Modabazlıq, homoseksuallıq, anarxistlik, milli dəyərlərə əhəmiyyət verməmək, İslam əleyhdarlığı, müsəlman olmaqdan utanmaq, saxta intellektuallıq, özündənrazılıq...
Bunlar bəzi müsəlmanların yaratmağa çalışdığı yeni gənclik modelinin xüsusiyyətləridir. Qəbul olunmaq və müasir görünmək üçün bu xüsusiyyətlərə sahib olmaq lazım olduğuna inanan insanlar gənclərin bu azğınlıqlara üz tutmaları üçün böyük səy göstərirlər. Bəziləri İslamın əxlaqi dəyərlərinə zərər vermək üçün şüurlu olaraq bu şəkildə hərəkət edir, bir qismi də şüursuz olaraq bu xətaya düşürlər.
Homoseksualizmin bu xüsusiyyətlərin içində ön sıralarda olması və sanki insan hüquqları problemi kimi təqdim edilməsi isə diqqəti çəkir. Unudulmamalıdır ki, homoseksualizm İslam dini də daxil olmaqla bütün (Qurani Kərim, Əraf surəsi 80-82) səmavi dinlərin müqəddəs kitablarında da (İncil, Levililər 18/22, Romalılar 1 / 24-28) haram edilib və bu haramı edənlər Allah tərəfindən ağır şəkildə cəzalandırılacaqlar. (Qurani-Kərim Hicr surəsi / 68-75, İncil, 2 Petrus 2/ 6-10 və Levililər 20/13)
Homoseksuallığa sövq edən edən bəzi müsəlman aktivistlər bu ayələrin həqiqi mənalarını azdıraraq burada homoseksualizmin qınanmadığını, yalnız cinsi zorakılığın qınandığını iddia edərək insanları yanlış istiqamətləndirməyə çalışırlar.
Bu gün bəzi cəmiyyətlərdə homoseksuallığa qarşı olmağı fanatizm zənn edənlər əksəriyyət olduğundan bir çox insan cinsi azğınlıq əleyhinə danışmaqdan çəkinir. Halbuki homoseksualizmin haram olması Quranın vəhylə bildirilməsindən illər sonra ortaya çıxan, yəni fanatiklər tərəfindən uydurulmuş bir şey deyil. Bu azğın əməl Quranın göndərilməsindən etibarən Allah tərəfindən haram edilmiş çirkin hərəkətdir və qətiyyən şərhə açıq mövzu deyil. Ancaq əlbəttə ki, bəzi insanların homoseksuallara qarşı zorakı əməllərinə qəti şəkildə qarşı olduğumuzu qeyd etmək lazımdır. Radikal islamı fikirdə olan bəzi insanlar homoseksualların binalardan aşağı atılması, ya da fiziki hücuma məruz qoyulması lazım olduğunu düşünürlər. Təbii ki, biz bu cür hərəkətlərin də qəti əleyhinəyik.
Burada mənim əsas üzərində dayandığım cinsi əxlaqsızlığın Allahın haram etdiyi bir hərəkət olduğunu və cəmiyyətə, xüsusən də uşaqlara əxlaqi və fiziki yöndə zərər verdiyini anlatmaqdır. Bunu aradan qaldırmaq üçün zorakılığa əl atmaq deyil, maarifləndirmək lazımdır.
Günümüzdə homoseksuallıq elə səviyyədə artıb ki, buna qarşı olanlar cəmiyyətdə təcrid olunur və anormal olduqları düşünülür. Homoseksual aktivistlərdən bəziləri azğın evlilikləri gecə-gündüz TV proqramlarında, köşə yazılarında və sosial mediada təşviq edirlər. Homoseksual evlilik, guya çox normal, sağlam və klassik heteroseksual ailələrdən fərqsiz kimi təqdim edilməyə çalışılır. Ancaq təbii ki, bu ancaq göz boyamadan ibarətdir. Cinsi azğınlıq cəmiyyət əxlaqına, maddi və mənəvi mənada böyük zərər verməyə davam edir.
Əxlaqi nöqteyi-nəzərdən homoseksual evliliklərin qanuni olduğu ölkələrdə ailə anlayışı zərər görür və qeyri-qanuni uşaq sayı da getdikcə daha çox artır. Skandinaviya ölkələrinin bir çoxunda uşaqların 80%-i evlilikdən kənar doğulur. Homoseksuallığı müsbət görmək cəmiyyətləri əxlaqi yöndən korlayır və ailə anlayışını yerlə bir edir. Bunun nəticəsi olaraq cəmiyyətdə namus anlayışından bixəbər uşaqlar yetişir. Digər tərəfdən homoseksual valideynləri tərəfindən cinsi təcavüzə məruz qalan uşaq sayı heç də az deyil. Statistikaya görə, homoseksual valideynləri olan uşaqların 29%-i öz valideynləri tərəfindən cinsi istismara məruz qalır. Bunun təkcə rəsmi rəqəmlər olduğunu nəzərə alsaq, məsələnin nə qədər əhəmiyyətli olduğunu daha aydın görə bilərik. Təcavüz edilən bir çox uşaq başlarına gələnləri utandıqları, ya da qorxduqları üçün demirlər.
Digər tərəfdən, homoseksualların əqli sağlamlıq baxımından da ciddi problemlər yaşadıqları məlumdur. ABŞ-da aparılan bir səhiyyə araşdırmasının nəticəsinə görə, homoseksuallar heteroseksual insanlara görə 50% daha çox depressiyaya düşməyə meyil göstərir və narkotikdən asılı olurlar. İntihar etmə nisbətləri isə 200%-dən daha çoxdur. Bir homoseksual bir heteroseksuala görə 24 il daha az yaşayır. Homoseksuallar QİÇS səbəbindən həyatlarını 40 yaşlarının sonunda itirdiyi halda, heteroseksual insanlar orta hesabla 70 il yaşayırlar.
Homoseksualların əksəriyyəti QİÇS xəstəliyindən həyatını itirir. 2008-ci ildə aparılan bir araşdırmaya görə ABŞ-ın 21 iri şəhərində yaşayan hər beş homoseksualdan birinə insan immunçatışmazlığı virusu düşür və bu insanların yarısı xəstəliyə yoluxduğunun fərqində olmur. Cinsi yolla keçən digər xəstəliklərə da məruz qalan homoseksuallar çox vaxt özlərinə keçən virusun fərqində olmadan cəmiyyət içində xəstəliyi yayırlar. Bunlar qan vermə zamanı inyeksiya və ya cinsi əlaqə ilə yayılırlar. Aparılan bir araşdırmaya görə, homoseksualların 28%-i 1000-dən çox insanla cinsi əlaqə qurur. Bundan əlavə, QİÇS-lə mübarizə ölkələrə iqtisadi olaraq da mənfi təsir göstərir. Məsələn, ABŞ-da hökumət QİÇS - lə mübarizə aparmaq üçün ildə 24 milyard dollardan çox xərc çəkmək məcburiyyətində qalır.
Bu böyük təhdidlə bağlı siyahılar getdikcə artır. Nəticə olaraq bu böyük təhlükəyə diqqət çəkmək və cəmiyyət şüurunu artıraraq lazımi tədbirlər görmək bir məcburiyyətdir. Əvvəla homoseksuallığa meyil edən insanlara bu anormallığı izah edərək, onları çəkindirməyə cəhd etmək lazımdır. Həmçinin onları homoseksuallığa təhrik edən aktivistlərin təbliğatını dayandırmaq üçün hərəkətə keçilməlidir. Cəmiyyətin bütün fərdləri çox dəyərlidir və bizlər hər kəsin qurtuluşu üçün fəaliyyət göstərməyə hazırıq. Homoseksuallıq hazırda təqdim edildiyi kimi, "azadlıq" olaraq görülməməlidir. İnsanları məlumatlandırmalıyıq və şüurlu fərdlər olaraq daha gec olmadan, xüsusilə, müsəlman cəmiyyətlərə qəbul etdirilməyə çalışılan bu xəstəlikli davranışı müalicə etmək üçün üzərimizə daha çox məsuliyyət götürməliyik.
Adnan Oktarın «The Jakarta Post»da dərc edilən məqaləsi:
http://newsbaku.info/post/9101-homoseksualliq-muselman-cemiyyetlere-telqin-edilen-boyuk-tehluke.html
http://paralel.az/cemiyyet/1503-homoseksualliq-muselman-cemiyyetlere-telqin-edilen-boyuk-tehluke.html
http://seherxeber.org/index.php?option=com_content&view=article&id=24510:homoseksuallq-colorredmueslman-cmiyytlr-tlqin-ediln-boeyuek-thluek&catid=61:cmiyyt&Itemid=61
http://demokratikmusavat.com/index.php/dzaemiyyaet/20870-homoseksuallıq-color-red-müsəlman-cəmiyyətlərə-təlqin-edilən-böyük-təhlükə.html
http://xeberinfo.com/24698-homoseksualliq-muselman-cemiyyetlere-telqin-edilen-boyuk-tehluke.html
http://arenatv.az/medeniyyet/2218-homoseksuallq.html
http://finetv.info/zias/1213-homoseksualliq-muslman-cmiyytlr-tlqin-ediln-boyuk-thluk.html
http://gundelik.info/index.php?newsid=10495
http://respublik.info/gundem/2559-homoseksualliq-muselman-cemiyyetlere-telqin-edilen-boyuk-tehluke.html