Türkiyədəki hadisələr Gəzi parkında baş verənlər sırasında da, 17 dekabr sui-istifadə iddiaları gündəmə gələndə də bəzi xarici media tərəfindən səhv başa düşülmüşdü. Hadisələr ABŞ-dan fərqli, Yaxın Şərqdən fərqli görünmüş, solçular fərqli, imperialistlər fərqli açıqlamalar vermişdilər. Demək olar ki, hər kəs hadisələri başa düşməyə çalışır, lakin səhv məlumat və dezinformasiya düşmənçilik, qəzəb, üsyan kimi nəticələr doğururdu. Həmin dezinformasiya Türkiyənin bu həftə qarşılaşdığı hadisələrdə təkrar özünü göstərir və bu vəziyyət Türkiyəyə də, Yaxın Şərqə də, kürdlərə də yeni çətinliklər çıxarır.
Elə bu səbəbdən, əhəmiyyətli bir neçə nüansı aydınlaşdırmaq lazımdır:
PKK terror təşkilatının qolu olan Demokratik Birlik Partiyasının (PYD- kürdcə) nümayəndələrinin Suriyanın Kobani bölgəsində İŞİD-ə qarşı aldığı ağır məğlubiyyətin ardınca hədəf ölkə Türkiyə oldu. Sanki Kobani Türkiyə sərhədləri içində imiş kimi və ya hücum Türkiyədən gəlmiş kimi, PKK tərəfdarlarından hökumətə qarşı təhdid səsləri yüksəlməyə başladı. Türkiyə Suriyadakı PKK döyüşçülərini silahlandırmamasına görə günahlandırıldı. Sanki PKK Türkiyə Respublikasının tarixindəki ən bəlalı rəqibi deyilmiş kimi, Türkiyənin “silah” yardımını istəyirdi. Bu həftə baş verən və 20-dən çox nəfərin öldüyü küçə qarşıdurmalarının əsl bəhanəsi elə bu idi.
İndi bilinməyən məsələlərə diqqətimizi yönəldək:
PKK Türkiyəni bölməyə cəhd etmiş və bu səbəbdən də türk əsgərini son 30 ildir daima mənfurcasına vurmuş leninist bir terror təşkilatıdır. Bu təşkilat Türkiyə Respublikasının tarixi boyunca şəhərlərdə terror və leninizmin tələbi olaraq şiddət hadisələrini törətməklə tanınır. Demokratik etirazları belə öz şiddət hərəkatlarına vasitə olaraq istifadə etmişdir. Bunun ən mühüm örnəklərindən biri Gəzi hadisələridir. Sülh yönümlü nümayişlərin şiddət hadisələrinə çevrilməsi PKK-lıların Taksim meydanını xilas edilmiş kommunal bölgə elan etmələri ilə reallaşmışdır. Qarışıqlıq PKK-nın hər vəsilə ilə Türkiyə içində müraciət etdiyi bir üsuldur.
İŞİD mövzusunda Türkiyə müxtəlif çıxış yolu layihələri hazırlayır. Lakin Türkiyə üçün hal-hazırda əsl təhdid və təhlükə PKK-dır. Türkiyədə 1980-ci il inqilabı dövründən bəri ilk dəfə küçəyə çıxma qadağası qərarları verilmiş və 8 il sonra Diyarbəkirdə ilk dəfə əsgərlər küçələrə çıxmışdır. PKK Kobanidəki məğlubiyyətin dəhşəti ilə Türkiyə küçələrini yandırır, adam öldürür. Kobanidəki uğursuzluğun heyfini şəfqətli və demokratik bir ölkə olan Türkiyədən almağa çalışır.
Xarici mətbuatlar, hətta bəzi türklər belə baş verən bu hadisələri Türkiyənin vuruşmaq istəyən kürdlərə sərhəd keçidi icazəsi verməməsi ilə əlaqələndirirlər. Burada iki böyük yanlış var:
Birinci yanlış PKK ilə kürdləri eyni görmə yanlışıdır. Kürdlər Türkiyənin alicənablığı, dürüstlüyü, igidliyi ilə tanınan bir bəzəyidir. Tarixdə türklər daima kürdlərlə birlikdə mövcud olublar və qardaşdırlar. PKK isə leninist bir terror təşkilatıdır. Kürd millətçiliyini daima silah olaraq istifadə etmiş, lakin təzyiq edib zərər verdiyi daima kürdlər olmuşdur. Belə ki, bu həftə baş verən nümayişlərdə PKK tərəfindən dəzgahları yıxılan, dükanları soyulan, küçəyə çıxması üçün PKK-dan təhdidlər alan da yenə kürdlərdir.
Baş nazir Davudoğlu iki il əvvəl Əl-Cəzirə bölgəsindən gələn ilk kürd mühacir qrupunun da PYD-nın etdiyi təzyiqlərdən qaçaraq Türkiyəyə gəldiyi haqqında açıqlama vermişdi. Sadəcə bu, suriyalı kürdlərin necə bir PKK təzyiqi altında yaşadığını təsdiq edir.
Türkiyədən Kobaniyə vuruşmağa getmək istəyən kürd xalqı deyil, PKK tərəfdarlarıdır.
İkinci yanlış Kobaniyə keçidinin Türkiyə tərəfindən əngəlləndiyinə dair iddiadir. Suriyaya keçid icazəsi olanlar Kobaniyə getmiş, lakin ağır məğlubiyyətin təsiri ilə təkrar Türkiyəyə qaçmışdılar. Həmin terror təşkilatı indi də ağır itkilər verdiyi üçün davamlı olaraq Kobanidən qaçır. Belə ki, bu sadəcə bir şoudur.
Yanlış başa düşülən başqa bir məqam da Türkiyənin Kobanidəki kürdlərə kömək etmədiyi mövzusudur. Hər şeydən əvvəl Kobanidə heç vətəndaş yoxdur. Suriyalı kürd qardaşlarımızı qonaq edən Suruç qəsəbəsi məmuru Abdullah Çiftçi Kobaninin tamamilə boşaldıldığını, tək bir vətəndaşın belə qalmadığını, sayları tam olaraq 187 min olan bütün kürdlərin Türkiyədə qonaq edildiyini rəsmi olaraq açıqlamışdır. Hörmətli Çiftçinin digər açıqlamalarına da diqqət etmək lazımdır:
“Suruç Mürşit Pınar sərhəd qapısından bu günə qədər 800 tirə yaxın yardım göndərildi... Bunun maliyyə dəyəri 25 milyon türk lirəsidir. Oranın elektrik və su təchizatı üçün lazım olan dəstəklər verilmişdir.”1
Bu açıqlama Türkiyənin kürdlər üçün necə səfərbər olduğunu açıq izah edir.
Dünya bu səfərbərliyi PKK üçün etməyimizi gözləyir, elə dezinformasiyanın qaynağı da budur. Türkiyənin ən böyük rəqibi PKK terror təşkilatına dəstək maddi və mənəvi mənada bütün bölgənin fəlakəti deməkdir. İllərlə əsgərimizi arxadan vurmuş, küçələrimizdə terror küləyi əsdirmiş, Türkiyəni bölməyə cəhd etmiş bir terror təşkilatının Türkiyə tərəfindən dəstəklənməsini istəmək hal-hazırda dünya ölkələrinin qavrama məntiqinin nə qədər zəif olduğunu və Suriya sərhədləri içində olduğunu göstərir. Suriya sərhədləri içindəki Kobani üçün niyə bütün oxların Türkiyəni tuşladığı, bu mövzuda niyə BMT-nin hərəkət etmədiyi isə ayrı mövzudur. Sərhədimizdən kənar bir bölgənin məzlum xalqına baxmaq bizim üçün şərəfdir. Lakin sərhəd xaricində lüləsini bizə yönəltmiş leninist bir terror təşkilatını silahlandırmaq və ya ona hərhansı bir şəkildə dəstəkçi olmaq üçün Türkiyəyə edilən təzyiq qətiyyən doğru deyil.
Koalisiya qüvvələri bir terror problemi olaraq PKK-nın daha təhlükəli olduğunu qavramalı və silah təchizatları və ya hava bombardmanları ilə PKK-nın Suriyadakı məğlubiyyətinin önünə keçməyəcəklərini bilməlidirlər. Əgə İŞİD-ə qarşı bir çıxış yolu istənilirsə, bunun üçün Türkiyənin israrla üzərində dayandığı təhlükəsiz bölgə layihəsinin dərhal həyata keçirilməsi lazımdır. Baş nazir Davudoğlunun bildirdiyi kimi, Suriyada həllə Əsədin gedişi də daxil edilməlidir. Buna isti baxmayan qərbli ölkələrin Yaxın Şərqə də yenə eyni səhvi edəcəyi, yenə qan tökəcəyi və yenə uğursuz olacağı aydındır.
Adnan Oktarın Arab News'də yayınlanan məqaləsi: