Bu gün ərəb ölkələrində üzünüzü hansı tərəfə çevirsəniz, siyasi qarışıqlıq, qarşıdurmalarla qarşılarşırsınız. Bəhreyn də bu ölkələrdən biridir.
Məlum olduğu kimi, Ərəb Baharının əsən küləyi bütün Yaxın Şərq və Şimali Afrikanı əhatə etmiş, Körfəz sərhədlərinə qədər gələrək Bəhreyni təsiri altına almışdı. İşssizlik, gəlir bölgüsündəki ədalətsizlik, siyasi degenerasiya kimi səbəblərdən baş verən xalq hərəkatlarının yol açdığı geniş miqyaslı demokratikləşmə dalğası ilə birlikdə Bəhreyndəki rəhbərliyə qarşı olan şiələr də tələblərini daha yüksək səslə ifadə etməyə başladılar.
Bəhreynin əhalisinin 70%-i müsəlman, 30%-i xristian, yəhudi, hindu, sih və digər inanclı insanlardan ibarətdir. Müsəlmanların 80%-i şiə, 20%-i sünnilərdir. İqtidarda olan və təxminən iki yüz illik əmirlik keçmişi olan Əl-Xəlifə xanədanlığı ölkədə azlıq olan sünni məzhəbinə mənsubdur və uzun illərdir ki, şiələrin əsas hüquq və azadlıq tələbləri ilə qarşı-qarşıyadır.
2011-ci ilin fevral ayında minlərlə şiə paytaxt Manamanın İnci meydanında toplanaraq başlatdıqları etirazların dozası xalqın seçkilərə getdiyi 2014-cü ilin noyabr ayında azalsa da, şiələr seçkilərdən sonra da istədiklərini əldə edə bilməməkdən, bərabər hüquqlardan məhrum olmaqdan, özlərinə qarşı ayrı-seçkilik edilməsindən, yüksək dövlət vəzifələrində işləmək hüququna malik olmamaqdan və siyasi platformada istədikləri kimi təmsil oluna bilməməkdən şikayət edirlər. Müstəqil məclis qurulmasını, qanunvericilik məclisinin tam hüquqlu və müstəqil olmasını, məhkəmə sisteminin qərəzsiz olmasını, konstitusion pozuntuların aradan qaldırılmasını və bir an öncə islahatların aparılmasını istəyirlər. Bu tələblərini dilə gətirmək üçün ara sıra etirazlar təşkil edən şiələr son olaraq ölkədə özlərini təmsil edən Əl-Vifak Cəmiyyətinin Baş Katibi Şeyx Əli Salmanın həbs edilməsindən sonra yenidən küçələrə axışdılar.
Etnik, məzhəbsəl və sinfi ayrı-seçkiliklərin aradan qaldırılması Bəhreynin ən böyük ehtiyacıdır. Belə ki, bir cəmiyyətdə istər sünni, istər şiə, istər xristian, yəhudi, hətta kommunist, dinsiz, ateist olsun hər inancdan, hər düşüncədən insanın birinci sinif vətəndaş qəbul edilməsi şərtdir. Məzhəbindən və düşüncəsindən asılı olmayaraq hər kəs bərabər hüquqlara malik olmalı, əlində güc olanlar şəxsi hüquq və azadlıqları öz istəklərinə görə məhdudlaşdırmamalıdır. Bu mənada şiələrin və ya digər inanc və düşüncə qruplarından olan insanların Bəhreyndə hakimiyyətdə olanlarla barabər hüquqlara malik olmağı istəmələri çox normaldır.
Ancaq hüquq və azadlıqlarını tələb edərkən şiələrin unutmaması lazım olan bir xüsus var ki, o da özləri üçün istədiklərini başqaları üçün də istəmələri gerçəyidir. Özlərindən olmayanların hüquq və azadlıqlarına da eyni şəkildə dəyər vermək, fərqli fikir və şəxsi həyatlara hörmətlə yanaşmaq şiələrin prioriteti olmalıdır. Cəmiyyətdəki hər kəsin öz düşüncəsini və inancını rahat şəkildə ifadə etdiyi, qarşısındakının həyatına, fikirlərinə, hörmət etdiyi bir Bəhreyn istədiklərini və müasir İslam anlayışını müdafiə edən, inkişaf etmiş, müasir ölkə hədəflədiklərini dilə gətirər və bu mövzuda güvən aşılayarlarsa, yollarının sürətlə açılacağından və ölkələrinin inkişafına böyük imkan yaranacağından şübhə yoxdur.
Bəhs edilən xüsusda Əl-Xəlifə rəhbərliyinin ölkəyə gətirdiyi müsbət cəhətlər görməzdən gəlinməyəcək qədər çoxdur. Belə ki, Bəhreyn müasir şərtlərə cavab verən bir cəmiyyətdir. Bir çox İslam ölkəsinin əksinə sənəti, estetikanı, mədəniyyəti, qadın hüquqlarını müdafiə etməsi ilə nəzərə çarpır. Ölkədə qadınlar istədikləri kimi davrana bilir, başı açıq, mini yubka, dekolte, şort geyinib küçədə gəzə bilir, çimərliyə gedir, maşın sürür, tək səyahət edə bilir və istdikləri yerdə işləyə bilirlər. Bunlar qadınların Bəhreyndə aşağı səviyyəli insanlar olaraq qəbul edilmədiyini və din adı altında təzyiqə məruz qalmadığını göstərən vacib amillərdir. Dekolte geyinmək istəyən dekolte geyinə bilir, çarşab geyinmək istəyən də çarşab geyinə bilir. Bir sözlə nə geyinəcəklərini onlar adına başqaları qərar vermir. İşləmək istəyən qadının qarşısına din adı altında əngəl qoyulmur, siyasətə atılmaq istəyən qadına məhdudiyyət gətirilmir, sənətlə məqşğul olmaq istəyənin qarşısı kəsilmir. Bütün bunlar Bəhreyni üstün edən cəhətlərdir və şübhəsiz ki, bunda Əl-Xəlifə rəhbərliyinin rolu böyükdür.
Bir ölkədə sülhdən, hüzurdan, təhlükəsizlikdən bəhs edə bilmək üçün ilk öncə o ölkənin qadınları müstəqil olmalı və sosial həyatın içində yer almalıdırlar. Bəhreyn bunu əldə etmiş bir ölkədir. Ümid edirik ki, bu gözəl ölkədə ən qısa zamanda hər təbəqədən, hər düşüncədən insanın özünü birinci sinif vətəndaş hiss etdiyi bir nizam qurular. Şiələr müasir anlayışı mənimsəyib həyata keçirə bilmədə nümunəvi davranarkən, sünnilər də şiələrin hüquq və azadlıq tələblərinə cavab verər, bu şəkildə Bəhreynin aydınlıq gələcəyi üçün birlikdə sağlam və ağıllı addımlar atılmış olar.
Adnan Oktarın «Morocco World News»'da nəşr olunan məqaləsi:
http://www.moroccoworldnews.com/2015/04/156423/bahraini-shiites-want-freedom-everyone/