyətdə də insanların bir çoxu mehdiyyətdən qaçacaq. Bunu Peyğəmbərimiz (s.ə.v) açıq-açıq söyləyir, çox əhatəli izah edir. Müsəlmanların böyük hissəsi o dövrdə onları dinsizliklə, dəlalətlə, küfrə düşməklə ittiham edəcəklər və insanlar onlardan qaçacaq. Hətta deyir; "cənazələrinə gəlməzlər, evlərinə gəlməzlər, insanlar yeməklərini yeməzlər, onlar tək yaşayarlar" deyir. Açıq-aydın izah edilmişdir. Küfr və dəlalətlə ittiham ediləcəkləri çoxlu miqdarda hədislə izah edilir. Yəni qorxub qaçılacaq bir görünüşləri var. Deməli, assosial bir görünüş verəcəklər. Hz. İsa Məsih (ə.s)-ın tələbələri də elə. Məsələn, indi həm hz. Mehdi (ə.s), həm hz. İsa Məsih (ə.s) Allahualəm yer üzündədir. Amma bax insanlıq hər ikisini də seçə bilmir. Çünki geniş miqyaslı qaçma olduğu üçün hiss edilmirlər. Məsələn, hz. İsa Məsih (ə.s)-ın tələbələrindən də insanlar qaçacaqlar. Yaxınlaşmazlar. Çox az bir birlik onlara yaxınlaşar. Bir şəkildə qorxarlar. Mehdi (ə.s) tələbələrində də elədir.
Allah tərəfindən seçilən, xüsusi ilham edilən və dərin şəkildə yaradılan insanlar Mehdi tələbəsi olacaqlar
Çox nadir seçilmiş insanlar, Allah tərəfindən xüsusi ilham edilmiş və Allah tərəfindən dərin şəkildə yaradılan insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Belə bir adam qədərində olduğu üçün, istəsə də gedə bilməz. Getməyə həqiqi bir Mehdi tələbəsinin iradəsi çatmaz. Onsuz da istəməz, amma gedə bilməz. Amma o biriləri də istəsə də hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər. Deyir ya Peyğəmbərimiz (s.ə.v) "313 nəfərdirlər". Bir başqa rəvayətdə "Əhli-Bədrin sayı qədərdir" deyir.
“Beləcə, onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?” – dedi. Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq” – dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!” (Kəhf surəsi, 19)
Çox nəzakətlidir bu gənclər. Çox əfəndidirlər. Kimsəyə sataşmaz, döyüşməz, problem yaratmazlar. Kimsəni hirsləndirəcək şəkildə danışmazlar. Nəzakətlidirlər.
Beləcə, onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?” – dedi. ...” (Kəhf surəsi, 19)
Bax aralarında bir sorğulama aparırlar. Yəni müşavirə edirlər. İşləri müşavirəylə, danışmaqla həll edirlər.
Kəhf əhli zamanın və məkanın olmadığını yaxşı bilən insanlardır
Zamanın nisbiliyi orada vurğulanır. "Nə qədər qaldınız?" Çünki bu sual axirətdə də soruşulur. Zamanın nisbi olduğunu onların bildiyini də orada görürük. Onların üslubundan zamanın və məkanın olmadığını da yaxşı bildiklərini anlayırıq.
“...Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq” – dedilər. ...” (Kəhf surəsi, 19)
Eyni axirətdəki verilən cavab kimi.
“... Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!” (Kəhf surəsi, 19)
Bax halal yeməyi ancaq seçərək tapa bilir. Küfr ətrafı o qədər bürümüşdür.
Çətin bir mühit olduğu üçün Mehdi tələbələri özlərini gizlədəcək
“... Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!” (Kəhf surəsi, 19)
Deməli, Mehdi tələbələri özlərini gizlədəcək. Deməli, bir bəla olacaq. Fitnədən çəkinəcəklər, münafiqlərdən, küfrdən, xəbərdən, hər cür böhtandan çəkinəcəklər. Özlərini bildirməmək üçün xüsusi səy edəcəklər. Bildirmək istəmədikləri üçün nə hz. Mehdi (ə.s)-ı tapa bilir insanlar, nə hz. İsa Məsih (ə.s)-ın tələbələrini tapa bilirlər. Bu diqqətlərindən ötrü insanlar tapa bilmirlər. Nə Kəhf əhlini tapa bilirlər, nə Rəqim əhlini tapa bilirlər. Amma zamanı gəlincə, təbii, insanlar bu Kəhf əhlini də, Rəqim əhlini də tapacaqlar. Quranın işarəsiylə o görünür.
“Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. Onda siz heç vaxt nicat tapa bilməzsiniz!” (Kəhf surəsi, 20)
Yəni küfrün, dəccaliyyətin azğınlığı o dövrdə vurğulanır. Öz inanclarına çevirmək üçün ailələrin uşaqlara nə qədər təzyiq etdiklərini görürsünüz. Bir çox gənc namazlarını gizli qılır. Bir çox gənc qız namazlarını gizli qıla bilir. Hətta bir qismi qorxudan heç qıla bilmir. Məsələn, müsəlman olduğuna dair heç evə Quran apara bilmir. Özünü gizlədir. Kəhf əhli də o şəkildə.
Küfr çox azğın, təcavüzkardır. Öz inancına zorla çevirmək istəyir. Məsələn, müşrik mövhumatçı, mütləq mövhumatçı və müşrik olacaqsan deyir. Kommunist deyir ki, mütləq kommunist olacaqsan. Bir qisim ailələr, xalqdan bir qisim, "dini də unut, Allahı da unut, yalnız dolanışığın və həyatının arxasınca get". Bu da ayrı bir dindir. Dolanışıq dini, həyat dini. Bu da ayrı bir dindir. Adamın biri "nədir hədəfin?" deyir. "Çörək qazanmaq" deyir. Adama "Həyatda məqsədin nədir?" deyirsən. "Çörək pulu qazanmaq" deyir. "Sən nə üçün yaşayırsan?" deyirsən, "çörək pulu qazanmaq üçün yaşayıram" deyir. Qardaşım sən heyvansanmı? Heyvan ot üçün yaşayar, ot yemək üçün yaşayar. Çörək üçün yaşayıram nə deməkdir? Sən Allah üçün yaşayarsan. Təbii, bunu cahilliyindən, məlumatsızlığından söyləyir.
“Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!” – dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!” – dedilər. “(Kəhf surəsi, 21)
Sonunda insanlar onu tapacaqlar. "Şəhər insanları", deməli, böyük bir şəhərdədirlər. Mağara var şəhər insanları tapdığına görə, şəhərin ortasında bir mağara olduğu aydın olur. Şəhər insanlarının hamısı dağa çıxmaz. Şəhərin içində tapırlar. Şəhərin içində bir mağara olduğu aydın olur. Təbii, doğrusunu Allah bilər. Amma simvollardan, verilən dəlillərdən bunları anlayırıq.
Qiyamətdən bəhs edildiyinə görə Axırzamanda olur bu hadisələr. Qiyamətdən bəhs edilirsə Axırzamanla əlaqəli bir hadisədir. Bunu açıq-aşkar burada anlayırıq. Məsələn, Duxan surəsində olsun, hamısında olsun bu mövzu açıqca görünər.
Quran ayələrinin hər bir cümləsini tək-tək düşünərək oxumaq lazımdır
Quranı uyğun olaraq, asta-asta oxuyacaqsan. Bütün ayəsini bitirmək deyil də, ayədəki cümlələri oxuyacaqsan. Vəhyin enişi də elə bilirsiniz. Allah təcvidlə oxumağı buyurur deyir. Yavaş-yavaş gəlir. Ürəyinə olur yaxud birbaşa vəhy edilir. Amma Quranın başa düşülməsi üçün təcvidlə oxunması, yavaş oxunması əhəmiyyətlidir. Hikmətinin başa düşülməsi üçün. Məsələn, məscidlərdə qışqıra-qışqıra ərəbcəsiylə oxuyub keçir. Bir adam orada ərəbcə bilməz. Ərəbcəni bilən də hikmətini anlaya bilməz, o qədər sürətli oxusan. Ara verilmədən orada avazıyla birlikdə oxunur. Yəni məqsədi onu qaydasıyla oxumaqdır. Məqsədi hikmətini anlamaq olmur.