İman gətirməyən insanlar şeytanın təsiri ilə bir çox yanlış məlumatı öyrənir və həyata keçirirlər. Bu məlumatların təsiri ilə özlərinə zərər versələr də, bunları özlərinə aid bir xüsusiyyət zənn etdikləri üçün dəyişdirmək istəmirlər. Məsələn, təlaşlanmaq onlar üçün bir xüsusiyyətidir. Belə ki, bu xüsusiyyətlərini qəbul etdikləri üçün gün ərzində müxtəlif qorxu və narahatlıqlar yaşayırlar. Hətta gözləmədikləri hadisə ilə qarşılaşdıqda həddindən artıq təlaşlanar, necə davranacaqlarını bilə bilməzlər. Bunu o qədər qəbul edirlər ki, ruhən özlərinə etdikləri təzyiqin bədənlərinə bir çox mənfi təsiri olur. Təlaşlanma nəticəsində başları ağrıyır, tərləyir, nəfəsləri daralır, təzyiqləri qalxır, hətta ölümlə nəticələnən infarkt hadisələridə baş verir. İnsan ancaq hər şeyin Allah tərəfindən yaradıldığını bilərək rahat yaşaya bilər. Allahın hər şeyi xeyirlə yaratdığını və qədərdə hər şeyin artıq olub-bitdiyini, heç kimin qədəri dəyişdirməyə gücünün çatmayacağını, təlaşlanmanı nda fayda deyil, ancaq zərər verdiyini bilən möminlər təlaşlı olmaz, Allaha təvəkkül edərlər. Heç gözləmədikləri bir hadisə ilə qarşılaşsalar da, təlaşlanmazlar. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə hakim olan “bu hadisədə də təlaşlanmaq olmaz?” məntiqinin qədər inancı ilə zidd olduğunu bildikləri üçün yalnız Allahdan qorxar, Allaha yönələrlər. Nəticədə, Allah müsəlmanlara ruhən sevinc, rahatlıq, fiziki sağlamlıq və güc verər. Belə ki,Allah cənnətlə müjdələdiyi iman gətirənlərin üstün olduqlarını, təlaşlanmamağı və qorxmamağı ayələrdə bu şəkildə bildirmişdir:
Həqiqətəndə: “RəbbimizAllahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! (Fussilət surəsi, 30)
Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! (Ali-İmran surəsi, 139)