Suriyada 3 ildir davam edən vətəndaş müharibəsi gündəmə gəldikcə müxalif cəbhənin necə mürəkkəb quruluşda olduğunu artıq hər kəs bilir. Ancaq məsələ rejim qüvvələrinə gəldikdə, bunların ümumi adı var: Əsəd. Bəs həqiqətən Əsəd getsə, Suriyada müharibə bitərmi?
İnsanlar qavramaqda çətinlik çəkdikləri mövzuları şüuraltı sadələşdirir, qruplaşdırır, ümumiləşdirirlər. Ümumiləşdirmə isə tədricən həqiqətin üstünü örtən dumana çevrilir. Suriya qüvvələri məsələsində də bənzər nümunə ilə qarşılaşırıq. “Ərəb baharı” adlandırılan demokratiya axtarışı hərəkatının başlanğıcından etibarən gördüyümüz nümunələr bir çox insanda belə bir fikir formalaşdırdı ki, hər ölkədə buna bənzər yola əl atmaq lazımdır. Lakin Tunisdəki Bin Ali rejimi, Misirdəki Mübarək rejimi, Yəməndəki Salih rejimi və Liviyadakı Qəddafi rejiminin ortaq xüsusiyyəti var idi. Bu rejimlər bir diktatorun təşəbbüsü ilə dövlətlərin idarə edildiyi sistemlər idi və bu diktator devrildikdə və ya geri çəkilməyi qəbul etdikdə rejim dəyişikliyi mümkün oldu.
Lakin Suriya rejimi uzun illərdir fərqli xüsusiyyət daşıyır. Suriya rejimi daha dərin təsirə malik Bəəs sistemi üzərində qurulub. Bu sistem Suriyanın daxilində və Suriyadan kənarda Bəəs ideologiyasının tamamilə aradan qalxmaması üçün hələ də müqavimət göstərən azlıqlar arasında sosial bünövrəyə malikdir. Bu bünövrəyə bəzi solçu hərbçi partizan qruplar, Bəəs partiyasının üzvləri və Şanxay Paktının Orta Şərq təmsilçiləri ideoloji cəhətdən dəstək verirlər. Bəəs ideologiyası və Bəəs bünövrəsinin gücü Əsədin fiziki gücündən çoxdur. Hafiz Əsədin 30 illik hökmranlığından da əvvəl 20 il ərzində Suriyanı Bəəs partiyası idarə edib. Bəəs şəbəkəsi Suriyada bütün dini icmalardan və qruplaşmalardan daha güclüdür. Rejim ideologiyası xalqın içinə elə qarışıb ki, ölkədəki hər şeyi dərindən idarə edir deyə bilərik. Hafiz Əsədin qurduğu Şəbbiha təşkilatı da 10.000-dən çox üzvü ilə bir tərəfdən kütləvi cinayətlər törədərkən, bir tərəfdən də rejim tərəfindən asanlıqla təkzib olunan quruluşda idi. Bu gün Suriyada şahid olduğumuz mübarizə isə Suriya Bəəsinin müxaliflərə qarşı mübarizəsi deyil, məsum mülki əhalinin arada qaldığı bir ölkədə Bəəs ideologiyasını dəstəkləmək istəyən Rusiya, Çin, İran ilə müxaliflərin mübarizəsidir.
Bir adam tərəfindən idarə edilən diktaturaların qiyamlarla devrilməsi həmişə daha asan olub. Hətta bunun nümunəsini bir-birinə qonşu olan Nikaraqua və Salvadorda görmüşdük. Anastasio Somozanın idarə etdiyi Nikaraqua 1979-cu ildə qiyamlarla qısa müddətdə təslim olarkən kommunist ideologiyanın daha dərin işlədiyi Salvadorda eyni nəticə əldə edilməmişdi. Xunta müxaliflərə güclü müqavimət göstərmişdi. 12 il davam edən qanlı vətəndaş müharibəsi 70.000-dən çox insanın ölümünə səbəb olmuşdu. Nəhayət 1992-ci ildə hökumətin müxaliflərlə imzaladığı sülh müqaviləsi ilə müharibə sona çatdıqda ölkə eynilə indiki Suriya kimi tanınmaz halda idi.
15 il davam edən və 200.000 nəfərin həyatını itirməsi ilə nəticələnən Livan vətəndaş müharibəsi də eyni şəkildə ideoloji cəhətdən bir-biri ilə münaqişə aparan və ideoloji səbəblərlə güclənərək davam edən bir nümunədir. Bu vətəndaş müharibəsi tərəflərin razılığa gəlməsi ilə deyil, Amerikanın Beyruta qoşun çıxarması ilə nəticələndi.
Bəs Orta Şərqin ərəb ölkələrində fəaliyyət göstərən, bu bölgədəki ərəb dövlətlərini bir ərəb milləti şəklində birləşdirmək və sosialist fikirlərini yaymaq istəyən Bəəs rejimi necə dəyişər? Pan-ərəbizmlə kommunizmi birləşdirən bir ideologiya olan Bəəs ideologiyası materialist fəlsəfəyə əsaslanır və onun aradan qaldırılması üçün sistemli, güclü, ağıllı imani fəaliyyət lazımdır. Osmanlı imperiyası dağıldıqdan sonra əmələ gələn boşluqda inkişaf edən və koloniya idarəçiliyi atında sürətlə yayılan materialist Bəəs ideologiyasını aradan qaldırmaq əslində top-tüfənglə deyil, sülh yolu ilə mümkündür. Suriyada dövlətin başında Bəşər Əsədin görünməsi simvolikdir. Suriyada baş verənlər əslində Suriya Bəəs dərin dövlətinin təlimatlarının həyata keçirilməsidir. Əsəd də hal-hazırda Bəəs kommunist dərin dövlət təşkilatlanmasının əlində bir növ əsir vəziyyətindədir. Ona görə Əsədin iqtidardan getməsi ilə problem həll olunmayacaq.
Qəti nəticə gətirəcək həll yoluna lazımi əhəmiyyətin verilməməsi isə təəccüblüdür. Ağılla, səmimi baxdıqda görünən, qarışıqlığa qarşı ən açıq, ən qəti həll yolunu dinləmirlər. Anti-materialist maarifləndirmə çox vacib həll yoludur. Bu həll yolunu tətbiq etməmək, belə güclü fikirə müqavimət göstərmək və aciz, uğursuz metodlarla, siyasi manevrlərlə həll yolu axtarmaq səmimiyyətsizlikdir.