Adnan Oktar: Nəml surəsi, 17. “Hz. Süleymana cinlərdən, insanlardan və quşlardan ordular toplandı və bunlar qruplara ayrıldılar”. Hz. Süleyman (ə.s) ilk cinlərdən bəhs edir. İlk olaraq cinlər əmrindədirlər. Hz. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyəcək. Buradan belə çıxır ki, onun da cinlərlə əlaqəsi olacaq, “insanlardan” “və quşlardan” geniş bir kütlə də hz. Mehdi (ə.s)-a tabe olacaq. Məhz bu çox qəribədir, “ordular toplandı və bunlar qruplara ayrıldılar”. Deməli, axırzamanda, quşlara da təsir edəcək bir elm sahəsi inkişaf edəcək. Yəni onları istiqamətləndirə biləcək, onların səslərindən onları fərqləndirən, onların çıxartdığı səsləri istifadə edərək onları istiqamətləndirə bilən bir texnologiya inkişaf edəcək. Ki bu anda da bu inkişaf edir. Hz. Süleyman (ə.s) nə deyir? “Nəhayət qarışqa vadisinə gəldiklərində bir dişi qarışqa dedi ki: “Ey qarışqa birliyi, öz evlərinizə girin, Süleyman və orduları, fərqində olmadan sizi qırıb-keçməsin. (Süleyman) Bu sözün üzərinə təbəssüm edib güldü və dedi ki: “Rəbbim, mənə, ana və atama verdiyin nemətə şükr etməyimi və məmnun olacağın saleh bir əməldə olmağımı ilham et və məni rəhmətinlə saleh qulların arasına qat”. Burada hz. Süleyman (ə.s)-ın qarışqalara da sevgi göstərdiyi aydın olur. Bax “bu sözün üzərinə təbbəssüm edib güldü” -deyir. Deməli, qarışqalar o qədər mənasız varlıqlar deyil, arılar o qədər mənasız varlıqlar deyil. Lakin insanlar onun dilini bilmir. Yoxsa onlar öz aralarında xəbərləşirlər. Yəni xəbərləşdiklərini də görürük. Bəli, yəni ətraflı şəkildə araşdırıldıqda bunu görmək mümkündür, çünki xəbərləşmə olmadan, minlərlə heyvandan ibarət olan bir koloniya xəbərləşmə olmadan idarə oluna bilməz. Böyük anarxiya çıxar. Böyük bir qarışıqlıq çıxar. Bunlar da inşaAllah axırzamanda ortaya çıxacaq, buna işarə edir inşaAllah. Bax, Allah ayədə deyir ki; Şeytandan Allaha sığınıram: “Vicdanları qəbul etdiyi halda”, vicdani olaraq qəbul edir, doğru olduğunu deyir. Qurana, İslama bir çox insan qənaət gətirər. Baxın “zülm və təkəbbür səbəbindən bunları inkar etdilər”. Zülmə meyilli olmalarından və təkəbbür, eqoizm, qürur, lovğalıq hissi səbəbindən bunları inkar etdilər. “Allah artıq sən, təxribatçıların necə bir sona məruz qaldıqlarına bir bax” -deyir. Dünyada buna diqqətli baxan, tarixə də baxan bunları görər, inşaAllah. “Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş ...”. Məsələn, şeytan darvinistlərə də etdiklərini gözəl göstərmişdir. Beləliklə, onları doğru yoldan ayırmışdır, buna görə hidayət tapmırlar. Məsələn, darvinistlər də azğın olduğu üçün Allah bir çoxuna hidayət vermir. “... göylərdə və yerdə gizli olanı aşkara çıxardan”, göylər də və yerdə gizli olan, bunu daha əvvəl də söyləmişdik; həm hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a işarə edir. Çünki hz. Məsih (ə.s) göylərdə, hz. Mehdi (ə.s) yerdə gizlidir, inşaAllah.