Oksigenin Yer üzündəki qüsursuz dövranı necə baş verir?
Allahın yaratdığı həssas oksigen nisbəti olmasa idi, nələr baş verərdi?
Oksigenin insan həyatında əhəmiyyəti nədən ibarətdir?
Yerin atmosferi həyat üçün lazım olan əsas xüsusiyyətlərə sahib möhtəşəm bir təbəqədir. Yerin atmosfer qatı 77% oksigen, 21% azot və 1% karbon və arqon qazlarının qarışığından ibarətdir. Bu qazlardan ən vacibi oksigendir, çünki insan və heyvan orqanizmində enerji əldə etmək üçün baş verən kimyəvi reaksiyaların çoxunda oksigen iştirak edir.
Oksigenin qüsursuz dövranı
Atmosferdə oksigen nisbətinin sabit qalması mükəmməl mübadilə sistemi ilə baş verir. İnsanlar və heyvanlar fasiləsiz olaraq oksigeni qəbul edir və onlar üçün zəhərli olan karbon qazını xaric edirlər. Bitkilər isə bu prosesin əksini həyata keçirirlər, karbon qazını həyatverici oksigenə çevirərək canlı aləmin həyatda qalmasında böyük rol oynayırlar. Bu yolla hər gün milyardlarla ton oksigen bitkilər tərəfindən istehsal edilərək atmosferə buraxılır. Əgər bitkilər, heyvanlar və insanlar eyni reaksiyanı həyata keçirsə idilər, dünya çox qısa bir müddətdə yaşanılmaz planetə çevrilərdi.
Allah üzərində yaşadığımız mavi planeti bizim üçün xüsusi olaraq hazırlamış və Quranda bildirdiyi kimi dünyanı canlılar üçün “döşəmişdir” (Naziat surəsi, 30). Allahın dünyanı canlılar üçün yaratdığını bildirən digər bir ayə isə belədir:
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin surəsi, 64).
Oksigenin ideal nisbəti
Tənəffüs etdiyimiz havadakı oksigen nisbətinin çox həssas tarazlıqlara bağlı olması olduqca düşündürücüdür.
Dünyaca məşhur alim Maykl Denton bu mövzuya belə diqqət çəkir:
“Atmosferdə daha çox oksigen ola və buna baxmayaraq həyat davam edə bilərdimi? Xeyr! Oksigen çox reaktiv elementdir. Hal-hazırda atmosferdə mövcud olan oksigenin 21%-lik nisbəti həyatın davam etməsi üçün dəyişilməsi təhlükəli olan ideal nöqtədədir. Bu nisbətin hər 1%-lik artımı ildırımın meşə yanğınına səbəb olma ehtimalını 70% artırır”.
İngilis biokimyaçı Ceyms Lavlok isə bu mühüm tarazlığı belə izah edir:
“Əgər oksigenin miqdarı 25%-dən çox olsa idi, hal-hazırda qida mənbəyi kimi istifadə etdiyimiz bitki növlərinin əksəriyəti, bütün tropik meşələr və arktik tundralar böyük meşə yanğınlarından yox olardı... Atmosferdə hal-hazırkı oksigen təhlükənin və faydanın mükəmməl şəkildə tarazlandığı nisbətdədir”.
Ancaq Allah canlılığın tarazlığını mükəmməl sistemlə qurmuşdur. Buna görə də atmosferdəki həssas oksigen nisbəti canlı həyat üçün ən ideal ölçüdədir. Bu nisbət, məşhur alim Lavlokun deyimi ilə “təhlükənin və faydanın mükəmməl şəkildə tarazlandığı nisbətdədir”.
Əgər oksigenin miqdarı Allahın təyin etdiyi səviyyədən daha az olsa idi:
Oksigen sürətlə tükənər, tənəffüs çətinləşər və bir müddətdən sonra canlılar nəfəs alsalar da boğularaq kütləvi halda ölərdilər.
Ozon qazının yaranması azalardı. Ozon qazının miqdarının dəyişməsi isə canlı aləmə ölümcül təsir edərdi. İndikindən daha az miqdarda olan ozon qazı günəşin ultrabənövşəyi şüalarının dünyaya daha şiddətli çatmasına və canlıların yox olmasına səbəb olardı. Ozon qazı indikindən daha çox miqdarda olsa idi, günəş şüalarının yerə çatmasına mane olacağından öldürücü təsiri olardı.
Çünki dərini günəşin ultrabənövşəyi şüalarından havadakı molekullar arasından ancaq oksigen qoruyur.
Gündüz də qaranlıq olardı. İşıq zərrəcikləri daha az sınacağı üçün səma demək olar ki, gündüz də qapqara olardı.
Emal olunmamış metallar bir-birilərinə qaynaq olardı. (Metallar oksidləşdikləri üçün bir-birilərinə qaynamadan saxlana bilirlər)
Yer qabığı parçalanardı. (Yer qabığının 45%-i oksigendən ibarətdir.)
Hər kəsin daxili qulağı partlayardı. (Havanın təzyiqi 21% aşağı düşərdi.)
Betondan inşa edilmiş bütün binalar dağılardı. Oksigen beton istehsalında mühüm birləşdiricidir.
Bütün canlıların hüceyrələrində olan hidrogen qazı partlayardı. Suyun 1/3 hissəsi oksigendən ibarətdir. Oksigen olmadıqda hidrogen qaz halına keçir və həcmi genişlənir.
Okeanlarda buxarlanma baş verərdi.
Qısası, dünyada həyat olmayacaqdı.
Əgər oksigenin miqdarı daha çox olsa idi:
Qısa müddətdə atmosfer yanıcı xüsusiyyət qazanar və ən kiçik qıvılcımdan böyük yanğınlar yaranardı. Nəticədə isə dünya “qaz balonunun partlaması” kimi böyük bir partlayışla yanıb kül olardı.
Qayalar və metallar daha tez aşınmağa məruz qalardı. Buna görə də yer səthi sürətlə aşınıb eroziyaya uğrayar və həyat üçün böyük təhlükə yaranardı.
Nəhəng həşəratlar yaranardı. Həşəratların bədənlərinin böyüklüyü atmosferdəki oksigen ilə əlaqəlidir.
Göründüyü kimi oksigenin atmosferdəki nisbəti dünyada baş verən bioloji və tektonik proseslər nəticəsində həmişə tarazlıqda saxlanılır. Bu tarazlığın min illərdir qorunması və canlıların ehtiyac duyduğu şəkildə mühafizə olunması mövcud bir tarazlığı, başqa sözlə, bu tarazlığı qüsursuz şəkildə yaradan Allahın varlığını açıq-aşkar göstərir. Allah Quranda belə buyurmuşdur:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
Oksigenin insan üçün əhəmiyyəti:
İnsan kimi kompleks bədənə sahib digər canlılarda enerji əldə etmək üçün baş verən bir çox kimyəvi reaksiyalar oksigenin iştirakı ilə həyata keçir. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbon qazı və enerji əldə olunur.
Tənəffüs prosesi oksigen vasitəsilə baş verir
Bu prosesdə iştirak edən ATP (Adenozin Trifosfat) adlı nukleotidlər hüceyrə daxilindəki biokimyəvi reaksiyalar üçün lazım olan kimyəvi enerjini daşıyırlar. Buna görə də biz davamlı oksigenə ehtiyac duyuruq və bu ehtiyacı qarşılamaq üçün tənəffüs edirik. Daim nəfəs alaraq havanı ağciyərlərimizə daxil edir və nəfəs verərək onu xaric edirik. Bunu o qədər çox təkrarlayırıq ki, nəfəs alıb vermənin normal hal olduğunu düşünürük. Əslində isə tənəffüs olduqca kompleks bir prosesdir.
Orqanizmimiz elə mükəmməl şəkildə tənzimlənmişdir ki, tənəffüs prosesini düşünmədən rahatlıqla yerinə yetiririk. Yeriyərkən, qaçarkən, kitab oxuyarkən, hətta yatarkən belə oqranizmimiz daima nə qədər tənəffüs etməli olduğumuzu hesablayır və ağciyərlərimiz də buna uyğun işləyirlər. Biz hal-hazırda belə tənəffüs etmək üçün tələb olunan əməliyyatların şüurunda olmadan nəfəs alıb-veririk. Tənəffüs prosesinə bu qədər çox ehtiyac duymağımızın səbəbi bədənimizdə hər saniyə baş verən milyardlarla ayrı əməliyyatın oksigenin iştirakı ilə baş vemiş reaksiyalardan ayrılan enerji sayəsində yerinə yetirilməsidir.
Nəfəs aldığımız anda ağciyərlərimizdə olan təxminən 300 milyon kiçik alveollara oksigen daxil olur. Alveolların divarlarını əhatə edən kapillyarlar dərhal oksigeni alır və əvvəlcə ürəyə, sonra isə bədənin hər yerinə daşıyırlar. Kapillyarlar oksigeni alarkən, eyni zamanda, atılacaq karbon qazını verirlər. 0,5 saniyədən də az davam edən bu əməliyyat nəticəsində ağciyərlərimizə daxil olan təmiz havanı kirli hava olaraq xaric edirik.
Ağciyərlərimizdə nə üçün 300 milyon alveol olduğunu düşünə bilərik. Burada əsas məqsəd ağciyərin hava ilə təmas sahəsini maksimum artırmaqdır. Alveollar sayəsində sıxışdırılan bu sahə əslində o qədər kiçikdir ki, əgər bu sahəni ağciyərin içindən çıxarıb düz bir səthə yaysaq tennis meydançası qədər yeri əhatə edər.
Burada əsas nöqtəyə diqqət yetirək. Ağciyərlərin içində çox mürəkkəb və mükəmməl bir sistem var. Ağciyərlərin içindəki alveolların və bu alveollara gedən bronxiolların lazımi ölçüdə olması oksigen mübadiləsini artırmaq üçün yaradılmış bir dizayndır. Ancaq bu sistemin işləməsi havanın sıxlığının, axıcılığınını və təzyiqinin bu qədər dar kanalların içində rahatlıqla hərəkət edəcək ölçülərdə olmasından da asılıdır.
Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər səthində gəzin və (Allahın) ruzisindən yeyin. Qayıdış da Onadır. (Mülk surəsi, 15)
Görmə əməliyyatı üçün oksigen lazımdır
Görmə əməliyyatı gözümüzün torlu qişa təbəqəsindəki milyonlarla hüceyrənin daim oksigenlə qidalanması nəticəsində mümkün olur. Əgər qanımızdakı oksigenin miqdarı azalsa idi, gözümüz qaralardı.
Əzələlərin işləməsi üçün oksigenə ehtiyac var
Bədənimizdəki əzələləri təşkil edən bütün hüceyrələr karbon birləşmələrini yandıraraq, yəni oksigenlə reaksiyaya girərək enerji əldə edirlər. Reaksiyanın nəticəsində isə orqanizmdən atılacaq karbon qazı yaranır. Karbon qazının orqanizmdən uzaqlaşdırılması bizim üzərində elə də düşünmədiyimiz nəfəs alıb-vermə prosesi ilə rahatlıqla yerinə yetirilir və yaşamağımız üçün lazım olan miqdarda heç axsamadan və tam vaxtında xaric edilir.
İnsanın Allahın varlığını və hər şeyin Onun tərəfindən yaradıldığını bildikdən sonra bu həqiqətə qarşı laqeyd davranması onun şüurunun bir növ qapandığını göstərir. Çünki yaşadığımız kainatı və dünyanı bizim üçün qüsursuzca yaradan, sonra isə bizi var edən Allahdır və insan bu həqiqəti həyatının ən vacib mövzusu olaraq qəbul etməlidir. Allah bu həqiqəti bizlərə belə bildirir:
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)