A9 TV, 1 iyul 2015
(Yalçın Akdoğan dünən təyyarələrimizin PKK hərbi bazalarına etdiyi hücumla əlaqədar Twitterdən bir şərh etdi. PKK-nın Türkiyənin əsas bölgələrinə hücum etməsindən sonra TSQ təyyarələrinin cavab verdiyini ifadə etdi. “Türk Silahlı Qüvvələrinin vəzifəsi milli təhlükəsizliyimizlə bağlı təhdidlərlə mübarizə etmək və terrorist hücumlara cavab verməkdir. Əsl problem PKK-nın silahlı varlığı, hücumları və şiddətidir. Terror və şiddətə səs çıxara bilməyənlər təhlükəsizlik qüvvələrini tənqid edirlər” -dedi.)
Terror və şiddət varsa dayandırın. O təhlükəsizlik qüvvələrinin vəzifəsidir. Şikayətlənmək dövlət adamına yaraşmaz. Əlində gücün var. Yanğın varsa üstünə su tökərsən.
(Məclis sədriliyinə seçkidə bu gün üçüncü və dördüncü səsvermə nəticələndi. Türkiyə Böyük Millət Məclisinin 26-cı sədri Ak Partiyalı İsmət Yılmaz oldu. 4-cü səs vermədə 258 səs aldı.)
Dəniz Baykal olsaydı, daha yaxşı olardı, amma nəysə. Əlbəttə ki, orada MHP çıxılmaz vəziyyətə düşdü. HDP ilə birlikdə hərəkət etmək demək MHP-nin bitməsi deməkdir. Yəni bütün quruluşunun pozulması deməkdir. Haqlı olaraq o quruluşun içinə girə bilmədi. Yəni hər nə cür müxtəlif hadisə olursa olsun, buna bənzər, birlikdə hərəkət edə bilməzlər. Çünki HDP virtual bir partiyadır. PKK dəhşəti və şiddəti qalxmış olsa, HDP olmaz.
Allahın o gözəl, incə detallı planı kim nə edərsə etsin, əmin addımlarla irəliləyir
Qədər çox sakit, əmin bir şəkildə irəliləyir. Allahın o gözəl planı, o incə detallı planı kim nə edərsə etsin, əmin addımlarla irəliləyir. Hər şey bir xeyirlə yaradılır. Məsələn, PKK, varlığında xeyir vardır. İŞİD, onun varlığında da bir xeyir vardır. Türkiyənin qarşısında olmalarında yenə bir xeyir var. O Türkiyəni oyandırır. İnsanların hamiyəti İslamiyəsini artırır. İnsanlarda İslam Birliyi düşüncəsini gücləndirir, şiddətləndirir və sürətləndirir. O Allahın bir yoludur.
(Pervin Buldan PKK-nın terror təşkilatı olmadığını iddia etdi. HDP-ni PKK-nın siyasi agentliyinə bənzədən Bağçalıya reaksiya verən Pervin Buldan; “PKK bir terror təşkilatı deyil. Xüsusilə də, Hörmətli Bağçalı bunu bilməlidir” dedi.)
Allah Allah. Bunu Pervin Buldan söyləyir. Qardaşım, görəsən bunlara bir şey oldu? Bu necə üslubdur? Bu nə fərahlıqdır? Bu nə laqeydlikdir? On minlərlə əsgəri, polisi şəhid edən, binaları bombalayan, təxribat törədən, namərdcə cinayətlər işləyən, öz tərəfdarı olan adamları da öldürən azğın bir mafiya qruplaşması terror təşkilatı deyilmiş. Bəs nədir? Bunu necə söyləyə bilir? İnanılmazdır. Yəni Allah bunlara doğru yolu göstərsin. Bu üslub dünyada görülməmiş bir üslubdur. Onda dünyadakı terror təşkilatları da terror təşkilatı deyil. Bunun məntiqinə görə həbsxanalardakı qatillər də qatil deyil. PKK terror təşkilatının ən azğını, ən şiddətli, ən psixi, ən alçağı, ən şərəfsizi, ən xaraktersizdir. Namərd bir təşkilatdır. Şəhid cənazələri daha dünən olmuş kimidir.
Hörmətli Adnan Oktarın qonaqları, Likud partiyasının üzvü Dürzi Mendi Safadi və Ravvin Yehuda Glick
Hörmətli Mendi Safadi İsraildən druz təriqətindən qonağımızdır. Özü Likud partiyasındandır. Hazırda İsrail hökumətinin Suriyalı müxaliflərlə əlaqəsini icra edir. Həm də regional inkişafdan məsul olan nazir köməkçisi Eyüp Karanın xüsusi köməkçisi və məsləhətçisidir. Ravvin Yehuda Glick bəy də Məbəd Təpəsində Yəhudilərin Azadlığı Təşkilatının sədridir. Ravvin Glick də Likud Partiyasının mənsubudur.
Adnan Oktar: Xoş gəldiniz səfa gətirdiniz. Şərəf verdiniz, nur gətirdiniz.
Mendi Safadi bəy də şərəf verdi, maşaAllah, nurlandırdı. Hər ikisi də canımızdır. Hər ikisi də çox sevdiyimiz dostlarımızdır. Bizlərə şərəf gətirdilər, qürur gətirdilər.
Necəsiniz?
Mendi Safadi: Bu gecəki tək işığı olan sizin yanınızda həmişə olmaq istəyərəm. Çox yaxşıyam.
Adnan Oktar: Biz o işığı sizdən alırıq. İnşaAllah, o işıqlıq hər yeri əhatə edəcək.
Bu danışıqlar, bu gəliş-gedişlər Yəhudi qardaşlarımıza olan sevginin artmasına vəsilə olur. Əlbəttə, dünyada sırf Yəhudi düşmənliyi yoxdur, insanlar druzlara da düşməndirlər. Şiələrə düşmən olanlar var, Bektaşilərə düşmən olanlar var, Şiələrə var, Sünnilərə düşmən olan var. Bu sevgisizlik ruhu, inşaAllah, Moşiyahın zühuruyla tamamilə ortadan qalxacaq.
Ravvin Yehuda Glick: Sevginin gücü hər şeydən daha çoxdur. Divarlardan, ölkələrdən keçə bilər. Sevgi kin və nifrətdən daha güclüdür.
Adnan Oktar: maşaAllah, maşaAllah. Belə gözəl insana necə güllə sıxırlar? Mən sizə güllə sıxanın şeytan olduğuna inanıram. Şeytan nura dözə bilmir.
Ravvin Yehuda Glick: Yaxşı şeylər edənlərə hər vaxt mane olmaq istəyənlər çıxa bilər. Bu Allahın yaratdığı xüsusi bir vəziyyətdir. Maneələr yaradar, amma bunu səylə aşmalıyıq.
Adnan Oktar: Hörmətli Safadi nələr edir? Bir az izah etsin.
Mendi Safadi: Biz bura İsraildən sülh mesajıyla gəldik. Sülh yalnız hökumətlər arasında deyil, xüsusilə xalqlar arasında reallaşır. Türk xalqı da İsrail xalqı da-hər iki xalq da bir-birini çox sevir. Xüsusilə də sizinlə etdiyimiz işlər sülh üçün son dərəcədə əhəmiyyətlidir. Bəzən hökumətlərarası ola bilər, siyasətçilərarası problemlər ola bilər, amma əsas olan xalqların bir-birinə olan məhəbbəti və sevgisidir.
Adnan Oktar: Çox gözəl, çox. Doğru olan odur.
Ravvin Yehuda Glick: Çox mülayim şəxsdir. Sülh üçün həmişə dünyanın hər tərəfindən insanlarla bir araya gəlir.
Adnan Oktar: maşaAllah, maşaAllah. Safadi Bəyi sevirik, hörmət edirik, dəyər veririk.
Mendi Safadi: Bəzən İsrailin mallarını almamaq kimi mənfi təbliğat olur. Lakin bunun nəticəsində belə bir şey var, İsraildəki fabriklər bağlanır. Bundan əsl zərər görəcək olan Fələstinlilərdir. Çünki bu fabriklərin 80%-i Fələstinlilərə aiddir. Onlar orada çalışırlar. Bu fabriklər bağlandığında Fələstinlilər ziyan çəkər. Bunu qaldırmalıyıq.
Adnan Oktar: Onsuz da bunlar sevgidə olacaq şeylər deyil. Qarşı tərəfi iqtisadi istiqamətdən çətinə salmaq, əziyyət vermək, iztirab vermək doğru deyil. Dünyanın hər yerində sevginin hakim olması üçün israrla və qərarlı iş görmək lazımdır. Sevgi ləzzətlidir, sevgi gözəldir. Vicdansızlıq, zülm çox çətinlik vericidir, yəni insanın fitrətinə zidd bir şeydir. Sevginin ləzzətini yaşayacağıq, sevginin gözəlliyini yaşayacağıq. İnsanlara da bunu öyrədəcəyik. Allah sevgini sevər. Allah sevgi üçün dünyanı yaratdı. Allah Moşiyahı da sevgi üçün göndərir. Moşiyah dövründə sevgi hakim olacaq.
Baxın, Tövrat necə gözəl izah edir, Zekeriyya hissəsi 9/10-da;
“Döyüş avtomobillərini dayandıracağam. Döyüş yayları qırılacaq. Kralınız Moşiyah (yəni hz. Mehdi (ə.s)) xalqlara sülh yayacaq”. Sülh sevgi deməkdir.
“... Silahları yandıracaqlar. Kiçik-böyük qalxanları, yayları, oxları, çubuqları, mizraqları atəşə atacaqlar... Silahlardan yandırmaq üçün istifadə edəcəklər... Hakim Rəb belə deyir” -deyir. (Hezekiel, 39: 9-10)
“Son günlərdə” yəni axırzamanda, bu olduğumuz günlərdə “bir çox xalq gələcək. İnsanlar qılınclarını döyüb şum dəmiri, mizraqlarını bağban bıçaqı edəcəklər. Xalq xalqa qılınc qaldırmayacaq”. Niyə? Çünki sevir. “Döyüş təhsili verməyəcəklər” Çünki sevgi hakim olacaq. Yəni hərbi manevrlər olmayacaq deyir. “Artıq hər kəs öz asmasının, əncir ağacının altında oturacaq”. Bax, bizim evin aşağı tərəfində də əncir ağacı var, deyilmi? “Kimsə kimsəni qorxutmayacaq”. Sevgidə insan insanı qorxutmaz. “Bunu söyləyən hər şeyə hakim Rəbdir”. (Mika, 1: 4)
Ravvin Yehuda Glick: Allah bizi müqəddəs hesab edənləri müqəddəs hesab edər. Siz də İsrail xalqını müqəddəs hesab edən ən əhəmiyyətli adamsınız. Allah sizi müqəddəs hesab edər, inşaAllah. Lənət edənlərə də Allah lənət edər.
Adnan Oktar: O doğrudur, İsrail xalqının məzlumlarıyla ədavət aparana Allah bir uğursuzluq gətirər və bu tarixə qədər də bu görülmüşdür. Məzlumu qoruyanı da Allah uğurlu hala gətirər, bərəkətli hala gətirər, bu da görülmüşdür. Doğrudur. Tövrata görə də doğru, Qurana görə də doğrudur.
Ravvin Yehuda Glick: İş baxımından belə düşünsək İsrail müqəddəs hesab edildiyində, kömək edildiyində Allah da onları müqəddəs hesab edər. O baxımdan belə yaxşıdır, inşaAllah.
Adnan Oktar: Bunu, bu mövzunu üç-dörd gün əvvəl söyləmişdim. İsraillə ədavət aparmaq uğursuzluq gətirər dedim. Söylədim, deyilmi? Bir neçə dəfə söylədim. Yəni məzlumla ədavət aparsan, Allah fəlakət gətirər. Əlbəttə ki, mömin zülmə qarşı bir fəaliyyət edər, zülmə dayan deyər, amma məzlumu da qoruyar.
Ravvin Yehuda Glick: Sizə kiçik bir hədiyyə vermək istəyirəm. Allah sizi qorusun. Sülh şəhəri Qüdsdən sizə bu hədiyyəni vermək istəyirəm. Allah sizi qorusun. Siz sülh ustadısınız.
(Səlahəddin Demirtaş, AK Partiya- MHP koalisiyasının bir müharibə koalisiyası olacağını söyləyib.)
Nə müharibə? Pislikdən xilas olma koalisiyasıdır. Bir mafiya təşkilatı Türkiyənin başına bəla oldu. Bundan xilas olacağıq. Bu qədər sadədir. Bunun müharibə ilə əlaqəsi yoxdur. Polis oğrunu tutur, qatili tutur. Bu müharibə olur? Və yaxud mafiyanı tutur, mafiyaya qarşı əməliyyat aparırr. Bu müharibə olur? Yersiz danışıb.
(PYD Amerika və Fransadan Türkiyənin Rojava və Suriyanın müəyyən bir hissəsinə istiqamətli olabiləcək bir müdaxiləsinə icazə verilməməsini istədi. “Müstəqil bir dövlət qurmaq fikrimiz yoxdur. Türkiyə prezidentinin bəhs etdikləri yerində olan şeylər deyil”. Deyə şərh etdilər.)
Niyə dürüst danışmırlar? Hər kəs bilir, özləri də əlli min dəfə söylədilər. Biz burada müstəqil Kürdüstanı quracağıq dedilər. Sözü niyə fırladırlar. Sözlərinin arxasında dayanmalıdırlar. Dürüst danışsınlar.
Yəhudilərə göstərilən düşməncə siyasət ortadan qaldırılmalıdır
Mövzu Yəhudilərin Türkiyədə də, Orta şərqdə də sevilməməsidir. Bu səhv hərəkətdir. Vicdanlı bir hərəkət deyil. Peyğəmbər soyu olan, imanlı, hz. Musa (ə.s)-a sədaqət göstərən bir birlikdir. Sayları azdır, necə olsa qalib gələrik məntiqi ilə əzməyə qalxmaq uğursuzluq gətirər. Günah olar. Ayıbdır. Vicdansızlıqdır. Məsələn, Yehuda Glick bu mübarək insan öz halında bir insandır. Hz. Musa (ə.s)-ın yolunu gedən, dörd min illik bir sədaqəti davam etdirən bir insandır. Hz. Süleyman (ə.s)-ın məscidini yenidən quraq deyir. Necə də gözəldir. Hz. Süleyman (ə.s)-ın sarayını yenidən quraq deyir. Necə də gözəldir. Sən bu adamın yanına yaxınlaşıb dörd güllə vursan, bu sənin zalım olduğunu göstərər. Və psix olduğunu göstərər. Nə istəyirsən? Sənə nə zərəri var. Öz halında bir insandır. Günah deyilmi?
(Dünən Xarici İşlər Nazirliyi Çinə Şərqi Türkistanda yaşananlarla əlaqədar bir xəbərdarlıq etdi. Çindən də bu xəbərdarlığa cavab gəldi. Edilən şərhdə; “Bu bilinməlidir ki, Şincan xalqının hamısı özlərinə Çin konstitusiyası tərəfindən tanınan dini inanc azadlıqlarından faydalanır. Əlbəttə ki, Türk tərəfinin Çin ilə ortaq nöqtədə görüşəcəyini və əlaqələrin düzəlməsini təmin edəcəyini ümid edirik” deyildi.)
Bu davam edən bir Uyğur fəlakətidir. Uzun illərdən bəri Uyğur Türklərinə qarşı ağlasığmaz, mərhəmətsiz bir siyasət davam edir. Əvvəl dedi ki, Qırmızı Çin, “Biz inqilab etdik, siz də bizə qatılsanız, biz sizin azadlığınıza da qarışmayacağıq, siyasətinizə də qarışmayacağıq. Daxili, xarici işlərinizdə tamamilə azad olacaqsınız. Amma bizə qarşı bir rəftar almayın, ittifaq içində olaq” -dedilər. Onlar da inandı. Sonra Uyğur bölgəsini namərdcə işğal etdilər. Ondan sonra da yaxalarını buraxmadılar. Bu, yaxın dövrdə olan bir fəlakətdir. Sistemli olaraq dayanmadan Uyğur qardaşlarımızı şəhid etdilər. Mərhəmətsizcə.
(Çindən qaçaraq Taylanda sığınan, ancaq buradan da qaytarılma təhlükəsi ilə qarşı-qarşıya qalan Uyğurlarla əlaqədar müsbət bir irəliləyiş yaşandı. Türkiyənin cəhdləri nəticəsində uzun müddətdir bu ölkədə məhbus olan Uyğur mühacirlərdən bir qrup İstanbula gətirildi.)
Uyğur qardaşlarımız qorunsa, Çin Türkiyənin də onlara həssas olduğunu bilsə, daha diqqətli davranacaq. Onları sahibsiz görür. Onun üçün görülməmiş şəkildə əzir, görülməmiş şəkildə hörmətsizlik edir, görülməmiş şəkildə əhəmiyyətsiz davranır. Azərbaycan da sahib çıxsın. Türkiyə də sahib çıxsın. Narahatlığımızı dilə gətirək. Çünki bizim Çinlə ticarətimiz çox güclüdür. Çox narahat olarlar. Hökumət anlatsın, narahatlığımızı dilə gətirək. Türkiyə Palatalar və Birjalar Birliyi, Türk İş Adamları Birliyi narahatlıqlarını dilə gətirsinlər. Çin bundan çox narahat olar. Üslubunu dəyişdirər deyə düşünürəm. Çünki dünya hər sahibsizə belə edir.
PKK tərəfdarı qəzetlər bu gün, Bərzani haqqında “İŞİD-ə dəstək verir” xəbərləri yaymağa başlamışlar.
Deməli, Bərzani dəstəklənməlidir. PKK birinə qarşıdırsa,onlar doğru yoldadır.
(“Ankara Düşüncəyə Azadlıq Cəhdi” adlı bir quruluş; “Ərdoğan və partiyası konstitusiya pozuntularının əvəzlərini müstəqil mühakimə qarşısında ödəməyə hazır olmalıdır. İstəmədiyi heç bir şeyə icazə verməyən bu zehniyyət davam etdirilməməlidir. Ya bu zehniyyət batacaq, ya da Türkiyə” şəklində bir məlumat nəşr edib.)
Cinayət ünsürü görürlərsə, əlaqədar qurumlara bildirsinlər, prokurorluğa bildirsinlər. Gərəyini hüquq edər. Amma belə xəyali danışıqlarla olmaz. Vətəndaş olaraq haqqları var. Cinayət gördüyü şeyi yazsın, ərizəylə bildirsin mövzu həll olar. Prokurorluq hərəkətə keçməyəcək deyə düşünürsə, bu səhvdir. Cinayət varsa, mütləq qarşılığı olan qanun maddələrinə görə cəzası verilər.
Axırıncı Milli Təhlükəsizlik Təşkilatının yığıncağında Amerika Birləşmiş Ştatlarının PKK-ya stinger yəni çiyində daşınan raket verdiyi açıqlanıb.
Əgər belə bir şey varsa, bunların əllərindən alınmalıdır. Varsa, gedib zorla əllərindən alınmalıdır. Bir də Amerika bunu edirsə, Amerikanın gözü dönmüş deməkdir. O zaman biz də Amerikayla əlaqələrimizi nəzərdən keçirərik. Belə şey olmaz. Əlbəttə, biz Amerikan xalqına hirslənmərik. Amerikan dövlətinə də hirslənmərik, amma Amerikan dərin dövlətinə hirslənərik, tənqid edərik.
(Soner Yalçın; HDP-yə sol deyildiyini, ancaq bu partiyanın Cənub-şərqdəki torpaq ağalığına, feodal nizama tək bir söz söyləmədiyini, imperialist mandatı qəbul edən bir zehniyyəti olduğunu və tam Kürd olduğu üçün Şeyx Səidlərə və Səid Nursiyə təriflər düzdüyünü söylədi.)
Əslində HDP çox ayıqdır, Amerikaya şirin görünür. Amerikadan istifadə edir. Səid Nursini qoruyurmuş kimi edir, oradan dəstək alır. Şeyx Səidə dəstək olurmuş kimi göstərir, oradan bir xal qazanır. Harada xal qazandıracaq şey varsa, hamısını edir. Çox ayıqdırlar. Qarşılarına da kimsəni almırlar. Torpaq ağalarını və s. həqiqətən, qarşılarına almzalar. Onlar iş bitdikdən sonra məsələlərə girərik deyə düşünürlər. Əlbəttə, çirkin bir ayıqlıqdır, amma edirlər. Əlbəttə, öz ağıllarınca ayıqlıqdır.
(MGK-də görüşülən kəşfiyyat hesabatlarına görə Kobaniyə göndərilən ağır silahlar PKK-nın əlinə keçdi. Silahları Türkiyə ərazisinə keçirmək istəyirlər. Təşkilat yerli silahlı qüvvələrini qurmaq istəyir.)
PKK-nı inanılmaz dərəcədə şişirtdilər, mən bunun hikmətini heç cür anlaya bilmədim. Amma PKK boş yerə heç şişməsin, mikrob bir yerdə törəyər onun üstünə bir şüşə yod cövhəri tökərsən hamısı məhv olar. PKK nə qədər çox mikrob yayıldı deyə sevinir, bir yod cövhəri qədər işləri var, söyləyim. Qanunla, hüquqla hamısının yaxasından yapışacağıq.
(“Hörmətli Oktar həm biz Quran-i Kərimə tabeyik hədislərə deyil deyirsən, amma sıra Mehdi (ə.s) mövzusuna gəlincə hədislərdən dəlil göstər deyirsən. Bu ziddiyyəti necə açıqlayarsınız?” Tamaşaçı sualına cavab olaraq)
Mən bunu çox söylədim, yoldaşlar anlamırlar. Məsələn, Buxaridə, Müslimdə deyir: “Allah sizə namaz qılmağınızı əmr etdi”. Hədisdir. Bu Quranla üst-üstə düşür. Bu hədis doğrudur. Amma “Namaz qılmayanı öldürün” -deyir. Bu uydurma hədisdir. Qurana müxalifdir. Buradan anlayırıq. Çünki Allah ayədə “dində məcburiyyət yoxdur” -deyir. Sən adamı kəsirsən. Mehdi (ə.s)-dan bəhs edir. Hadisə birə-bir olduğu kimi baş verirsə o hədis doğrudur. Məsələn, ikiuclu kometa çıxacaq deyir. Çıxdığında qıtlıq olacaq deyir. O dövrlərdə yağış yağmayacaq deyir. Amma çıxdıqdan sonra yağışlar bollaşacaq, insanlar bundan yağışdan şikayət edəcək deyir. Çox parlaq olacaq, digər kometaların əksi istiqamətdə gedəcək deyir. Eynisiylə oldumu olmadımı? Oldu. Hədis doğru imişmi? Doğru imiş.
Sevgini yaradan Allahdır. Sevgi müstəqil inkişaf edən bir şey deyil
Müstəqil sevgi olmaz. Bəzi gənc qızlarda görürəm. Məni kifayət qədər sevmir deyir. İlk növbədə sevgini Allah yaradır. Sən müşrik sevgisi istəyirsən. Büt sevgisi istəyirsən. Ey büt deyir, məni niyə sevmirsən? Sən bir insanı bütləşdirsən onsuz da müşrik olmuş olarsan. Allah bəlanı verər. Ürəyin sıxılar. Allah ürəyindən sevgini alar. Nə sevə bilərsən, nə sevilərsən. Allah içini boşaldar. Sevgi birbaşa Allahdan gözlənilər. Sevgini Allah yaradır. Allah hz. Musa (ə.s)-a nə deyir? “Ona Qatımızdan bir sevgi yönəltdik” -deyir. O öz-özünə sevimli hala gəldi demir. Yaxud özünü sevdirdi demir. Allah Mən sevdirdim deyir, Mən.
Keyfiyyətli sevgi vacibdir. Sevginin ölçüsü görmək, ya da görməmək deyil. Rəsulullahı görmədik, amma dəlicəsinə sevirik.
Sevməyin ölçüsü nədir? Poçt markası kimi yapışıb gəzmək. Belə əl-ələ tiplər var. Başını da qoyur. Əlindən tutur, belindən qucaqlayıb. Qızcığazın artıq beli ağrıyır. Əlləri də tərli. Başını da başına söykəyib. Uşağın başı ağrıyır. Elə sevgi olarmı? Məsələn, biz Rəsulullah (s.ə.v)-i görmədik, amma canımızdan daha çox sevirik. Keyfiyyətli sevgi əhəmiyyətlidir. Ehtiras əhəmiyyətlidir. Məsələn, on dəqiqə görərsən, amma dəli kimi sevərsən. On saat görərsən bir çətinlik olar. Başqa bir şey olmaz.
(PKK-nın Şamdakı liderlərindən əsl adı Xülya Nisbət olan Bese Hozat, PKK-nın xaricdəki nəşr orqanı “Yeni Azad Siyasətə” yazdığı yazıda, “Türkiyə Rojavaya girmə planları edərək yalnız öz Vyetnamını yaratmış olacaq”. ifadələrindən istifadə etdi.)
Yaman qoçudurlar. Həqiqətən, Qan-dillər. Bunların dillərindən qan axır. Dilləri sırf qan olub. Dayanmadan qoçuluq edirlər. Bunların əvvəllər belə halları yox idi. Ak Partiya dövründə ağlasığmaz dərəcədə qoçu oldular. Yüzlərlə, minlərlə qoçu tərəfindən bildirişləri var. Daha əvvəlki dövrdə bunların heç belə qoçu bir mövzusu yox idi. Çubuğu yeyib yerlərində otururdular. Sonra belə bir hala girdilər. Dilləri uzandı. Qanlı dilləri. Dilləri təmiz qandan yaranır.
(PYD-nin Suriyadakı irəliləyişi və Türkiyənin müdaxiləsi ehtimalı illər öncə qərb mediasında nümayiş olunan Yaxın şərq xəritələrini gündəmə gətirdi. Suriyadakı son irəliləyişlər illər əvvəl Amerika Milli Hərbi Akademiyasında təqaüdçü polkovnik Ralph Petersonun çəkdiyi xəritə idi.)
Bunlar öz ağıllarınca Mehdiyyətə qarşı belə həll yolu tapmışlar. Mehdiyyət bunun tam əksini edəcək. Bunu görəcəklər.