Əbu Səid Peyğəmbər (s.ə.v)-in belə buyurduğunu rəvayət edir: "...Daha sonra Allah Təala Əhli-beytimdən birini (hz. Mehdi (ə.s)-ı) zülmlə dolan yer üzünü ədalətlə doldurması üçün göndərəcək. Səmanın və yer üzünün sakinləri ondan (hz. Mehdidən) razı qalacaqlar. Yer üzü bütün bitkilərini onlar üçün yaşıllaşdıracaq və səma davamlı onlara yağış yağdıracaq... Allah Təalanın yer üzünə endirdiyi bu qədər xeyir səbəbiylə, ölülər yenidən yaşamağı arzulayacaqdırlar. (El-Beyan, səh. 72, Es-Sevaik-ul Muhrika, səh. 161, Yenabi-ul Mevedde, cild.2, səh. 177)
Peyğəmbərimiz (s.ə.v)-dən köçürülən hədislərdə və rəvayətlərdə hz. Mehdinin zühurundan sonrakı dövrdə insanların maddi-mənəvi hər baxımdan çox üstün bir rifah səviyyəsinə çatacaqları, görülməmiş bir dinclik və xoşbəxtlik içində yaşayacaqları xəbər verilmişdir. Elə ki, bu mühitin və həyat şəklinin gözəlliyindən ötəri mənəvi cəhətdən özlərini ölü hiss edənlər “mən onsuz da ölüyəm” deyən, ya da xalq arasında, “bu adam onsuz da çoxdan ölmüşdür” kimi xarakterizə edilən insanlar belə yenidən həyat arzusu ilə dolacaqlardır. Bu səbəbdən də hədisdə hz. Mehdi dövründə meydana gələcək bənzəri görülməmiş dərəcədəki gözəl həyat vəsiləsiylə bu kimi insanların da canlanacaqlarına; din cəhətdən qüvvət tapacaqlarına işarə edilmişdir.