A9 TV, 12 avqust 2015
(Respublikamızın lideri Ərdoğan bu günki danışmasında, bəzi medianın terror hadisələrini vermə şəklini tənqid etdi.)
Təyyub müəllim xəbərdar edir. Sırf xəbərdar etməklə qalmasınlar, qanuni bir tənzimləmə də lazımdır. "Fəryadlar göylərə yüksəldi" deyir, adamın axtardığı o deyilmi? "Ürəklər yandı, atası və anası huşunu itirdi" deyir, onsuz da adamın istədiyi odur, ona görə onu edir. Və bu, təşkilat təbliğatı olur. Sonra deyirlər ki, "bizim təyyarələrimiz qalxdı, bu qədər PKK düşərgəsi darmadağın oldu". Baxırıq ortada bir şey yoxdur, adamlar mismar kimi dayanır. Məsələn IŞİD-in öldürdüyü adamları gətirirlər. Türkiyəyə keçirməyə çalışaraq sərhəddə gözləyirlər. Bu bombardman nəticəsində, bizə 400 nəfər dedilər, 4 nəfərin belə cəsədi gəlmədi. Cəsəd gəlməsini istəmirəm, bombardman da istəmirəm, biz qan istəmirik. Deyirləri ki: "Bu qədər bombaladığımıza görə, belə bir şey olmalıdır". Adamlar bombalamaları qayaların içində, əylənərək seyr edirlər. Belə olmaz.
O qayalığın düz hala gətirilməsi lazımdır. Şəxsləri xəbərdar edərək sonra oranı düzənliyə çevirəcəksən. Şam haradır dediyində, oraya getdiyində adamın istiqamətini çaşması lazımdır. Anbarların istehsalı sürətləndirilsin, polis bölmələri də sürətləndirilsin.
Şəhidlərimiz cənazə marşı ilə deyil, təkbirlərlə yola salınsın
Cənazə marşı insanın içini titrədir, çox qəribə bir görünüşü var. Cənazə təkbirlərlə aparılar, cənazə marşı ilə aparılarmı? Şəhidin ruhu narahat olar. Şəhid yuyunmaz, əsgər paltarıyla, üzünü örtsünlər, amma açıq şəkildə görülə bilən şəkildə torpağa verilər. Heç bir kədər əlaməti göstərilməməlidir.
Səfərbərlik elan edilsə PKK-nın ödü qopar
2 milyon əsgər götürsən, PKK qorxusundan çəkilər. Bunlar çox əsgərlə həll edilər. Millət əsgəri görüncə rahatlanar. Sən Mardinin içində 100 min əsgər tutsan və yaxud 50 min əsgər tutsan millət çox rahat olar. Və Amerikan dərin dövlətinə də meydan oxumuş olarıq. Amerika dərin dövləti, milli şüura sahib olmadığımıza inanır, ona görə də belə şişir. Susqunluğumuzu səhv anlayırlar. Zəncilərin də səssizliyini çox səhv anlayırlar, bir gün başlarını çox böyük bəlaya soxacaqlar, mən söyləyim.
(Respublika lideri Ərdoğan, terror təşkilatına istiqamətlənmiş əməliyyatların davam edəcəyini söylədi. "Bəziləri terror təşkilatı silahları susdursun deyir. Xeyr, terror təşkilatı silahlarını basdıracaq, betonlayacaq, dövlətdən kimsə qalxıb silahları buraxmasını istəyə bilməz" dedi.)
Adamlar betonlamaz, Allah xatirinə bunu söyləməsin. Betona basdırma əməliyyatını dövlət edər, PKK etməz. İllərdən bəri basdırın deyə xahiş edirsiniz, adamlar da basdırmırıq yoldaş deyirlər, meydan oxuyurlar. Beton işini əsgər edəcək, dövlət edəcək. Niyə betona basdırırsan, baxarsan əgər keyfiyyətli silahsa əsgərə verərsən və ya sənayedə istifadə etmək üçün maşın kimyaya göndərərsən, əridilər istifadə edilər.
(Reytersdə yayılan bir xəbərə görə Amerika, İncirlik Hərbi Hava Bazasından qalxan döyüş təyyarələriylə İŞİD-ə qarşı əməliyyatlara başladı.)
Bizim düşmənimiz İŞİD deyil. Əsgərimizi, polisimizi şəhid edən PKK-dır. Bu səbəbdən Amerika PKK-a yol açmağa çalışır. PKK əks qüvvələri yox etməyə çalışır. Hava bombardmanıyla yalnız oradakı vətəndaş xalqı şəhid edirlər. Vətəndaş xalqı da şəhid etdikcə xalq axın-axın IŞİD-ə qatılar. Çünki ya atası ya da oğlu şəhid edilir. Bütün ailə IŞİD-ə qatılır. Hadisənin şiddətini anlayıb, böyük bir döyüş olduğunu anlayıb, IŞİD-ə qatılırlar. ABŞ-ın siyasəti çox səhvdir. Belə üsulla olmaz. Bu təhsillə, elmlə, mədəniyyətlə, sevgiylə olar, amma necə edəcəyimizi bilmirik deyir. Allah ayədə: "Bilənlərdən soruşun" deyir. "Bilənlərlə bilməyənlər bir olarmı?" deyir. Araşdırdınmı? Araşdırdın, amma maraqlarına uyğun gəlmədi. Sən bu işi kimlərin həll edəcəyini bilirsən. Amma Allah səni yalvartdıracaq söyləyim. Dizüstə qapanıb "qurtar bizi" yalvaracaqsan. Bunu mənə tarixi bir məlumat olaraq dedirdirlər. Bu sözümü saxlasınlar. Yalvaracaqlar.
(Kəşfiyyat hesabatları PKK-ın bəzi ellərdə sıx silah yığnağı etdiyi, bəzi evlərin altından tunellər açaraq evlərin yeraltından bir-birinə bağlandığını ortaya qoydu. Hörmətli Ərdoğan da bu mövzuya diqqət çəkərək bunları söylədi: "Hal-hazırda dövlətin daha çox çalışqan və qorxmayacaq şəkildə əməliyyatlarına davam etmək surətiylə, hansı evdə nə var nə yox, kəşfiyyatıyla, hər şeyiylə bunu ortaya çıxarmaq vəziyyətindədir").
Hörmətli Tayyib yaxşı, gözəl gedir. Tayyib müəllimə illərlə səsləndim. "Tayyib müəllim, bunlarla bağlı əməliyyat apar. Bunlar təhlükəlidir. Bunlar silahı basdırmaz, belə bir şey də olmaz" dedik. Bunların həll müddətindəki məqsədi cənub-şərqi almaqdır, dedim. Tayyib müəllim, nəhayət, lazım olanı edəcək hala gəldi. Haydı baxaq. İzləyirik.
(Kəşfiyyat hesabatlarında belə bir məlumat var; "Qaradəniz və Ağrı bölgəsi dağlarına istiqamətli yeni bir quruluşda olan PKK-nın, bu bölgədəki fəaliyyətinin yaxından izlənildiyi.")
İzləməsin, üstünə çöksünlər. Adamların cinayət törətməsini gözləməyə ehtiyac yoxdur. Tunel qazmağa başladığında adamın əlindəki qazmağı alıb, nə edirsən burada deyib tutarsan. Elə olmalıdır. Sonuna qədər seyr etməyin mənası yoxdur. Bu qədər diqqətli bir iş görməyə də ehtiyac yoxdur. Qarşı tərəf bu qədər diqqətli deyil. Lazım olan edilsin.
(İngiltərə Xarici işlər Naziri Hammond "Soyğunçu, ümidsiz, qaçaq immiqrantı qəbul etsək, qitəmizi qoruya bilmərik" dedi.)
Soyğunçu hala gətirən sənsən. Onu kasıb hala gətirən də, əzən də sənsən. Orta şərqin pərişanlığına səbəb olan İngiltərədir. Zənginləşmələrinin, mədəni olmalarının qarşısını aldılar. Darvinist təhsillə məhv etdilər. Bütün dünyaya məscid mollası kimi müsəlman görünüşündə başına karton keçirən müəllimləri göndərirlər. Hər yerə darvinist təbliğat etdirirlər. "Darvinizm Quranda da vardır. Darvinist olun" yalanını dedirdirlər. Materializm təbliğatı etdirirlər.
(Türkiyədə terrorun media yoluyla qanuniləşdirməyə çalışıldığını söyləyən İgid Bulud, seçkidən əvvəl başlayan bir müddətin işlədildiyini, bu müddətin hələ də davam etdirildiyini, bəzi media quruluşlarının, bəzi holdinqlərin, bəzi vətəndaş cəmiyyət quruluşlarının terrora açıq şəkildə yardım və ört-basdır etdiyini söylədi.)
Yox, qardaşım, sən güclü olsan, PKK-nı əzərsən. Adamlar PKK üçün it kimi əzildi deyər. Məcbur qalıb onun xəbərini yayarlar. İt kimi sürüyərək alıb apararsan. Alçaq PKK-ı it halına gətirərsən. Adam ondan sonra nə xəbəri yayacaq? Amma sən gecə- gündüz: "fəryadlar göylərə yüksəldi" desən, adam da fəryadlar göylərə yüksəldi deyə xəbər edər. Bunun qadağan edilməsi lazımdır. Bu üslub nə cavana, nə də igidə yaraşan bir söz deyil. Nə qədər əcaib bir hərəkət. Aslan, igid vətənini müdafiə edərkən şəhid olur. Buna ağlayır. Onsuz da əsgərlik ölmə və öldürmə sənətidir. Onsuz da əsgər adam öldürməyə gedir. Uşağını onun üçün göndərirsən. "Ya öləcəksən, ya öldürəcəksən" deyirsən. Əsgərliyin xüsusiyyəti budur. Vətənini müdafiə edərkən ya ölər, ya öldürər yaxud yaralanar. Bunun başqa bir yolu varmı? Bunun nəyinə ağlayırsan?
Milli şüur dərsi olsun. PKK-nın murdar da olsa bir məqsədi var. Gənclərin də bir məqsədi olması vacibdir.
Milli şüur dərsi qoysan, gənclər bıçaq kimi olarlar. Adam gedib barbut oynayır, tiryək iyləyir. Harada narkotik tapacağının dərdindədir. İddiası olmayan bir adam belə olur. PKK-lılar niyə tiryək çəkmir? Adamın pis, çirkin, murdar, əxlaqsız da olsa bir məqsədi var. Burada da gənclərin bir məqsədi olması vacibdir. Sən məqsədsiz yetişdirsən, darvinist yetişdirirsən, materialist yetişdirirsən adam da məqsədsiz olur. Ona görə də, nəticə ala bilmirsən. Adama sənin atan mikrob idi, sularda təsadüfən meydana gəlmiş bir mikrob idi deyib adamı məhv edirsən, arxasından da sizə din dərsi verək deyirsən. Məsələn uşaq həftədə 30 saat dərs alırsa, bunun ən az 25 saatı darvinizm təhsili olur. Onun geri qalan bir saatında İslamı izah edəcəyəm deyirsən. Fərqinə varmadan dəccala təslim olursan, boyun əyirsən.
(Anadolu Kənd Mühafizələri və Şəhid Ailələri Konfederasiyası Başçısı Ziya Sözen: "PKK-nın əlində ilk dəfə, TSK fondundakı silahlardan var. Həll müddətində, silahlarını müasirləşdirdilər.Tətiyə basmadan onlarla polis və əsgəri şəhid edə bilərlər" xəbərdarlığı etdi.)
İzah etmək istədiyi çox dəhşətlidir. Yəni dövlət içindəki dərin quruluşun yaranmasına da diqqət çəkmiş olur. Kimsə bizi həll müddəti deyə, passivləşdirməyə çalışmasın. Belə bir şey olmaz. Hər şey yaxşıya, gözəlliyə doğru gedir. Qardaşım, cənub-şərq əldən getdi, hara yaxşıya, gözələ gedir. Ağılalmaz Abdullah Öcalan təbliğatı, PKK təbliğatı aparırlar. Mən onları rəzil-rüsvay etdim, alçaltdım. Yaxşıca alçaldıldıqdan sonra baxdılar ki, adamların qurtulmalı vəziyyəti yoxdur. Mənim alçaltmamdan sonra təbliğatdan imtina etdilər. Yoxsa bəzi tiplər "Hörmətli PKK-lılar" havasına girmişdilər.
(Batmanda kənd mühafizəçisi Şəmsəddin Podpolkovnikə, evinin qarşısında, terror təşkilatı PKK mənsubları tərəfindən uzun lüləli silahlarla atəş açıldı. Kənd mühafizəçimizin də cavab verməsi ilə terroristlər qaçdı. Mühafizəçimizin vəziyyəti yaxşıdır.)
Allah Allah! İgidə, cavana bax sən. Bax gecə-gündüz deyirəm; kənd mühafizəçiləri çox cavandır. Dövlət onlara daha keyfiyyətli silahlar versin. Məsələn, ən başında dedim ki: "Bunlar silah basdırmaz, əksinə silahlarını daha keyfiyyətli silahlarla dəyişdirirlər". Bax eynisi çıxdı. Mən bunu iki il bundan əvvəl söylədim. İgidə halal olsun.
PKK namərddir. Cavanı, igidi gördüyündə bax necə it kim qaçırlar. Bax igidimiz tək başına, onlar isə it sürüsü kimi. Görürsənmi? Halal olsun. Seyid Battal Qazi kimi maşaAllah. Dövlət aslanlarımıza sahib çıxsın. Bu mübarək insanların sayını artırsın. Vergini məndən alsın, mən yol filan istəmirəm, tunel də istəmirəm, onlara maaş verilsin.
Mühafizəçilər aslandır. Hər kəs mühafizəçilərə dəstək olsun, sahib çıxsın. Bu çox gözəl bir məntiqdir. Həm iqtisadi cəhətdən rahatlayır, həm də bu alçaqlara qarşı qürurlarını əzdirmirlər.
Dünyadakı bütün terroristləri tək bir mərkəz dəstəkləyir; dəccaliyət
Məsələn bax, İngiltərədəki dəccal tərəfdarları PKK-nı dəstəkləyir. Amerika da dəccal tərəfdarlarını dəstəkləyir, Rusiyadakı dəccal tərəfdarlarını dəstəkləyir. Məhz "Dəccal dünyaya hakim olar dediyi budur". Dəccal dəstəyi olmasa, PKK buxar olar, məhv olar.
Bax, dövlətin içindən də silah göndərən olur, görürsənmi? Türk silahı. Kim bilir kimlər göndərdilər. Silahlar alman malı. Yeni, müasir silahlardır. Silahlar dəbdən düşmüş olduqca, yeni silah göndərirlər.
Müddət, bizim millətimizi yatırtma, passivləşdirmə, gözünün önünə pərdə asma hadisəsidir
Durmadan "müddət, müddət, müddət" deyə sanki milləti hipnoz edirlər. Yəni adam deyir ki: "Madam ki, müddət işləyir, mənim PKK mövzusu ilə maraqlanmağıma ehtiyac yoxdur, işimə-gücümə baxım". Bu böyük təhlükəni görmür. Gözünün önünə pərdə gəlir. Yəni "müddət" sözü təhlükəni örtən bir pərdə kimi istifadə edilir. Bu halda da adamda vətənini, millətini, dinini qurtarma ehtirası olmur. Cənub-şərqi qurtarma ehtirası olmur. Müddət, bizim millətimizi yatırtma sözüdür. Yaxşı niyyətlə istifadə edənlər var, amma əsl mənası budur. Yaxşı niyyətlə söyləyənləri tənzih edirəm. Yatırtma, passivləşdirmə, gözünün önünə pərdə asma hadisəsidir.
Kürd qardaşlarımız gözəl əxlaqlıdır, PKK əxlaqsız və murdardır
Kürd qardaşlarımız çox təmiz və möhtərəm insanlardır, qüruruna bağlı, şərəfinə bağlı mükəmməl əxlaqlı insanlardır. PKK isə əxlaqsız və pislikdir. Kürdlərin qürurlarını qırırlar. Zorla pul almalar, zorla uşağını götürüb aparmalar, zorla evlərinə girmələr. Pəncərələrin şüşəsini qırıb, evin içinə silahla atəş açmalar. Kürd qardaşlarımıza hər yerdə sahib çıxmaq lazımdır. Hər yerdə prioritet təmin etmək lazımdır.
Sülhün, xoşbəxtliyin, gözəlliyin gəldiyi, qanın dayandığı bir dövrə doğru sürətlə irəliləyirik. Qısa müddətdən sonra bir damla qan belə axmayacaq, insanların burnu belə qanamayacaq. Bunu görəcəklər. Kürd qardaşlarımız bir az səbirli olsun.
İrna xəbər agentliyi 31 adamın öldüyü Suruç hərəkətini şəxsən PKK-nın etdiyini dəlilləriylə izah edir.
Mən bunun bu PKK hərəkəti olduğunu o gün söyləmişdim.
PKK-nın televiziya kanalları açıqdır. İnternet saytları açıqdır. Bəzi müsəlman internet saytlarını bağlayırlar. Amma PKK-nın internet saytlarına baxıram heç bir şəkildə bağlanmır.
Mehdi (ə.s) dini asanlaşdıracaq və insanları əsl dinə qaytaracaq
Mehdinin vəzifəsi, dini asanlaşdırmaqdır. Hal-hazırda dini çox çətinləşdiriblər. İnsanlar dini yaşaya bilmir. Dini pozdular. Bu cür çətinləşdirilmiş dini asanlaşdıracaq, din artıq yükdən təmizləyəcək və insan fitrətinə uyğun hala gətirəcək. İnsanları əsl dinə qaytaracaq. Əsl din necədir? Hz. İbrahim (ə.s)-ın dini kimidir. Allah ayədə nə deyir? "Hz. İbrahimin dini kimi asandır. Allah sizin üçün çətinlik diləməz. Asanlıq diləyər" deyir. Biz də Mehdi (ə.s) tələbəsi olaraq, dinin üzərindəki o ağır zəncirlərini qaldırırıq, qaldırmağa da davam edəcəyik.
Qadın ağıldan, imandan, dürüstlükdən, Allah qorxusundan təsirlənər
Qadın, ağılsız bir kişiyə nifrət edər. Heç bir şəkildə təsirlənməz. Yox qarın əzələləri paxlava kimidir, bilməm nə. Bunların heç biri qadını heç maraqlandırmaz. Qadın əvvəlcə ağıla, coşğuya, dərinliyə baxar. Güvəniləcək birimi? İmanlımı? Allahdan qorxurmu? Təmizmi? Tahirmi? Dürüstmü? Buna baxar.
("Müstəqil Kürdüstanı qurmağa az qaldı" tamaşaçı mailinə cavab olaraq)
Stalinist, kommunist, Allahsız, Kitabsız bir Kürdüstan xəyalınız var. Sən oradakı kürd qardaşlarımı cəhənnəmə basdırmış olacaqsan. Mənim qardaşım Risaləi-Nur oxumaq istəyr, azad olmaq istəyər. Sən kommunist proletariya diktatorluğunu qursan, kommunist proletariya diktatorluğunun icazəsiylə xaricə gedəcək. Böyük ehtimalla bütün xalqı əsgər olaraq götürəcəklər. Və qanlı proletariya diktatorluğunun ağrısını, iztirabını və şiddətini bütün açıqlığıyla hiss edəcək və acı-acı inləyəcəklər. Mən analarıma, bacılarıma bu əziyyəti çəkdirmərəm. Sən Amerikaya da, İngiltərəyə də arxalansan bu mümkün deyil.
Mühafizəçilər Federasiyası Başçısı Qantəmir Mardin dərnək binasına edilən hücumda 2 minə yaxın mühafizəçinin əhali haqqında məlumatlarının oğurlandığını ifadə etdi.
Əhali haqqında məlumatlarını alıb istədiyi qədər oxusunlar. Mənim igidlərimə kimsə bir şey edə bilməz. Dövlətimiz ən keyfiyyətli silahları versin. Bizim qoç igidlərimizin maaşlarını da artıraq.