Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (2 dekabr 2011, 20:00)
Adnan Oktar: "Əgər yaxın fayda", yəni Allah: "Dərhal onlara pul verəcək; avtomobil, ev verəcək, imkan yaradacaq bir şey olsaydı" deyir, "və orta bir səfər olsaydı", yəni asan, bir il ərzində, altı ay ərzində və ya üç ay ərzində hər hansı mənfəət əldə edəcəklərinə inansaydılar, "onlar mütləq səni izləyərdilər". Allah: "Belə bir məsələdə tərəddüd etməzdilər" deyir. "Lakin çətinlik onlara uzaq gəldi". Nə pul qazana bilir, nə də müddət bitir; yəni hər hansı mənfəət əldə edə bilmir. "Əgər gücümüz çatsaydı, mütləq səninlə birlikdə mübarizə aparardıq" deyə, sənə Allahın adını verərək and içəcəklər". "Gücümüz çatmır, bədənimiz çatmır. Ruhən yorulduq, bədənən yorulduq, psixologiyamız buna imkan vermir. Psixoloji cəhətdən yorğunuq. Beyinimiz dayandı artıq, nəsə etməyə imkanımız yoxdur, bizə icazə ver" deyirlər. "Bizim edəcək bir şeyimiz yoxdur". "Əgər gücümüz çatsaydı, mütləq səninlə birlikdə mübarizə aparardıq" deyə, sənə Allahın adını verərək and içəcəklər". Qurana, Allaha and içirlər. "Öz nəfslərini həlaka sürükləyirlər". Allah: "Bəlaya doğru gedirlər" deyir. Allah, Tövbə surəsi, 42-də: "Allah onların həqiqətən, yalan danışdıqlarını bilir" deyir.