Amerika ordusunun çıxılmaz vəziyyəti: İntihar edən əsgərlər
ucgen

Amerika ordusunun çıxılmaz vəziyyəti: İntihar edən əsgərlər

2296
 
İraq və Əfqanıstandan geri qayıdan hər 6 Amerika əsgəri depressiyaya düşür, hər 84 dəqiqədə bir əsgər intihar edir. Son 10 ildə intihar edən əsgər sayı Əfqanıstan və İraqda həlak olan əsgər sayından çoxdur. Bu problemi həll etmək istəyən ABŞ müxtəlif reabilitasiya proqramları tətbiq edir. Ancaq problemi həll etmək üçün təxirə salmadan mənəvi səfərbərlik başladılmalıdır.
 
2001-ci ilin oktyabr ayında ABŞ 11 sentyabr hücumuna görə Əfqanıstanı işğal etdi və 2003-cü ildə də İraqdakı Səddam rejimini devirmək üçün hərbi əməliyyat başlatdı. Xüsusilə həmin dövrün siyasi seçimi olan şəfqətsiz yanaşma və bütün problemlərin hərbi yolla aradan qaldırılması üsulu bir çox məzlum insanın həlak olmasına və zərər görməsinə səbəb oldu. İraq və Əfqanıstan demək olar ki, dağıldı və milyonlarla insan hələ də məcburi köçkün kimi yaşayır.
 
İraqın işğalının «qanuni» əsasını təşkil edən kütləvi qırğın silahlarının varlığına dair BMT-nin hesabatının həqiqəti əks etdirmədiyi ortaya çıxdığı və illər sonra əslində İraqda kütləvi qırğın silahlarının olmadığı məlum olduğu zaman istifadə edildiyini anlayan minlərlə əsgər özünü dəfələrlə insanlıq əleyhinə cinayət etmiş biri olaraq görməyə başladı və məsuliyyətlərinin, xatirələrinin təsirindən xilas ola bilmədi. ABŞ əsgərlərini müharibə meydanında itirməmək üçün yüksək texnologiyadan istifadə edərək güclü silahlar, zirehlər, qoruyucu qalxanlar düzəltdi. Amma ən vacib olan mənəvi təməli meydana gətirməyi unutdu. Əgər bir dövlət əsgərlərin fiziki müdafiəsini gücləndirib ruhunu boş qoyarsa, silahlara milyonlarla dollar xərcləyib insana investisiya qoymazsa, mənəvi boşluqdan bir çox əsgər depressiyaya girib intihar edər. ABŞ ordusunda da hal-hazırda bu baş verir. Bəlkə ABŞ güclü hava gücü ilə əsgərlərini təyyarələrə mindirib sağ-salamat ölkələrinə geri gətirə bilir, amma evlərində intihar etmələrinə əngəl ola bilmir. Hal-hazırda getdikcə artan təhlükə olan intihar Amerika ordusunun ən böyük probleminə çevrilib.
 
Əslində intihar təkcə Amerika ordusunun deyil, yeni dünyanın ümumi problemidir. Çünkü imani təmələ əsaslanmadan materialist dünyagörüşü ilə böyüyən nəsillər mənəvi bir problemlə qarşılaşanda buna müqavimət göstərə bilmirlər. Artıq 10 sentyabr günü bütün dünyada «intiharın qarşısını alma günü» olaraq qeyd edilir. Dünya Səhiyyə Təşkilatının hesabatlarına görə hər 40 saniyədə bir nəfər intihar edir, hər 3 saniyədə bir nəfər intihara cəhd edir. Dünya Səhiyyə Təşkilatının hesabatlarına görə 45 ildə intiharlar 60% artmışdır.
 
Bütün dünyanı bürüyən bu bəlaya qarşı alınan tədbirlər isə təsirsiz və yetərsizdir. ABŞ ordusu, əsgərlərinin könüllü olaraq faydalana biləcəkləri reabilitasiya mərkəzləri qurub. Sağlamlıq problemi olan keçmiş əsgərlərə isə maddi yardım göstərmək üçün müxtəlif yardım fondları fəaliyyət göstərir. Halbuki problemin kökündə təkcə maddi vəziyyət və ya tənhalıq yoxdur. 
 
Həm ABŞ, həm də digər Qərb dövlətləri dünyadakı problemlərin həllini silahlarda axtardıqca öz əhalisinin də məhv olmasına mane ola bilməz. İnsan ruhu qəddarlığa, zalımlığa tab gətirə biləcək şəkildə yaradılmamışdır. Ruh dinclik, sevgi, şəfqət axtarır və bunu tapa bilmədiyi zaman mənəvi böhran yaşayır. Dövlətlər əsgərlərini və əks tərəfdəki mülki əhalini vəzifəsini yerinə yetirən cihazlar kimi deyil, ruh sahibi varlıqlar olaraq görməyə başlamalı və siyasətini bunun əsasında qurmalıdır. Belə ki, tarix dəfələrlə sübut edib ki, hərbi yolla heç bir dövlət qazanc əldə edə bilməmişdir. Müharibələr dünyaya dağıntı və böhrandan başqa bir şey verməmişdir. Müharibələrin sevinc gətirmə gücü yoxdur. Onsuz da düzəldilmə məqsədi dağıntı, ölüm və əzab olan vasitələrin sülh və dinclik gətirməsini gözləmək məntiqsizdir. Dünyanın harasında olursaq olaq, bu problemlərin tək səbəbi var, bu da insanların Yaradıcılarını tanımamaları və yalnızca mənəviyyatla qazana biləcəkləri nemətlərdən məhrum qalmalarıdır. Dünya bu fəlakətdən uzun müddət məhrum olduğu imani diriliş ilə xilas ola bilər.
 
Adnan Oktarın «Weekly Blitz»də nəşr olunan məqaləsi:
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr