Dünyanın müxtəlif yerlərindən kəskin etirazlara baxmayaraq Dəkkə Əbdülqadir Mollanı edam etdi. Mollanın edamı islamofobiyanın təkcə qərbdə deyil, müsəlman ölkələrində də hakim qorxu olduğu aydın oldu. Bu qorxu isə İslamın Qurandan deyil, Qurana zidd olan radikal və fanatik fikirlərlə dünyada təbliğ edilməsindən qaynaqlanır.
Bu gün müsəlman dünyasının parçalanmasına səbəb də İslamın yanlış təbliğidir. Bəzi İslam dövlətləri ölkələrindəki radikal qruplara qarşı ehtiyatı əldən vermirlər. Hətta cəmiyyətlərinin radikallaşmasından qorxan hökumətlər bəzən güc tətbiq etməyə məcbur olurlar.
Camaat-i İslaminin (İslam Birliyinin) lideri Mollanın ömürlük həbs cəzası almaq əvəzinə edam edilməsi də məhz bu qorxudan xəbər verir. İslam ölkələrini, eləcə də bütün dünyanı bu qorxudan xilas etməyin tək həll yolu isə həqiqi Quran əxlaqını yaşayan müsəlmanların Quranı rəhbər tutaraq həm öz həmvətənlərinə, həm də bütün dünyaya əsl İslamı tanıtmasıdır. Əks halda dünyanın bir çox ölkəsində müsəlmanlara qarşı tətbiq edilən zülmlər daha da şiddətlənəcək.
Səmimi iman gətirən insan heç vaxt ədalətsizlik və zülm qarşısında səssiz qalmaz. Vicdan və Hamiyəti İslamiyyə hissləri səmimi müsəlmanı zülmə qarşı hərəkətə keçməyə təşviq edir. İslam aləmini cənginə alan zülm və haqsızlıqlara son qoymaq üçün əlindən gələn hər şeyi edir. Səsini eşitdirə biləcəyi bütün imkanlardan istifadə edir və var gücü ilə məzlum insanların xilası üçün çalışır. Biz də bu yolu tutaraq Əbdulqadir Mollanın edam edilməsinə var gücümüzlə etiraz etdik və dünyaya müsəlmanların ümumi fikrini və hisslərini çatdrımağa çalışdıq.
Həm mediada, həm də siyasi yollarla müsəlman Türk milləti kimi Banqladeşdəki müsəlmanların səsini çatdırmaq və bu zülmü dayandırmaq üçün yollar axtardıq. İslam müsəlmanlara çətin vəziyyətlərdə bir-birlərinə kömək etməyi, dayaq olmağı əmr edir və bir-birlərinə zülm etməyi qadağan edir.
Banqladeşdə baş verən bu hadisə isə İslam əxlaqı ilə ziddiyyət təşkil edir. Quran əxlaqı müsəlmanları bağışlayıcı, şəfqətli və mərhəmətli olmağa təşviq edir.
Vicdanları sızıladadan bu hadisədən sonra müsəlman dünyası baş verənlərdən dərs almalı, belə səhvləri təkrarlamamaq üçün fəaliyyətə keçməlidir. Banqladeş xalqı da keçmişdə baş vermiş hadisələri yenidən mühakimə edərkən intiqam hissi ilə deyil, anlayış, mərhəmət və bağışlayıcılıqla hərəkət etməlidir. Allah Quranda "bağışlamağın daha xeyirli olduğunu" bildirmişdir. Buna görə də Banqladeş hökuməti də mühakimə və cəza qərarlarında Quranda bildirilən bu üstün əxlaq anlayışını unutmamalıdır.
Dünyadakı bütün müsəlmanlar aralarındakı kiçik fərqlilikləri kənara qoymalı, Allah`ın əmr etdiyi və Peyğəmbərimizin (s.ə.v) buyurduğu kimi birləşməlidirlər.
Rəbbimiz Quranda müsəlmanların birləşməsinin əhəmiyyətindən bəhs edərkən birləşməsələr zəifləyəcəklərini və məğlub olacaqlarını xəbər verir.
Bu birliyin təmin edilməsi, İslam aləminin birləşərək dünyadakı zülm və haqsızlıqlara qarşı tək yumruq kimi hərəkət etməsi əslində çox asandır. Ancaq İslamı Qurana əsaslanaraq təbliğ etmək, ümməti birliyə təşviq etmək güclü iradə, çox böyük istək və səbr tələb edir.
Bəzi müsəlman "ziyalılar" mövcud vəziyyətdə birləşməyin mümkün olmadığını iddia edərək bu fikri rədd edirlər. Təbii ki, belə fikirlərin səsləndirilməsi nəinki birliyin qurulmasının önündəki maneləri dəf etmir, əksinə vəziyyəti daha da qəlizləşdirir. Bu insanlar qlobal tarazlıqların, mənfəət qarşıdurmalarının, sosial-siyasi, iqtisadi və ya mədəni fərqliliklərin belə bir birliyi yaratmağın qarşısında böyük əngəl kimi görürlər. Halbuki, ortada çətin və həll olunmayan heç bir problem yoxdur.
Əlbəttə, bəzi manelərin olduğu danılmazdır. Ancaq bu, müsəlmanların birləşmək üçün cəhd etməsinə əngəl olmamalıdır. Müsəlmanların birləşməsi bütün dünyaya rahatlıq, əmin-amanlıq, sülh gətirəcəkdir. Belə bir birlik dünyadakı hər dindən, hər inancdan və hər düşüncədən olan insanların da rahat yaşamasını təmin edəcəkdir.