Bu gün alimlər ulduzların isti qaz buludundan meydana gəldiyini bildirirlər. İsti qaz kütləsindən meydana gəlmək həm də kainatın yaradılması ilə əlaqədardır. Kainatın yaradılışı barədəki bu elmi kəşfləri Quran da təsdiq edir:
"O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da "İstəyərək vücuda gəldik!" deyə cavab verdilər".("Fussilət", 41/10-11)
Bu ayədə qeyd edilən "tüstü" ifadəsi ərəb dilində "duxan" kəlməsi şəklindədir. Bu kəlmə adı Quranda çəkilən isti bir kosmik tüstünü ifadə edir. Qatı maddələrə bağlı uçan kiçik hissələri ehtiva edən, isti qaz halında bir kütlə olan bu tüstü forması Quran ayəsinə tam uyğun gəlir. Bəlli olduğu kimi, Quranda kainatın bu mərhələdəki görünüşünü təsvir edən ən münasib sözdən istifadə olunub. Alimlər isə kainatın tüstü halındakı isti bir qaz kütləsindən əmələ gəldiyini yalnız XX əsrdə kəşf etmişlər.
Həmçinin "Sonra Allah tüstü halında olan göyə üz tutdu" ifadəsindəki "sonra" deyə tərcümə edilən ərəb dilindəki "summə" kəlməsinin "bununla belə, bundan başqa, üstəlik, yenə, bir daha" kimi başqa mənaları da mövcuddur. Burada da "summə" kəlməsi bir zaman ifadəsi olaraq deyil, əlavə izah kimi istifadə edilir. Kainatın yaranması haqqındakı bu məlumatın ilk dəfə Quranda bildirilməsi, şübhəsiz ki, Quranın elm sahəsindəki növbəti möcüzəsidir.