A9 TV, 16 iyul 2015
(Səlahəddin Demirtaş ötən gecə PKK silahı buraxsın çağırışı etmişdi, amma bu çağırışla silahın buraxılmasının mümkün olmadığını da ifadə etmişdi. Bu gün bir qəzetə verdiyi reportajda isə bunları söylədi: "Bəlkə, HDP-dən silahı buraxma çağırışını eşitmək insanlara xoş gəlir. Təkrarlamağa davam edərik. Cəmiyyət bizim qətiliklə döyüş və silah istəmədiyimizə əmin olmalıdır. Biz silaha güvənərək, ya da siyasi fəaliyyətlərimiz silahla lay-lay lom getsin deyə bir fəaliyyətdə deyilik. Əksinə, silahları bitirməyə çalışırıq. Bəlkə, çağırışımızın belə təsiri vardır. Yoxsa silah buraxılacaq deyil. Cəmiyyəti aldatmayacağıq. Bu bir mafiya təşkilatı deyil. Nəhəng bir siyasi problemdən ortaya çıxmış, dağa çıxmış bir təşkilat var. Mafiyaya silah buraxdırar kimi, "silahlarınızı buraxın, təslim olun" kimi bir quru qəhrəmanlıqdan çıxaq.")
İndi Səlahəddin Paşanı tənzih edirəm, bu təşkilat bir mafiya təşkilatıdır. "Silahı buraxsın", bu boş sözü niyə söyləyirsən? Tamamilə boşdur. Heç bir şəkildə sənə fikir verməyəcəklərinə görə niyə bu sözü söyləyirsən? Bir də sənin partiyan PKK olmadan sıfıra gedər. Yəni dərhal bitər. PKK-nı çəksən, HDP çökər . Yəni səsi sıfırlanar, 0,0 olar. Doğrusu budur. 13%-i tamamilə şişirdilib.
(Səlahəddin Demirtaş Baş nazirin köməkçisi Bülent Arınçın "PKK-nı çətin günlər gözləyir" şərhi haqqında isə bunları söylədi: "Əminəm ki, PKK-lılar bu gecəni yuxusuz keçirdilər. 30 ildir dağda olan bir təşkilatı nə ilə qorxudursunuz? Ayıbdır, artıq bunlardan imtina edin. Hər gün lüks villalarda, hovuzlarda yaşayırdılar, bundan sonra hökumət təzyiq etsə nə olar. Ölüm olacaq, başqa nə olacaq? PKK-lı öləcək, əsgər öləcək. Mənası budur. Bununla kimi qorxudursunuz? Xeyr, heç kimi bu ölkədə çətin günlər gözləmir, gözləməyəcək. Hər kəsin içi rahat olsun.")
PKK-lıların hamısı öyrədilir, kommunist, marksist-Leninist olaraq öyrədilirlər. Və imtina etmirlər. Cənub-şərqdə kommunist dövlət qurmaq istəyirlər və Türkiyənin İslam aləmiylə, Türklük aləmiylə əlaqəsini qoparmaq istəyirlər, xülasə, bu hadisə. Və bu mövzuda da xeyli qərarlıdırlar. Yaxşı polis-pis polis; HDP yaxşı polis qismi, pis polis qismi də PKK olmuş olur. Oyundur, başqa bir şey yoxdur. "Barışcıl", "çiçəklər açdı, qönçələr açdı" və s. bunları buraxsınlar.
(Cəmil Bayık iki il əvvəl atəşkəs yaradan adamın Abdullah Öcalan olduğunu söyləyir. Öcalanın üzərində bu gün təcrid varsa və baş nümayəndə olaraq bu vəzifəsini yerinə yetirəcək şərtlər yoxdursa, atəşkəs də yoxdur mənasında olduğunu söyləyir.)
Çox arsızdırlar. Anladığım qədəriylə hökumət də bir az anlamazdan gəlir, bunları belə idarə edirlər. Bunlar sərxoş kimi qapıya dayanıblar. Gördüyüm qədəriylə elə idarə edirlər. Bu axmaqlığa bax. Abdullah Öcalanın buraxılmayacağı aydındır. Onu buraxsan, cinayət sərbəstləşər. Elə dayanmadan boş-boş danışırlar. "Abdullah Öcalan buraxılsa". Sizinki buraxmaqla da bitməz; kommunist dövlət istəyirsiniz, onu kommunist dövlətin başına keçirmək istəyirsiniz. Sonra Türkiyənin hamısını istəyirsiniz. Manyak kimisiniz. Sizin anlayacağınız dil məlum olan dildir, qanunla, hüquqla.
Hökumətin anbar siyasəti gözəldir;
Oralar yaşıllanar, gözəlləşər, cənnət kimi olar. Həm Türkiyənin elektrik ehtiyacı da qarşılanar. Nüvə hadisəsinə də ehtiyac qalmaz. Nüvə stansiya məsələsi təhlükəlidir.
PKK harada bir xeyir varsa qarşı çıxır
Yol? "Yol istəmirik" deyir. Fabrik? "Fabrik də istəmirik". Məktəb? "Məktəb də istəmirik". Nə istəyirsiniz? Nə istədiyiniz aydındır. Onun lazım olanı da edilməlidir. Çaqqal, Allahsız, kitabsız, vicdansız adamlarla mövzu uzadılsa, heç bir yerə çata bilmərik.
Xurafatçıların dünya tarixindəki ən böyük dəccal hərəkatı olan darvinizmi məğlub etmədə heç bir təsirə malik deyillər
Xurafatçılar darvinizmi -dünyanın gəlib-keçmiş ən böyük dəccal hərəkatıdır- məğlub etmədə təsirsizdirlər. Bizdən başqa dəccaliyyəti elmlə, mədəniyyətlə çökdürən bir güc yoxdur. Dünya səviyyəsində belə təbliğ edən yoxdur. Əlhəmdülillah. Var, amma bizimlə müqayisədə zəif qalar. Bunları edən kimdir? Allahu Təaladır. Kimə etdirir? Bizlərə etdirir. Bizi səbəb edir.
Müsəlmanlıq; gözəllik, estetika, sənət, ağıl, fikir, elm mədəniyyət, yaxşılıq, səmimiyyətdir
Firon xarakterlilər müsəlmanların müvəffəqiyyətini qısqanırlar. Müsəlmanlıq demək dünyanın ən keyfiyyətli, ən ağıllı insanları deməkdir, ən yaxşı insanları deməkdir. Müsəlmanlıq demək belə iylənmiş, çürümüş, pislik adamlar mənasında deyil. Bu hacı əmilər və s. var, o cür deyil. Bəziləri üçün söyləyirəm, onlar özlərini bilirlər. İslamiyyəti umacı kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları qırğın maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, sənət, ağıl, fikir, elm mədəniyyət, yaxşılıq, səmimiyyətdir. Harada pislik varsa üstlərinə yığdılar. Onu da bir də müqəddəs zənn edirlər, hələ də ona yapışırlar. Musiqiyə qarşı olmağı müqəddəs görür, şəkilə qarşı olmağı müqəddəs görür, gözəl olan hər şeyə qarşı olmağı müqəddəs görür. Harada pislik varsa onları da üstlərinə yığırlar. Dini, məsələn, namazı dəstəmazı çətin hala gətirirlər, insanlar da namaz qıla bilmir. Namazı əlavələlərlə o qədər çətinləşdirirlər ki, ağılasığmaz bir hala salırlar. Adamlar artıq namazdan bezirlər. İnsanları çox yükləyirlər.
Fanatizm gözəl olan şeyləri qadağan edərkən insanın gözəlliyinə yaraşmayacaq çirkinlikləri məqbul göstərir
Adamlara elə bir ruh verdilər ki, məsələn, adam musiqi dinləyir; "günaha girdin cəhənnəmə gedəcəksən" deyir. Allah Allah! Gözəl bir şey edir, deyir ki, yenə "cəhənnəmə gedəcəksən". Pislik edir, nəfsinə heç yaraşmayacaq, insanın gözəlliyinə yaraşmayacaq iyrənc şeylər edir; "maşaAllah təqvaya bax" deyir. Məsələn, Ramazanda ağzı murdar iy verir, "o cənnət müşküdür" deyir. Haradan çıxartdın? Pislik edirsən, ağlını başına al, get dişini yu. Diş pastası var, diş fırçası var. Leş kimi gəzməyi müqəddəslik olaraq görürlər. Leş kimi üstü-başı iy verir, onu bir müqəddəslik olaraq görür. Təmizlən. Mömin tahirdir, tahir nə deməkdir? Təmizlənin deməkdir. Allah o acizliyi verəcək, sən də ondan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir. Çətin şeydirmi? Yu ağzını, lazım olsa, gündə 5 dəfə, 10 dəfə yu. Ağzın tərtəmiz olsun. O halına, "Mələklər nə gözəl iy verir deyərlər" deyir. Hər cür çirkinliyi, məsələn, müsəlmanların parçalanmasına "rəhmət, rəhmət" deyir. Məhv olursan, ağlını başına al. Orda rəhmət hardadır? Fəlakətdir. Ağzının çirkli olması sənin üçün bir gözəllik deyil. Mələklər səndən qaçar. Ağzın tərtəmiz olsun. Pisliklə məşğul olma.
Mömin dünyada da cənnəti yaşayar
Allah cənnəti niyə tərifləyir? Cənnət təmizdir. Cənnətdə şəkillər var, cənnətdə musiqi var, gözəllik var. Qadınlar çox baxımlıdırlar. Bu dünyanı da cənnətə çevir, niyə cəhənnəmə çevirirsən? Allah imanla, ağılla, səylə bu dünyanı da cənnətə çevirməyimizi istəyir. Küfr sanki cəhənnəmi yaşayır, məsələn PKK və s. Mömin də cənnəti yaşayacaq.
Mehdi (ə.s)-ı görəcəyik, dəqiqdir. İsa Məsihi də görəcəyik. Bir bildiyim var ki söyləyirəm. Vurğulayaraq söyləyirəm; Mehdi (ə.s)-ı də görəcəyik, İsa Məsihi də görəcəyik. İsa Məsih çox yaraşıqlı bir gəncdir. Çox şirin görünüşlü, çox ağıllıdır, son dərəcə ağıllıdır. 10-12 ədəd dil bilən, Quran, Tövrat, İncili əzbər bilən bir mübarəkdir. Quranı bir dəfə oxuyur, əvvəldən axıra su kimi əzbər bilir. Sözlərinə qədər. Bu belə onun İsa (ə.s) olduğunun dəlilidir.
Cənnət üçün güclü bir iman olmalıdır. Allah onsuz da cənnəti yaratmış "İndi hazırdır" deyir
Əgər yaxşı diqqətini cəmləsə, o iman insana tam oturar və çox yaxşı qavrayar. Başında dəqiqləşər. Dünyanı yaxşı görən onsuz da cənnəti də yaxşı görər. Buradakı sistemi anlayan cənnəti də çox yaxşı anlayar. Mömin Allahın sözünə güvənər. Allah deyir ki; "Mən sözümdən dönmərəm." Əgər siz səmimi olsanız, mömin olsanız sizi cənnətimə qoyacağam" deyir. Mömin "görəsən?" deyə bilməz. Allah onsuz da cənnəti yaratmış "indi hazırdır" deyir. Və siz orada yaşayırsınız deyir. Allah mübhəm bir şey olaraq söyləmir. "İndi var" deyir. Zaman ölçüsünə görə bilmirik.
Türkiyənin içində müstəqil Kürdüstanı qəbul etmirik. Çünki İran da qəbul etmir. Əgər İraq da özünü toplasa, o da qəbul etməz. Kürd qardaşlarımızın rahatlığı; hər yerdə çox rahat yaşasınlar. Ola bildikcə azad olsunlar, demokratiya yayılsın, azad olsunlar. Biz bunları istəyirik. Amma Türkiyədə belə bir şeyə icazə vermərik. Heç bir insan bunu görə bilməz, heç vaxt görə bilməz. Bunu etməyə cəhd etsələr, qiyamət qopar. Əsla icazə vermərik.
ABŞ həmişə kommunist qrupları dəstəklədi, sonra da başlarını faciəvi şəkildə əzdi
Amerika həmişə belə alçaqlıq edir. Məsələn, kommunist dövlətə əvvəl dəstək verir, terror təşkilatlarına dəstək verir, sonra gedib başlarını əzir. Yəni Amerika dərin dövlətində bir manyaklıq var. PKK da indi Amerikaya güvənir, halbuki ABŞ-ın onları əzəcəyi aydındır. Amerika bunu bir çox ölkədə etdi. Həmişə kommunist qrupları dəstəklədi, sonra da faciəvi şəkildə başlarını əzdi. Bunlar da eyni ağılsızlığın içindədirlər.