A9 TV, 19 iyun 2015 Xoş Söhbətlər
Əsrimizin alimlərinin Allaha iman mövzusunda etdikləri şərhlər
(Qalileo Qaliley; "Təbiət şübhəsiz, Allahın heç imtina edə bilməyəcəyimiz, oxunmalı olan digər bir kitabıdır")
Quranda nə deyir Allah, "Qəti inananlar üçün yer üzündə dəlillər vardır". (Zəriyət surəsi, 20) Elm adamları ilə Quranın üslubu eynidir.
(Johannes Kepler; "Təbiət kitabına görə biz astronomlar, uca Allahın din adamları olduğumuza görə biz Allahın şanından danışmalıyıq")
Çünki elm Allahın varlığını göstərən bir metoddur. Elmin vəzifəsi budur onsuz da. Allahın sənətini isbat edər, izah edər. Ancaq elm əhli Allahdan qorxar deyir Allah ayədə. Haqqıyla iman edən, Allahdan qorxanlar elm əhlidir deyir.
(Albert Eynşteyn: "Elmlə ciddi şəkildə məşğul olan hər kəs təbiət qanunlarında bir ruhun, insanlardan daha üstün bir ruhun olduğu ilə razılaşar. Buna görə elmlə məşğul olmaq, insanı dinə aparar")
Yəni Allahın varlığına.
(Volfqang Amadeus Mozart; "Allahın yaratması nə qədər qəribə görünsə də mütləq onda bir xeyir vardır")
Məsələn, xəstəliklər olur, dərdlər olur, başqa bir şeylər olur və yaxud biz bir şeyi anlaya bilmirik hamısında bir xeyir və hikmət vardır. Araşdırıldıqda bunun fərqinə varılar, görülər deyir.
Antoni Flu: "DNT üzərində aparılan tədqiqatlar yaradılışın arxasındakı Yaradıcını göstərir. Bioloqların tədqiqatları göstərir ki, DNT-nin heyrətamiz düzülüşü və bunun həyat üçün qəti lazımlılığı bir Yaradıcının olmasını zəruri edir". Elm günəş kimi həqiqətləri ortaya qoyur. "Əlbəttə, məndən təsirlənmiş insanlar ola bilər. Bu mövzuda verdiyim ziyanı aradan qaldırmaq üçün əlimdən gələni edəcəyəm". İmansızlığa sürüklədiyim insanlar ola bilər, bunu düzəldəcəm, doğru olan Allahın varlığıdır, elm bunu göstərir, həqiqətlər bunu göstərir, mən bunu gördüm deyir. Elm sayəsində Allahın varlığını bütün aydınlığı ilə, ehtişamı ilə gördüm deyir.
(Fransis Kollins; "Bir çox elm adamı Allahın varlığına inanır, lakin səssiz qalmağı seçir. Mən də bir vaxtlar ateist idim, lakin təbiətdə tapdığım Allahın varlığını göstərən dəlillərə görə təəccüb içindəyəm")
"... Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar". (Fatir surəsi, 28)
Hüceyrənin quruluşunu araşdırdım, aman Allahım heyrətamizdir. Qapqara qaranlıq hüceyrənin içərisində sən bir parçanın atomlarındakı düzülüşün zərər gördüyünü haradan bilərsən? Gedib onu təsbit edir. Sən bunu özünə necə vəzifə təyin etdin? Bunu insan üçün təhlükəli sayır, gedir onu xəbər verir, xəbər verən kimi müdafiə sistemi işə düşür. Bunları edən atom, molekuldur! İnsan ağlının çox-çox fövqündə ağıl göstərir. Zərər görmüş hissəni yenisi ilə əvəz edirlər. Amma harda və necə hazırlayırlar onu artıq heç bilmirik. Hansı ölçüdə və formada olacağını da təyin edirlər. Adamın beynini əməliyyatla çıxartsan ən ağılsız adam belə fövqəladəlik olduğunu görər, bir Yaradan olduğunu görər. Bunu atom molekulu necə etsin? Bütün dünyadakı insanlar bir araya gəlsə bunu edə bilməz. Atomun ağlı var, hissəciyin ağlı var.
Normal olaraq yeni hissəcik dümdüz gedir. Qarmaqarışıq gedir. Bir müşahidə edən olduqda düzgün forma alırlar. Belə bir şey necə olur? Artıq atom da deyil bu, başqa bir şeydir. Müşahidə edildiyini haradan bilirsən? Hər hansı bir şəkildə müşahidə edildiyini anlayarsa çox müntəzəm forma alır. Qılınc kimi forma alır. Əgər müşahidə edilmədiyi qənaətinə gələrsə, nizamsız hərəkət edir. Yəni rahat həyata keçir. O da yenə düzgün olur. O etdiyində da bir forma var çünki. Qarmaqarışıq dediyində də bir plan var. Kamera izləməsindən də təsirlənir, kamera, insan gözü fərq etmir.
Elmi daha çox təşviq etmək lazımdır
Quran kimi, elm Allahın ayələrinin sıx olaraq təcəlli etdiyi bir şeydir. Quran deyir onsuz da, "O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız" (Nəml surəsi, 93) -deyir. İndi görüb tanımağa başladıq.
(Bəqərə surəsi, 72-73), "O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar". Ölü danışmalıdır, kimin öldürdüyü məlum deyil. "Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə, anlayasınız".
Müasir tibdə də ürək dayandıqda ürək masajı edilir, əgər özünə gəlməzsə ürəyin üstünə güclü şəkildə vurulur. Yumruq kimi. Ürək onda birdən işə düşür. Quran ayəsi 1400 il əvvəl bu yeni olan elmi həqiqəti bildirir. Amma heç bir müəllim, alimdən siz bunu eşidə bilməzsiniz, danışmırlar, bəzilərinin eqosuna ağır gəlir.
Fironun sülaləsində Marfan sindromu var idi. Ayaq barmaqları çox uzun, əl barmaqları çox uzun, patoloji, kəllə quruluşları da qəribə idi. Ürək tutması da olur, bir çox narahatlıq var Marfan sendromunda. Lakin hz. Musa (ə.s)-ı suyun içində görüncə, baxırlar sağlam və bir o qədər də gözəldir. Bütləri Hathorun onlara göndərdiyinə inanırlar. Çox sevinirlər, sandığın içində olduğu üçün heyrətlənirlər. Çünki heç kim uşağını Nil çayına buraxmaz. Əlbəttə, uşaq Fironun ailəsinin olduğu yerə gəlir. Düz sarayın sahilinə gəlir. Onda tam qənaətə gəlirlər ki, Hathor göndərdi. Bilmədilər deyir Allah, halbuki o, onlar üçün bir bəla olaraq gəldi deyir. Mənə də, ona da düşmən olan kəslərin yanına göndərdim deyir. Onları məhv etmək üçün göndərdim deyir əslində.
(Tövrat Misirdən Çıxış Bölüm 2/2), "Qadın hamilə qaldı və bir oğlan doğdu. Gözəl və sağlam bir uşaq olduğunu görüncə, onu üç ay gizlətdi."
Verilən tarixlər də tam uyğun gəlir, yəni hz. Musa (ə.s)-ın doğum tarixi ilə uşağın tapılma tarixi. Üç ay gizlətməsi tam uyğun gəlir. Doğumundan etibarən hesablasaq, həqiqətən, Nilin daşma və saraya qədər suların gəldiyi mövsüm və sandıq da tam Fironun ailəsinin əyləndiyi, yaylaq kimi istifadə etdiyi yerin tam qarşısına gəlir. Hz. Musa (ə.s)-ın doğumu 8 fevraldır, o da dolça bürcüdür. Nilin daşması da iyunun əvvəllərində olur, tam üç ay edir. Həmişə Nilin daşdığı mövsümdür. Quranda nə deyilirsə, elmi olaraq araşdırdıqda doğru olduğunu görürük.
"Quranda" Haman "adı keçir. Haman da papirus yazılarında o dövrdə, Firon dövründə yaşamış bir tikinti ustasıdır".
Bəli onlara “Haman” deyilir, bu heç eşidilməmiş bir məlumatdır. Qurandakı məlumat 1400 il sonra təsdiqlənir.
Hathorun da hər şeyi etdiyinə inanırlar. Uşaqları doğurduğuna, Nil sularını daşırdığına inanırlar, hər şeyi onun etdiyinə inanırlar. Hz. Musa (ə.s)-ı da uşaqlıqdan etibarən, sənin atan, sənin dünyaya gəlməyinə səbəb olan Hathordur deyə öyrətmişlər, cavanlıq çağlarına qədər. Əlbəttə, hz. Musa (ə.s) sonra həqiqəti öyrənir.