Darvinistlər: “Yenə üzr istəyirik, Ardi mövzusunda da yanılmışıq”
ucgen

Darvinistlər: “Yenə üzr istəyirik, Ardi mövzusunda da yanılmışıq”

2539

Darvinistlər, 150 il boyunca davamlı olaraq insanlardan üzr istəmək məcburiyyətində qaldılar; “bağışlayın, saxtaymış” dedilər, “səhv etmişik, insan deyil, donuz dişiymiş” dedilər, “bağışlayın; güvələr ağac qabıqlarına qəsdən yapışdırılmış”, “kəllə oynanmış,” “dinozavra əllə tük əlavə olunmuş”, “məgər bu canlı hələ yaşayırmış və ara fosil deyilmiş,” “ilk atmosfer belə deyilmiş...” dedilər. “Embrionlar belə deyilmiş, şəkillər saxtaymış” dedilər. “İnsanın atası demişdik, amma məgər sıravi meymunmuş” dedilər. Davamlı üzr istədilər və bütün iddialarını geri aldılar. Fosilləri tələm-tələsik muzeylərdən çıxardılar. Jurnallarının bir sayında ara fosil elan edərkən ikinci sayında üzr istədilər. Bu, günümüzə qədər eyni şəkildə davam etdi.

Bunun səbəbi budur: DARVİNİZM YALNIZ AZĞIN İDEOLOGİYADIR, ELMLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR. TƏK BİR ELMİ DƏLİLLƏ BELƏ DƏSTƏKLƏNİLMƏMİŞDİR. Məhz buna görə darvinistlər davamlı olaraq saxta dəlil çıxararlar. Saxtakarlığın ömrü isə əlbəttə, çox qısadır.

Saxtakarlıq ortaya çıxınca darvinistlər də ictimaiyyətin qarşısına çıxıb üzr istəmək məcburiyyətində qalarlar. Piltdaun Adamı, Nebraska Adamı, Sənaye İnqilabı kəpənəkləri, Hekkelin embrion şəkilləri, Coelacanth, Lusi, Archaeoraptor, atın təkamülü ardıcıllığı, insanın xəyali təkamülünə dəlil göstərilməyə çalışılan kəllələr, Archaeopteryx və son olaraq Ida gəlib-keçmiş ən böyük saxtakarlıq nümunələri olaraq tarixə keçmişdir. Bütün dünyada sanki şou şəklində təqdim edilən Ida, bunun son nümunəsi olmuş, “insanın xəyali atası” deyilərək haqqında sənədli filmlər çəkilən, mətbuat konfransları təşkil edilən və dünyanın ən tanınmış TV kanallarından birində “xəyali təkamülə ən böyük dəlil” olaraq tanıdılan bu fosilin, sıradan lemur fosilindən başqa bir şey olmadığı ortaya çıxmışdır. Darvinistlər, başlatdıqları böyük hay-küyün sonrasında isə hər zamanki kimi üzr istəmək məcburiyyətində qalmışlar. (Mövzu haqqında ətraflı məlumatı buradan oxuya bilərsiniz.)

İndilərdə isə ARDİ, BU SAXTA HAY-KÜYÜN YENİ PARÇASIDIR. Darvinistlər, sıradan bir meymun fosilini götürmüş və onun tamamilə parçalanmış, hətta milimetrik parçaları da parçalanmaqda olan ləyən sümüyünü “dik gedə biləcək şəkildə” yəni başdan inşa etmişlər. Onsuz da bəhsi keçən fosilin xəyali insanın təkamülü ssenarisinə ən böyük namizəd olaraq seçilməsinin tək səbəbi, ləyən sümüyünün darvinist elm adamları tərəfindən yenidən və “istədikləri kimi” inşa edilməsidir. Darvinistlər tərəfindən darvinizm adına edilmiş və Ardi, bütün dünyaya qayğısızca, “dik gəzən meymun” adı altında tanıdılmışdır. Heç çəkinmədən, insanın xəyali təkamülünün ən böyük dəlili olaraq təqdim edilmişdir. Lakin bu hay-küy digərləri kimi çox uzun ömürlü olmamış, darvinist saxtakarlıq, qısa müddət içində ortaya çıxarılmışdır. Həm də birbaşa darvinist elm adamlarının şərhləriylə.

İndi isə sıra, ARDİ MÖVZUSUNDA ÜZR İSTƏMƏYƏ GƏLMİŞDİR.

Long Island, Stony Brook Universiteti Tibb Mərkəzində anatomik elmlər bölümü şefi olan darvinist Uilyam Canqers, Ardi haqqındakı “insanın atası” iddialarıyla əlaqədar olaraq bu şərhi etmişdir:

 

Bu şəxslərin (Ardi haqqında) söylədikləri şeylərin bəzilərinin yalnız təsir oyandırmaq üçün ola biləcəyini düşünürəm. [1]

 

Ardi üzərində araşdırmalar aparan və Ardinin insanın xəyali təkamülündə itkin halqa olduğunu qarşıya qoyan Kaliforniya Universitetindən Darvinist Tim Vayt və iş yoldaşları da bu etirafı etmək məcburiyyətində qalmışlar:

 

Ardipithecus ramidusun (Ardi), Australopitecusların atası olduğu çıxarışını kafi dərəcədə haqlı çıxaracaq, ətrafda heç bir xüsusiyyət yoxdur. [2]

 

Tamamilə bir qırıntı yığını şəklindəki ləyən sümüyü və ətrafının, yalnız darvinist elm adamlarının şərhlərinə görə yenidən qurulduğu gerçəyi də, yenə darvinist elm adamları tərəfindən açıqca ifadə edilmişdir. Canqers, bu mövzu haqqında bunları söyləyir:

 

Bəlkə də parçalar gözəl bir şəkildə bir araya gətirilmişdir, amma gerçək budur ki, olduqca zədələnmiş nümunə üzərində işə başladılar və Australopitecinelərə (Lusinin daxil edildiyi xəyali insanabənzər qrupu) olduqca bənzər bir şey ilə bitirdilər. Əgər əlinizdə imkan varsa, bu parçaları, zehninizdə olan şeyə bənzətməmə ehtimalınız olduqca çətin... Ardi, olduqca çox təxmin tələb edir. [3]

 

Canqers, fosili araşdırdıqdan sonra isə, “əldə edilən məlumatlar qəsdli olaraq laqeydlik edilmədiyi və ya bunlar tamamilə uydurma olmadığı müddətcə, belə bir heyvanın arxa ayaqları üzərində davamlı gəzə bilməyəcəyini” açıqca ifadə etmişdir. [4] Bu şərh ilə Tim Vayt və qrupunun, darvinizm adına yeni bir yalana imza atmış olduqları açıqlanmışdır.

Ardi haqqındakı iddiaları yalanlayan yalnız ləyən sümüyü ilə əlaqədar tapıntılar deyil. “Science” jurnalında nəşr olunan bir yazıda, Ardinin ayaq anatomiyasının, onun dırmaşan olduğunu ortaya qoyduğu ifadə edilmişdir. “Scientific American” jurnalından Katerin Harmon tərəfindən qələmə alınan “How Humanlike Was Ardi?” (Ardi nə qədər insana bənzəyirdi?) başlıqlı yazıda isə, ayaqlardakı tək bir parçanın belə, heyvanın ayaq üstə dayandığını göstərmədiyi açıqca ifadə edilmişdir. Ayaqlar və xüsusilə ayaqlardakı böyük baş barmaq, tamamilə günümüzdəki şimpanzelərdə də hal-hazırda var olan və dırmaşmağa yarayan xüsusiyyətlər göstərir. Canqers bu vəziyyəti belə yekunlaşdırar:

 

(Ardi) Heç bir şəkildə iki ayaqlılığa doğru adaptasiya göstərmir. [5]

 

Əllərində iddialarını təsdiqləyəcək dəlil qalmayan darvinistlər, son olaraq bu canlını insanın xəyali atası olaraq göstərə bilmək üçün bu yalana müraciət edirlər: “Dişləri kiçik, çünki erkəklər ovlayarkən dişi olan uşaqlara baxırdı”. Bu aciz iddia əslində darvinistlərin düşdüyü çarəsiz vəziyyətin əhəmiyyətli dəlilidir. Əldə dəlil olmadığından, artıq açıqca, heç çəkinmədən demaqoqluğa üz tuturlar. Belə iddia ilə bir elm adamının ortaya çıxması və buna əsaslanaraq tam mənasıyla mükəmməl bonobo meymununu insanın atası elan etməsi, o elm adamı baxımından utanc vericidir. Lakin darvinistlər, utanılacaq vəziyyətə də düşsələr, azğın darvinist ideologiya uğruna, bu aciz iddiaları təkrarlamaq məcburiyyətində qalarlar.

Belə bir iddianın elmi mənada diqqətə alınıb cavablandırılması belə olduqca gərəksizdir. Lakin yenə də bu iddianı ortaya atanların düşdüyü aciz vəziyyəti göstərmək baxımından bunu ifadə etmək yerində olacaq: iş bölgüsü daxilində ailə həyatı yaşayan canlılar yalnız insanlar deyil. Təbiətdə bir çox canlı ailə olaraq varlığını davam etdirər və bu ailə içində erkəyin də, dişinin də üzərinə düşən xüsusi vəzifələr vardır. Bir çoxunda ovlayan erkək, dişilərin baxımını boynuna götürən isə dişidir. Bu səbəbdən bir canlının dişisinin ovlamayıb uşaqlarına baxması, ONU ƏLBƏTTƏ Kİ, İNSAN ETMƏZ. Bu axmaq iddia, darvinist məntiqin əsaslandığı yalanı çox açıq şəkildə göstərir.

 

Nəticə:

Darvinist diktatorluq artıq çarəsizlik içindədir. Ölmüş Darvini və onun fikirlərini necə dirildəcəklərini bilmirlər. Çarəsizlik və çaxnaşma içində vəziyyəti qurtarmağa çalışırlar. Bu yolda bir-birindən axmaq iddiaları müdafiə etməyi, alçalmağı gözə alıblar. 21-ci əsrdə darvinistlərin çökmə və məğlubiyyəti belə olmuşdur. Son olaraq Ardi bu böyük çökmə və məğlubiyyəti daha açıq şəkildə ortaya çıxarmışdır. Ardi mövzusunda bütün iddialarını geri götürmək məcburiyyətində qalan darvinistlər, keçmişdə olduğu kimi insanları aldada bilməyəcəklərini anlamışlar. Əvvəllər 40 il muzeylərdə sərgilənən saxta fosillər, indiki vaxtda artıq dərhal ifşa edilir, yalan ömürləri bir neçə günü, hətta bir neçə saatı keçmir. Darvinistlərin saxta fosillərlə təkamülü canlandırmaq səyləri boş səydir. Bunu darvinistlər də artıq açıq şəkildə görür və etiraf edirlər.

 

[1] Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009, http://www.scientificamerican.com/article.cfm?id=how-humanlike-was-ardi

[2] Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009, http://www.scientificamerican.com/article.cfm?id=how-humanlike-was-ardi

[3] Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009, http://www.scientificamerican.com/article.cfm?id=how-humanlike-was-ardi

[4] Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009, http://www.scientificamerican.com/article.cfm?id=how-humanlike-was-ardi

[5] Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009, http://www.scientificamerican.com/article.cfm?id=how-humanlike-was-ardi

PAYLAŞIN
logo
logo
logo
logo
logo