A9 TV, 5 İyul 2015
(Milli Müdafiə Naziri İsmət Yılmazın Parlament Sədri seçilməsindən sonra AK Partiya - MHP koalisiyasının qurulması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edildi. Hər iki partiyadan dörd ad qeyri-rəsmi olaraq görüşmələri icra etməklə vəzifələndirildi. Kulislərdə (Bir məqsədə çata bilmək üçün əlaqədar kəslər arasında xüsusi iş görülən yer.) AK Partiya və MHP-nin Suriya sərhədinə istiqamətli ola biləcək bir hərəkat üçün döyüş hökuməti quracağı iddia edilir.)
Yaxşı, amma qəhrəman ordu da bu PKK bəlasına son qoysun. Vaxtı, saatı gəldi. Dəccalın da ömrü doldu. Dəccalın müddəti qırx ildir. Dəccalların müddətləri daim qırx ildir. Bunların da qırx ili doldu. Gərəyi edilsin.
Cənub-şərqi Anadoluda xalqa hücum edirlər, döyürlər, qəhvəxanaları dağıdırlar. PKK-lılar HDP-yə səs yığmaq üçün dəhşət saçırlar. Xalq tir-tir titrəyir, bəziləri təslim vəziyyətdə əllərini havaya qaldırır. Uşaqların ağızını-burnunu əzirlər. Əllərində silahlar, tam bir dəhşət havası, rüsvayçılıq. Bunlara belə icazə verilməsi inanılmazdır. Polis yox, əsgəri yox. İt-qurd dəstəsi olan PKK-lılar orada sahə hakimiyyətini ələ almış, xalqa dəhşət saçırlar.
Darvinist təhsilə son verilsin
Sən Darvinizm ilə Peyğəmbərlərin heç biri doğru söyləmədi deyirsən. Fəlsəfə, sosioloji, tarix dərsində, demək olar ki, bütün dərslərdə bunu söyləyirsən. Türkiyədəki bütün məktəblərdə, İslam aləmindəki bütün məktəblərdə, Rusiyada, Çində bu öyrədilir. Allah ilk dəfədir ki, bu cür geniş miqyaslı, dünya səviyyəsində inkar edilir. Dünya tarixində belə bir şey yoxdur.
Məsələn, hz. İbrahim (ə.s) dövründə yüz, yüz əlli min adam, iki yüz min adam var idi. Oradakı xalq inkar edirdi. Amma bütlərə tapınırlar. Deyirlər ki, Allah var, amma biz büt vasitəsiylə əlaqə qururuq. Amma hal-hazırda Allah kökdən inkar edilir. Adam, Allah heç yoxdur deyir. Təsadüfən yaradıldı deyir. Nə qədər adam? Səkkiz milyard adamın demək olar ki, hamısı inkar edir. Çox az, kiçik bir qrup xaricində, yüz milyon adam iman edir deyək. Dəhşət verici bir vəziyyətdir.
Məktəblərdə fosil (canlı qalıqları) göstərilsin, zülalın quruluşu izah edilsin, gənclər Darvinizmin etibarsızlığını dəlilləriylə görsün
Hər məktəbdə fosil sərgisi açaq. Dövlətin əlində on minlərlə fosil var. Sərgiləsinlər. Amma nə deyəcək dövlət? “Gənclər, baxın fosillərə, nə anlayırsınızsa”. Zülalın quruluşunu gənclərə izah edək, zülalın təsadüfən olması elmi olaraq qeyri-mümkündür. Hər kəs bunda ittifaq halındadır. Gənclər bunu bilsin. Dövlətin bunu öyrətməsində nə problem var? Sən şərh etməyəcəksən. Qorxmasınlar, şərh etsinlər demirəm. “Allah var” dediklərində başlarına iş açacaqlarnı düşünürlər. Demələrinə ehtiyac yoxdur, qalığı göstərsinlər mövzu bitəcək. Zülalın quruluşunu hər məktəbdə şagirdlərə öyrədək. Zülalın olması üçün başqa bir zülalın olması lazımdır. Praktikada bunun ehtimalı nə qədərdir? Sıfır. Deyirlər ki 1-in yanına 70 sıfır qoyun, o qədərdə bir ehtimaldır. Bu da doğru deyil. 7 min sıfırı yan-yana qoysan da yenə olmaz. 7 min sıfırlı bir ədəd düşün, onda bir ehtimalla yenə zülal olmaz. Çünki zülalın olması üçün başqa bir zülala ehtiyac var. Kilidlənmiş hadisədir. Qeyri-mümkündür.
Qiyamət Hz. Mehdi (ə.s)-in xatirinə gözlədilir
İmam Mehdinin zühuru olmasa qiyamət çoxdan qopmuşdu. Qiyamət gəldi, qapıdadır. Allah hz. Mehdi (ə.s)-ın xatirinə gözlədir.
Baxın bütün kanallarda hz. Mehdi (ə.s) gəlməyəcək təbliğatına başladılar. Nə İsa Məsih (ə.s)-ı, nə də hz. Mehdi (ə.s)-ı dayandıra bilməzsiniz.
İsa Məsih (ə.s) ancaq hz. Mehdi (ə.s)-ın zəmanətində ortaya çıxa bilər
Təbii ki, İsa Məsih (ə.s)-ın edəcəyi bir şey yoxdur. Yanlız özünü mühafizə edir. Tələbələriylə özünü mühafizə edir. Necə çıxsın ortaya? Nə desin? İndi desə ki, mənim anam-atam yoxdur, ağla sığmaz işgəncə etməyə qalxarlar. Amerikan polisinin bir qismi zır dəlidir. Keçmişimi xatırlamıram desələr ağıl xəstəxanasına qoymağa qalxarlar. Şəxsiyyət vəsiqəsi yoxdur, birbaşa həbsə atarlar. Məhv edərlər yəni. Tələbələri çaxnaşma içindədirlər sanki, sıxılmış vəziyyətdədirlər, necə mühafizə edəcəyik onun dərdindədirlər. Necə söyləsin? İmam Mehdi çıxana qədər nəfəs ala bilməzlər. İmam Mehdi çıxınca “Ya Məsih artıq çıx” deyəcəklər. “Seyidinə İsa Məsih, çıx, Allahın izniylə mənim zəmanətimdəsən” deyəcək. “Mən səni qoruyaram, Qüdsə gəl gözləyirik” deyəcək. Kimsə nə həbs edə bilər, nə bir şey edə bilər. Çünki Bədiüzzaman deyir: “Tam xristianlıq aləminin hamısı İslama inqilab etmək üzrəykən, məhv olmaq üzərəykən, cismi bəşərisiylə səmavatda olan Seyidinə İsa Məsih (ə.s)-ın, cismən və bədənlə nüzulu qəti olmaqla birlikdə” -deyir. Qəti şəkildə enəcək deyir.
Gənclərə din adı altında xurafatlar deyil, Allahın varlığı və birliyi izah edilməlidir
Televiziyaya hacı əmilər, hacı babalar çıxır. Baba sənin danışdığın adamların hamısına darvinizm, materializm öyrədilmiş. Və sözdə elmi bir həqiqət olaraq ona inanırlar. Babam sən hansı aləmdə yaşayırsan? Qarşındakı adam Allaha inanmayacaq şəkildə öyrədilmiş. Bir çoxu sənin izah etdiyini içindən gülərək qarşılayar. Ağlını başına al. Əgər məlumatın varsa -ki var kimi də görünmür- əvvəl Allahın varlığını birliyini izah et, darvinizmin etibarsızlığını izah et, oradan faydalı olarsan.
(TRSQ Baş Qərargahından verilən məlumatda Şırnakın Uludərə mahalında bölücü terror təşkilatı mənsubu bir qrup terrorist tərəfindən Jandarma Xüsusi Təyinatlı Taborunun ünsürlərinə iri çaplı pulemyotlarla silahlı hücum edildiyi bildirildi. Terroristlərin cavab atəşi ilə susdurulduğu qeyd edildi. Bölgədə müşahidələrə davam edildiyi bildirildi.)
Müşahidə deyil də, bax mənim hörmətli paşalarımdan xahişim yəni onsuz da gecə gündüz müşahidə olunur. Gedib adamın əlindən o pulemyotu alacaqsan, yat deyəcəksən, ondan sonra qandalı taxacaqsan biləyinə, o pulemyotla birlikdə götürüb aparacaqsan. Müşahidə etməklə olmaz. Gərəyinin edilməsi lazımdır. Pulemyot yük maşınıyla filan daşınan bir şeydir. Adam orada dayanırsa gedib tutarsan. Bir də orada, qaçacaq sahə buraxmazsan.
(Türk Silahlı Qüvvələrinin Suriya sərhədindəki təhlükəsizlik tədbirləri hər keçən gün bir az daha artırılarkən, bu gün də bölgəyə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general Zəkai Aksakallı getdi. General Aksakallı bölgədəki “Bordo Berelilər” olaraq bilinən xüsusi təyinatlı personalını nəzardən keçirdikdən sonra bölgədəki digər hərbi dəstələrdən məlumat topladı.)
Amma əsla hədəf çaşdırma olmasın. Bizim Türkiyə olaraq İŞİD-lə bir işimiz olmaz. Tək hədəf PKK-dır. Rəhmətlik Atatürk: “Türk millətinin ən böyük düşməni kommunistlikdir, hər nə olursa olsun hər görüldüyü yerdə əzilməlidir.” deyir. Təbii ki, elm mədəniyyətlə, qanun hüquqla məhv edilməlidir. İŞİD-in də Türkiyə ilə bir işi yoxdur. Yəni süni düşmən çıxartmağa ehtiyac yoxdur.
(Haham Yəhuda Glickin Hörmətli Adnan Oktara etdiyi ziyarət İsrail və Fələstin mətbuatında böyük əks-səda oyandırdı. “The Jewish Link”, “Jewish Press” kimi sayt və qəzetlərdə çıxan xəbərlərdə haham Yəhuda Glick və Likud Partiyasından Mendi Safadinin sizin qonağınız olaraq İstanbula gələrək sizinlə görüşdüyünü, A9 televiziyasında canlı verilişdə qonağınız olduqları və ayrıca haham Glickin Çırağan Sarayındakı iftarınıza da qatıldığı ifadə edilir. Sizin yəhudilərdən fərqli təbəqələrlə etdiyiniz görüşmələrin yəhudilər və müsəlmanlar arasındakı birlik, bərabərlik və barışı məqsəd qoyduğu və Türkiyə ilə İsrail arasındakı əlaqələri yaxşılaşdırma səyi daşıdığı ifadə edilir. Ayrıca sizin yəhudilərlə əlaqədar işləriniz mövzusunda bir çox xəbər hazırlayan İsrailli jurnalist Hanna Levi bu səhər New Yorkda yayımlanan bir radioda yenə bu ziyarətdən bəhs etdi.)
Haham Yəhuda Glick məzlum bir insandır. Səhərdən axşama qədər Allahdan, dindən bəhs edir. Məsələn, getmiş onların yanında da Qurandan ayələr oxumuş. Allahın birliyindən bəhs edir. Həmişə içində sevgi, barış, qardaşlıq bir üslubu var. Peyğəmbərimiz (s.ə.v) cübbəsini sərib oturtduğuna görə, Əhli Kitab yəni yəhudi din adamlarına hörmət göstərdiyinə görə sən də hörmət göstər. Yox, adamlar tam fərqli bir ağıldadırlar. Nə peyğəmbər dinləyirlər, nə Quran dinləyirlər. Özbaşlarına yeni bir din meydana gətirdilər.
(AK Partiya Diyarbakır Rayon sədri Məhəmməd Akar bir çox seçki qutusunda anormal nəticələrlə qarşılaşdıqlarını söylədi. Silvan mahalında 27 kənddə səslərin hamısının HDP-yə verildiyinin ortaya çıxarıldığını deyən Axar: “Seçki qutularında anormal bir şəkildə elədə AK Partiya yox idi. Bu təbii bir vəziyyət deyil. Bir kəndli, bir nəzarətçi də mi AK Partiyaya səs verməz? Etiraz yollarını sınadıq, lakin bir nəticə çıxmadı”.)
Qardaşım sən orada sahə hakimiyyətinə göz yumursan. PKK-nın orada gəzib əylənməsinə göz yumursan. Əsgəri, polisi kazarmadan çıxartdırmırsan. “Aa necə oldu?” deyirsən. Gecə-gündüz də darvinizmi, materializmi izah edirsən. Orta məktəb, lisey və universitetdə şagirdlərə fəlsəfə, biologiya, sosiologiya, tarix dərslərində “Allah yoxdur, Kitab yoxdur” deyirsən. “Siz təsadüfən yaradıldınız, əcdadımız mikrob idi” deyirsən. Ondan sonra da deyir: “Bu necə oldu?” Necə olacaq, elə fəaliyyət göstərsən belə nəticə alarsan. Hara şikayət edirsən? Buna baxmayaraq hal-hazırda müdaxilə imkanın var. Yenə etmirsən. MHP-AK Partiya koalisiyasında MHP liderlik etsə bir nəticə ala bilərik inşaAllah.
Xurafatçılar qadını “yarım” varlıq olaraq görərlər
Qadınlar yarım varlıqdır deyirlər. Onsuz da sən onu dedikdən sonra hər şeyi edərsən. Sən keyfiyyətli, ağlı başında, gözəl bir varlığa yarım deyirsənsə, demək ki, sən özün yarımsan.
(Çin Xarici İşlər Nazirliyinin internet saytında nəşr olunan məlumatda Türkiyədə son dövrdə Çinli turistlərin hücuma uğradığı və narahat edildiyi ifadə edildi.)
Onsuz da əziyyət içində yaşayan fağır, yazıq insanlar, əgər burada da şiddət görsələr əziyyət üstünə əziyyət, acı üstünə acıdır.
Çin, Uyğur Türklərinə dəhşət saçmağı buraxsın. Bu Çinin dünyanın hər yerində narahat edilməsinə səbəb olar. Ticarətini itirər, ruh sağlamlığını itirər, ictimai gücünü itirər. Uğursuzluq gətirər. Məzlumla ədavət aparmağa ehtiyac yoxdur, burax Uyğurlar rahat yaşasın. Azad olsunlar. Sənə nə, çıx oradan. Onlar orada çadır qurmaq istəyə bilər, yaylaqlar qurmaq istəyə bilərlər, niyə o insanları məcbur edirsən? Məscidlər tikəcəklər. Müasir şəhərlər olsun, məcbur etmək doğru deyil.
(200 jurnalist, alim və sənətçi yayımladıqarı məlumatla Türkiyənin PYD-yə müdaxilə etməsinə qarşı olduqlarını açıqladılar. “Suriyaya hərbi müdaxilənin İŞİD-ə qarşıymış görünüşü verilərək əslində PYD-yə, yəni Rojavada qurulan kantonal sistem qurulacağı açıqdır. Dövlət bir daha Kürd xalqına müharibə elan etmiş olacaq” dedilər.)
Onsuz da İŞİD-ə qarşı bir əməliyyata icazə vermərik. Kimsə də edə bilməz. Türk ordusu da belə bir çirkinliyin içinə girməz. Müsəlmana əl qalxmaz. Adam bir dəfə müsəlman öldürməyə əli alışsa, anasını atasını da öldürər, öz qardaşını da öldürər, özünü də öldürər. Belə bir cinnətə sahibdirsə hər şeyi edər. Bu səbəbdən millətimizi kimsə cinayətə filan alışdıra bilməz. Müsəlman öldürməyə də kimsə alışdıra bilməz.
PKK Rojavada, orada-burada dövlət yaratmağa qalxsa icazə vermərik. PKK-nın Türkiyənin ətrafını hər tərəfli əhatəsinə almağa da yol verilə bilməz. Təbii ki, müəyyən nöqtələrdə qırılıb əlaqənin kəsilməsi lazımdır, PKK ilə mübarizə üçün bu şərtdir. Ən az üç nöqtədən PKK-nın yolları, əlaqələri, damarları tamamilə qoparılmalıdır. Bu Suriya dövlətinə istiqamətli bir əməliyyat deyil ki. İŞİD-ə qarşı heç olmaz. Amma Allah əsirgəsin belə qorxunc bir ehtimal da var, Amerika PKK-nın rahatlaması üçün, İŞİD-in yırtıcı gücünü də gördüyü üçün “PKK bu İŞİD-lə başa çıxa bilməz, Türkiyə İŞİD-i bölgədə əzsin, PKK rahatlasın” desə, belə əxlaqsız bir təklif etsə Türk ordusu bunların üzünə tüpürər. İŞİD-ə tək bir güllə belə sıxdırmarıq, bunu unudacaqlar.