A9 TV, 8 iyul 2015
(Dövlət Baxçalı, baş nazir Əhməd Davudoğlunun koalisiya görüşmələri daxilində onlara ziyarətə gəldiyində “birlikdə koalisiya qurub bir-birimizi aldatmağın mənası yoxdur deyəcəyik” -dedi. Və qarşıya üç şərt qoydu: “Respublika başçısı Ərdoğanın saraydan çıxıb Çankayaya dönməsi, 17-25 dekabr sənədlərinin yenidən açılması və “çözün sürəcinin” tamamilə dayandırılması”.)
Baxçalının niyyəti yoxdur. Deməli, Ak partiya-CHP koalisiyası olacaq. Anladığım qədəriylə əvvəldən belə qərara gəlinib. Bir xeyir var deyək. Deməli, bu işlər bizim bildiyimiz kimi olmur. Halbuki, azad bir tətbiq olmalıdır. CHP-AKP olar; lakin mənim qənaətimə görə PKK mövzusunda bunlar bir şey edə bilməzlər. Yəni bu müddətdə PKK-nın Cənub-şərqdi Anadoludakı gücü, hakimiyyəti artar. Orada kürtə yatan qaz kimi oturdular və qalxmırlar. Onları oradan qaldıracaq bir güc olmalıdır. Erkən seçkidən heç bir şey çıxmaz. Eyni şey olar, yəni bir şey dəyişməz. Məncə AKP bir az daha kiçilər.
(HDP həmsədri Figən Yüksəkdağ, HDP-yə verilən səslərin Öcalanın azadlığı üçün verildiyini iddia etdi.)
Allah xatirinə bir az məntiqli olsunlar. Bunlar ağlı başında insandırlar. “Öcalana azadlıq” nə deməkdir, bilirsənmi? “Cinayət sərbəstdir” deməkdir. Bu PKK-nın qanuniləşdirilməsi mənasını verir. Çünki “Qatilliyin cəzası yoxdur! Əsgəri şəhid etməyin cəzası yoxdur! Polisi şəhid etməyin cəzası yoxdur!” Bu mənanı verir. Səs verənlərin də 7%-i qorxudan səs verdi, böyük hissəsi qorxudan, çox az bir hissəsi öz istəyi ilə səs vermişdir. Digərləri də Tayyib Ərdoğanın prezident idarə sistemini müdafiə etməsinə görə çaxnaşmaya qapılan xalqdır, dəhşətə qapılan xalqdır. Dənizə düşən balığa sarılar, deyərlər. İnsanlar çaxnaşmaya düşdülər və ağılalmaz şey etdilər; heç istəmədikləri partiyaya səs verdilər. Beşiktaş, Nişantaşı qatı milliyyətçidir və HDP-dən heç xoşu gəlməyən adamdırlar. Amma tək qurtuluş o göstərildiyi üçün onu etdilər. Meydana gələn çaxnaşmanın şiddətinə bax.
(Erkən seçki istəyən PKK-nın Şamdakı idarəçilərindən Bese Hozat, seçkinin HDP-ya yarayacağını söylədi.)
HDP-yə belə fayda verər; həqiqətən, Tayyib hocanı cəzalandırmaq üçün HDP-yə daha çox səs verən olur. Amma gerçək bir partiya olaraq deyil, virtual bir partiya! Türkiyə düzə çıxdıqda, məsələn, PKK əzildiyində, Tayyib hoca prezident idarə sisteminindən imtina etdikdə olar, yəni HDP bir anda bitər. Süni hadisədir, HDP deyə bir partiya yoxdur. Çünki bunların bir zəmini yoxdur, məntiqi yoxdur. HDP-nin ideologiyası yoxdur. İdeologiyası yoxdur? Marksizm deyil. Kommunizm deyil. Milliyyətçilik deyil. Tək ideologiyası var; qorxu. Yəni bir qorxu zəmini var. Xalq qorxudan gedib HDP-yə səs verir, mövzu budur. Amma məsələn, PKK-nın ideologiyası var; kommunist, Stalinist.
(“Peyğəmbərimiz (s.ə.v) kasıb həyatı yaşayırdı, siz zəngin həyatı yaşayırsınız” tamaşaçı mailinə cavab olaraq)
Peyğəmbərimiz (s.ə.v)-in zamanında hər kəs kasıb idi, bütün cəmiyyət kasıb idi. Niyə hz. Süleymanın dövründən nümunə vermirsən? Bütün sarayı qızılla əhatə olunmuşdu. 300 xanımı, 700 kənizi vardı. Bunlar ciyərinə oturur deyilmi? Quranın bir qisimini qəbul edib, bir qisimini inkar etmək olmaz. Peyğəmbərimiz (s.ə.v) məcbur idi. Həm də zəngin olmadığını haradan bilirsən? O da səmimi bir ifadə deyil. Allah ayədə “Səni kasıb ikən tapıb zəngin etmədimi?” -deyir. Ayə “zəngin idi” -deyir. Allah “zəngin idi” -deyir, sən “kasıb idi” deyirsən. Mən sənə inanmıram, Allaha inanıram.
(“Akşam” qəzetinin yazıçısı Qurtuluş Tayiz; Aydın Doğan Mediasının PKK mövzusunda milli bir davranış sərgiləmədiyini və təşkilatın təbliğatını etdiyini söylədi. “Ölkədə terror ünsürləri var və siz buna qarşı çıxmırsınız. Buna hər kəs- CHP və MHP qarşı çıxmalıdır. Milli bir rəftar alınmadığı müddətcə qarşıdurma və xaos davam edəcək” -dedi.)
MHP qarşı çıxmırmı? Qeyri-kafi olduğunu söyləyir, doğrudur. Mən bir ara Bağçalı kükrəsin dedim, o zaman həqiqətən, əsib sovurub ortalığı. Amma sonra yenə susqunlaşdı. MHP dayanmadan kükrəməlidir. MHP millət vəkilləri nəfəs aldırmamalıdır. Çünki Türkiyənin qırtlağına çökülmüş vəziyyətdədir, bu an canına qəsd edilir. Bu vəziyyətdə susa bilmərik, yer və göy inlədilməlidir.
(“Siz Yəhudilər bizə əmanət edildiniz və biz sizləri qoruyacağıq” deyirsiniz. “Niyə? Kim bizi sizə əmanət etdi və niyə?” sualına cavab olaraq)
Allah əmanət etdi. Niyə, çünki iman əhli bir-birlərinin vəlisidir. Onlar bizi qoruyacaqlar, biz də onları qoruyacağıq. İman əhli olan möminlər Məhəmmədidirsə, yəni hz. Peyğəmbər (s.ə.v)-i qəbul edirsə, Müsəlman sayılarlar. Hz. Musa (ə.s)-ın şəriətinə bağlıdırsa, namazını qılırsa, Tövrata görə, zəkatını verirsə Müsəlmandır, mömindir. Bu səbəbdən möminlər də bir-birinin vəlisi olduğuna görə, əlbəttə ki, bizə əmanətdirlər. Biz kimə əmanətik, yenə möminlərə əmanətik. Möminlər bir-birlərini qoruyub, müdafiə edəcəklər. Bu qürur ediləcək, əcaib bir şey deyil. Necə bir ailədə bir-birini qoruyurlarsa, ata oğlunu qoruyur, oğul da atasını qoruyur. Mən atamı qoruyuram deyildiyində təəccüblənəcək bir şey varmı? Ata mən oğlumu qoruyuram deyir, çox məqbuldur. Oğul, mən atama sahib çıxıram, qoruyuram deyir. Bunda təəccüblənəcək, qəribə qarşılanacaq, qürur ediləcək bir şey yoxdur.
(“Xaxam Yehuda Glick sizi ziyarət etdi, bu əlaqələrdəki hədəf nədir?” sualına cavab)
Möminlərin bir-birlərinə sevgisi, inananların bir-birinə sevgisi. Yehuda Glick bura gələndə, Quran ayələri oxuyur, Allahın birliyindən bəhs edir, təmiz bir insandır, gözəl bir insandır, hz. Süleyman (ə.s)-ın məscidini yenidən qurmaq istəyən insanlara kömək etmək istədiyini söyləyir, vasvası bir mömindir, Allaha inanır, Quran ayələriylə danışır, Tövratdan danışır, Tövratın hökmlərini izah edir, yaxşı niyyətli, mehriban, sülh istəyir, döyüşlərə qarşıdır, qan tökülməsinə qarşıdır, hz. Mehdi (ə.s)-ın çıxışını gözləyir, daha nə olsun. Dostluq üçün kifayət edəcək qədər səbəb var.
(“İki din arasında uyğunluq yaradacaq ayələr, surələr varmı?” sualına cavab)
Onsuz da yəhudilər, müsəlmanları mömin qəbul edirlər, iman əhli olaraq görərlər. Nuhi olaraq görərlər. Biz də hz. Məhəmməd (s.ə.v)-i, peyğəmbər olaraq qəbul etdikdən sonra hər yəhudini mömin qəbul edərik. Tövratdakı namazı qılırsa, Tövratdakı zəkatı verirsə, mömindir. Hz. Məhəmməd (s.ə.v)-i də peyğəmbər olaraq görürsə tamamdır. Yalnız, “bəli o Allahın peyğəmbəridir” desə kifayət edər. Çünki hz. İbrahim (ə.s)-ı qəbul edir. Hz. Yəhya (ə.s)-ı, hz. İshaq (ə.s)-ı, hamısını qəbul edir.
(“Maidə surəsi, 51-dəki “Yəhudilərlə dost olmayın” ifadələri necə qiymətləndirilməlidir?” sualına cavab)
Dostluq etməyin demir, “başçı etməyin”. İsrailin başçısı müsəlman bir lider olsa, bir Nakşibəndi məsələn, İsrail qəbul edərmi? Etməz. Türkiyənin başçısının da bir xaxam olması mümkün deyil. Vali (əyalət başçısı) olaraq da təyin edə bilməzsən, çünki o öz dininə görə hərəkət edəcək, Müsəlmanın dininə görə hərəkət edə bilməyəcəyi üçün ziddiyyət meydana gəlir. Allah bunu etməyin deyir. Yəni əyalət başçısı, idarəçi, baş məmur olaraq təyin etməyin deyir. Çünki öz diniylə ziddiyyət təşkil etmiş olacaq. Gərəksiz yerə iki din arasında ziddiyyət olar. Amma bundan başqa Yəhudilərlə, Xristianlarla evlənə bilərsən, yeməklərini yeyərsən, ticarət edərsən, xəstəsinin yanına gedərsən. Peyğəmbərimiz (s.ə.v) cübbəsini çıxarıb Yəhudiləri onun üzərinə oturdur, onlarla söhbət edir. O mövzuda Allahın hökmü açıqdır.
(KCK bu gün ölkə çərçivəsində etiraz çağırışı etdi. Edilən çağırışda; “Öndərliyimizin azadlığı, azadlığımızdır. Hər yerdə üsyanlar baş qaldırmalıdır” deyildi)
Cinayətə azadlıq olmaz. Əsgəri, polisi vuracaqsan, şəhid edəcəksən, sonra deyəcəksən ki, adamı burax. O zaman cinayət sərbəst olmuş olur. Olmaz elə şey. İstəsə kosmosa çıxsınlar, o mümkün deyil.
( “And olsun, insanlar içində möminlərə ən şiddətli düşmən olaraq Yəhudiləri və müşrikləri görərsən”. Maidə surəsi, 82-ci ayəsinin şərhini soruşan tamaşaçıya cavab olaraq)
Hazırda müsəlmanların böyük bir hissəsi müşrikdir, xristianların da böyük bir hissəsi müşrikdir. Yəhudilərdən də bir çox adam müşrikdir. Allah müsəlmanlara bunları düşmən olaraq görərsən deyir. Bax, hücum edirlər, xristianlarla əlaqə qurduğumuzda cinnət keçirirlər, Yəhudilərlə əlaqə qurduğumuzda cinnət keçirirlər, bunlar müşrik olanlardır.
Müşrik nə deməkdir, Allaha şirk qoşur, imanlı deyil. Yəhudilərdən də elə imanlı olmayan vardır, yaxud müşrikdir. Allah bunların müsəlmanlara qarşı çıxdığını görərsən deyir. Doğrudur, müsəlmanlarla ədavət aparanlar da onlardır. Amma ikinci qisimi heç düşünmürlər, “müşrikləri görərsən” -deyir.
Müşrik nə deməkdir, müsəlmanları asıb-kəsən müsəlmanlar. Türkiyədə müsəlmanların ən böyük əleyhdarı kimdir? Müşrik müsəlmanlar. Ən azğın, təcavüzkar üslubu istifadə edənlər kimdir? Müşrik müsəlmanlar, deyilmi? Amerikada da inanclı xristianlara ən azğın olanlar yenə müşrik xristianlardır. Şirk içindəki xristianlardır. Dinda xristianlara azğınca hücum edirlər. Niyə pozğunları dəstəkləmirsiniz deyərək həbsə atmağa çalışırlar. Allaha şirk qoşan insanlar. Dini dəyişdirmiş, özbaşına hökm verən adamlar. Allah adına hökm verir. Yəhudilərdən də müşriklər var. Burada “Yəhudiləri” deyir, mömin Yəhudiləri demir. Yəhudi ayrıdır, Yehud qövmü vardır. Onlar Tövratda da keçir, “Yehudlar” ayrı bir qövmdür, müşrik bir qövmdür və mömin yəhudilərə baş bəlası olmuşdur.
(Obamanın Xüsusi Təhlükəsizlik Məsləhətçisi General Allen, iki gündür Türkiyədədir. Amerikanın etibarlı bölgə mövzusunda məsafəli duruşunda hələlik bir dəyişiklik olmadığını ifadə edən qaynaqlar; Türkiyənin tək başına hər hansı bir əməliyyata girmək yerinə, koalisiyanın bir parçası olaraq İslam dövləti ilə mübarizədə necə aktiv rol alacağı görüşüldü. Əncirlik aerodromunun istifadəsinin də görüşmələrdə gündəmə gəldiyi iddia edilir. Türkiyə Xarici İşlər Nazirliyindən üst səviyyə bir nümayəndə də, jurnalistlərə verdiyi brifingdə PYD ilə görüşüldüyünü söylədi. Şüurlu olması vəziyyətində, PYD ilə uzlaşıla biləcəyinin siqnallarını verdi.)
Çox böyük anormallıq olar, onu kim söyləyirsə çox səhv danışır. PKK ilə razılaşmaq mənasını verir. Bunu deyəcək adamın məntiqini anlaya bilmirik. Bunu demək qanunlara görə onsuz da cinayətdir, bunu söyləyən həbsə girər. PKK ilə razılaşarıq deyirsə, uzlaşarıq deyirsə, cinayət törətmiş olar. Bir cinayət şəbəkəsi ilə, on minlərlə əsgərin, polisin şəhid edilməsinə vəsilə olmuş olur, bir adam qatillərlə razılaşarıq deyirsə, səhv yoldadır. Biz Türk Milləti olaraq bu adamı qəbul etmərik.
İŞİD Türkiyə üçün bir təhlükə deyil. Türkiyədəki aerodromlarımızı əsla belə bir cinayət şəbəkəsinin əmrinə vermərik. Müsəlman qətl etmək üçün, Müsəlman öldürmək üçün gözü dönmüş canilərə imkan vermərik. Buradan pilotsuz təyyarələrlə müsəlmanları bombalamaq olmaz. Amerika bunu edir, çox böyük əxlaq zəifliyi içində, əxlaq çöküntüsü içərisində. Allahdan qorxmadığı üçün edir, bu, zülmdür. Əgər edəcəksə, PKK ilə mübarizə etsin və Türkiyəni PKK ilə mübarizəyə təşviq etsin. PKK-nı dəstəkləyərək, İŞİD-ə qarşı olun demək, bu olacaq iş deyil. Onların iki məqsədi var, birincisi; PKK-ya zəmin hazırlamaq, çünki İŞİD-in PKK-nı yox edəcəyini anladı. Onda Türkiyənin PKK-nı qorumasını istəyirlər. “Bunlar PKK-nı yox edəcək, PKK bizim adamımızdır, ey Türkiyə sən İŞİD-i yox et, yoxsa PKK-nı bunlar (IŞİD) yox edəcəklər, bizim dostlarımızı yox edəcəklər. Amerika bizə kömək et” -deyir. PKK dost olunacaq bir quruluş deyil, mafiya təşkilatıdır. Biz onları qorumaqla mükəlləf deyilik. Qoruma belə ola bilər; gəlib Türk dövlətinə təslim olar, həbsə girərlər, həbsdə onlara kimsə bir şey etməz. Amerika deyərkən, əlbəttə, Amerikan dərin dövləti, oradakı adam öldürməyə öyrəşmiş psixopatları nəzərdə tuturam.
(Bu gün Suriyada Amerika təyyarələri Nusranı vurdu və çox sayda insan həyatını itirdi. Bu təyyarələrin Əncirlikdən qalxdığı iddia edilir.)
Türkiyə elə çirkin cinayətlərin içinə girməz. Türkiyəni buna öyrəşdirmək istəyirlər. Belə bir şeytani təlqin etməyə çalışırlar. Türkiyədə cinayət üçün təşviq edilməsi çox qorxuncdur. Heç kim bu təbliğata inanmasın. Ordu da şərh etsin, Baş qərargah, belə bir şeyi heç bir şəkildə qəbul etməyəcəyimizi söyləsin. Biz Müsəlman qırğını üçün Türkiyədən istifadə etməyə icazə vermərik.