"Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla edən Allah`ın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz əməllərdən xəbərdardır".("Nəml" surəsi, 27/88)
"Nəml" surəsindəki ayədə Yerin təkcə hərəkət etməsi deyil, onun dövr etdiyi istiqamət də təsvir olunur. 3500-4000 metr yüksəklikdəki bulud topalarının hərəkət istiqaməti həmişə qərbdən şərqə tərəfdir. Hava proqnozları hazırlanarkən əksər hallarda qərbdəki hava şəraitinin əsas götürülməsinin başlıca səbəbi də budur.
Bulud topalarının qərbdən şərqə tərəf hərəkətinin əsas səbəbi Yerin dövr etdiyi istiqamətdir. Məlum olduğu kimi, Yer də qərbdən şərqə tərəf olmaqla dövr edir. Elmin yaxın illərdə kəşf etdiyi bu həqiqət Quranda əsrlərlə bundan əvvəl xəbər verilib.