Posta qəzeti, 15 avqust 2008
Milliyyət qəzeti, 21 avqust 2008
Fikrət Bila Rusiya və Gürcüstan arasındakı döyüşə toxunaraq Qafqaz İttifaqı layihəsini ələ aldığı yazısında iki önəmli mövzunun üzərində durur. Bunlardan biri keçmişdə yaşananların keçmişdə qalması, digəri isə Türkiyənin qabaqcıl bir rol oynamasıdır. Hörmətli Adnan Oktar da mövzu ilə əlaqədar açıqlamalarında “1800-cü illərin düşmənlik hisslərini elə həmin illərə buraxmağın lazım olduğunu” söyləməkdə və xüsusilə, bölgədən gələn mətbuat mənsubları ilə keçirdiyi bütün görüşlərdə dostluğun, sevginin və qardaşlığın hər cür problemin öhdəsindən gələcəyini vurğulamaqdadır. Fikrət Bilanın yazısında diqqət çəkən bəzi bölümlər belədir: “Qafqaz xalqları tarixdə qalmış problemlərə görə döyüşmək yerinə bir araya gəlsələr, itirdikləri illəri əvəz edə bilərlər. Gürcü, Osetiya, Abxaziya deyib bir-birlərinə qarşı çıxmağın yerinə enerji istehsalı və ixracı layihəsi ətrafında birləşsələr və əldə edəcəkləri qaynaqları rifahları üçün istifadə etsələr, daha yaxşı olmazmı?… Bölgənin iqtisadi potensialını, təbii qaynaqlarını, enerji koridorunun əhəmiyyətini vurğuladıqdan sonra Ermənistana çağırış etmişdi. Bu günə qədər heç bir faydası olmayan tarixdə qalmış lazımsız iddiaları mübahisə etmək əvəzinə Türkiyə və Azərbaycanla əlaqələrini normallaşdırıb Qafqazın nəhəng enerji layihələrinə qatılmağa çağırmışdı.” |