Hörmətli Adnan Oktarın 3 iyul 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar
ucgen

Hörmətli Adnan Oktarın 3 iyul 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

2068

A9 TV, 3 iyul 2015-ci il

(Amerika Birləşmiş Ştatlarının Ankara səfiri John Bass, “Bizim üçün çox əhəmiyyətli bir şey var, o da Suriyada sərhəd bölgəsini kim nəzarət edirsə birincisi İŞİD ilə mübarizə etməli və İŞİD-in o bölgəyə nəzarət etməsinin qarşısını almalıdır. İkincisi demokratik və ərazi bütövlüyü qorunmuş bir Suriya prinisipinə bağlı olmaqdır” -dedi.)

Suriyanın parçalanması Amerikanın planıdır. Böyük Yaxın Şərq layihəsi daxilində Suriyanı parçalamaq istədilər. Həqiqətən də parçaladılar. Türkiyənin İŞİD-lə bir problemi yoxdur. Türkiyə üçün ən böyük təhlükə PKK-dır. Əgər dürüstdürsə, kommunist-Stalinist bir hərəkat olan PKK-nı dağıdın deməlidir. Türkiyəni bu mövzuda təşviq edə bilər, tövsiyə edə bilər. Bu gözəl, dostanə bir davranış olar. İŞİD-in Türkiyəyə heç bir zərəri yoxdur. Bu səbəbdən bizim IŞİD-lə heç bir işimiz yoxdur. “PYD ilə biz danışdıq narahatlıqlarınızı dilə gətirdik” -deyir. Sən kimsən ki PYD-yə bizimlə əlaqədar məlumat verirsən, narahatlıqları dilə gətirirsən? Diplomatik də bir dil istifadə edir. Sən terror təşkilatına narahatlığı dilə gətirsən bu nə qədər gülməli olar. Qatilə gedib narahatlıqlarımı dilə gətirirəm deyirsən. Kommunist-Stalinist bir terror təşkilatına narahatlığı dilə gətirmək nə deməkdir? Belə bir söz demokratik bir ölkəyə deyilər. Qanuni bir dövlətə deyilər. Bir şəbəkəyə, bir qruplaşmaya bu söz deyilməz. Buna bir məktub yazaq.

(Kurtuluş Tayiz bugünkü yazısında Ankaradakı təhlükəsizlik bürokratlarıyla etdiyi görüş barədə danışdı. Hökumətin əsl narahatlığının İŞİD-in irəliləməsi səbəbiylə Türkiyəyə yönələcək yeni köç dalğası olduğunu söylədi. “Türkiyəni əsl narahat edən hərəkət İŞİD-dən qaynaqlanır. Sözü gedən sahədəki əhali sıxlığı təxminən 4-5 milyondur. Azad Suriya Ordusuna dəstək olaraq əsgər verilmədiyi halda daha təchizatlı olan İŞİD-in bu bölgələrin yoxlamasını ələ alması qaçınılmazdır və bu vəziyyət Türkiyəni qaldırmaqda çətinlik çəkəcəyindən, daha çox mühacir axınıyla qarşı-qarşıya buraxar” -deyir. Yazıda, həmçinin, hökumətin əsgərə İŞİD-lə mübarizə edən dost ünsürlərin dəstəklənilməsi mövzusunda əmr verdiyi də iddia edilir.)

Qardaşım, cinayətə kimsə hazırlıq etməsin. Çox diqqətli izləyirik. Məhmətciyi kimsə cinayətə təşviq edə bilməz. Məhmətcik belə bir şeyə cavab verməsini bilər. Ədəbsizlik etməsinlər, tərbiyəsizlik etməsinlər. Əxlaqsızlıq da istəmirik. Türk əsgəri heç bir zaman cinayətə şərik olmamışdır, qatil olmamışdır. İŞİD-ə biz tək bir güllə belə sıxmarıq. Sıxanın da qolunu qırarıq qanunla hüquqla.

Türkiyəni IŞİD-lə mübarizəyə təşviq etmək üçün bəzi saxtakar hocalardan fətva ümid edirdilər

Hərdənbir ağız yoxlayırlar. Bu saxtakar hocalardan filan da fətva ümid edirdilər. Saxtakar hocalar da qorxudular bunu etməyə. Heç biri fətva verə bilməzlər. Çünki onlar da cinayət şəriki olacaqlar, əxlaqsızlıq etmiş olacaqlar. Türk ordusu da onsuz da fətva verilsə belə, belə bir əxlaqsızlığa əsla yanaşmaz. Heç ağız aramasınlar. Amerikanın çaqqalları da bizi təşviq etməyə qalxmasınlar. Biz nə edəcəyimizi bilərik. Bizim qanun hüquqla əzəcəyimiz baş PKK-nın başıdır. Bunun xaricində bizim bir dərdimiz yoxdur.

Türkiyənin Cənub-Şərq sərhədində Suriyalı qardaşlarımız üçün etibarlı bölgə yaradılmalıdır

(Kurtuluş Tayizin yazısına cavab olaraq) 4-5 milyon nəfər hadisəsinə gəlincə; Türkiyənin söylədiyim kimi cənub-şərqində bir zolaq meydana gətirsinlər. Çox deyil yəni 10 km-lik bir zolaq belə bəs edər. 10-12 km, 12 km, o qədər. Oraya o qardaşlarımızı yerləşdirsinlər. Suriyaya da bildirsinlər; “Bu insanlar öldürülməkdən imtina edən, can hayı ilə qaçan insanlardır. Biz burada bunları sizin torpaqlarınızda yerləşdirəcəyik. Torpaqlar sizin onsuz da, xəbəriniz olsun”. Bu qədər. Amma əlini qolunu uzatmağa qalxan olsa əl-qolunu kökündən qırarıq deyəcəyik. Qanunla hüquqla. Bu qədər açıq. Nəzakətlə yəni. Onsuz da topları da ona görə yerləşdirsinlər. Yəni mənzili uzun olan, Türk Silahlı Qüvvələrinin yeni təkmilləşdirdiyi toplar var, onlar çox yaxşı olar. Sərhəd bölgəsində belə məsafələrlə yerləşdirsinlər. Tanklar da o cür, 500 metr məsafə ilə yerləşdirə bilərlər.

(Kurtuluş Tayiz yazısında bu təhlükəsizlik qiymətləndirməsinə də yer verir: “Türkiyə üçün İŞİD-lə PYD arasındakı fərq bu cürdür. PYD, İŞİD-ə görə rasional bir aktyordur, ancaq PYD hələdə Türkiyənin əməkdaşlıq edəcəyi rasional yaxınlaşmaları göstərməmişdir. Həm də PYD fütuhat (fəth) məntiqiylə hərəkət edir. İŞİD-lə mübarizənin gətirdiyi legitimlikdən istifadə edərək bölgənin demoqrafiyası ilə oynayır”.)

Oynasa nə olar? 3-5 nəfər soyğunçu. PYD deyə sanki ortada bir güc varmış kimi. Amerika hallüsinasiya görür. Hər yerdə 200-300 nəfər. Bunlar bəzi yerdə 20-25 nəfər it-qurd dəstəsidir. Hamısı otçu, şərabçı dəstəsidir yəni cinsi pozğun adamlardır. Elə yaşayırlar. Bu səbəbdən onların bir gücü qüvvəti yoxdur. Türk tanklarını görmüş olsalar bunlar ayaqyalın qaçarlar. Amma Amerika bunlara zenit raket verirsə, zenit mərmi verirsə çox ayıb etmiş olar. O mərmiləri də nəzakətlə onların əlindən almaq lazımdır.

(MHP sədri Dövlət Bağçalı partiyasına istiqamətli tənqidlərə cavab verdi.

“Necə də ibrətlikdir ki, HDP-ni yox saymağımızdan narahat olanlar bizi tənqid yağışına tuturlar. Hər kəs təbiətinə və mayasına uyğun danışır. Ekranlarda, qəzetlərdə, uzadılan mikrofonlarda bizə demokratiya dərsi verməyə çalışanlar əvvəl vicdan, aidiyyət və əxlaq dərsindən keçməlidirlər. Bizim kimsənin ağılına ehtiyacımız yoxdur. İndi qalxıb bayrağa sarılı şəhid nəşlərini, hıçqıra-hıçqıra ağlayan şəhid analarını, bir üzvünü itirmiş möhtərəm qazilərimizi unudaqmı? Əmzikli körpələrin bədənlərində açılan güllə dəliklərini ağılımızdan çıxaraqmı? Kənd və polis bölməsi basqınlarını, yol kəsmələri, tələ qurmaları, minalı hücumları olan-olub, keçən-keçib deyərək yaddaşımızdan siləkmi?")

Bağçalı gözəl danışmış, doğru söyləyir, heç bir şəkildə həmsöhbət olmasına ehtiyac yoxdur. HDP-ni yox saymaq bir əxlaq gərəyidir. Əgər həqiqətən vətənini millətini sevirsə bunu etməlidir. Virtual bir partiyadır. PKK-nın dəhşət və vəhşilik mühitindəki qorxu zəminində ortaya çıxan virtual bir quruluşdur. Hörmətli Bağçalının danışığı xeyli gözəldir. Hörmətli Bağçalını dəstəkləyirəm. Tam yaraşanı edir. Yəni onsuz da Miliyətçi Hərəkət Partiyası, “Biz HDP ilə lazım olsa, təbii ki, koalisiya da qurarıq” dediyi an məhv olduq deməkdir. Milliyyətçi Hərəkət Partiyası millətin o istiqamətdə ümididir. Gücü də yaxşıdır.

MHP-nin gücü görünəndən daha çoxdur

MHP-nin görünməyən gücü daha çoxdur. MHP hər yerdədir qardaşım. Yəni təcəvvür edə bilməyəcəyiniz bir gücü vardır. Məsələn, Ak partiya içərisində çox böyük bir zəmin Milliyyətçi Hərəkət Partiyasının fəlsəfəsini müdafiə edər. Ordunun içində hakim fikirdir açıqca söyləyim. Polisin içərisində hakim fikirdir, idealist bir zehniyyətdir. Milli Təhlükəsizlik Təşkilatında hakim fikirdir. Dövlət fəlsəfəsində hakim fikirdir. Xarici İşlər Nazirliyində hakim fikirdir. Cümhuriyyət Xalq Partiyası içərisində zəminində yenə MHP zehniyyəti çox güclü bir zəmin meydana gətirər. Görünməz güclər, görünməz qəhrəmanlar həmişə idealist zehniyyətlidir. Əzəldən bəri bu belə idi. Bilinməsində fayda var. Yəni MHP-nin görünməyən istiqaməti görünən istiqamətiylə müqayisə ediləcək kimi deyil. Yəni MHP sanki dərin millətdir. Yəni Türk millətinin dərin ruhunu təmsil edir. Bu səbəbdən çox doğru edir hörmətli Bağçalı, çox məqsədəuyğun danışır. Əksini etməsi utanc verici olar. Təsəvvür belə edə bilmərik, Allah qorusun.

HDP, PKK-nın meydana gətirdiyi dəhşət və şiddət zəminində inkişaf etmiş bir partiyadır

Təbii onların da o mövqeyə gəlməsini mən istəmərəm. HDP-lilərin; o insanlara mən ağrıyıram. Allah kimsəni HDP-li etməsin. HDP idarəçisi etməsin. Çox ağrılı bir vəziyyətdir. Həqiqətən bu insanı utandıracaq bir şeydir. Çünki arxasını dəhşət və şiddətə söykəyən bir sistemdir. İstəsələr də, istəməsələr də belədir. Dəhşət və şiddət ortadan qalxarsa, HDP də qalxar. Deyirlər ki, bizim PKK-nın şiddətiylə heç işimiz yoxdur. Qardaşım biz səninlə danışarkən ağılla danışırıq. Sən bizim zəkamızla lağ edən bir üslub istifadə etsən biz də elə isə səninlə qəribə bir üsluba girərik. Günəş yox deyərik, dünyada deyilik bu an kosmos gəmisindəyik deyərik. Yəni belə qəribə bir yola keçərik. HDP tamamilə PKK şiddətinin meydana gətirdiyi zəmində inkişaf etmiş bir sistemdir. İstəməsələr də belədir, sözü uzatmağa ehtiyac yoxdur.

HDP-lilər şəxs olaraq yaxşı insanlardır, ancaq HDP-nin PKK şiddəti təsirində olduğu çox aydındır

Şəxs olaraq, məsələn mən Səlahəddin hocanı sevirəm. Yəni insan olaraq şəfqət duyuram. Amma partiya olaraq dəhşət verici bir vəziyyət var. Yəni qorxunun hakim olduğu bir cəmiyyətdə üstə çıxmış bir köpük təbəqəsidir. Altda gümüş mədən kimi Kürd qardaşlarımız, üstdə də gümüşün köpüyü. Amma o köpüyün meydana gəlməsinə səbəb olan da PKK-dir.

Kürdüstan layihəsini ortaya qoyan dərin dövlətdir

Əvvəlcə bir Kürdüstan layihəsi ortaya qoyuldu. Dərin dövlətə də deyildi ki, “Kürdlərin ayrı bir dövlət qurmağa heç niyyətləri yoxdur. Yəni ağıllarından belə keçmir. İndi biz bunların təxmin edə bilməyəcəyiniz bir şəkildə canlarını incideceyik. Alçaldacağıq, təhqir edəcəyik, söyəcəyik, döyəcəyik, öldürəcəyik, cinayətlər işləyəcəyik, bombalayacağıq, azadlıqlarını əllərindən alacağıq. Onlar elə bir hala gələcək ki, artıq biz ayrılaq da xilas olaq heç olmasa deyəcəklər. Biz də beləliklə Kürdüstanı qurmuş olarıq” deyə dərin dövlət planladı. Ağla sığmaz dəhşət və şiddət planı ortaya qoyuldu. Sonunda da həqiqətən Kürd qardaşlarımız bu dəhşətin meydana gətirdiyi zədəylə ayrılmaq istədilər. Onun arxasından da PKK-lılar törədilər. Burada dərin dövlət müvəffəqiyyətli olsa bu həriflik olar. Adamlar oyun quracaq sən də oyuna düşəcəksən. Tam əksini edəcəyik. Türkiyəni İslam Birliyinin rəhbəri edəcəyik. Türk-İslam Birliyinin rəhbəri edəcəyik. Bölünmə deyil bütünlük meydana gətirəcəyik. Parçalanma deyil birləşmə meydana gətirəcəyik. Bu adamların etdikləri planları təpələrinə keçirəcəyik.

(Prezident Sarayının yerləşdiyi ərazidəki Beştepe Millət Məscidi; Respublika başçısı Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri İsmət Yılmaz və Baş nazir Əhməd Davutoğlunun qatıldığı mərasimlə ibadətə açıldı.)

Bu həqiqətən yaxşı oldu. Halal olsun. Məscid görünüşü onsuz da insanın içini açır. Harada məscid varsa orada bir sakitlik, rahatlıq var. Məscid olmayan yerdə insan sıxılır. Hərçənd camaatı çox olmaz o məscidin də; amma görünüşüylə, Allahı xatırlatmasıyla vacibdir.

(“Mehdi (ə.s) ilə İsa Məsihi gözləyənlər nə vaxt görəcəklər?” sualına cavab olaraq)

Neçə il gözlədin mehdiyət üçün? 1979-cu ildən etibarən təxminən 40 ilə doğru gedirik. Artıq sonunu gözlə, bu qədər gözləmisən. 1979, 1989 bir dövr idi. 1999 bir dövr idi, böyük zəlzələlərin olduğu, böyük hadisələrin olduğu, mehdiyetin üzərinə hücum edildiyi bir dövr, 2009-cu il yenə bir kilid dövr idi. O qədər gözləmisən artıq 2019-cu ili gözlə. O zaman Mehdi (ə.s)-ı da görərsən, İsa Məsihi də görərsən. Bir də Mehdi (ə.s)-ı sən zənn edirsən ki, belə saraylarda oturacaq. Mehdi (ə.s) evində olacaq. Tövratda bax, 4000 illik Tövratda keçir. “Sədrindən idarə edər” -deyir. Mehdi (ə.s) dünyanı fikirləriylə, düşüncələriylə idarə edəcək. Sevgisiylə idarə edəcək. Bütün liderlər istəsə də, istəməsə də ondan təsirlənəcək və ona görə dünyanı istiqamətləndirəcəklər.

(“Dünən dağların düzənliyə çevrilməsindən bəhs edirdiniz. PKK Cənub-şərqi Anadolunu alıb xəbəriniz yoxdur” deyən tamaşaçıya cavab olaraq)

Biz bunu neçə aydan bəri söyləyirik, neçə ildən bəri söyləyirik. “PKK orada bir sahə hakimiyyəti təmin etdi” deyə. Amma bu bir mafiya işğalı kimidir. Məsələn, məhəllələri filan da mafiya işğal edir. Xalq bir şey edə bilmir. Amma sonunda bir gün polisin ağılına əsir, yaxud bir təhlükəsizlik müdirinin ağılına əsir, yaxud nazirin içinə bir ilham gəlir, təlimat verir məhəllədə terrorist deyə, mafiya deyə heç bir şey qalmır. Qırxıb atırlar. İndi çirkin çox olması əhəmiyyətli deyil. Sən sabunla suyla gəlirsən, bir də əlində qırxacaq bir dəmir, hamısını qırxarsan. Dərd deyil yəni. O qazıntı qərarı çox əhəmiyyətlidir. İndi dağların düzənliyə çevrilməsi səni bir az sıxmış, diqqətini çəkmiş. Bu gözəldir. Yəni bu fikirimin təsir ediciliyinin şüurundasan. Bax mən sənə söyləyirəm; o dağları, PKK-nın ev qurduğu dağları düzənliyə çevirəcəyik. Boşaldın buranı deyəcəyik, əvvəldən xəbər verəcəyik. O dağların hamısını düzənliyə çevirəcəyik. Deyəcəksən ki, “Dünən burada dağlar vardı. Nə oldu bura? Səhv yerəmi gəldik?” “Yox” deyəcəyik biz, “doğru yerə gəldiniz”.

PAYLAŞIN
logo
logo
logo
logo
logo