ƏRƏBCƏ BİLƏN MÜKƏMMƏL MÜSƏLMANDIR, BİLMƏYƏN QÜSURLUDUR MƏNASINI VERMƏZ
ucgen

ƏRƏBCƏ BİLƏN MÜKƏMMƏL MÜSƏLMANDIR, BİLMƏYƏN QÜSURLUDUR MƏNASINI VERMƏZ

2326
Saleh bir Müsəlman olmağın ən əsas şərtlərindən biri səmimiyyətdir. Təqva sahibi mömin olmaq üçün əsas olan Ərəbcə bilmək və ya bilməmək deyil, Allahı çox sevmək, Allahdan çox qorxmaq, Allahın razılığının ən çoxunu axtarmaq və qarşıya məqsəd qoymaqdır. Hər  bir Ərəbcə bilənin yaxşı Müsəlman olacağı və ya Ərəbcə bilməyənin də Müsəlman ola bilməyəcəyi kimi məsələlər doğru deyil. Dünyada təxminən 280 milyon insan Ərəbcə danışır. Bu insanlar, Ərəbcənin qrammatikası, söz quruluşunu, düz oxumasını çox yaxşı bilir. Amma bu insanların böyük bir qisimi ya ateistdir, ya materializmi müdafiə edir, ya da kommunizm, faşizm kimi din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəyir. İraqda, Misirdə, Liviyada, Suriyada, Əlcəzairdə, Tunisdə keçmişdə Müsəlmanlara təzyiq tətbiq edən, xeyli Müsəlmanın həbsxanalarda ağır şərtlərdə tutulmasına səbəb olanlar da çox yaxşı Ərəbcə bilir.
 
Bir çox Ərəbcə təhsil verən universitetin fəlsəfə kürsülərində, öz aşağı ağılları ilə İslamı tənqid edən, Quranı tənqid edən (Quranı tənzih edirik), Peyğəmbər Əfəndimiz (s.ə.v.)-i tənqid edən (Peyğəmbərimiz (s.ə.v.)-i tənzih edirik) dərslər keçilir. Dünyanın bir çox ölkəsindəki universitetlərdə Ərəb Dili və Ədəbiyyatı bolmələrindən minlərlə insan məzun olur. Amma bu insanların böyük bir qisimi materialist, kommunist və hətta dinsiz olur. Çox yaxşı Ərəbcə bilən amma Peyğəmbərimiz (s.ə.v.)-i öz cahil məntiqinə əsasən təhqir etməyə cürət edən kəslərin sayı olduqca çoxdur. Çox yaxşı, çox səlis Ərəbcə oxuyan insanlar da var. Fatihəni çox yaxşı oxuyan masonlar, kommunistlər, faşistlər də var. Bu səbəbdən, "Ərəbcə bilən yaxşı Müsəlmandır" deyə bir məntiq səhvdir. 70 milyon əhalisi olan Türkiyədə Ərəbcə bilənlərin sayı çox deyil, amma İslam mükəmməl yaşanır.
Müsəlmanların nə Quranı öyrənmək üçün, nə fiqh elmini öyrənmək üçün müraciət edəcəkləri qaynaqlar bəzi cahil müəllimlərin izahları deyil. Müsəlmanların etibar edəcəkləri qaynaqlar böyük İslam alimlərinin hazırlamış olduğu təfsirlər və elmihallardır. Bu əsərlərdə hər hansı bir Müsəlmanın ehtiyac duyacağı hər cür məlumat mükəmməl olaraq açıqlanmışdır. Etibarlı olan "mən daha yaxşı açıqlayaram" deyən bir kimsənin sözləri deyil, Əhli Sünnə alimlərin əsərləridir. Müsəlmanlar bu əsərləri oxuyaraq məlumat əldə edirlər. Məsələn, Quran öyrənmək istəyən bir Müsəlman, Z.Bünyadov və V.Məmmədəliyevin və ya Ə.Musayevin Qurani Kərim Təfsirini oxuyaraq tam mənasıyla məlumat sahibi ola bilər. Fiqh elmi öyrənmək istəyən bir Müsəlman da məsələn, Ömər Nəsuhi Bilmənin "Böyük İslam Elmihalı"nı oxuyar. Daha əhatəli məlumat əldə etmək istəyirsə, "Dürrul-Muhtar"' və haşiyəsi "rədd-ül-Muxtar" əsərlərini oxuyar. Müsəlmanlar məlumatlarını artırmaq üçün cahil müəllimlərin izahatlarına müraciət etməz, İmam Rəbbaninin Məktubatını, İmam Qəzalinin Əhyasını, Mənsur Əli Nasıfın Tac Tərcüməsini, Neməti İslamı oxuyarlar, ehtiyacları olan bütün məlumatı alarlar. İslamı doğru öyrənmənin yolu da budur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo