2014-cü ildən çıxarılan dərs
ucgen

2014-cü ildən çıxarılan dərs

1173
İlin son günündə, yeni ildə nizamların dəyişəcəyinə başqa bir nizamın qurulacağına inanmaq istəyir insanlar. “Daha yaxşı bir il olsun” deyə arzu edirlər. Xoş niyyət, gözəl arzular ümid işığıdır bu insanlar üçün. Arzumuz da budur ki, 2015-ci il bütün dünya üçün daha yaxşı il olsun insaAllah.
 
Bu ümid davam etməli, lakin bu gerçək unudulmamalıdır: yeni bir il hadisələrin istiqamətini dəyişdirən sehrli dəyənək deyil. İl ərzində qarşılaşdığımız çətinliklər, yanlış ideologiyalar, günbəgün artan nifrət bir anda yox olmayacaq. 2015-ci ilin sülhün hakim olacağı bir il olmasını arzu edirik,  amma bunun üçün nələrsə etmək lazımdır.
 
Bu səbəbdən ağır keçən 2014-cü ildə nələrin yanlış edildiyinə qısa şəkildə nəzər yetirmək yerində olacaq.
 
2014-cü ilə Suriya vətəndaş müharibəsi ilə birlikdə girdik. 2011-ci ildə başlayan müharibə heç bir müdaxilə və ya həll yolu təklifi edilmədən davam edir. 2014-cü il Suriya müharibəsinin ən çox itki verdiyi il oldu. Ölənlərin sayının 200 min nəfəri keçdiyi deyilsə də, əslində bu rəqəmin daha çox olduğu məlumdur.
 
Suriya vətəndaş müharibəsi nəticəsində yaranan İŞİD isə 2014-cü ildə özünə dövlət qurdu. Suriya və İraqın strateji nöqtələri artıq onların nəzarətindədir. NATO, BMT və super gücləri çarəsiz qoyan terror təşkilatı, bəlkə də Qərbin Yaxın Şərq strategiyasının nə qədər səhv olduğunu göstərən bir güzgü idi. İŞİD bu yanlış strategiya nəticəsində yaranmışdı və buna görə də qarşısı alına bilmir.
 
Bir ehtirasa qurban verilən Ukrayna böhranı Avropanın gözəl ölkəsini bataqlığın içinə çəkərək geridə üç minə yaxın ölü qoydu. Bir yanda Rusiyanı təkləyərək Ukraynaya sahib çıxan, amma daxili qarşıdurmaları bir kənardan izləyən Avropa İttifaqı, digər tərəfdən keçmiş müttəfiqi məsələsində geri addım atmayan Rusiya. Yaradılmağa çalışılan yeni soyuq müharibə mühiti isə ABŞ dərin dövlətinin şübhəli layihələrindən biri kimi görünür.
 
Bütün bunlar baş verərkən ilk əvvəllər dünya ölkələrinin elə də marağını cəlb etməyən Ebola dəhşəti özünü göstərdi. Dünya Səhiyyə Təşkilatları "yoxsul" ölkələrdəki bu problemi həll etmək üçün vəsait ayırmağa öz ifadələri ilə desək "qazanc gətirməyəcəyinə" inanırdılar. Peyvəndlərin vurulması  xəstəliyin ABŞ və Avropada özünü göstərməsi ilə ancaq ilin sonuna doğru gerçəkləşdi. Altı mindən çox insan öldükdən sonra...
 
2014-cü ildə Krım artıq Rusiyaya birləşmişdi. Şotlandiya müstəqilliyə can atdı, lakin müvəffəq olmadı.
 
Mərkəzi Afrika Respublikası dəhşətli qırğın və soyqırıma səhnə olarkən, Nigeriyada Boko Haram terror təşkilatı azğın hücumlarına davam etdi. Boko Haramın bütün dünyanın reaksiyasına səbəb olan  hərəkətlərindən biri isə 276 qız uşağını qaçırması idi. Qızlardan 223-ü hələ də terror təşkilatının əlindədir.
 
Bütün bunlar baş verərkən İraqda təkcə mart ayında baş verən hadisələrdə 748 nəfər həlak oldu.
 
İsrail-Qəzza qarşıdurmaları gündəmə gələrkən, Avropada, Yaxın Şərqdə və Afrikada qarşıdurmalar bitməmişdi. Bütün bunlar baş verərkən bir Malaziya təyyarəsi yoxa çıxdı, başqa bir Malaziya təyyarəsi Ukraynada vuruldu. Cənubi Koreyada batan gəmidə 289 nəfər, Türkiyədə Soma mədən faciəsində 301 nəfər həlak oldu.
 
2014-cü ildə milyonlarla insan qaçqın düşdü, yüzlərlə insan qaçaq yollarla başqa ölkələrdə ümid axtararkən can verdi. Suriyadakı Yərmuk qaçqın düşərgəsində isə insanlar acından öldü.
 
Qaçqınların sayı artdıqca və dünya səfalətə doğru getdikcə Avropa qaçqınların gəlməsinə mane olan qanunlar çıxarmağa başladı. Avropa Parlament seçkiləri mərkəzi partiyaların yerinə Avropa İttifaqı əleyhdarı ifrat sağ və ya ifrat sol partiyaların gəlişi ilə nəticələndi. Qaçqınların gəlməsinə qarşı olmaq "səs yüksəldən" amil olduğundan seçkiyə qatılan partiyalar tərəfindən də dəstəkləndi. 2014-cü ilin son günlərində Almaniyada immiqrantlar əleyhinə nümayişlər davam etdirilirdi.
 
İqtisadi böhran Yunanıstan, İslandiya, Cənubi Kipr, Belçika, İtaliya kimi ölkələrə ciddi şəkildə təsir edərkən, bir anda bütün Avro bölgəsini əhatəsinə aldı. Neftin qiymətinin düşməsi ən çox Rusiya və Yaxın Şərqə təsir etdi. Zənginlik içindəki dünya bir anda insanların qəsdən yoxsullaşdırıldığı ehtiras meydanına çevrildi.
 
ABŞ Milli Təhlükəsizlik Təşkilatının (NSA) dinləmə proqramı, Suriya rejimi tərəfindən edilən işgəncələrin şəkilləri və nəhayət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncə hesabatı 2014-cü ilə damğa vuran ifşa edilmiş sənədlər idi. Lakin əslində məlumun elanından baş bir şey deyildi.
 
2014-cü il çətin keçdi. Lakin geriyə dönüb baxdığımızda bu fəlakətlərin böyük hissəsinin şiddətə qarşı şiddət, ehtirasa qarşı eqoizm, insan həyatı yerinə mənfəət əldə etmə ehtirasının nəticəsi olduğunu görərik. Yenə geriyə dönüb baxdığımızda bütün bu fəlakətlərin dünya silah bazarına, yaradılmağa çalışılan süni soyuq müharibənin isə bundan qazanc əldə edən müxtəlif lobbilərə xidmət etdiyini görərik. Bir il boyunca birlikdə şahid olduğumuz bu səhnə bəlkə də daha əvvəl heç bu qədər böyük və ürküdücü olmamışdı.
 
2015-ci ilə bu problemlərlə girəcəyik, heç bir şey sehrli dəyənəklə yox olub getməyəcək. Əgər dünyadakı şiddət siyasəti davam edərsə, gələcək il bu hadisələrin daha da artaraq davam etməsinə heç kim təəccüblənməməlidir. Əgər dünyanın super gücləri 2014-cü ildən dərs çıxarmaz və eyni yanlış siyasətdə israr edərsə, hər ölkəni əhatə etməyə başlayan bu kabus daha da artacaq, daha da qorxunc hala gələcəkdir.
 
2014-cü ilin dünyaya verdiyi dərs budur: şiddətə qarşı şiddət dünyanı məhvə aparır. Metod yanlışdır. Tətbiq olunan üsulun dəyişdirilməsi lazımdır. Sevgi dili ilə təhsil dövrü başlamalıdır. Dəhşətin böyüklüyü ilə Allah'dan bizə verilən mesajı anlamaq lazımdır. Metod dəyişmədikcə gələcək yeni illər daha çox dəhşət və əzab gətirəcək. Bu həqiqəti anlamaq üçün yeni bir fəlakət ili yaşamağa ehtiyac yoxdu. Unutmayaq ki, 2015-ci il heç bir şey dəyişdirməyəcək, dəyişikliyə bizlər səbəb ola bilərik.

Adnan Oktarın Arab News'da yayımlanan məqaləsi:

http://www.arabnews.com/columns/news/680241

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr