A9 TV, 28 iyul 2015
(Baş nazir Əhməd Davudoğlu, Amerikan "CNN International" kanalında jurnalist Kristian Amanpourun İŞİD və PKK-ya istiqamətlənmiş sərhəd sonrası əməliyyatla bağlı suallarını cavablandırdı. "Döyüşə gec qatıldınız. Bu ani rəftar dəyişikliyin səbəbi nədir?" sualına, "Əslində ani bir dönüş deyil. Suriya torpağındakı bütün terrorist varlıqlara əvvəldən son dərəcə kəskin şəkildə qarşıyıq. Ancaq bu dəfə İŞİD, keçən bazar ertəsi Suruçda 32 vətəndaşımızı şəhid etdi. Cümə axşamı günü, sərhəddə bir əsgərimizi şəhid etdi. Buna görə sərhədimizi İŞİD-dən təmizləmək vacib hal aldı və əməliyyata dərhal başladıq" cavabını verdi.)
PKK-dan təmizləmək lazım deyilmi? Sərhədimizi 600 kilometr boyunca işğal etdilər və orada dövlət qurmağa hazırlanırlar və dövləti qurdular da, hələ tanınmasını istəmədilər. Bu əhəmiyyətli olmur da İŞİD-inmi, kimin etdiyi müəyyən olmayan hərəkətmi əsas olur? Əvvəla o hərəkəti kimin etdiyi müəyyən deyil. Yəni indi o məchuldur. PKK-nın Amerikan dərin dövlətiylə, Türkiyədəki dərin dövlətlə əməkdaşlıq etməsi nəticəsi olduğunu hər kəs bilir. Amma açıqlığa çıxardılması çox çətindir. O əsgərimizə də PKK-lılar atəş açdılar. Amma bir İŞİD-li etdi deyə mövzunu oraya bağladılar. Yəni görünən odur. Bunu araşdırsınlar. Hadisə tamamilə örtülüdür, indi aydın olmur. Bunu ən yaxşı hüquq ortaya çıxardar. Prokurorluq, məhkəmə ortaya çıxardar. Ondan sonra belə bir şərh olsun. İndi məchuldur, müəyyən deyil, araşdırılır.
PKK illərdir əsgərimizi, polisimizi şəhid edir. PKK-nı yox edəcək bir iş görülməlidir
İllərdir PKK əsgərlərimizi şəhid edir. Kimsə bir şey demədi. Yəni bu tip bir əməliyyat olmadı. Nə vaxt ki, orada toplanan Marksistlərə bir PKK sui-qəsdi edildi, ondan sonra hərəkətə keçdik deyirlər. Və kimə qarşı? Müsəlman İŞİD-ə qarşı. PKK ərköyün oğlan havasındadır. Hökumət də illərdir PKK-ya qarşı heç nə etmir. Sözü uzatmağa ehtiyac yoxdur. PKK-nı yox edəcək bir iş görülməlidir. Bu sözlər qəribə səslənir, əcaib səslənir. Sanki mövzu İŞİD-dir, PKK problem deyil. PKK on minlərlə əsgərimizi, polisimizi şəhid etmiş bir qruplaşmadır və hələ də də şəhid etməyə davam edir. Əsgərimizə, polisimizə həyasızca hücum edirlər, təhqir edirlər, sataşırlar, əsgər, polis qışlasından çölə çıxa bilmir. Polis polis bölməsidən çölə çıxa bilmir. Çıxanı da qovurlar. Və yaxud elə etdiklərini zənn edirlər. Sanki əsas mövzu İŞİD-miş kimi bir vəziyyət var. Bəlkə, Amerikanı məmnun etmək üçün belə bir üslub işlədirlər, amma hökumət Amerikaya açıq-aşkar PKK-nın böyük bir təhlükə olduğunu izah etməlidir.
İŞİD yeni yaranmış bir təşkilatdır. Türkiyəyə qarşı heç bir hərəkəti də yoxdur və adamlar hərəkət etməyəcəyik deyirlər. Açıqca söyləyirlər, "Türkiyəylə bizim işimiz olmaz. Türkiyəyə bir hərəkət etməyəcəyik". Amma PKK döyüş elan etmiş vəziyyətdədir. Biz sizə döyüş elan etdik deyir. Sən döyüş elan etmiş adamla döyüş. İŞİD döyüş elan etdim demir ki. Doğrudur, o da bir terror təşkilatıdır, o da səhvdir. Amma sənə döyüş elan edən PKK-dır, İŞİD deyil.
(ABŞ Xarici İşlər Nazirliyi Spikeri Kirby, Türkiyədəki hava əsaslarının koalisiya təyyarələrinə açılmasının PKK-nın Suriya qolu YPG-nı hava dəstəyinin daha zamanlı və daha təsirli olmasına imkan təmin edəcəyini söylədi. "YPG hal- hazırda onsuz da koalisiya güclərinin hava dəstəyini alır" dedi.)
YPG, PKK-nın yeni adıdır. Adamın utanma hissinin nə şəkildə olduğunu anlaya bilmədim. Türkiyənin gözünün içinə baxa-baxa Türkiyəyə meydan oxunur və "YPG-yə dəstək verəcəyik" deyir. Buna bir rəsmi şərhlə cavab verilməlidir. YPG PKK-dır. PKK-nın davamıdır. PJAK var, bir çox ad var. Hamısı eynidir, hamısı PKK-dır. Onsuz da PKK özü də açıqladı. "Bunların hamısı PKK təşkilatıdır" deyir. Bu adamın belə bir üslubdan istifadə etməsi, hökumətin buna cavab verməməsindən olur. Buna Tayyib müəllim əsaslı bir cavab versə, bu sözünü geri alar. Geri almaq məcburiyyətində qalar. Ona qarşı "ona munite" tərzində bir söz söyləməlidir.
PKK yeni bir taktikadan istifadə edir.. Qıcıq olduqları, qarşı olduqları adamları bombalamada istifadə edəcəkləri telefonla axtarırlarmış. Telefonla zəng edirlər. Əlbəttə ki, adam da telefonu götürür. "Alo" deyincə qapayırlarmış. Sonra da o telefonla bombalı hərəkat edirlərmiş. Sonra o telefon kimlərlə əlaqəsi var deyə araşdırıldığında, o əlaqədar adamı son dəfə axtardığı görünür. Özlərincə hiyləgərlik edib həmin adamın başını bəlaya soxurlarmış.
Hökumətin YPG-yə verdiyi dəstəyə cavab olaraq Amerikaya; YPG-PKK eynidir deməlidir
Amerika bu yaxınlarda PKK-ya 24 ton silah verdi. Bir dəfə. Tək səfərdə təsbit edilənlərdən birini. PKK-ya havadan yağış kimi silah yağdırır. Bu adamlara bir cavab verilməlidir. Hökumət bunlara açıqlama versin. Yəni YPG PKK-ya bərabərdir desin. Biz deyirik, yazırıq, amma rəsmi şərh daha əhəmiyyətlidir.
Qurana görə küfr daim məğlub olacaq. PKK da məğlub olacaq
Qurana, İslama inanırsansa, küfr mütləq məğlub olar. Küfrün mütləq məğlub olacağını Allah Quranda ifadə edir. Lenin itirdi, Marks itirdi, Darvin itirdi, hamısı məğlub oldular. Bunlar da məğlub olacaqlar. Biz onsuz da Amerikayla müttəfiqik. Onda bir şey yoxdur, amma onların PKK-nı dəstəkləmələri çox çirkin və əsəb doğurandır. Sən mühafizəkar olduğunu iddia edən, dindar olduğunu iddia edən Amerikasan. Bunlar Allahsız, kitabsız, bütün dinlərə qarşı olan, heç bir dini qəbul etməyən, terrorist, anarxist adamdırlar. Siz bunları necə dəstəkləyirsiniz? Həm Amerikalıyam deyirsən. O zaman sizin Kambocyada, Vyetnamda nə işiniz vardı? İllərlə niyə Kubayla münaqişə aparırdınız? Sırf kommunist deyə Kubayla münaqişə apardılar.
Hökumət bu gün "PKK sərhəddən kənara çıxarsa, həll müddəti davam edər" deyib.
Bu, millətin başını qatmaqdır. Millətin milli həyəcanını qırmaq üçün edilən, təhlükəsizliyin, əsgərin gücünü qırmaq üçün edilən bir əyləndirmə taktikasıdır. Adam niyə çıxsın? Adam burada getdikcə möhkəmlənir. Hər yeri silahlandırır. Son aylarda dağa üç min gənc apardı. Bunlar təhlükəsizlik qeydləridir. Dağa adam aparmağa da davam edirlər.
Həll müddəti bir oyundur
Türk millətinin başını qatmadır. Diqqətini yayındırma, gücünü qırma, şövqünü qırma, müdafiə etmə refleksini ortadan qaldırmaq üçün edilən psixoloji bir hərəkatdır. Adam xaricə çıxarmı? Qırx il mübarizə aparmış kommunist bir qrupdur, sən dedin deyə silahını götürüb çıxıb gedəcək, eləmi? Sən ona nə verəcəksən? Heç nə. Adamlar sən Abdullah Öcalanı buraxsan, PKK-lıları sərbəst buraxsan, cinayət sərbəst hala gəlsə, Abdullah Öcalanı respublika başçısı etsən, "O biz silahı buraxarıq, deyirlər. O zaman silahı öz milis güclərimizə verərik" deyirlər. Yəni lağ edirlər. " O zaman PKK əsgər, polis olacaq" deyir. "Buna görə silahı buraxmış olacaq" deyir. "Yəni silahlar rəsmi silah olmuş olacaq" deyir. "Qaçaq silah olmamış olacaq" deyir. Hadisə budur. Və aylardan, illərdən bəri Türk millətinə özlərincə lağ edirlər. Həqiqətən, əksəriyyətini də əyləndirirlər.
(Respublika başçısı Ərdoğan, "Həll müddəti istismar edildi. Milli birliyimizə, qardaşlığımıza nəzərdə tutanlarla bu müddəti davam etdirmək mümkün deyil" şəklində danışdı. Türkiyə cümhuriyyəti terror təşkilatıyla sözdə siyasətçi, sözdə aydın, sözdə STK nümayəndəsi hər kəsdən də şəhidlərin qanlarının hesabını soruşma gücünə malikdir. Burada hər hansı bir geri addım atma söz mövzusu olmayacaq" şəklində danışdı.)
Tayyib müəllimim bu fitnədən ayılmış kimi görünür. İllərdən bəri məşğul olduq. Nəhayət, nəticə almışıq kimi görünür. Səsini belə çıxartmırdı. İndi canlanmış kimi görünür. İnşaAllah, bir seçki sərmayəsi kimi görünməz. İnşaAllah, sonuna qədər gedilər.
Marketdə polisə hücum edən PKK-lılar haqqında
Bax adamlar polisə hücum edirlər. Marketdə polisə hücum edirlər. Bax polis qanundan çəkindiyi üçün, hüquqdan çəkindiyi üçün, cinayət törətməkdən çəkindiyi üçün səsini çıxara bilmir. Başı qarşısında, başını belə çevirə bilmir, adamların üzünə belə baxa bilmir. Belə bir şey olmamalıdır. "Yoldaş, sən buradan bizi çıxara bilməzsən. Belə bir şey deməyin də cinayətdir. Sizi həbs edirəm. Polis bölməsinə gedəcəyik" deyəcək.
İndi bu rüsvayçılığa göz yummaq olarmı? Olmaz. Mən belə bir quruluşu uşaqlığımdan bəri görmədim. Hökumət bu mövzuda çox təcili tədbir görsün. Polisi oradan çıxartmaq nə deməkdir? Deyəcək ki; "Uşaqlar siz nə edirsiniz? Etdiyiniz cinayətdir, biz burada polis olaraq vəzifədəyik. İndi cinayət törətdiniz. Hamınızı nəzarətə götürürük. Buyurun polis bölməsinə" deməlidir.
(PKK bu gün də Hakkaridə bir əsgərimizi arxadan vuraraq şəhid etdi.)
Namərdlik heç çaşmır, görürsənmi? Bunların stilidir. Həmişə namərd şəkildə arxadan.
(Amerikan Associated Press xəbər agentliyi Türkiyənin hava əməliyyatları haqqında yayınladığı xəbərdə PKK-nın açıq-aşkar müdafiə olunduğu görüldü. Xəbərdə Türkiyənin yalnız İŞİD-i deyil, Suriya və İraqda iştirak edən Kürd xadimləri də vurduğunu iddia etdi.)
İndi orada göz görə-görə bir alçaqlıq etməklərinə ehtiyac yoxdur. YPG PKK-dır. Terror təşkilatıdır. Amerikanın bunu dəstəkləməsi cinayət olar. Bunu söylədiklərində beynəlxalq məhkəmədə mühakimə olunmalıdırlar. Türkiyə əlaqədar mərcilərə müraciət etsin və yaxud vətəndaş olaraq biz də müraciət edə bilərik. Terror təşkilatını dəstəkləyərək indi cinayət törədirlər. Bunlar Amerikada olsalar, yeri göyü bir-birinə qatarlar. Tərbiyəsizliyə bax! Adam Türkiyəni bölməyə qərar vermiş adamları dəstəkləyir.
YPG də terror siyahısına alınmalıdır. PYD, YPG, YPJ, PJAK bunların hamısı PKK-dır
YPG terror siyahısında deyilmi? Əgər deyilsə rüsvayçılıqdır, çox qorxunc bir şeydir. YPG terror siyahısına alınsın deyə etiket edək. Çünki özləri söyləyirlər; "Biz PKK-lıyıq" deyirlər. Həm də YPG-nin terror təşkilatı olduğuna dair məhkəmə qərarı da var. Beynəlxalq təşkilatların da də şərhləri var. Onsuz da adamlar Abdullah Öcalanın şəkillərini asırlar. PKK bayraqlarıyla gəzirlər. Türkmənləri güllələyirlər. Ərəbləri güllələyirlər, kəndlərini boşaltmağa məcbur edirlər. PYD, YPG, YPJ, PJAK, hamısı PKK-dır. Hamısı PKK-dır. Yəni ad dəyişdirmək çox pis bir taktikadır.
"Saleh Müslim danışıqlarını Öcalanın şəkli altında edir"
Adamı Türkiyəyə dəvət edirlərsə, o zaman tamamdır; əvvəlcə YPG Türkiyə tərəfindən terror siyahısına alınmalıdır. Saleh Müslimin də terror təşkilatına üzv olması haqda görüldüyü yerdə həbs olunması barəsində qərar qəbul edilməlidir. Tayyib müəllimim deyir; "PKK, YPG eynidir, bizim üçün bərabərdir" deyir. Onda Saleh Müslimin burada nə işi var? Gəldikdə həbs olunmalıdır.
PKK-ya əsaslı bir cavab verilsə, danışa bilməyəcək hala düşərlər
Deyirlər ki, "PKK-nın burası yun pambığına çevrildi, orası yun pambığına çevrildi". PKK dirək kimi ayaqda dayanır. Onlar göbəklərini qaşıyaraq danışırlar. Yəni əsaslı bir cavab verilsə, bunlar danışa bilməyəcək hala düşərlər. 12 sentyabrda hamısı əraziyə keçmişdi. O günün axşamı, 12 sentyabrda açıqlandı. Səhər 4.30-5.00 radələrində öyrəndik. Bu adamlar axşamdan öyrəniblər, alayı itmişdi. Türkiyədə bir PKK-lı qalmamışdı. Deməli, bunlar çətinliyi görüncə çəkinirlər.
"Rəsulu Əkrəm Əleyhissalatu Vəssalam, vəhyə istinadən, hər bir əsrdə kuvvə-i mənəviyə-i əhli imanı mühafizə etmək üçün, həm dəhşətli hadisələrdə" indiki hadisələrdə "yesə düşməmək üçün," ümidsizliyə düşməmək üçün "həm aləmi İslamiyyətin bir silsiləs-i nuraniyəsi olan Əli-Beytinə əhli imanı mənəvi rəptetmək (bağlamaq) üçün Mehdini xəbər vermişdir" deyir, gələcəyini. Məktubat, 95-ci səhifəsində Bədiüzzaman.
("Respublika başçısı Ərdoğan bugünkü şərhində HDP-li idarəçilərin toxunulmazlığı qaldırılaraq əvəz ödətdirilməlidir" dedi.)
Heç veclərinə belə olmaz. Sən HDP-liləri məclisdən çıxartsan, nə olar? Bu, bir üsuldurmu? Adamı döyə bilmirsən, paltarını döyürsənmiş kimi olar. HDP ilə nə əlaqəsi var. Bizim mövzumuz PKK-dır. PKK-nı bağlamaq əhəmiyyətlidir, HDP dayansın. PKK-nı bağlayacaq gücün yoxdursa, HDP-ni bağlasan nə olar, bağlamasan nə olar? Əvəz nəyin əvəzi? Əvəz olması üçün əziyət çəkilər, iztirab verərsən, çətinə salarsan və s. Adam gedər məmləkətinə mışıl-mışıl yatar.
(MHP lideri Bağçalının HDP-nin terror təşkilatıyla əlaqədə olduğuna görə Ali Məhkəməni hərəkətə keçməyə çağırmasına dəstək verən bu təşkilatın şərəfli baş prokuroru Kanatoğlu "Etnik təməl üzərində siyasət aparılmaz, terrora dəstək verilməz" dedi.)
Yaxşı, HDP-ni bağladıq, kilidi də vurduq, hamısını məmləkətinə göndərdik, PKK azğınlığına davam edirmi? Edir. HDP-lilər gedib adam vurmur, PKK-lılar vurur. HDP ilə bizim nə alıb verə bilmədiyimiz var? Yenə Demirtaş özüncə sülh, qardaşlıq və s. deyir. Amma onun edə biləcəyi bir şey yoxdur, PKK azğınlığı var.
Bir Axırzaman hədisi də bu il reallaşdı. İki min ildən bir olan bir səma hadisəsi: Betlehem ulduzunun görünməsi
"Mehdinin zühurundan əvvəl şərqdən bir ulduz doğar və ayın işıq verdiyi kimi işıq verər. Daha sonra iki ucu az qala birləşənə qədər parıldayar. Göydə bir rəng meydana gələr və işıq hər iki üfüqünə də yayılar". (Nuaym bin Hammad, Kitabül-Fiten, Mehdi və Ahir Zaman bölümü)
Peyğəmbərimiz (s.ə.v), Mehdi (ə.s)-ın dövründə Betlehem ulduzunun çıxacağını söyləyir. 2000 ildən bir çıxır. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s)-ın çıxacağını rəvayətlərdə söyləyir və o dövrdə, Mehdi (ə.s)-ın dövründə ikinci min ili vurğulayacaq şəkildə Betlehem ulduzunun çıxacağını söyləyir. Bilirsiniz ki, Betlehem ulduzu Venera və Yupiter planetlərinin dünyadan görünə biləcək şəkildə yaxınlaşmasıyla olur. Əslində bu bir ulduz deyil, iki böyük ulduzun -kometa deyil bu- Venera və Yupiterin, yəni iki böyük planetin dünyadan görünə biləcək şəkildə bir-birlərinə yaxınlaşması nəticəsində yaranan bir görünüşdür. Əvvəl iki ayrı parça kimi görünür, sonra birləşirlər. Bu yaxınlarda qəzetlərdə "Betlehem ulduzu çıxdı" deyə yazıldı. Peyğəmbərimiz (s.ə.v), bu, Mehdi (ə.s)-ın çıxış əlamətidir, deyir. Çıxış əlamətidir deyir. Bir hz. İsa (ə.s)-ın doğumunda çıxmışdı, bir də indi. Peyğəmbərimiz (s.ə.v)-in daha bir möcüzəsidir. Kitabül-Fitendə yazır. Səhih hədis kitabıdır. İncildə də var.
(Səlahəddin Dəmirtaş, Respublika başçısı Ərdoğanın erkən seçki təkidinə görə sui-istifadələrini örtbasdır etmək üçün ölkəni müharibəyə apardığını iddia etdi. Və ailələrə "uşaqlarınız vətən üçün ölmür sarayı qorumaq üçün ölür" deyə səsləndi. Ayrıca "40 illik problemin həllinə bir həftə qalmışdı niyə imtina etdiniz?" dedi.)
PKK silah buraxarmı? PKK niyə silah buraxsın? Buraxsa, əlbəttə ki, bir xeyirdir, amma əsla buraxmaz, bütün idarəçiləri bunu təkidlə söyləyir. Çünki o zaman HDP də yox olar, PKK də yox olar. Bir terror təşkilatı öz məqsədinə çatmadıqdan sonra terroru buraxmaz. Türkiyəyə söykədikləri iddialar var, tələblər var, bunlar alınsa, qismən imtina edə bilər. Amma bunlar həyata keçirilmədikdən sonra imtina etməz. Bizim idarəçilərimizin bəziləri bizi passivləşdirməyə çalışırlar. Dayanmadan PKK təbliğatı edilir; zabitinizi şəhid etdilər, əsgərinizi şəhid etdilər... Biz də dağı-daşı bombalayırıq. O bombaların dəyəri milyardlarla lirədir, boş əraziyə, PKK-ya bomba atdıq deyə bomba atırlar. Gedib təpələrinə atsınlar demirəm, amma elmlə, mədəniyyətlə bir iş yoxdur. Milli gənclik çalışması yoxdur. Milli şüur dərsi verilmir. Halbuki milli təhsildə "Milli Şüur" dərsi olmalıdır. Gənclər öyrədilməlidir. Gənclərin hamısı kommunist milli şüur mənasında öyrədilir. Amma bizim öz mənəvi varlığımızı müdafiə edəcək şəkildə milli şüur verilmir. Onlara kommunist şüur verilir. Allahsız, kitabsız şüuru verilir və bunun uzun təhsilini verirlər. Türkiyədə belə bir təhsil yoxdur. Burada Darvinist təhsil var.
Bir PKK-lı terroristin zərər gördüyünə dair xəbər yoxdur. Amma bizim zabitlərimiz şəhid edilir. Mən ölüm xəbərləri gəlsin demirəm, amma bax bir PKK-lının öldürüldüyünə dair xəbər yoxdur. "Oranı bombaladıq, buranı bombaladıq" adamların hər yeri dayanır. Fəaliyyətdədirlər. Amerika açıq-aydın ancaq İŞİD-in mövqelərini vurulması üçün bizim aeroportlarımız açılmış, "Biz YPG-yə kömək edəcəyik" deyir, bizim idarəçilərimizin səsi belə çıxmır, heç bir şey demirlər. "YPG-PKK terror təşkilatıdır, eynisidir, siz bunlara necə kömək edərsiniz?" Demirlər. Ağlasığmaz bir səssizlik, ağlasığmaz bir utancaqlıq var, kim yaxanı tələyə saldı anlaya bilmirəm. Yaxanı ələ vermisənsə belə, dürüst danış, gəlsin səni adam vursun, uzağı şəhid olarsan.