Hər işdə bir xeyir var
ucgen

Hər işdə bir xeyir var

1595

Möminlərin təvəkküldə qətiyyətlilik göstərmələrinin sirlərindən biri Allah’ın hər işi xeyirlə yaratmasını bildirməsidir. Allah Quranda şər kimi görünən hadisələrdə belə xeyir olduğunu insanlara belə xəbər verir:

“...Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.”  (Nisa surəsi, 19)

“... Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi, 216)

Möminlər bu sirri bildikləri üçün rastlaşdıqları hər şeyin xeyirli və yaxşı cəhətlərini axtararlar. Maneə, çətinlik və çatışmazlıq kimi görünən heç bir hadisə onları nə kədərləndirər, nə də ki həyəcanlandırar. Bu vəziyyətləri isə heç bir zaman dəyişməz, böyük-kiçik hər hadisəyə qarşı davamlı eyni olar. Səmimi bir müsəlmanın illər boyunca çalışaraq qazandığı bütün var-dövləti əlindən çıxsa belə, bunda xeyir və hikmət axtarar. Məsələn, Allah’ın onu həyatını xilas etməsini, onu pis şeylərdən, harama girməkdən,  pula hərislik edib  haqq yoldan uzaqlaşmaqdan qoruduğunu düşünər və şükür edər. Çünki insan dünya həyatında nə itirirsə-itirsin, bu itki axirətdəki iləeyni olmaz. Axirətdəki itki insanın sonsuzluğa qədər dözülməz əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan insan üçün dünya həyatındakı hər hadisə axirət üçün xeyir və gözəllikdir. Belə bir insan başına bir hadisə gəldikdəacizliyini və möhtaclığını daha yaxşı anlayarar, Allah’a dua və təfəkkürlə daha çox yaxınlaşar. Bu da insanın axirəti üçün çox əhəmiyyətlidir. Bundan başqa, belə bir hadisəyə təvəkküllü davranıb səbir göstərərək Allah’ın razılığını qazanmış olar. Allah’ın razılığı isə hər şeydən üstündür. 

İnsan sadəcə böyük və önəmli işlərdən deyil, gündəlik həyatının hər anında gerçəkləşən hadisələrdə xeyir axtarmalıdır. Məsələn, diqqətlə hazırladığı yeməyi yandıran birisi üçün bu hadisə xəbərdarlıq məzmunundadır və gələcəkdə baş verəcək böyükbir qəzadan bu xəbərdarlıq sayəsində xilas olmuş olacaq. Bir gənc çox istədiyi və uğrunda çox çalışdığı universitetə qəbul olmaya bilər. Bunda da xeyir olduğunu bilməli, bəlkə də Allah’ın onu həmin universitetdəki bəzi təhlükələrdən, yaşayışına mənfi təsir göstərəcək şəxslərdən və ya mühitlərdən qorunduğunu düşünməli, bu nəticəyə sevinə bilməlidir. Allah’ın hər hadisədə onun bilmədiyi, hətta xəyalına belə gətirmədiyi, daha çox xeyir yaratmış ola biləcəyini düşünərək Allah’a təslim olmağın sevincini yaşamalıdır.

Hər işin xeyirlə yaradıldığını bilən insanlar “kaş ki”, “heyf” kimi ifadələrdən də istifadə etməzlər. Xətaların, çatışmazlıqların, unutqanlıqların, tərs kimi görünən hadisələrin hamısında böyük xeyirlər vardır və hamısı insan üçün tərbiyələndirici xüsusiyyət daşıyır. Allah hər kəs üçün ayrı-ayrı yaratdığı qədərdə insanlara çox önəmli dərslər və xatırlatmalar göstərir. Bunları ağıl və hikmətlə dəyərləndirən insanlar üçün çatışmazlıqlar, unutqanlıqlar, tərsliklər deyil, Allah Qatında tərbiyə, xəbərdarlıq və hikmətlər vardır. Məsələn, mağazası yanan müsəlman həmin an vicdanı ilə nəfs sorğu-sualı aparar və bəlkə də Allah’ın onun dünya malına və hərisliyinə qarşı xəbərdarlıq etdiyini və yoxladığını düşünərək daha da əliaçıq və səmimi olar.

İnsan dünyada hansı hadisə iləqarşılaşsa qarşılaşsın, o hadisə keçib gedər. Hər insan həyatındakı ən çətin və ya təhlükəli günü düşünsə, bunun yaddaşında  xatirə olaraq qaldığını və olub-bitmiş bir xəyal olduğunu görəcəkdir.

İnsanlar izlədikləri film səhnələrini də eyni şəkildə xatırlayırlar. Beləliklə, insan üçün hətta ən önəmli və ya ən “sarsıdıcı” gün belə bir vaxt baxılmış bir film, xatirə, xəyal kimi yaddaşda qalacaqdır. Ancaq bu xatirədən geriyə yalnız bir şey qalır və o sonsuzluğa qədər davam edir. O da bu şəxsin o çətin anda göstərdiyi davranış və Allah’ın ondan razı qalıb-qalmamasıdır.İnsan yaşadıqlarından deyil, yaşadıqları hadisədə göstərdiyi davranış, düşüncə və səmimiyyətindən sorğu-suala tutulacaqlar. Beləliklə, hər hadisədə Allah’ın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və ona uyğundavranmaq möminlərə dünyada və axirətdə böyük bir qazanc gətirər. Bu sirri bilən möminlər üçün dünyada və axirətdə qorxu və kədər olmaz. Heç bir insan, heç bir güc və heç bir hadisə möminlərə qorxu, bədbəxtlik və ümidsizlik kimi mənfi hallar gətirməz. Allah bu sirri də Quranda belə bildirir:

“Biz dedik: “Hamınız buradan enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar.”(Bəqərə surəsi, 38)

“Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkilmişlər - onlara dünyada da, axirətdə də müjdə vardır. Allah’ın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!”(Yunus surəsi,  62 – 64)


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr