Mayelərin axıcılıq qabiliyyətləri arasında milyonlarla fərqli cəhətlər mövcuddur. Amma su, bu milyardlarla axıcılıq şəklindən yalnız lazım olduğu ölçüdə yaradılmışdır.
Maye dedikdə gözlərimiz qarşısında son dərəcə axıcı maddə canlanır. Əslində isə mayelərin axıcılıq qabiliyyətləri tamamilə bir-birilərindən fərqlənirlər. Məsələn, qliserin, zeytun yağı və sulfat turşusundakı axıcılıq qabiliyyətləri çox yüksəkdir. Bu mayelər su ilə müqayisə edildikdə isə, qarşıya daha böyük fərqliliklər çıxır. Çünki su, qətrandan 10 milyon dəfə, qliserindən min dəfə, zeytun yağından yüz dəfə və sulfat turşusundan 25 dəfə daha axıcıdır.
Yuxarıdakı müqayisədən də aydın olduğu kimi, su, çox yüksək axıcılıq qabiliyyətinə malikdir. Hətta, spirt və maye hidrogen kimi normal formulu qaz olan maddələr xaric, suyun bütün mayelər içərisində axıcılıq qabiliyyəti ən yüksək olduğunu deyə bilərik.
Bəs onda suyun belə axıcılıq qabiliyyətinin bizim üçün mənası varmı? Bu həyati maye, daha da axıcı olsa idi, onda bizim üçün fərqi olacaqdımı? Professor Denton bu suallara belə cavab verir:
Əgər axıcılıq qabiliyyəti daha yüksək olsaydı, su, həyat üçün vacibliyini itirərdi. Məsələn, axıcılığı maye hidrogendə olduğu kimi olsaydı, canlıların quruluşları, zərərli təsirlər qarşısında şiddətli dəyişikliklərə məruz qalacaqdı... Həssas molekulların tərkib hissəsini təşkil etməyəcək, canlı hüceyrənin həssas quruluşu uzun müddət yaşamayacaqdı...
Digər tərəfdən də, suyun axıcılığı daha da az olsaydı, onda (zülallar, fermentlər kimi) makro molekulların və xüsusilə mitoxondri kimi xüsusi quruluşu ilə orqnoidlərin idarəli hərəkətləri imkansız olacaqdı. Eyni şəkildə hüceyrənin bölünməsi də reallaşmayacaqdı. Hüceyrənin yaşaması üçün bütün fəaliyyətlərin, hərəkəti dayanacaq və bizim bildiyimiz şəkildə hüceyrə həyatı mümkün olmayacaqdı. Hüceyrənin embrioloji (ana rəhmindəki inkişafı) mərhələsində hərəkət etmə qabiliyyətləri ilə bağlı olan daha yüksək orqanizmlərin inkişafı, suyun axıcılıq qabiliyyətinin az fərqlənməsi şəraitində heç vaxt gerçəkləşməyəcəkdi. 1 (Ətraflı məlumat üçün bax: ,Mucizeler Zinciri, Harun Yahya, Vural Yayıncılık)
Suyun axıcılıq qabiliyyəti təsadüfi deyildir
Suyun yüksək axıcılıq qabiliyyəti, bizim üçün həyati əhəmiyyət daşıyır. Əgər suyun axıcılıq qabiliyyəti biraz da az olsaydı, qanın tükşəkilli damarlarda (kapilyarlarda) hərəkəti mümkün olmayacaqdı. Məsələn, qaraciyərin qarışıq damar şəbəkəsi yaranmayacaqdı.
Tükşəkilli damarlar mövzusunu daha da yaxından araşdıraq. Bu damarların əsas vəzifəsi, orqanizmin hər tərəfindəki hüceyrələri oksigenlə təmin etməkdir. Bir hüceyrənin tükşəkilli damardan yararlanması üçün də, ondan ən azı 50 mikronluq məsafə qədər uzaqda yerləşməsi lazımdır. (Bir mikron, millimetrin mində biridir) Belə olduqda daha uzaqda yerləşən hüceyrələr isə bəslənməyərək öləcəklərdir.
Bu səbəbdən də insan orqanizmi tükşəkilli damarların bədəni tamamilə əhatə edə biləcəyi şəkildə yaradılmışdır. Bədənimizdə təxminən 5 milyard tükşəkilli damar vardır ki, bunun da ümumi uzunluğu 950 km təşkil edir. Bəzi məməlilərdə bir kvadrat santimetrlik əzələ sahəsində 3000 dənə tükşəkilli damar yerləşir. Əgər insan bədəninin ən kiçik tükşəkilli damarlarının 10 min dənəsini yan-yana gətirsək, ümumi qalınlıqları ancaq karandaşın ucu qalınlığında olar. Bir tükşəkilli damarın diametri 3-5 mikron intervalında dəyişir. Bu, millimetrin mində üçü, ya da mində beşi deməkdir. 2
Ancaq yenədə qanın bu qədər dar damarlarda tıxanmadan və ağırlaşmadan hərəkət edə bilməsi, suyun yüksək axıcılıq qabiliyyəti nəticəsində mümkün olur. Professor Michael Denton, bu axıcılığın azacıq aşağı olması vəziyyətində qan-damar sisteminin öz funksiyasını yerinə yetirə bilməyəcəyini söyləyir:
Tükşəkilli damar sistemi, ancaq damarın daxilinə vurulan mayenin axıcılıq qabiliyyətinin yüksək olduğunda funksiyasını reallaşdırır. Yüksək axıcılıq qabiliyyəti əsasdır, çünki mayenin damar daxilindəki hərəkəti, mayenin axıcılıq qabiliyyətindən asılıdır... Burdan da aydın olur ki, əgər suyun axıcılıq qabiliyyəti daha da artıq olsaydı, tükşəkilli damarlardakı qan axını üçün böyük təzyiq lazım olacaq və digər damar sistemləri yararsız hala gələcəkdir.
Əgər suyun axıcılıq qabiliyəti daha az olmuş olsaydı, onda ən kiçik tükşəkilli damarın diametri 3 mikron əvəzinə 10 mikron olmalı idi ki, bunun nəticəsində tükşəkilli damarlar lazımlı oksigen və qlikoza miqdarını çatdırmaq üçün əzələ toxumasının bütövlükdə hamsını əhatə edəcəkdi. Aydındır ki, bu vəziyyədə geniş yaşayış formalarının dizaynı imkansız olacaq və məhdudlaşacaqdı. Başqa sözlə desək, suyun həyatımız üçün əhəmiyyəti də onun axıcılıq qabiliyyətinin hazırdakı miqdarda olmasındadır. 3
Başqa sözlə suyun bütün xüsusiyyətləri də, həyat üçün ideal nisbətdədir. Mayelərin axıcılıq qabiliyyətləri arasında milyonlarla fərqli cəhət vardır. Amma bu milyonlarla cəhət arasında su olması gərəkli olan nisbətdə yaradılmışdır.
Allah bir Quran ayəsində hər şeyi bir ölçü daxilində yaratdığını buyurur:
Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furkan surəsi, 2)
Qaynaqlar:
1) Michael Denton, Nature's Destiny, s. 33.
2) Michael Denton, Nature's Destiny, s. 35.
3) Michael Denton, Nature's Destiny, s. 35-36.